Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə68/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   64   65   66   67   68   69   70   71   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
116 
bu  fikir  erməni  komitələrinin  bütün  hadisələrdə  əli  olduğunu  açıqlayır.  Sitatda  istifadə  olunan  "çarpışmalar" 
sözü isə hadisələrin bir soyqırım deyil, qarşılıqlı çarpışmalar olduğunu üstüörtülü mənalandırır. 
Həmin  məqalədə  müxbir  Vitman  bir  yəhudinin  Trabzonda  ona  "əgər  bu  olayların  biri  Rusiyada 
edilsəydi, bir dənə də erməni sağ buraxılmazdı" dediyini də yazmışdı. 
 
BİRİNCİ  DÜNYA MÜHARİBƏSİNDƏ ERMƏNİLƏRİN VERDİKLƏRİ ZƏRƏRLƏR 
 
Görkəmli  tarixçi  Ahmet  Refik  xaraba  halına  düşən  Ərzurumu  gəzərkən  bir  türk  zabiti  ona 
yaxınlaşmış  və  belə  demişdi:  "Bu  gördüyünüz  vəziyyət  şəhərin  təmiz  halıdır.  Bütün  küçələr  qadın  və  uşaq 
ölüləriylə  doluydu.  Qadınların  məhrəm  yerləri  kəsilmiş  və  divarlara  taxılmış,  bu  teleqraf  tellərindən  uşaq 
başları asılmışdı. Qarınları yırtılmış yarıçılpaq qadın cəsədləri keçəcəyimiz yolun hər iki tərəfinə düzülmüşdü. 
Talesiz millətimizin bu halını görərək dəli halına düşmüşdük. Tarix belə bir vəhşilik qeyd etməmişdir". 
"Rus ordusu heç bir zaman Sivasa girə bilməmişdi. Ancaq Sivasın mərkəzində 180 min türk qətl 
edilmişdi". 
13 mart 1920-ci il tarixli "Temsp" qezetində Lord Curzon Lordlar Palatasında ermənilər haqqında 
belə  söyləmişdi:  "Mənə  elə  gəlir  ki,  siz  erməniləri  səkkiz  yaşında,  çox  təmiz  və  günahsız  bir  qız  uşağına 
bənzədirsiniz.  Bundan  çox  yanılırsınız.  Ermənilər,  xüsusən  son  vəhşilikləriylə  nə  qədər  əzazil  bir  millət 
olduqlarını bizə öz əməlləri ilə isbat etmişlər". [6] 
Uzaq Şərqdə yüz illərlə qırğınlar törətmiş, habelə Hindistanın hansısa şəhərində velosipedlə gəzən ingilis 
uşağına sataşıldığı üçün əhalini günlərlə sürünməyə məcbur etmiş bir millətin övladları da ermənilərin törətdik-
lərini  görəndə  heyrət  içində  qalmışdılar.  Həqiqətən  anasının  qucağından  körpəsini  alaraq  təndirdə  bişirdikdən 
sonra ona zorla yedizdirməyə çalışmaq, görünür, ingilislərin də ürəyini dağlamış və gözlərini yaşartmışdı. 
Bu insanlığa sığmayan zülmlər törədilərkən Osmanlı dövləti böyük bir savaşın tam ortasındaydı. Dövlət 
şimal-şərqdə ruslarla, Çanaqqalada ingilis və fransızlarla həlledici döyüşlər aparırdı. 
Söz yox ki, istənilən qədər xarici düşməni olan Osmanlının vətənə xəyanət edənlərə qarşı ən qısa zamanda 
ciddi tədbir görməsi lazım idi. Bu dar macalda münasib sayılan insani tədbir köçürülmə (yerdəyişdirmə) oldu. 
 
SOYQIRIM İSTƏYİ ƏSASINDA QƏBUL EDİLMƏSİ İDDİA OLUNAN 
KÖÇÜRÜLMƏ QANUNU 
 
Maddə  1.  Səfər  zamanı  ordu,  kolordu  və  diviziya  komandirləri,  həmçinin  onları  əvəz  edən  şəxslər  və 
müstəqil ərazi komandirləri kimsə hər hansı şəkildə hökumət tərəfindən verilmiş qərarlara, vətənin müdafiəsinə, 
mövcud  sistemə  və  təhlükəsizlik  işlərinə  qarşı  çıxaraq  silahlı  qiyama  qalxarsa, elə  həmin  an  hərbi  qüvvələrlə 
susdurulacaqdır.  Hərbi  qüvvələr  bütün  təcavüz  və  müqaviməti  kökündən  kəsməyə  cavabdeh  və  məcburdur. 
Həmin işlərdə onlara hər cür səlahiyyət verilir. 
Maddə  2.  Ordu,  müstəqil  kolordu  və  diviziya  komandirləri  hərbi  məsələlərə  əsaslanaraq,  casusluq  və 
xainlik  hiss  etdikləri  bölgə  əhalisini  tək-tək  və    ya    toplu    halda    ölkənin    digər  bölgələrinə  köçürdərək 
məskunlaşdıra bilərlər. 
Maddə 3. Bu qanun elan edildiyi gündən qüvvədədir. 
Maddə 4. Bu qanunun yerinə yetirilməsinə Baş Komandanı əvəz edən şəxs və hərbi nazir nəzarət 
etməlidir. (27 may 1915-ci il) 
Qanunda da göstərildiyi kimi əvvəlcədən heç bir etnik qrup təyin edılməmişdir. Köçürülmə qanunu 
bu mənada Lord Curzonun ifadəsiylə desək:  "səkkiz yaşında olan bir qız uşağından belə daha günahsız və 
təmizdir".  Qanun  hüquqi  baxımdan  incələnsə  də  haqlılığı  qorunmaqdadır.  Çünki  Osmanlı  dövlətinin  o  dövrdə 
düşdüyü  pis  vəziyyəti,  bəlkə  də,  tarix  heç  bir  zaman  yazmamışdır.  "1915-ci  ildir.  İngilis  və  fransız  orduları 
Çanaqqaladadır:  Köçürülmə  qanununa  görə  ölkədə  başıpozuqluq  yaradanlar,  xalqa  zərər  verənlər  başqa 
yerlərə göndərilir və həmin günahkarların yaşadığı məhəllə və ya kənd camaatı köçürülür. 
Qərbdə  Qalisiyada  vuruşmalar  davam  edir.  Güneydə  İraqda  ingilislərin  hücumetmə  (Qut-ül  Amare-
Bəsrə)  söhbəti  var.  Ordu  Suriyada,  Fələstin  cəbhəsində  (Sina-Süvyeş)  döyüş  vəziyyətində,  Qafqaz  cəbhəsində 
isə  ruslar  və  ermənilərlə  üzbəüz  durmaqdadır.  3  yanvar  1915-ci  il  tarixdə  ruslar  Tutak  və  Ərdahanı  işğal 
etmişlər".  [8]      Osmanlıda  yaşayan  ermənilər  isə  belə  bir  vəziyyətdə  ruslarla  əlaqə  qurmuşlar.  Ordudan 
silahlarıyla qaçan  ermənilər  rus  birliklərinə  qatılır  və  ya  kişiləri müharibədə olan türk kəndlərində insanlığa 
sığmayan soyqırım (vəhşiliklər) edirdilər. 
Osmanlı dövləti isə belə zərər verən toplumu ölkənin daha etibarlı bölgəsinə köçürmək qərarındadır. 
"Köçgünlərin  göndərilmə, yerləşdirilmə  və  iaşə  təminatı  üçün  1915-ci ildə  25  milyon,  1916-cı ildə    isə 
230  milyon  vəsait  xərclənməsi  barədə  Osmanlı  sənədlərində  qeydlər  mövcuddur".  [9]  Köçürülmə  qanunu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
117 
soyqırım  istəyi  əsasında  qəbul  edilmişdirsə,  onda  dövlətin  o  qədər  pis  vəziyyətdə  olduğu  vaxtda  bütün  bu 
xərclər və adı çəkilən sənəddə anladılan bir çox yardımlar nə məqsədlə edilə bilərdi? 
 
TƏLƏT  PAŞAYA AİD EDİLƏN TELEQRAFLAR VƏ GERÇƏKLİKLƏR 
İmperialist  oyunlarına  aldanmış  Aram  Andonyan  adlı  bir  erməni  1920-ci  ildə  Londonda  "Naim  bəyin 
xatirələri, ermənilərin köçürülməsi və soyqırımı ilə bağlı rəsmi türk bəlgələri" adlı bir kitab nəşr etdirmişdir. Bu 
kitab  daha  sonra  Parisdə  "Erməni  soyqrımı  ilə  bağlı  rəsmi  bəlgələr"  və  Bostonda  "Böyük  suç,  son  erməni 
soyqmmı və Tələt paşa, imzalı orijinallarıyla rəsmi teleqraflar" adı ilə çapdan çıxmışdır. 
Tələt  paşa  həmin  dövrdə  daxili  işlər  naziri  olmuşdur.  Haqqında  söhbət  açılan  teleqraflar  soyqırım 
günahkarı yaratmaq istəyilə hazırlanmış saxta bəlgələrdir. Şinası Orel və Surəyya Yucanın araşdırmalarına görə 
Naim  bəy  adlı  bir  şəxsin  Hələb  yerləşdirmə  dairəsində  çalışmadığı,  bəlgələr  yazıları  kağızların  Osmanlı 
dövlətinin  yazı  işlərində  istifadə  edilmiş  kağız  növündən  olmadığı,  orijinal  nüsxələrin  Baş  nazirlik  arxivində 
saxlanılan Daxili İşlər Nazirliyi bəlgələri arasında tapılmadığı, Hicri və Miladi tarixlərdə xəta edildiyi, osmanlı 
yazı  qanunlarında  səhvlərə  yol  verildiyi  və  digər  kobud  dəlillər  aşkarlanmışdır.  [10]  Tələt  paşa  ilə  bağlı 
bəlgələrin  orijinallarının  Mançester  erməni  bürosunda  saxlanılması  söylənilsə  də  sənədlər  hələ  də  cəmiyyətə 
göstərilməmişdir.  Osmanlı  arxivləri  isə  onlarca  millətin  minlərlə  tədqiqatçısının  üzünə  açılmışdır.  Tədqiqata 
gələnlər  hadisələrin  baş  verdiyi  bölgələrə  gedib  şahidlərlə  görüşmüşlər.  Elm  adamı  olan  tədqiqatçıların  çoxu 
belə  bir  fikirdədir  ki,  "erməni  soyqırımı"  kimi  iddia  edilən  məsələ  əslində  iki  millətin  vuruşması  və  planlı bir 
öldürmə barədə məsələ deyil. 
 
ERMƏNİ MƏSƏLƏSİ HAQQINDA RƏQƏMLƏRİN ƏSASSIZLIĞI VƏ ŞİŞİRTMƏLƏR 
 
O dövrdə olan ermənilərin sayı haqqında bir çox məlumatlar söylənməkdədir. "Bir milyon" deyənlər kimi 
həmin rəqəmi iki milyona çatdırmaq istəyənlər də var. Ancaq bu məsələdə ən etibarlı qaynaq, təbii ki, Osmanlı 
Statistik Baş Müdirliyindən alınan göstəricilərdir. Fəthi Franco adlı bir yəhudinin iyirmi il baş müdir olduğu bir 
idarədə 1893-cü ildə əhalinin siyahıya alınması zamanı ermənilərin sayı 1.001465 nəfər olmuşdur. Robert adlı 
bir  amerikalının  sözügedən  idarədə  baş  müdir  olduğu  1906-cı  ildə  erməni  əhalisi  sayına  görə  1.120.  748 
nəfərdir.  Mehmet  Behiç  bəyin  müdir  olduğu  1924-cü  ildə  isə  ermənilərin  sayı  1.221.850-ə  çatır.  Göründüyü 
kimi,  bu  saylar  çox  əsaslıdır  və  təxminən  söylənilən  bütün  iftiraları  üstələməkdədir.  Ancaq  iddialara  görə 
türklərin 1.500.000 erməni öldürdüyü söylənilir. Əgər belə sayılarsa, o zaman yer üzündə bir nəfər də erməni 
tapılmamalıdır.  Sayın  şişirdildiyi  baxımından  bu  hadisə  çox  gözəçarpan  və  təsiredicidir:  amerikalı  general 
Harbord  erməni  məsələsini  tədqiq  etmək  üçün  ayrıca  heyətlə  Şərqi  Anadoluya  göndərilmişdi.  O, 
araşdırmalardan  sonra  Fransada  görüşlər  keçirir  və  görüşlər  zamanı  bir  erməniyə  "Qətliamı  mənə 
anladarsınızımı?" sualını verir. 
Erməninin  cavabı  əslində  məsələnin  şişirtmədən  ibarət  olduğunu  göstərən  tarixi  məqamdır:  "Qətliamlar 
çox faciəliydi, o qədər faciəliydi ki, mən belə iki dəfə qətl edildim". [11] Bu o deməkdir ki, əslində heç ölməyən 
ermənilərin qeydiyyatda dəfələrlə qətl edildiyi göstərilmişdi. 
Prof.  Dr.Yustin  Mc  Carty  14  sentyabr  2000-ci  ildə  Millətlərarası  Əlaqələr  Məclis  Komitəsinə  verdiyi 
məlumatda  1.500.000  deyil,  500  000  erməni  öldüyünü  və  bununla  yanaşı  çoxu  türk  olmaqla  2.500.000 
müsəlmanın öldüyünü bildirmişdir. 
Kişiləri müharibəyə getmiş Şərqi Anadolu kəndlərində dinc yaşayan minlərlə, hətta milyonlarla günahsız 
və  müdafiəsiz  uşaq-qocaların  erməni  komitələri  tərəfindən  planlı  olaraq  qətl  edilməsi,  bəlkə  de,  dünyanın  en 
namuslu  qadınlarının  tarixdə  görünməmiş  bir  vəhşətə  qurban  verilməsi  soyqırım  sayılmır,  vuruşmalarda  və 
günahlarına görə köçürülmə zamanı ölən 500 000 ermeniyə "soyqrım" təşkil olunur. Hansı mentiqlə? 
 
QAYNAQLAR 
 
1.  Ermeni Dosyası, Prof. Dr. Cemal ANADOL, s. 55 
2.  İslam Ansiklopedisi, cilt IV, s. 320 
3.  Ermeni Meselesi, Ahmet Hulki SARAL, s. 39 
4.  Taşnaksutyun Tarihi, M.VARANTYAN 
5.  Turkish Memories - 1914, s. 74-93-94 
6.  Atatürkten Ermeni Sorunu (Belgelerle), Dr.İsmet GÖRGÜLÜ 
7.  Ermeni İddiaları və Gerçekler, Dr.Hüsamettin YILDIRIM 
8.  Büyük Osmanlı Tarihi, Enver Ziya KARAL 
9.  Ermeni İddiaları və Gerçekler, Dr.Hüsamettin YILDIRIM 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə