Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sərbəst iş Fakültə: Təsviri sənət İxtisas: Heykəltəraşlıq Kurs: IV



Yüklə 0,54 Mb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82433
  1   2
Misir memarlığı
RAMIZ MEHDIYEV-MAQALA, Ali cəbr və riyazi analiz - PDF, muh. 4, Siddharta, referat 1089, Informatika-Abdullayeva Rena-, Insan resursları, Insan resursları, Əyyub Fətəliyev, Akademik kommunikasiya, İşdən azad əmri-21 (2), Əyyub Fətəliyev, GƏNCƏ, Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Sərbəst iş

Fakültə: Təsviri sənət

İxtisas: Heykəltəraşlıq

Kurs: IV

Mövzu: Misir memarlığı (X-XII əsrlər)

Tələbə: Elnarə Alibəkova

Bakı - 2021

Misir memarlığı (X-XII əsrlər)

Dünyada ən qədim memarlıq və təsviri incəsənət örnəkləri Şərq dövlətlərinin ərazisində, ilk əvvəl Misirdə yaranmışdır. Digər xalqlar hələ tarixdən əvvəlki inkişafın mərhələsində olduğu zaman misirlilər artıq yüksək və inkişaf etmiş incəsənət əsərlərinə malik idilər. Memarlığın tarixi Misirdən başlanır. Misir ərazisində tikilmiş nəhəng piramida və məbədlər daşdan, qranitdən yonulmuş sfinkslər (əcayıb yarıminsan, yarışir heykəllər) Qahirə, əl-Üqsür, Teben, Əsvan şəhərlərində bu günə kimi qalmaqdadır. Bir çox Misir şəhərləri günümüzə qədər gəlib çıxmamışdır. Buna əsas səbəb həmin şəhərlərin Nil çayının sahilində, daşqın zonasında yerləşməsi olmuş, nəticədə çox şəhərlər batmış, və ya ciddi zədələnərək sonda məhv olmuşdur. Yeni şəhərlər köhnələrin yerində tikilirdi, buna görə qədim şəhərlər məhv edilirdi. Ancaq Misirin quraqlıq iqlimi çiy kərpicdən (yarımfabrikatın) olan Deir al-Madina, Kaxun kimi yaşayış məntəqəsində ki, tikililər, Orta padşahlıq (müasir Al-Laxun), Buxen və Mirqissedə olan qala tikintiləri və onların qalıqları qalmışdır. Misir memarlığı dini ibadətin güclü təsiri altında olmuşdu. Məhz buna görə allahların və ilahi mənşəli hesab edilən fironun şərəfinə əzəmətli məbədlər, saraylar, ehram və heykəllər yaradılırdı. Artıq qədim səltənət dövründə Misir memarlığını fərqləndirən əzəmətlilik əlaməti meydana gəlmişdi. Firon ehramları buna misal ola bilər.

X-XII əsrlərdə Misirdə heykəltəraşlıq memarlığın mühüm sahəsini təşkil edirdi. Hər bir məbəd və saray ehram və sərdabə heykəllərlə dolu olurdu. Bunlar həm nəhəng, həm də nisbətən xırda şəkildə yonulurdu. Heykəltəraşlar Misir allahlarını və fironlarının surətini yaradırdılar. Əyan və sadə adamlara həsr olunmuş heykəllər də düzəldilirdi. Divar təsviri geniş təmsil olunmuşdu. Təsviri sənət vasitəsilə müxtəlif səhnələr əks etdirilir, zəngin bədii surətlər yaradılırdı. Təsviri sənət müharibə səhnələri, firon ailəsi, əkinçilik və balıqçılıqla məşğul olma səhnələri, qurbankəsmə və dəfn mərasimləri, hədiyyələr gətirilməsi və ov səhnələri kimi geniş mövzuları əhatə edirdi. Misir memarlığı dünya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biridir. Bu zamana qədər heç bir yerdə  bu qədər saysız-hesabsız və belə monumental qurğular yaradılmamışdır. Əzəmətli memarlığın sərt gözəlliyi, çox vaxt Mirisin təbiəti və əsas tikinti materialı olan daşın müxtəlif növlərinin  çoxluğu ilə diktə edilmişdi.

IX-XII əsrlərdə misir memarlarının ciddi riayət etdikləri ənənə və qanunlara baxmayaraq, sənətkarlar özünün memarlığı və həcm-planlaşdırma kompozisiyalarına görə müxtəlif olan türbə (sərdabə, məqbərə) - ehramlar, ölülər üçün qurulmuş məbədlər, əzəmətli ansambıllar və şəhərlər yaratdılar. XII əsrdə Misirdə piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar üçün bu ayin yerinə yetirilmirdi. Firon və ya digər varlı insanın bədəni Misirin isti və quru iqlimində mumiyalaşdırılaraq bir neçə yüzillik ərzində qorunurdu. Belə faktlar Misir cəmiyyətində insanların qeyribərabərliyini sübuta yetirirdi. Arxeoloqlar yüzə qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı dövrümüzə qədər gəlib çatmamışdır. Piramidaların bir qismi hələqədim dövrdədağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon Coserin adıiləbağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu İmxotep adlı memar düşünüb hazırlamışdır. Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır. Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir. Xeops ehramı hər birinin çəkisi təxminən 2-3 ton olan iri əhəng daşlarından ibarətdir. Alimlər belə bir tikintiyə təxminən 2 300 000 daşın sərf olunmasını hesablamışlar. Gizədəki Xeops ehramı ilə yanaşı Xefren və Migerin piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir. XII əsrdə ehramlar artıq daşdan deyil, kərpicdən tikilməyə başladı. Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox vaxt heroqliflərlə də bəzədilirdi. Dini məbədlərin yanında və ya önündə sfinkslərin yerləşdirilməsi də özüməxsus səciyyə kəsb edirdi: insan başlı bu şirlər daşdan yonulurdu. Sfinksin başı fironu təmsil edərək, bütövlükdə müdriklikdən, Misir hökmdarının sirli aləmindən xəbər verirdi. Misir tarixində ən böyük sfinks b.e.ə. XII əsrin sonlarında tikilərək bu günədək cəsarətlə Hefren ehramını qoruyur. Bu sfinksi tədqiq edən müasir mütəxəssislər müəyyən ediblər ki, bu əzəmətli heykəl bütöv bir qayadan yonulmuşdur. Heykəlin başı insan başından 30 dəfə çox olub, bədəninin hündürlüyü, 57 m-ə çatır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə