Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə62/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   58   59   60   61   62   63   64   65   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
104 
Sənaye, yaşayış və sosial obyektlərə dəyən zərərlər 
 
Hələ  Dağlıq  Qarabağ  münaqişəsindən  əvvəl  Azərbaycan  dövləti  dağ  rayonlarının,  o  cümlədən,  DQMV 
məhsuldar qüvvələrinin inkişaf etdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı olaraq, DQMV və zəbt 
olunmuş digər rayonların ərazisində tikinti işləri canlandırılmışdır. Burada güclü tikinti təşkilatları yaradılmış və 
yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilmişdir. Yerlərdə güclü tikinti materialları müəssisələri, o 
cümlədən, DQMV-də mərmər zavodu tikilmişdir. İşğal nəticəsində yeni tikintilərə gətirilmiş bütün bu maddi-
texniki baza məhv edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdir.  
Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. 
Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdir.  
Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət 
təsir göstərirdi.  
Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında 
mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi. Dağlıq Qarabağ 
MV-nin  sənaye  sahələri  tərkibi  və  inkişaf  səviyyəsinə  görə  keçmiş  Azərbaycan  SSR-nin  iqtisadi  regionları 
arasında dördüncü yeri tuturdu. (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR).  
İşğal  olunmuş  rayonların  sənaye  potensialı  əsasən  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  ərazisində 
cəmlənmişdir.  Sayca  ən  çox  sənaye  və  tikinti  müəssisələri  (137  müəssisə)  bu  vilayətin  ərazisində 
yerləşdirilmişdir.  İşğal  altında  olan  rayonların  bütün  sənaye  məhsulların  40%-ə  qədəri  və  yaradılmış  əsas 
fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun 5%, əsas fondların 41% Füzuli və Ağdam rayonlarının 
payına düşür. Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 
51,  əsaslı  fondların  41%  -i),  yerdə  qalan  5  inzibati  rayonlarda  -  Laçın,  Kəlbəcər,  Cəbrayıl,  Qubadlı  və 
Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdir. Azərbaycan SSR-nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 
faizi, əsas fondların 3,4 % işğal altında olan rayonların payına düşürdü.  
Ayrı-ayrı  sənaye  məhsullarına  görə  işğal  olunmuş  rayonların  Azərbaycan  SSR-də  xüsusi  çəkisi  belə 
olmuşdur:  
Divar  materialları  -  11,0%,  tikinti  əhəngi  7,8%,  tikinti  materialları  -  3,0%  ayaqqabı  -  11,0  %,  ət  -  5,0%, 
konservlər  -  6,9  %,  inək  yağı  -  25,2%,  şərab  materialları  -  35%,  xam  ipək  -  13,5%,  yun  -19.3,  mineral  su  - 
11,5% və i.a.  
Həmin  rayonlarda  İstisu  və  Turşsu  mineral  su  qablaşdıran  müəssisələri,  Dağlıq  Qarabağ  və  Ağdamdakı 
mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də məşhur olan "Ağdam" tipli şərablar və 
digərlərini  istehsal  edən  şərab  zavodları,  yağ-pendir  müəssisələri,  toxuculuq  və  ayaqqabı  fabrikləri,  Qarabağ 
İpək Kombinatı və s. fəaliyyət göstərirdi. Bakı müəssisələrinin  burada tikilmiş 50-dən çox yeni filialları işğal 
olunmuş  ərazilərdə  qalmışdır.  Ümumiyyətlə,  bu  regionda  183-dən  çox  sənaye  və  127  tikinti  müəssisələri 
qalmışdır.  
Kommunikasiya obyektləri: Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılmışdır. Ümumi 
uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14,5 
min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz 
kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı 
qurğuları, 35 min nömrəlik telefon stansiyaları və s. dağıdılmışdır.  
Eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan 
qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır.  
Beləliklə, Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdır bu obyektlər 
Azərbaycanda  istehsal  edilən  divar  materiallarının  11,0  %  -ni,  ayaqqabı  istehsalının  11%-ni,  inək  yağının 
25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər.  
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
105 
Regionun kənd təsərrüfatına dəyən zərərlər 
 
İşğal altında olan Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionu idi. Əlverişli dağarası və 
dağətəyi  düzənlikləri  və  hamar  səthi  yayları olan  və  yaxşı  rütubətlənən  Kiçik  Qafqazın işğal olunmuş  hissəsi 
kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Kənd təsərrüfatının 
tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq 
və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.  
Yuxarı  Qarabağın  qədimdən  inkişaf  etdirilən  üzümçülük  sahəsinə  70-ci  illərdən  sonra  daha  böyük  diqqət 
yetirildi.  Üzümçülük  və  şərabçılığın  inkişafı  ilə  bağlı  olaraq  yeni  texnikası  və  şərab  zavodları  olan 
ixtisaslaşdırılmış iri sovxoz-zavodlar yaradıldı. Regionda yeni əmtəəlik məhsul kimi inkişaf etdirilən sahələrdən 
biri də tütünçülük idi.  
Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o 
cümlədən, kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar (cədvəl 7).  
Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, 
müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları 
yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı.  
Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən və fermerlərin hazırkı qiymətə satın almaq imkanları 
olmayan  1365  avto-qoşqu  nəqliyyatı  və  3425  müxtəlif  əkin  və  qoşqu  traktorları,  taxıl  və  pambıq  yığan 
kombaynlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı. 
 
  
İşğal olunmuş rayonların kənd təsərrüfatı müəssisələri və onların texnikası  
(1988-ci il məlumatı) 
 
İşğal 
olunmuş 
rayonlar 
Kənd tə-sərrüfatı 
müəssisə ləri 
O cümlədən 
Avto - 
nəqliyyat 
Trak
-torlar 
Sovx
ozlar 
Kolx
ozlar 
Təsərrü-fatlararası 
müəssis ələr 
DQMV 
99 
43 
49 

800 
2254 
Laçın 
30 
28 


60 
70 
Kəlbəcər 
37 

30 

28 
32 
Ağdam 
34 

10 

257 
392 
Füzuli 
44 
25 
15 

94 
265 
Cəbrayıl 
24 

14 

77 
145 
Qubadlı 
25 
10 
12 


109 
Zəngilan 
18 
10 


49 
158 
Cəmil 
311 
145 
135 
31 
1365 
3425 
 
İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 
18  ədəd  suvarma  sisteminin  baş  qurğuları,  1200  km  təsərrüfatlararası  suvarma  kanalları,  5600  km 
təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarılan torpaqlar qalmışdır. Aztorpaqlı 
Qafqaz  regionunda  torpaq  sahələrinin  sıradan  çıxarılması  nəticəsində  milyonlarla  insan  əsas  yaşayış 
mənbəyindən - torpaqdan məhrum edildi.  
Yuxarı Qarabağın işğal olunmuş rayonlarından çıxarılan 611,3 min nəfər köçkün artıq 10 ildən artıqdır ki, 
öz doğma torpaqlarında yetişdirdikləri kənd təsərrüfatı məhsullarından məhrum edilmişlər. Özü də köçkünlərin 
müvəqqəti  məskunlaşdıqları  düzən  ərazilər  tamam  başqa  torpaq-iqlim  şəraitinə  və  ona  uyğun  aqroqaydalarla 
becərilən  kənd  təsərrüfatı  məhsullarına  malikdirlər.  Yeni  ərazidə  belə  məhsulları  becərmək  onlara  çox  böyük 
çətinliklər törədir. Kəlbəcərin dağlıq ərazisində heyvandarlıqla məşğul olan kəndli, hazırda məskunlaşdığı düzən 
Bərdə  rayonunda  suvarma  pambıqçılıq  təsərrüfatınından  baş  çıxarmaqda  olduqca  böyük  çətinlik  çəkir.  İşğal 
olunmuş rayonlarda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı aşağıdakı cədvəldə verilir. (cədvəl 9).  
Göründüyü  kimi,  Azərbaycan  Respublikasında  istehsal  edilən  taxılın  14,3%-i,  üzümün  31,5,  ətin  14,5, 
südün 17,1, yunun 19,3 və baramanın 17%-i işğal olunmuş rayonların payına düşürdü. Özü də bu rayonlarda 
ekoloji cəhətdən ən təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirilirdi.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə