Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
73
Erməni təcavüzü: faktlar və rəqəmlər
Ermənistan tərəfindən Azərbaycana elan olunan müharibəni 3 mərhələyə bölmək olar:
- Ermənistan tərəfindən müharibənin ideoloji, taktiki və strateji planlaşdırma mərhələsi, əlverişli mühitin
formalaşması, həmçinin aparılacaq hərbi müdaxilə üçün maddi-maliyə hazırlığın görülməsi (1984-1988 illər)
- Erməni silahlı birləşmələrinin öz aqressiv planlarının həyata keçirilməsi, Ermənistanın bütün hərbi,
iqtisadi və siyasi potensialının istifadəsi, Azərbaycan torpaqlarının zorla mənimsənilmə mərhələsi (1988-1994
illər)
-Ermənistan tərəfindən Azərbaycan torpaqlarının nəzarətdə saxlanılma mərhələsi. Bu dövrü səciyyələndirən
əsas xüsusiyyətlərindən biri Ermənistanın Azərbaycanın bütün diplomatik cəhdlərini qeyri-konstruktiv yöndə
istiqamətləndirilməsidir.
Bu münaqişənin nəticəsində, Ermənistanda yerləşən 185 Azərbaycan kəndindən 230000 çox
həmvətənlərimiz qovulub, 31000 yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara qarət olunub. 225 nəfər
öldürülüb, 1154 yaralanıb. Xalqımızın yüzlərlə qəhrəman övladları işgəncələrə məruz qalmış, gözləri
çıxarmışdır.
Ermənilərin müharibənin faşist metodları ilə aparılması nəticəsində Azərbaycanın 12 rayonu(təqribən20%),
700 yaşayış məntəqəsi işğal olunmuşdur, 24 min azərbaycanlı qətlə yetirilib, 4 minə qədər dinc əhali əsir
düşmüşdür. Əsir aparılanlardan əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4965
nəfərə çatır. Onlardan 320 qadın, 69 isə uşaqdır. 783 nəfər əsir düşmüş insandan 43 qadın, 18 nəfəri isə uşaqdır.
Erməni əsirliyindən qurtarılan 1325 nəfərdən 312 qadın, 125 isə uşaqdır.
1994 ildən indiyədək Ermənistan ərazisində əsirlər üçün 6 düşərgə mövcuddur.
Vardenis uşaq düşərgəsi (250 nəfər)
Razdfan uşaq düşərgəsi (180 nəfər)
Xankəndi uşaq düşərgəsi (180 nəfər)
Geçaşen qadın düşərgəsi (320 nəfər)
Cermuk qadın düşərgəsi (250 nəfər)
Kəlbəcər qadın düşərgəsi (150 nəfər)
1991 ilin noyabr-dekabr aylarında Xocavənd rayonu (əhalisi 9874), 26 fevral 1992 il - Xocalı rayonu
(11356 nəfər), 8 may 1992 il - Şuşa rayonu (23156 nəfər). 18 may 1992 il - Laçın rayonu (61763 nəfər), 4 aprel
1992 il - Kəlbəcər rayonu (60698 nəfər). 23 iyul 1993 il Ağdam rayonu, 18 avqust 1993 il - Cəbrayıl rayonu
(57125 nəfər), 23avqust 1993 il – Füzuli rayonu (98600 nəfər), 31 avqust 1993 il - Qubadlı rayonu (əhalisi
30678). 25 oktyabr 1993 - Zəngilan rayonu (əhalisi 34924).
Ermənilər 870 yaşayış məntəqəsini, 10 rayonu yerlə yeksan edib. İşğalçılar 43666 inzibati məntəqə. 1145
məktəb müəssisə və uşaq bağçaları, 1831 kinoteatr, 982 kitabxana, 862 mədəniyyət evi, 695 məktəb, 700 qədər
siyyə ocağı, 22 muzey və 1 ali məktəb, 7 min sənayə və tikinti obyekti, kolxoz və sovxozları, 9 min kv.m
yaşayış əraziləri tutulub.
İşğal olunan torpaqlarda erməni ordusu tərəfindən tarixi abidələr, mədəni-mənəvi, dini dəyəri olan yerlər
dağıdılıb. 44 məbəd, 32 məscid, 22 kurqan-təpəlik, 8 körpü, 9 saray-hamam və karvan-saraylar, 2 heykəl, 4 qızıl
yatağı, 2 qranit və 4 daş karxanası, 5 ayrı tikinti yatağı, 10 mineral və 2 dövlət qoruğu. Erməni okkupasiyası
nəticəsində 808 mədəni mərkəz, 85 musiqi məktəbi, 4 şəkil qalereyası, 6 istirahət parkı, 4 teatr, 2 konsert binası,
Şuşa Dövlət musiqili-dramatik, Füzuli Dövlət dramatik, Ağdam Dövlət dramatik teatrların avadanlıqları və
inventarları işğalçıların əllərinə keçib. Postsovet məkanında yeganə olan Ağdam çörək muzeyi tamamilə
dağıdılıb. Kəlbəcər tarix diyarşünaslıq muzeyinin 13 min, Laçın tarix diyarşünaslıq muzeyinin isə 45 min
qiymətli eksponatı oğurlanaraq Ermənistana aparılıb.
Həmçinin Şuşa tarix muzeyinin (500 eksponat), Azərbaycan Dövlət xalça və tətbiqi xalq incəsənəti Şuşa
filialı Qarabağ dövlət tarix muzeyinin (1000 eksponat), dahi bəstəkar Üzeyir Hacıbəyovun muzeyi (300
eksponat), xanəndə Bül-Bülün (400 eksponat), dahi musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın muzeyindən
(100 eksponat), Ağdam (2000 eksponat), Qubadlı (3000 eksponat) və Zəngilan (6000 eksponat)diyarşünaslıq
muzeyləri dağıdılıb. Ağdamda Qurban Pirimovun xatirəsi muzeyi, Rahib Məmmədov adına hərb muzeyi.
Cəbrayıl və Füzulidə tarix-diyarşünaslıq muzeyləri eyni aqibətlə üzləşib. Azərbaycan mədəniyyətinin dahi
nümayəndələri Vaqif, Ü.Hacıbəyovun, Bül-Bülün abidələri məhv edilib. Düşmən əmək qəhrəmanı S.Vəzirovun
və müharibə qəhrəmanı L.Vəzirovun muzeylərində dağıdıb. 982 kitabxana və 5.6 mln nüsxə kitab oğurlanıb və
yandırılıb.
Füzuli, Şuşa və Ağdamda 20 qədər müasir tipli mədəniyyət evi oğurlanıb. Bu şəhərlərin mədəniyyət
ocaqlarından hərəsi 1,5 ton olan 50 mln.manat məbləğində qiymətləndirilən 4 teatr çıl-çırağı məhv edilib.
Mədəniyyət evlərindən və saraylardan 103,2 min kürsü, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 kinokamera,
423 videomaqnitofon, 5920 milli kişi və qadın geyimləri, 40 səs ucaldıcısı, 718 televizor, 27 royal, 840 pianino,