Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə46/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   42   43   44   45   46   47   48   49   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
76 
təsdiqləmişdir.  Məhz  Ermənistanın  xüsusi  xidmət  orqanları  terror  aktlarının  icrası  üçün  cinayətkarları  zəruri 
partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik 
orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası 
Ali  Məhkəməsinin  hökmü  ilə  azadlıqdan  məhrum  olunmuşdur,  ölkənin  hüdudlarından  kənarda  gizlənənlər 
barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın 
separatçı  rejiminə  himayədarlıq  edən  qonşu  Ermənistanın  xüsusi  xidmət  orqanları  həmin  cinayəti  həyata 
keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları 
barəsində  ərazi  iddiaları  irəli  sürən  separatçılar  sırasından  hazırlamışlar.  Bu  isə  müxtəlif  etnik  yönümlü 
separatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha bir 
sübutdur.  
Təəssüf ki, bu yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında 
yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ci 
ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx 
Şamilin  abidəsinin  partladılması  kimi  cinayətlərin  törədilməsi  Zaqatala  və  Balakən  rayonlarında  vəziyyəti 
kəskinləşdirmişdi.  
Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs 
edilmiş  silahdaşı  Şaban  Buşdiyevin  erməni  xüsusi  xidmətlərinin  nümayəndələri  ilə  əlaqələri  olması  faktı 
aşkarlanmışdır.  
1997-ci  ildə  onların  hər  ikisi  Azərbaycan  ərazisində  «Avar  dövləti»nin  yaradılması  üçün  1  milyon  ABŞ 
dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfər 
etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 
300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının «Car-Balakən 
dövləti»nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin 
dekabr  ayında  yenidən  Yerevana  getmişdir.  Bu  səfərin  əsas  məqsədi  yaz-yay  mövsümündə  yerli  icra 
hakimiyyətinin  binasının  zəbt  edilməsi,  həbs  olunmuş  silahdaşlarının  azadlığa  buraxılması  şərti  ilə  vəzifəli 
şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik 
raketlərinin alınması idi. 
2001-ci ilin sentyabr ayında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törədilməsi ilə əhalini təsir 
altında  saxlamağa,  ərazini  nəzarətsiz  zonaya  çevirməyə  cəhd  göstərən  şəxslərin  dindirilməsi  zamanı  məlum 
olmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun «müdafiə naziri» 
və digər «rəhbər işçiləri» birbaşa iştirak etməklə, həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.  
1994-cü  ilin  iyul  ayının  3-də  Bakı  metrosunun  «28  may»  və  «Gənclik»  stansiyaları  arasında  13  nəfərin 
ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil 
edilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb 
Yerevana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb A.Aslanovu həmin 
cinayəti  törətməyə  sövq  etmişlər  (bu  fakt  erməni  millətçi-separatçı  ekstremizminin  əsas  ideoloqlarından  biri, 
hazırda  İnterpol  xətti  ilə  axtarışda  olan  Zori  Balayanın  «Cəhənnəm  və  cənnət  arasında»  kitabında  öz  əksini 
tapmışdır). İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının 
«ideoloji  təminatında»  Zori  Balayanın  və  Dağlıq  Qarabağ  erməni  separatçılarının  lideri  olmuş,  hazırda 
Ermənistan Respublikasının prezidenti Robert Koçaryanın iştirakı olmuşdur.  
90-cı  illərin  əvvəllərindən  etibarən  beynəlxalq  terrorçu  qrupların  liderlərinin  reabilitasiyasına  çalışan 
Ermənistan  rəhbərliyi  xarici  diasporanın  radikal  təşkilatlarının,  xüsusilə  «Daşnaksutyun»,  ASALA,  MAQ, 
«Erməni  birliyi»,  «Erməni  Azadlıq  Cəbhəsi»  və  digər  terror  təşkilatları  fəallarının  Ermənistan  ərazisində 
toplanması  məqsədi  ilə  genişmiqyaslı  kampaniyaya  başlamış,  onların  fəaliyyətlərinə  siyasi-hüquqi  şərait 
yaradaraq  sığınacaq  vermiş,  pul,  silah,  saxta  sənəd  və  nəqliyyatla  təchiz  etmişdir.  Həmçinin  Azərbaycanda 
ermənilərin sıx  yaşadıqları  əraziyə  yardım  adı  altında  bir  sıra  xarici  dövlətlərdən  terrorçular,  silah  və  maliyyə 
vəsaitləri  göndərilir,  Türkiyə  nümayəndəliklərinə  qarşı  terror  aktları  törətmiş  ermənilərin  azad  olunması  və 
dəstəklənməsi  Ermənistanda  dövlət  səviyyəsində  təşkil  olunurdu.  Belə  ki,  Suriyada  doğulmuş,  ASALA  üzvü, 
1983-cü  ilin  iyun  ayında  Fransanın  Orli  aeroportunda  partalyış  törətdiyinə  görə  həbs  edilmiş  Varujan 
Karapetyanın  Ermənistan  xüsusi  xidmət  orqanları  tərəfindən  Eçmiədzin  kilsəsinin  imkanları  vasitəsi  ilə  azad 
olunması üçün imza toplama kompaniyası keçirilmişdir. 
Fransada  terror  aktları  törətdiyinə  görə  həbs  edilmiş  ABŞ  vətəndaşı,  tanınmış  beynəlxalq  terrorçu  Monte 
Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz 
torpaqlarından  məcburi  köçkün  vəziyyətinə  salmış  terrorçu  qruplara  rəhbərlik  etmişdir.  1993-cü  ilin  yayında 
Azərbaycan  qoşun  hissələri  tərəfindən  məhv  edilmiş  M.Melkonyanın  Yerevanda  dəfn  mərasimində  prezident 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə