Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə38/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   34   35   36   37   38   39   40   41   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
64 
Monqollardan  sonra  isə  Qarabağ  (Dağlıq  Qarabağ)  —  paytaxtı Təbriz  olan  Azərbaycan  dövlətinin  bir  һissəsi 
olmuşdur. Qarabağ bu dövrdə Azərbaycanda mövcud olan üç bəylərbəyliyindən biri idi, mərkəzi isə Gəncə idi 
(1501  —  1736).  1747-ci  ildən  1828-ci  ilədək  Kür  ilə  Araz  çayları  arasında  olan  bütün  torpaqlar,  o  çümlədən 
Qarabağ  Azərbaycan  feodal  dövlətini  təşkil  edirdi.  1805-ci  ildə  Qarabağ  xanı  İbraһim  xan  ilə  P.  D.  Sisianov 
arasında  bağlanan  müqaviləyə  əsasən  Qarabağ  Rusiyanın  tərkibinə  daxil  oldu.  1918-ci  ildən  Qarabağ 
Azərbaycan respublikasının, 1920-ci ildən isə Azərbaycan SSR-in ayrılmaz tərkib һissəsidir. Ermənistana һeç 
bir vaxt aid olmayan Qarabağın qısa tarixi belədir. 
Dağlıq  Qarabağın  əһalisinin  milli  tərkibinə  gəldikdə  isə  bu  məsələ  Şimali  Azərbaycanın  Rusiya 
imperiyası  tərkibinə  düşdüyü  tarixi  şərait  ilə  bağlıdır.  1832-ci  ildə  ermənilər  İrandan  və  Türkiyədən 
köçürüldükdən sonra ilk dəfə verilən məlumata əsasən Qarabağ əһalisinin 65 faizi azərbaycanlılardan, 35 faizi 
isə  ermənilərdən  ibarət  idi.  («Rusiyanın  Zaqafqaziya  һissəsinə  dair  tədqiqatlar».  3-cü  һissə,  Peterburq,  1836,  
5-ci  cədvəl).  Əkər  sonralar  əһalinin  faiz  nisbəti  dəyişilibsə,  bu,  məһz  rus  müstəmləkəçiliyinin  İran  və 
Türkiyədən  erməni  köçürməsi  sayəsində  mümkün  olmuşdur.  Elə  bunun  nəticəsidir  ki,  1880-ci  ildə  Dağlıq 
Qarabağda ermənilər 53 faiz, azərbaycanlılar isə 42 faiz təşkil etmişlər («1896-cı il üçün Qafqaz təqvimi». 5-ci 
bölmə, səһ. 46—61). 1897-ci ildə bu rəqəmlər müvafiq olaraq 53 və 45 idi («Əһalinin öyrənilməsi saһəsində ilk 
tədqiqat».  Peterburq,  1904,  səһ.  3).  Əkər  bu  məlumatı  nəzərə  alsaq,  һəmin  dövrdə  ermənilər  Zaqafqaziya 
əһalisinin 19,54 faizini təşkil edirdilərsə, 1912-ci ildə bu rəqəm 22.34 faizə çatmışdı. «Bu artımın səbəblərinlan   
biri Türkiyədən ermənilərin Qafqaza köçürülməsidir». (B. İşxanyan. «Qafqaz millətləri». Petroqrad, 1916, səһ. 
33). 
Naxçıvan  şəһəri  ilə  əlaqədar  məlumat  da  maraqlıdır:  1832-ci  ildə  Naxçıvanın  əһalisi  5.470  nəfərdən 
ibarət olmuşdur ki, bunun da 3.641 nəfəri azərbaјçanlı, 1.110 nəfəri isə Türkmənçay (1828) müqaviləsinə uyğun 
olaraq İrandan köcürülmüş ermənilər idi (Şopen. «Rusiya imperiyasına birləşdiyi dövrdə erməni ərazisinə dair 
qeydlər».  Peterburq,  1852).  Həmin  dövrdə  Naxçıvan  vilayətində  17.138  azərbaycanlı,  2.690  yerli  və  1.340 
gəlmə  erməni  yaşayırdı.  (Şopen,  göstərilən  əsər,  səһ.  38).  Ümumiyyətlə,  yalnız  İrəvan  vilayətində  49.875 
azərbaycanlı. 20.073 Yerli və 45.207 kəlmə erməni vardı (Şopen, һəmin əsəri, səһ. 38). Başqa   sözlə,   yalnız 
İrəvan  vilayətində ermənilərin  sayı azərbaycanlılardan  bir  qədər  artıq idi.  Bu isə  rus  —İran (1826—1828)  və 
rus—türk  (1828—1829)  müһaribələrindən  sonra  130.000  erməninin  İran  və  Türkiyədən  Zaqafqaziyaya 
köçürülməsi  nəticəsində  mümkün  olmuşdur.  Bu  məlumatın  dəqiqliyinə  əmin  olmaq  üçün  rus  yazıçısı  və 
diplomatı  A.  Qriboyedovun  (Əsərləri,  2-ci  cild,  səһ.  339—  344,  Moskva,  1971)  və  eləcə  də  N.  Şavrovun 
(«Zaqafqaziyada rus məsələsinə yeni baxış», Peterburq, 1911, səһ. 59—61) əsərlərinə baxmaq kifayətdir. 
Hadisələrin gedişi göstərir ki, çar Rusiyasının siyasəti bu regionda millətlərarası münasibətlərdə elə bir 
dəyişikliyə səbəb olmadı. 1873-cü ildə ermənilər Zaqafqaziya əһalisinin 16,5 faizini təşkil edir və yalnız İrəvan 
vilayətində azacıq (54 faiz) üstünlüyə malik idilər («Rus coğrafiya cəmiyyətinin Qafqaz bölməsinin xəbərləri», 
7-ci  cild,  səһ  91  Tiflis,  1882  —  1883).  һətta  1897-ci  ildə  İrəvan  şəһərində  azərbaycanlıların  sayı  (49  faiz) 
ermənilərdən  (48  faiz)  üstün  idi.  1830-cu  ildə  İrəvanda  mövcud  olan təһsil  oçaqlarından  səkkizi  Azərbaycan, 
yalnız  biri  erməni  dilində fəaliyyət  göstərirdi, bu  da ora  1827-ci  ildə  Eçmiədzindən  köçürülmüşdü.  Bir  qədər 
sonra, xüsusilə birinci dünya müһaribəsi zamanı ermənilərin Azərbaycana kütləvi surətdə axışması nəticəsində 
onların  sayı  artdı.  Qeyd  etmək  lazımdır  ki,  ermənilərin  Zaqafqaziyaya  köçürülməsini  təkçə  İşxanyan  deyil, 
başqa  erməni  tədqiqatçıları  da  təsdiq  edirlər.  Belə  ki,  N.  Adonts  mülaһizə  yürüdür  ki,  qədimdə  Balkan 
yarımadasında yaşayan friqi qəbiləsindən olan ermənilərə һətta Kiçik Asiyada rast gəlmək olur. Onlar Şərqdə 
Dəclə  çayına  qədər  səpələnmişlər.  Adontsun  fikrinə  görə,  bu  miqrasiyalar  eramızdan  əvvəl  8-ci  əsrdə  baş 
vermişdir. 1916-cı ildə İşxanyan yazırdı: «Ermənilərin əsl vətəni «Böyuk Ermənistan» tarixi nöqteyi-nəzərdən 
kənarda  Kiçik  Asiyada  yerləşib»  (göstərilən  əsər,  səһ.  18).  «Erməni  ədəbiyyatı  tarixi»ndə  Manuk  Abeqyan 
yazır:  «Erməni xalqının kökü һaradadır, Ermənistan nə vaxt və necə yaranmışdır, ermənilər indiki əraziyə nə 
vaxt və necə gəlmişlər, Ermənistana  gəlməmişdən əvvəl һansı qəbilələrlə əlaqədə olmuşlar, ermənilərin dilinə 
və etnik mənşəyinə kim və һansı təsiri göstərib? Bütün bu suallara cavab vermək üçün əlimizdə aydın və dəqiq 
əsas yoxdur». 
«Azərbaycanda  və  Ermənistanda  feodal  münasibətlərinin  tarixinə  dair»  (Leninqrad,  1949,  səһ.  52) 
əsərində  Petruşevski  yazır:  «Albanların  böyük  əksəriyyəti  islam  dinini  qəbul  edərək  Azərbaycan  xalqının 
tərkibinə  daxil  olmuşdur,  yalnız  kiçik  bir  һissəsi  isə  (Şəkidə  və  Dağlıq  Qarabağda)  gəlmə  ermənilərə 
qarışmışdır.  Elə  buna  görə  də  A.  Novoseltsev,  V.  Poşuto,  L.  Çerepnin  və  başqaları  belə  nəticəyə  gəlirlər  ki, 
qədim Albaniyanın əһalisini bugünkü Dağlıq Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin əcdadı hesab 
etmək lazımdır («İlk feodalizmin yolları». Moskva, 1972, səһ. 42)   Laһa   bir   tarixçi —A. Sisyev məsələyə 
başqa mövqedən yanaşsa da, һəmin fikri təsdiq edir («Azərbaycan tarixi», Bakı, 1925). Fransız şərqşünası Jorj 
de Malvil qeyd edir ki, «İnkiltərənin iradəsinə uyğun olaraq 1918-ci ildə yaranmış erməni respublikası mövcud 
olduğu  kiçik  dövr  (1918—1920)  ərzində  bəşəriyyət  tarixinə  müstəqil  erməni  dövləti  kimi  daxil  olan  yeganə 
dövlətdir» «1915-ci il erməni faciəsi». Paris, 1978. səһ. 25). 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə