Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə51/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   47   48   49   50   51   52   53   54   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
82 
çıxışlarında  tam  bir  sıra  erməni  təşkilatlarının  fəaliyyətinin  terrorçuluq  istiqamətini  insana  qarşı  cinayət  kimi 
tövsif edən fikirlər və məlumatlar var.  
Buna  məqsədi  doğruldan  forma  da  sübutdur:  kütləvi  vahimə  yaratmaq  metodu  kimi,  xüsusi  qəddarlıqla 
törədilən  qətllər.  O  ki  qaldı  terror  təşkilatlarının  göstərişlərini  yerinə  yetirən  erməni  quldur  birləşmələrinə, 
onların  bu  tərifi  artıq  çoxdan  -  hələ  XIX  əsrin  axırlarında  rus  qafqazşünaslarının  və  publisistlərinin 
tədqiqatlarında verilmişdir.  
Bu  yaxınlarda  ABŞ  Konqresinin  Nümayəndələr  Palatasının  üzvü,  Helsinki  komissiyasının  həmsədri 
Kristofer H.Smit ATƏT çərçivəsində əks-terror əməkdaşlığına dair dinləmələrdə belə bir fikir söyləmişdir ki, 
əlbəttə,  terrorizmin  müsibətlərinə  qarşı  müharibəni  udmaq  üçün  hansısa  bir  vasitə  yoxdur.  Qələbə  terrorizmə 
müxtəlif istiqamətlərdən zərbələr endirilməsi nəzərdə tutulan razılaşdırılmış mövqeni istifadə edildiyi təqdirdə 
qazanıla bilər. O, Qafqaz ölkələrinin nümayəndələrindən konkret təkliflər verməyi də xahiş etmişdir.  
Ola bilsin, bu nəşr beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq məqsədilə onun öyrənilməsinə 
dair konkret təkliflərdən biridir.  
Ola bilsin, dəyişməkdə olan dünya qəddarlığı izah etməyə daha qadir deyildir. Lakin təkcə bir şey mümkün 
deyil - bu kitab qorxub vahiməyə düşməyə və mütiliyə heç zaman çağırış olmayacaqdır.  
Bəşəriyyət ona zorla qəbul etdirilən illüziyalardan - hamilə qadınların qarınlarını yaranların, qorxudan əsən 
oğlan  uşaqlarının  başlarını  qılıncın  bir  zərbəsi  ilə  vuranların,  kinoteatrları,  mülki  təyyarələri  partladanların, 
siyasətçiləri  və  biznesmenləri  qətlə  yetirənlərin,  kilsələri,  məscidləri  və  sinaqoqları  yandıranların  qəbul 
etdirdikləri illüziyalardan xilas olmağa qadirdir.  
Bu gün terrorizm insan hüquqları məkanına, onların ən müqəddəsinə  - Yaşamaq hüququna qlobal təhlükə 
törədir.  
Bu hüquq xüsusi olaraq qorunmağa layiqdir.  
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
83 
Azərbaycan ərazisində törədilən terror-təxribat faktları 
Ermənistan  dövlətinin  və  erməni  diasporasının  maliyyə  və  təşkilatı  yardımı  ilə  dünyanın  müxtəlif 
ölkələrində  fəaliyyət  göstərən  erməni  terrorçu  təşkilatlarının  Azərbaycana  qarşı  apardıqları  terror  müharibəsi 
1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 
7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın 
xüsusi  xidmət  orqanları  hərbi  əməliyyatların  getdiyi  ərazilərdən  xeyli  uzaqda,  dinc  azərbaycanlı  əhalisinin 
yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.  
16  sentyabr  1989-cu  il.  "Tbilisi-Bakı"  marşrutu  ilə  hərəkət  edən  sərnişin  avtobusu  partladılmış,  5  nəfər 
həlak olmuş, 25 nəfər yaralanmışdır.  
18  fevral  1990-cı  il.  Yevlax-Laçın  yolunun  105-ci  km-də  "Şuşa-Bakı"  marşrutu  ilə  hərəkət  edən  avtobus 
partladılmış, çoxlu insan tələfatı olmuşdur.  
11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına  qarşı 
terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.  
10  avqust  1990-cı  il.  "Tbilisi-Ağdam"  marşrutu  ilə  hərəkət  edən  sərnişin  avtobusu  partladılmış,  20  nəfər 
həlak  olmuş,  30  nəfər  yaralanmışdır.  cinayətin  təşkilatçıları  A.Avanesyan  və  M.Tatevosyan  cinayət 
məsuliyyətinə cəlb olunmuşlar.  
Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 
43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.  
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 
11 nəfər yaralanmışdır.  
09 yanvar 1991-ci il. "MolodyoJ Azərbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun 
olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, 
Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.  
30  may  1991-ci  il.  Rusiya  Federasiyası  Dağıstan  Respublikasının  Xasavyurd  stansiyası  yaxınlığında 
"Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.  
19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus 
"UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.  
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı 
partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.  
02  avqust  1991-ci  il.  Hadrut  rayonunun  Dolanlar  kəndində  "QAZ-53"  markalı  avtomaşın  partladılmış, 
nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.  
21  avqust  1991-ci  il.  Hadrut  rayonunun  Şadaxt  kəndi  yaxınlığında  "KAVZ"  markalı  70-30  AQO  dövlət 
nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.  
08  sentyabr  1991-ci  il.  "Ağdam-Xocavənd"  avtobusunun  atəşə  tutulması  nəticəsində  5  nəfər  qətlə 
yetirilmiş,  34  nəfər  müxtəlif  dərəcəli  xəsarət  almışdır.  Terrorun  Xaçaturyan  Volodi,  Yeremyan  Saro,  Çalyan 
Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.  
Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 
nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə