Maştağa Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə



Yüklə 20,82 Kb.
səhifə2/3
tarix24.12.2023
ölçüsü20,82 Kb.
#159847
1   2   3
Maştağa qəsəbəsiii

Mədəniyyəti
Maştağa Bakının memarlıq mərkəzlərindən biri olub. Maştağa həm də görkəmli ruhanilərin, elm, mədəniyyət və sənət adamlarının vətəni olmuşdur.
Əhalisi
AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 43.7 min nəfər əhali yaşayır.
Tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə bu kəndin əyalət şəhəri olması ehtimal olunur. Maştağa əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsada, bu kəndin əhalisi orta əsrlərdə dəfələrlə çox olmuşdur. Maştağada evlərin sayı 1849-cu ildə 854, 1886-cı ildə 1137 və 1921-ci ildə 1260 idi. Əhali sayı 1842-ci ildə 3619 nəfər idi və Bakı kəndləri arasında bu saya görə1-ci olsada, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 6179, 1904-ci ildə 7784, 1913-cü ildə 8730, 1926-ci ildə 8220 və 1939-cu ildə 11642 nəfər olmuşdur. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndləri saymasaq, əhali sayına görə yenə 1-ci yerdə idi. Sovet dövrü quruculuq-abadlıq işləri kənddə məskunlaşmanı sürətləndirmiş, burada ən sürətli artım olmuşdur. Əhali sayı 1959-cu ildə 16,9 min, 1970-ci ildə 22,2 min, 1979-cu ildə 31,9 min, 1989-cu ildə 40,2 min, 1999-cu ildə 38,9 min, 2009-cu ildə 43,7 min və 2016-ci ildə 45,1 min nəfər olmuşdur.
İnfrastrukturu
Qəsəbədə parklar, olimpiya kompleksi, mədəniyyət və gənclər evi, 7 saylı şəhər xəstəxanası, poliklinika, 1 saylı ruhi xəstəxana, internat, peşə və musiqi məktəbləri, 2 ATS, poçt məntəqəsi, 2 kitabxana, şadlıq sarayları, kafe, restoranlar, müasir ticarət mərkəzləri və d. sosial binalar fəaliyyət göstərir. Qəsəbədə 8 məktəbdə 7542 şagird təhsil alır və 6 uşaq bağçasında 446 uşaq tərbiyə alır (2011). Savalan ərazisində yeni məktəb və bağça tikilmişdir. Məktəblərin çoxu qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskənlərdə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Qəsəbədə istehsalat müəssisələrindən zeytun yağı istehsal edən müəssisə (hazırda Gilan Holdinqə məxsusdur), ticarət avadanlığı və metal konstruksiyalar zavodu, yeyinti sənayesinə aid olan ət kəsimi, kənd təsərrüfatı emal müəssisəsi, çörək sexi, qadın geyimlər fabriki fəaliyyət göstərir; kiçik müəssisələr vardır. Maştağada məşğulluq probleminin həlli üçün buranı beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək imkanları vardır. Tarixi abidələrin çoxluğu, təkrarlanmayan memarlıq abidələri, məscidlər, pirlər, hamamlar, ovdanlar və d. buranı İcərişəhərdən sonra 2-ci böyük turizm məkanına çevrilməsi üçün geniş imkanlar aça bilər. Qəsəbədə xalq sənətkarlıq mərkəzinin, xalçaçılıq, aqro-sənaye və d. müəssisələrin açılması problemlərin həllində geniş imkanlar yaradar.

Yüklə 20,82 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə