Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə81/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   77   78   79   80   81   82   83   84   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
136 
təcrübədən  -  erməni  əhalinin  qırğın  imitasiyasından  bir  daha  istifadə  olunması  qərarı  qəbul  edilir.  Bu,  həm 
erməni  əhalisinin  yeni  "soyqırımı"  ilə  üzləşməsi  barədə  çağırışları  əsaslandıracaq,  həm  də  azərbaycanlıların 
əsrin  əvvəllərindəki  "barbar  türklər"  olaraq  qalmasını  göstərəcəkdi.  Təxribatın  keçiriləcəyi  şəhər  də  tezliklə 
müəyyənləşdi: Sumqayıt! 
Ermənistan ərazisindən kütləvi şəkildə qovulan azərbaycanlıların böyük qismi 1988-ci il fevral ayının ilk 
günlərində  Sumqayıt  şəhərinə  pənah  gətirmişdi.  Azərbaycan  beynəlmiləlçiliyinin  şanlı  bayraqdarı  olan  bu 
şəhərdə  əhalinin  mühüm  hissəsini  ermənilər  təşkil  etdiyindən  Ermənistandan  zorakılıqla  qovulan,  bütün 
əmlaklarını itirən azərbaycanlılarla onlar arasında müəyyən qarşıdurmanın olacağı istisna edilmirdi. Artıq fevral 
ayının  son  günlərində  Sumqayıtda  ilk  mitinqlər  başlayır.  Bundan  əvvəl  isə  şəhərə  Moskvadan  xüsusi  xidmət 
orqanları əməkdaşlarının səfərlərinin müntəzəm xarakter alması Sumqayıtdakı proseslərin birbaşa SSRİ Dövlət 
Təhlükəsizlik Komitəsinin nəzarətində olmasını göstərirdi. Fevralın 27-də şəhər partiya komitəsinin qarşısında 
kütləvi hal alan mitinq səhərisi günü yürüşə çevrilir. Sumqayıtın o vaxtkı rəhbəri olan Cahangir Müslümzadənin 
başçılıq etdiyi yürüş tezliklə pərakəndə aksiya halını alır və yürüşdən ayrılan qrup erməni mənzillərinə hücum 
edir. 
Sonradan istintaq araşdırması nəticəsində məlum olur ki, erməni talanlarına rəhbərlik edən şəxs... məhz 
erməni  imiş!  Bu,  gizli  erməni  təxribat  qrupunun  üzvü  olan  Eduard  Qriqoryan  idi.  Azərbaycan  dilində  təmiz 
danışan  "Edik"  gəncləri  talanlara  sövq  edərək  onları  qətllər  törətməyə  çağırıb.  Məhkəmə  sübut  edib  ki,  E. 
Qriqoryan  şəxsən  özü  6  ermənini  öldürüb.  Bu  avantüradan  sonra  Sumqayıtda  komendant  saatı  tətbiq  olunur, 
SSRİ  DTK-nın  sədr  müavini  Bobkovun  və  SSRİ  Prokurorluğunun  mühüm  işlər  üzrə  müstəntiqi  Qalkinin 
rəhbərliyi  ilə  istintaq  qrupu  yaradılır.  İstintaq  nəticəsində  haqsız  olaraq  şəhərin  iki  mindən  artıq  sakini  həbs 
edilmiş, 427 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 94 şəxs barəsində isə Respublika Prokurorluğu tərəfindən 
cinayət işi açılmışdı. Hadisələrdə təqsirli bilinən Əhməd Əhmədov məhkəmə hökmünə apellyasiya şikayətinin 
qərarı  gözlənilmədən  güllələndiyi  halda,  talanlara  bilavasitə  rəhbərlik  edən  Eduard  Qriqoryana  12  il  iş 
kəsilmişdi. Cəzasını Stavropol həbsxanasında çəkən E.Qriqoryan qısa müddətdən sonra azadlığa buraxılır. Həbs 
edilən azərbaycanlıların cinayət işi isə Apellyasiya Məhkəməsinin yalnız bir neçə ildən sonra çıxardığı qərarla 
xətm olunur. Sonrakı illərdə aparılan istintaq araşdırmaları nəticəsində məlum olub ki, erməni lobbisinin sifarişi 
ilə gerçəkləşən "Sumqayıt genosidi" SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanıb və əsasən erməni 
millətindən  təşkil  olunan  xüsusi  qrup  tərəfindən həyata  keçirilib.  22  il  öncə  Sumqayıtda baş  verən  hadisələrin 
əsl həqiqəti isə dünya ictimaiyyətinə hələ də tam çatdırılmayıb.  
 
Kimdir günahkar? 
 
Azərbaycan  hər  tərəfdən  məngənəyə  salınmışdı.  Mərkəzdən  ermənipərəst  mövqe,  beynəlxalq  aləmdən 
antiazərbaycan  münasibət,  yerli  rəhbərlikdən  isə  laqeydlik  və  saymazlıq  görən  azərbaycanlı  əhalinin  gücü  öz 
etirazını  mitinqlərlə  bildirməyə  çatırdı.  Ancaq  1988-ci  ilin  birinci  yarısında  ölkədə  mitinqlər  hələ  kütləvi 
xarakter almamışdı. Bu arada DQMV ətrafında siyasi vəziyyət gərginləşirdi. 
1988-ci  ilin  may  ayında  eyni  gündə  Azərbaycan  və  Ermənistan  kommunist  partiyalarının  qurultayları 
keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin 
katibləri  olan  Yeqor  Liqaçovla  Aleksandr  Yakovlev  iştirak  edirdilər.  İttifaq  rəhbərliyinin  təmsilçiləri  olan  bu 
şəxslərdən  biri  -  Y.  Liqaçov  Bakıda  bəyan  edir  ki,  Moskva  Azərbaycanın  ərazi  bütövlüyünə  hörmətlə 
yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirir ki, demokratik 
prinsiplərə  və  xalqların  öz  müqəddəratını  təyinetmə  hüququna  hörmətlə  yanaşan  rəsmi  Moskva  Qarabağı 
Ermənistanın  tərkibində  görür.  Eyni  gündə  qarşı  duran  tərəflərə  belə  "tərəfkeşlik"  etməklə  M.  Qorbaçov  və 
erməni  lobbisinin  digər qulları  nəticədə regionun  ən  böyük  münaqişəsini  hərbi  müstəviyə  keçirdilər.  Bakıdakı 
plenumda  iştirak  edən  DQMV  Partiya  Komitəsinin  birinci  katibi  Poqosyan  iclası  yarımçıq  tərk  edərək 
Xankəndiyə  qayıtdı  və  burada  rəsmən  bəyan  etdi  ki,  o,  nəinki  bir  də  Bakıya  getməyəcək,  hətta  DQMV 
ərazisində  Azərbaycan  qanunları,  ümumiyyətlə,  işləməyəcək.  Beləliklə,  vilayətlə  Bakı  arasında  olan  kövrək 
inzibati əlaqələr də tamamilə kəsildi. 
1989-cu  ilin  12  yanvarında  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  "Azərbaycan  SSR-in  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətində  xüsusi  idarə  formasının  tətbiq  edilməsi  haqqında"  fərman  verir.  Fərmana  əsasən  Dağlıq 
Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan 
xüsusi  idarə  forması  yaradıldı.  Bölgədə  vəziyyəti  sabitləşdirmək  məqsədilə  bu  qərarın  imzalanması  barədə 
verilən  bəyanatların  tam  əksinə  olaraq  Arkadi  Volskinin  rəhbərlik  etdiyi  Xüsusi  İdarə  Komitəsi  vilayətin 
Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi və nəticədə DQMV müstəqil 
subyektə çevrildi. Bu şəxs DQMV-nin tam iqtisadi müstəqilliyini reallaşdırmaq üçün vilayət ərazisindəki bütün 
müəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələr 
qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə