Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
69
SSR-nin əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycanla həmsərhəd üç rayonunun Azərbaycan
SSR-nin inzibati sərhədlərinə daxil edilməsini təklif etmişdir. Sovet ali rəhbərliyi Arutinovun məktubunu
nəticəsiz qoydu.
1948-1953-cü illər aralığında SSRİ ali rəhbərliyinin qərarlarına əsasən Ermənistan ərazisində yaşayan
azərbaycanlıların kütləvi deportasiyasına başlanılır. Onlar əsasən Azərbaycanın Kür-Araz ovalığı ərazisində
məskunlaşdırılırlar.
SSRİ Nazirlər Sovetinin
1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının icrası nəticəsində,
1948-1953-cü illərdə həyata keçirilən deportasiya siyasəti ilə rəsmi məlumatlar görə 50.000-dən çox
azərbaycanlı Ermənistan SSR-nin ərazisindən özlərinin tarixi torpaqlarından köçürülərək Kür-Araz ovalığı boyu
məskunlaşdırılır.
1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə
seçiləndən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin
sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri,
istərsə də xaricdəki erməni diasporu tərəfindən «Miatsumun» həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq
həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan «Humanite» qəzetinə
1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil,
məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin
Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinist-millətçiliyinə xidmət
edən «Qarabağ» və «Krunk» təşkilatlarının fəaliyyəti, «ziyalı» pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori
Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur.
1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan
SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu
ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır.
Fevral ayının 28-29-da sovet xüsusi xidmət orqanlarının fəal iştirakı ilə Sumqayıt şəhərində qondarma «erməni
talanları» həyata keçirildi. Maraqlıdır ki, bu hadisələrdən bir müddət öncə Sumqayıt sənaye müəssisələrində
çalışan yüksək mənsəbli ermənilər onlara məxsus əmanətləri tələsik şəkildə banklardan çıxarmağa başlamış,
şəhərdə xarici kütləvi informasiya vasitələrinin mövcudluğu əvvəlcədən təmin olunmuş, hətta tam təsdiqlənmiş
məlumatlara əsasən, Sumqayıtda «erməni talanları»nın icrası prosesinə bilavasitə Qriqoryan soyadlı cinayətkar
keçmişə malik bir erməni başçılıq etmişdir. İyul ayının 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin geniş
tərkibdə keçirilən iclasında Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-nin tərkib hissəsi kimi təsdiq
olundu.
1989-cu ilin salnaməsi Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələrinin Dağlıq
Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə və müxtəlif nəqliyyat
vasitələrinə hücumları ilə xarakterizə olunmuşdur.
1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar
nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın
Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Dekabr ayının 1-də Ermənistan
SSR-nin Ali Soveti qeyri-
qanuni şəkildə «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında» qərar qəbul
etdi.
1990-cı il yanvar ayının 20-də sovet qoşun hissələri qüvvədə olan müvafiq qanunvericiliyə zidd olaraq,
fövqəladə vəziyyətin tətbiqi ilə bağlı qabaqcadan xəbərdarlıq etmədən Azərbaycan Respublikasının paytaxtı
Bakı şəhərinə daxil olaraq yüzlərlə dinc sakini qətlə yetirdi. Bu vandalizm aktı nəticəsində rəsmi məlumatlara
görə, təxminən 150-ə qədər insan qətlə yetirildi, 700-ə qədər insan isə yaralanaraq müxtəlif dərəcəli bədən
xəsarəti aldı. Sovet qoşunları ilk dəfə olaraq, beynəlxalq səviyyədə qadağan olunmuş ağırlıq mərkəzi
dəyişdirilmiş güllələrdən dinc əhaliyə qarşı istifadə etdilər.
1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ
regionunda qeyri-qanuni olaraq «Dağlıq Qarabağ Respublikası»nın qurulmasını bəyan etdilər.
Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində
Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin
sülh yolu ilə həlli barədə razılığa gəldilər.
Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində
azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan
kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti
qarşısında qaldı.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
70
Noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan,
Rusiya və Qazaxıstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan «Mİ-8»
vertolyotunu gülləboran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictimai və hərbi xadim qətlə yetirildi.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı
alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla
müşayiət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər
yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə
hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı
texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.
Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı
baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır.
May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar
İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu
kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal
olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam
etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər.
Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi
əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan
Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi.
1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər
rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən
bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı
bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda
münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı
Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə
BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün
işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.
İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul
ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər
ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT
Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in
xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu.
Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması
tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi. Oktyabr ayının 28-noyabr ayının 1-i
aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal
azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi.
1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları
tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar
edilməsi, əməkdaşlığın inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və
Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi.
Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və
bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu.
Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında
razılaşma qüvvəyə mindi.
Dekabr ayının 5-6-da ATƏM-in Budapeşt Sammiti keçirildi. Sammitdə «Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi» adlı qərar qəbul edildi.
1996-cı il dekabr ayının 2-3-də ATƏT-in Lissabon Sammiti keçirildi. Sammitdə ATƏT-in fəaliyyətdə olan
sədri Ermənistan-Azərbaycan münaqişəsinin üç prinsin əsasında həllini nəzərdə tutan və Ermənistan istisna
olmaqla, ATƏT-in 53 üzv dövlət tərəfindən dəstəklənmiş bəyanatla çıxış etdi: Azərbaycan və Ermənistan
Respublikalarının ərazi bütövlüyü; Azərbaycanın tərkibində Dağlıq Qarabağa öz müqəddəratını müəyyənetməyə
əsaslanan ən yüksək hüquqi statusun
verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
1997-ci ilin yanvar ayından etibarən ATƏT-in Minsk Qrupu 3 tərəfli həmsədrlik formatında fəaliyyətə
başlayır. 1997-ci ilin aprel ayının 2-də Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Lev Roxlin təkcə