Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
88
"Erməni soyqırım ədalət komandosları": 1972-ci ildə Vyanada "Daşnaksutyun" partiyasının qurultayı
zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını
hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
"Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılmışdır. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet
məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların
ötürülməsində iştirak edir.
"Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin
parçalanmasıdır.
"Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan
Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində
terror aktları həyata keçirməkdir.
Milli Təhlükəsizlik Nazirliyi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
89
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı
Beynəlxalq hüquqi yanaşma
Hələ 1911-ci ildə N.İ.Şavrov yazırdı ki, 1828-1830-cu illər ərzində rus çarizminin siyasəti nəticəsində
Zaqafqaziyaya 40 min İran və 84600 Türkiyə ermənisi köçürülmüşdü ki, çar məmurlarının tapşırığı əsasında
onlarında çoxu Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) məskunlaşdırılmışdır. Şavrovun
iddiasına görə, XX əsrin əvvəllərində bütövlükdə Zaqafqaziyada yaşayan bir milyondan artığı qısa müddətdə
İran və Türkiyədən bu əraziyə köçürülmüş ermənilərdir.
Maraqlıdır ki, Rusiya Qafqazda əhalinin xristianlaşması, xüsusilə də erməniləşməsi siyasətini yeritsə də,
Qarabağ vilayəti heç bir vaxt erməni ərazisi kimi nə təqdim olunmuş, nə də qəbul edilmişdi. 1840-cı ildə Rusiya
Qafqazda ilk vilayət təşkil etdi. Bu vilayətlərdən biri mərkəz Tiflis şəhəri olmaqla Gürcüstan-İmeretiya
quberniyası, digəri isə mərkəz Şamaxı şəhəri olmaqla Xanlıqəzər vilayəti idi. Naxçıvan və İrəvan xanlıqlarının
ərazisi Gürcüstan quberniyasının tabeçiliyinə verilsə də, Qarabağ Xanlıqəzər vilayətinin tərkibində idi.Sonralar
Qarabağ Şamaxı, ardınca Bakı quberniyasının, 1867-ci ildən 1919-cu ilə kimi isə Gəncə quberniyasının
tərkibində olmuşdur. Bütün bunlar bir daha göstərir ki, rus çarizmi belə Qarabağı Azərbaycanın tərkib hissəsi
hesab etmiş və bir vilayət olaraq daim Azərbaycanın quberniyalarının tərkibində olmuşdur.
Qafqazda əhalinin etnik tərkibi və etnik qruplar arasında baş verən münaqişələr haqqında tədqiqat aparmış
bir çox müəlliflər haqlı olaraq hesab edirdilər ki, bu problemlərin kökü rus imperiyasının Qafqaz siyasəti ilə
bağlı olsa da, əsası Daşnaksutyun partiyasının meydana gəlməsi ilə bağlıdır.Gürcüstan tədqiqatçısı Qaribi
yazırdı ki, “Zaqafqaziya daşnaq partiyası meydana çıxana qədər sülh, əmin-amanlıq və dinc yanaşı yaşamağın
beşiyi olmuşdur...Ermənilər, tatarlar,gürcülər əsrlər boyu bir yerdə yaşamış, dinc əhali heç bir zaman milli, dini,
etnik zəminli heç bir münaqişədə olmamışlar...Daşnaklar gələcək Böyük Ermənistan yaratmaq üçün reallığa
uyğun olmayan, həqiqəti özündə əks etdirməyən iddialarla çıxış etdilər, bununla da Zaqafqaziya milli ədavət və
nifrət hisslərinin beşiyinə çevrildi”.
1905-ci ilin fevralında erməni daşnakları Bakıda milli münaqişə törətdilər ki, bu da bütün Qafqaza, o
cümlədən Qarabağa da yayıldı.1918-ci Azərbaycan, Gürcüstan, və Ermənistan özlərinin dövlət müstəqilliyini
elan etsələr də, ilk mərhələdə Ermənistan hökuməti Dağlıq Qarabağa münasibətdə açıq-aşkar iddia ilə çıxış
etmir, müəyyən diplomatik addımlarla kifayətlənirdi. Məsələn, 1918-ci ilin avqust ayında Ermənistanın
Tiflisdəki diplomatik nümayəndəsi Azərbaycanın oradakı nümayəndəsindən Şuşaya Ermənistanın “xüsusi
nümayəndə heyəti” göndərməsinə razılıq verməyi xahiş etmişdi. Bu fakt göstərir ki, müstəqilliyin ilk
dövrlərində Ermənistan Qarabağla bağlı iddialarını açıq-aşkar nümayiş etdirmirdi. Ermənistan hökuməti
Azərbaycan hökumətindən Şuşaya “xüsusi nümayəndə heyəti” göndərməyə icazə istəməklə, faktiki olaraq
Dağlıq Qarabağın Azərbaycana mənsubiyyətini etiraf edirdi.
Bütün bunlarla yanaşı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səngimir, əksinə daha kəskin xarakter
alırdı. Məhs Ermənistanın Azərbaycana qarşı sürdüyü ərazi iddiaları o qədər əsassız və həqiqətə uyğun
olmamağı o qədər açıq-aydın idi ki, bunu SSRİ məkanında əksər müəlliflər, o cümlədən bəzi erməni müəllifləri
də etiraf edirdilər. Məsələn, rus tarixçisi V.Qurko – Kryajin 1926-cı ildə nəşr olunmuş “Böyük Sovet
Ensiklopediyası”nda yazırdı: “Daşnaklar...Gürcüstanın tərkibinə daxil olan Əhəlkələk və Borçalı ərazilərinə,
Azərbaycanın tərkibinə daxil olan Qarabağ və Naxçıvan vilayətlərinə yiyələnmək iddialarını aydın şəkildə
bildirir və bu istiqamətdə fəaliyyət göstərirdilər”.
1921-ci ilin iyulunda Qafqaz bürosu Qarabağ problemi ilə bağlı müzakirələr keçirir və müzakirələr
nəticəsində problemlə bağlı qərar qəbul edilir. Qərarda qeyd olunur ki, “yuxarı və aşağı Qarabağın iqtisadi
əlaqələrini, yuxarı Qarabağın Azərbaycanla mövcud olmuş daimi əlaqələrini və müsəlmanlarla ermənilər
arasında milli sülhün vacibliyini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR hüdudlarında saxlanılsın,
Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş muxtariyyət verilsin”. 1921-ci il iyulun 5-də qəbul
edilmiş bu qərarla Ermənistan hökumətinin Dağlıq Qarabağı Azərbaycan tərkibindən çıxarıb Ermənistana
birləşdirmək cəhdi rədd edilmiş, Dağlıq Qarabağın Azərbaycan ərazisi olması bir daha təsdiqlənmiş, Qarabağı
Azərbaycan tərkibində saxlamaq və Dağlıq Qarabağa Azərbaycan tərkibində muxtariyyət vermək məsələsi həll
edilmişdi.
Bu qərarın qəbul edilməsi ilə Dağlıq Qarabağ məsələsi deyilən problem müvəqqəti olsa da, aradan
götürülmüş, məsələ ətrafında səs-küy yatmışdı. Bu vəziyyət 1945-ci ilin axırlarına qədər davam etdi. Həmin ilin
noyabr ayında Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsini yenidən qaldırdı. Belə ki, 1945-ci ilin
noyabrında Ermənistan rəhbərliyi məktubla Stalinə müraciət etdi. Lakin SSRİ Mərkəzi Komitəsi Ermənistanın
məktubunu baxılmaq üçün Azərbaycan MK-nın birinci katibi Mir Cəfər Bağırova göndərir. Bağırovun göstərişi
ilə Azərbaycanın 1918-ci il xəritəsi hazırlanır və Bağırovun müvafiq məktubu ilə Stalinə göndərilir. Bu
məktubda Bağırov Dağlıq Qarabağın Şuşa rayonu istisna olmaqla, Ermənistana verilməsinə etiraz etmir. Lakin