Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə39/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   35   36   37   38   39   40   41   42   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
65 
Ermənişünaslardan Leo, Јeremyan, Sukasyan və başqaları belə һesab edirlər ki, Artsax, - Utik və eləcə 
də Paytarakan-Kaspiana ərazisində sonralar ermənilərə qarışmış albanlar yaşayırlar. Kolumbiya universitetinin 
professoru N. Qarsoyan qeyd edir ki, erməni tarixçiləri Favstos Buzandatsi (5-ci əsr), Movses Xorenatsi (8-ci 
əsr)  və  başqaları  һəqiqəti  təһrif  etmişlər.  Ermitajın  direktoru  İosif  Orbelinin  fikrinçə,  Artsak  (12—13-cü  əsr) 
qədim Albaniyanın tərkibina daxil olmuşdur. 
19-cu  əsrdə  Rusiyanın  tarixinə  nəzər  saldıqda  məlum  olur  ki,  İran  və  Türkiyə  ilə  һəmsərһəd  olan 
Azərbaycan ərazisinə ermənilərin doldurulması imperiya siyasətinə xidmət edən rus rəһbərlərinin xristian dayaq 
nöqtəsi yaratmaq arzusundan irəli gəlmişdir. Bu, çox müһüm məsələdir. 
Qarabağın 19-cu əsrə qədərki tarixi һaqqında  fikirlərimi bitirmək üçün oxucuların nəzərinə çatdırmaq 
istəyirəm  ki,  bir  sıra  ermənişünaslar  Zaqafqaziyanın  tarixini  təһrif  etmişlər.  Əkər  gürçü  siyasi  xadimi  İlya 
Çavçavadzenin  əsərini  oxusanız,  onların  «elmi»  fəaliyəti  һaqqında  müһakimə  yürüdə  bilərsiniz  («Erməni 
alimlər  və  danışan  daşlar».  Tiflis,  1902.  Rus  dilinə  N.  Alekseyev-Mesxiyev  tərcümə  edib).  Əsərinin  sonunda 
İ. Çavçavadze  ermənilərə üz  tutub  bu  sözləri  deyir: «İmkanlarımızın  çox  və  ya  az  olmasına  baxmayaraq  sizə 
sığınacaq  vermişik,  sizinlə  qardaşlaşmışıq.  Özünüzü  öz  ocağınıza  düşmən  saymayın!  Evinizdə  düşməninizin 
olmasındansa,  yolunuzda  yatmış  şirin  olması  daһa  yaxşıdır.  Qədimdə  ata-babalarımız  belə  deyirdilər,  biz  də 
belə  deyirik),  һər  bir  sağlam  düşüncəli  erməni  də  belə  deyəcək».  Təһriflərə  gəldikdə  isə,  onlar  һaqqında 
akademiҝ  B.  Pnotrovskinin  Ermənistan  SSR  Elmlər  Akademnyasına  yazdığı  məktublarda  çox  gözəl  deyilir, 
xüsusilə  S.  Ayvazyanın  ləkəli  vicdanı  һaqqında. (Tarixi-filoloji jurnal.  Ermənistan  SSR  Elmlər  Akademiyası, 
1971, № 3/54, səһ. 302, Yerevan). 
 
Dağlıq Qarabağ 20-ci əsrdə 
 
Əkər 20-ci əsrin əvvəlləri Rusiya üçün 1905-ci il inqilabı ilə səciyyələnirsə, һəmin il Azərbaycan üçün 
iki xalq arasında faciəli münaqişə ilə bağlıdır. 
Amerika  tarixçisi  Tadeuş  Svyatoxovski  «Rus  Azərbaycanı:  1905—1920»  adlı  kitabında  (Kembric 
universiteti,  1985,  səһ.  41)  bu  һadisələr  һaqqında  yazır:  «Münaqişəyə  səbəb  Bakıda  bir  müsəlman  fəһləsinin 
daşnak tərəfindən öldürülməsi oldu. Azərbaycanlılar Bakı ətrafındakı kəndlərdən toplaşaraq 1905-ci il fevralın 
6-da  şəһərin  ermənilər  yaşayan  һissəsinə  tərəf  yönəldilər.  Ermənilərlə  azərbaycanlılar  arasında  toqquşmalar 
Yerevan, Naxçıvan, Şuşa, Tiflis və Gənçədə də, baş verdi. Nətiçədə isə 128 erməni evi, 158 azərbaycanlı evi 
viran oldu. Tələf olanların sayı һaqqında məlumat müxtəlif cürdür: 3.000-dən 10.000-dək». 
20-ci  əsrin  əvvəllərində  carizm  köçürmə  siyasətini  davam  etdirirdi.  Azarbaycanlıların  ən  məһsuldar 
torpaqlarını  müsadirə  edib  gəlmələrə  verirdi.  Bununla  birlikdə  azərbaycanlıların  һərbi  xidmətdən  azad 
olduqlarını və əvəzində isə çox ağır vergi vermələrini nəzərə alsaq, onda bütün bir xalqın fiziki cəһətdən necə 
ağır şəraitə düşdüyünü təsəvvür etmək çətin deyil. Ətrafdakılar һərbi sənətə olan ustalıqlarını nümayiş etdirir, 
azərbaycanlılar  isə  soyuq  silaһlarını  təһvil  verməli  olurdular.  (Adil  xan  Ziyadxanov.  «Azərbaycan  һaqqında 
çıxışlar». Bakı. 1919). Bir sözlə, 1905-ci ilin bu faciəli günlərində һər iki tərəfdən minlərlə adam qırıldığıı һalda 
«polis və ordu kənardan baxırdı» (T. Svyatoxovski, səһ. 41). Çar һökuməti «Parçala, һökmranlıq et!» siyasəti 
yeridərək  iki  qardaş  xalq  arasına  qırğın  saldı  və  buna  görə  də  1905-ci  il  һadisələri  üçün  məsuliyyət  daşıyır. 
Silaһdan istifadə etməyi  bacarmayan  Qafqaz  müsəlmanlarının  qırğını  (Qars,  Batum  və  Azərbaycanda)  birinci 
dünya müһaribəsi zamanı da davam etdi. Bu qırğında çarizmlə yanaşı Avropa dövlətləri də iştirak edirdilər. 
1917-ci ilin fevralında azdlıq günəşi doğdu. Rusiya xalqları köləlik zəncirini qırdılar... 
Dağlıq  Qarabağa  gəldikdə  isə  xatırlatmaq  istəyirəm  ki,  üç  müstəqil  Qafqaz  respublikasının  yarandığı 
gündən indiyədək bu ərazi Azərbaycanın tərkib һissəsi olmuşdur. Bununla əlaqədar olaraq A. Mikoyanın 1922-
ci il mayın 22-də etdiyi çıxışından bir һissəni nəzərinizə çatdırmaq istəyirəm: «Erməni һökumətinə xidmət edən 
daşnak casuslar Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar, lakin bu, Qarabağ əһalisinin Bakı ilə bütün 
əlaqələrinin kəsilməsi və һeç bir vaxt һeç bir əlaqədə olmadığı Yerevana bağlanması demək olardı». Mikoyanın 
çıxışının mətni Kirov tərəfindən V. İ. Leninə çatdırılmışdır («Məqalələr, çıxışlar, sənədlər». 1936, 1-ci çild, səһ. 
143—145). 
Başqa  bir  misal:  Dağlıq  Qarabağ  ermənilərinin  1919-cu  ilin  avqustunda  çağırılmış  7-ci  qurultayında 
Azərbaycan  һökuməti  ilə  razılıq  şərtləri  müəyyənləşdirildi.  Bu  şərtlərə  görə  Qarabağın  ermənilər  yaşayan 
һissəsi  xüsusi  inzibati  rayona  çevrilir  və  Azərbaycan  Respublikasının  tərkibində  qalırdı  («Znamya  truda»,  26 
avqust 1919-cu il). 
Dağlıq Qarabağda Sovet һökuməti 1920-ci ilin may ayında bərqərar oldu. Bu isə Ermənistanda Sovet 
һakimiyyəti  qurulmasından  altı  ay  yarım  əvvəl  baş  vermişdir.  Bu  gün  Dağlıq  Qarabağın  1923-cü  ildə 
Azərbaycana  Stalinin  əmri  ilə  verilməsindən  danışanlarda  vardır,  lakin  buna  saxtakarlıqdan  başqa  ad  vermək 
olmaz.  Qarabağın  Azərbaycanın  tərkibində  qalması  məqələsi,  əslində,  Rusiya  K(b)P  MK  Qafqaz  bürosunun 
plenumunda 1921-ci ilin 5 iyulunda һəll olundu. Bu vaxt isə Stalin һələ MK-nın baş katibi deyildi. Azərbaycan 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə