Maştağa Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə



Yüklə 20,82 Kb.
səhifə1/3
tarix24.12.2023
ölçüsü20,82 Kb.
#159847
  1   2   3
Maştağa qəsəbəsiii


Maştağa — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.Bir sıra tarixi fərziyyələrə görə,qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V-VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri türk tayfası durur.
Tarixi
Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.
Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi.
"Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb. Bəzi mənbələrə görə kəndin adı "Məşqətə" olmuş, 5000 illik tarixi olan dövlət olmuşdur. Digər bir məlumata görə isə görkəmli kəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin "massaget" sözündən yaranması fikrini irəli sürmüşdür. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi vermişdir. Bakı xanı Mirzə Məhəmməd xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir. Hətta qalanın yanında məscid də olub. Ötən əsrin 20-ci illərində dağıdılmışdır. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilmişdir. Tədqiqatçılar bildirirlər ki, kəndin qədim tarixi var. Təəssüf ki, yadelli işğalçıların basqınına məruz qalan Maştağa dəfələrlə dağıdılmışdır. Stepan Razindən tutmuş (1668) Stepan Şaumyana kimi (1915-1918) bu qədim kəndə kimlər divan etməmişdir.



Yüklə 20,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə