Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə67/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   63   64   65   66   67   68   69   70   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
114 
1998-ci il  
9  noyabr  -  ATƏN-ni  həmsədri  münaqişənin  tənzimlənməsi  üçün  "ümumi  dövlət"  adlanan  yeni  plan  təklif 
etimşdir. Azərbaycan tərəfi bu planın danışıqlar üçün əsas kimi qəbul edilməsindən imtina etmişdir, çünki həm 
plan beynəlxalq hüqüqün norma və prinsiplərinə, eləcə də milli qanunvericiliyə müvafiq deyildir. Azərbaycan 
münaqişənin  addım-addım  tənzimlənməsi  planı  barədə  həmsədrin  əvvəlki  təklifi  əsasında  ATƏT-in  Minsk 
Qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olduğunu təsdiq etmişdir.  
1999-2002-ci illər  
Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar. Prezidentlər 20 dəfədən çox görüşmüşlər, 
hələlik heç bir nəticə əldə edilməmişdir.  
2002-ci il  
12 iyul - Avropa İttifaqının və Azərbaycanın qarşılıqlı əlaqələr komitəsinin yekun sənədində Avropa İttifaqının 
münaqişənin  dinc  yolla  tənzimlənməsinin  əsası  kimi  Azərbacynın  ərazi  bütövlüyünü  dəstəklədiyini  bir  daha 
təsdiq etmişdir.  
2  avqust  -  Avropa  İttifaqı  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda  qondarma  "Prezident 
seçkiləri" keçirilməsini pisləmişdir.  
2003-cü il  
11 dekabr - Genevrədə Azərbaycan Prezidenti cənab İ.Əliyev Ermənistan prezidenti ilə ilk dəfə görüşmüşdür.  
2004-cü il  
29  oktyabr  -  BMT  Baş  Assambleyası  özünün  Baş  Kommitəsinin  tövsiyyəsinə  müvafiq  hərəkət  edərək  cari 
gündəliyə "Azərbaycanın işğıl edilmiş ərazilərində vəziyyət adlı əlavə bənd daxil edilməsi haqqında qərar qəbul 
etmişdir. Bu qərarın lehinə 43 səs, əleyhinə bir səs (Ermənistan) verilmiş, 99 dövlət bitərəf qalmışdır".  
2005-ci il  
25 yanvar - Avropa Şurasının Parlament Assambleyası cənab D.Atkinsonun hesabatına müvafiq olaraq ATƏT-
in  Minsk  konfransının  məşğul  olduğu  Dağlıq  Qarabağ  regionunda  münaqişə  barədə  1416  №li  qətnamə  qəbul 
etmişdir.  
25  fevral  -  ATƏT-in  Minsk  Qrupu  tərəfindən  Azərbaycanın  işğal  edilmiş  ərazilərində  təhqiqat  barədə 
missiyanın hesabatı missiyanın rəhbəri xanım Emili Xaber tərəfindən imzalanmışdır.  
Xarici İşlər Nazirliyi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
115 
ERMƏNİ İNADI 
 
Selçuk MORGÖZ 
 
"Erməni  məsələsi"  -  erməni  millətinin  həqiqi  xeyirlərindən  çox  dünya  kapitalistlərinin  iqtisadi 
məqsədlərinə uyğun araşdırılası məsələ Kars Müqaviləsi sayəsində ən doğru həllini tapdı. Əsrlərdən bəri dost 
kimi yaşayan iki əməkçi xalqın  dostluq əlaqələri yenidən quruldu. 
 
Mustafa Kamal Atatürkün 01.03.1922-ci ildə 
 TBMM 3-cü toplanış ilində giriş sözündən 
 
Soyqırımı tanıma cəhdi özbaşına bir istək deyil, Qərbi Ermənistanı qurtarma cəhdinin bir növüdür. 
 
Hrant Maskaryan (daşnak lideri) 
 
Ermənilər  "dədə-baba  torpaqlarımız"  deyə  iddia  etdikləri Van  gölünün  ətraf  ərazilərində  tarix  boyu  heç 
bir dövlət qura bilməmişlər. Bu bölgə böyük istila və köç yeridir. "Makedoniyalı İsgəndər İranı məğlub edərək 
ermənilərin  yaşadığı  bölgəni  ələ  keçirdi.  İsgəndərin  ölümündən  sonra  Partların  əlinə  keçən  bölgədəki 
erməniləri  hökmdar  II  Yezdivard  (440-457)  zorla  atəşpərəst  etmək  istədi.  Erməni    başçılarının  bir  çoxu  bu 
təklifi qəbul etdilər". [1] 
Ermənilər  Bizans  dövründə  də  rahat  yaşaya  bilmədilər.  "Bizanslılar  erməniləri  aradan  qaldırmaq,  heç 
olmasa,  ortodoksal  məzhəblərinə  qatmaq  (qaytarmaq)  istəyirdilər.  II  Yustinyan  ortodoksallığı  qəbul  etməyən 
erməniləri zorla Trakya və İstanbula sürgün etmişdi. Konstantinin Şərq səfərində isə ermənilərin İpək Yolundan 
əldə etdikləri iqtisadi imkanlar əllərindən alınmış və ermənilər imperatorluğun ayrı-ayrı yerlərinə sürgün olun-
muşdular.  IX  Konstantin  1045-ci  ildə  Anini  zəbt  etməklə  Bağdad  hakimiyyətinə  son  qoymuşdu,  yepiskopluğu, 
monastrları və onların əmlakını talan etdirmişdi. Ortodoks "monopolist"lərin ermənilərə verdikləri əziyyət Səl-
cuqların idarəsini ermənilərin bir xilasedici qüvvə kimi görmələrinə səbəb olmuşdu". [2] 
Talandan sonra ermənilərin Konstantinə verdikləri cavab belə olmuşdu: "Sizə sədaqət andı içmək özümüzü 
ölümə  və  yox  olmağa  məruz  qoymaq  deməkdir.  Bizi  himayə  edən,  bugünkü  sahiblərimiz  olan  müsəlmanların 
(türklərin) ixtiyarına verin". [3] 
 
XI yüzillikdə Anadoluya gələn Səlcuq türkləri erməniləri yüz illər davam edəcək bir səfalətdən qurtaran 
və  qoruyan  bir  millət  oldular.  Türklərin  və  islamiyyətin  geniş  dünyadərkı  sayəsində  ermənilər  öz  dinlərində 
qaldılar, heç yaşadıqları bölgələri də tərk etmədilər. Əgər türklər  keçmişdə bu bölgəyə gələnlərin hər biri kimi 
onları yaşadıqları bölgələrdən qərbə tərəf sürgün etsəydilər, onda ermənilər Bizans və türklər arasında qalacaq-
dılar və bu dövlətlərin daimi təzyiqindən bir millət kimi yoxa çıxacaqdılar. Bu adi gerçəklik əslində ermənilərin 
türklərə can borcu olduğunu göstərir. 
Ancaq Səlcuqların idarəçiliyi altında rifah içində yaşayan, Osmanlı dönəmində də türklərdən rahat həyat 
sürən ermənilər Böyük Atatürkün ifadə etdiyi kimi, imperialistlərin sözlərinə aldanaraq can-qan borcu olduqları 
türk millətini ən çətin, ən pis zamanlarda, min illik bir bərabərliyi, dostluğu yox sayaraq, heç nə olmamış kimi 
arxadan vurmuşlar. 
 
MİN İLLİK YAXINLIĞI YOX SAYAN ERMƏNİ KOMİTƏLƏRİ 
 
İlk  komitə  1897-ci  ildə  İsveçrədə  qurulmuşdu.  Təşkilatın  istəyi  Türkiyənin  şərqində  bir  Ermənistan 
dövləti qurmaq olmuşdur. 
Anadoluda  qurulan  bir  çox  cəmiyyət  əvvəllər  yardım  özəyi  kimi  qurulsa  da,  sonralar  komitəçiliyə 
yönəlmişdilər.  "Xeyirsevərlər  cəmiyyəti"  və  "Fədakarlar  cəmiyyəti"  həmin  təşkilatların  öncülləri  sayılırdı. 
1890-ci  ildə  İttifaq  anlamına  dayaqlanan  Daşnaksütyun  Komitəsi  quruldu.  Onların  istəyi  bütün  cəmiyyətləri 
birləşdirmək və erməni quldur dəstələrinə hərtərəfli yardım göstərməkdən ibarət idi. Komitə "türkləri hər yerdə 
və hərtərəfli şərtlər altında vurmağı, geri çəkilən, sözündən dönən erməni xəfiyyələrini, xainləri öldürməyi və 
intiqam almağı əmr edirdi". [4] Bütün bu həqiqətlərə və gerçək qaynaqlarda olan faktlara baxanda, həqiqətən 
də, planlı bir soyqırıma məruz qalanların türk olduğunu görməmək üçün kor olmaq lazımdır. 
İngiltərənin  Ərzurum  konsullarından  M.Graves  ermeni  komitələri  haqqında  "Nyu-York  Herald" 
qəzetinin  müxbiri  Sidney  Vitmana  bunları  söyləmişdir:  "Erməni  komitələri  erməniləri  üsyana  təhrik 
etməsəydilər, nə çarpışmalar olar, nə də bir erməni  ölərdi". [5] Tərəfsiz, kənar bir adam tərəfindən söylənən 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə