Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
97
Mişar daşı
Şahbulaq
64767
Üzlük daşı
Gülablı
3999 "-"
Sement xammalı
Çobandağ
Boyəhmədli
Şahbulaq
140464 min.t
44709 "-"
25197"-"
Gil
Ağdam
1599min.m3
Qum-çınqıl
Qarqarçay-1
Qarqarçay-2
Xaçinçay
17500
"-"
7230
"-"
12099 "-"
Şirin yeraltı sular
Qarqarçayın yataqaltı suları
Qarqarçayın Gətirmə konusu (Ağdam
sahəsi
Ovruzlu-Yusifli sahəsi
Qarabağ dağətəyi düzənliyinin
regional
ehtiyatları
29,4 min m3/gün
72,23 min m3/gün
1857,9 "-"
(Cədvəllər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsaslanır)
Göründüyü kimi, işğal olunmuş regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır.
Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında
cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları
Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.
İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti
materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ
(əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Bəyəhmədli (45
milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları
vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keştək, Laçın rayonunda
İlıqsu, Minkənd,
Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə,
yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm
də daxili xəstəliklərini müalicə etmək mümkündür.
İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir.
Həmin zavod sutkada
800 min litr su istehsal edirdi.
Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə
müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər
boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal
altında olan rayonların payına düşür.
Milli ərazinin formalaşmasının vacib şərtlərindən biri də onun sıx daxili iqtisadi əlaqələrinin olmasıdır.
Milli ərazilərin daxilində yaranan iqtisadi əlaqələr özünün uzun tarixliyi, sabitliyi və daimi olması ilə
səciyyələnməlidir. Hal-hazırda Ermənistan əsassız olaraq iddia etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
həmişə Azərbaycanın tərkibində olmuş, onun dövlətçiliyi tərəfindən idarə edilmişdir. Vilayətin mərkəzi
Xankəndi) birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya
sistemində sıx bağlanmışdır. Bu mərkəzdən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir.
Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Bakı şəhəri ilə sıx əlaqələri mövcud idi. Onların ailə
üzvlərinin çoxu bu şəhərdə həm də yüksək sosial-iqtisadi səviyyədə yaşayır və işləyirdilər.
Çox mühüm rol oynayan iqtisadi əlaqələr amilliyini nəzərdə tutan Sovet dövlətinin rəhbərliyində təmsil
olunan qatı millətçi A. Mikoyan 20 may 1920-ci ildə yazmışdır: "Erməni dövlətinin agentləri olan daşnaklar
Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisini öz yaşayış mənbəyindən - Bakıdan
məhrum etmək və heç nə ilə əlaqəsi olmayan İrəvana zorla bağlamaq deməkdir"
Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında erməni
liderlərinin öz dili ilə yuxarıda dediyi həqiqətlər bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ilə bağlıdır.
Belə ki, əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqə inkişaf etdirmişdir. Çay
dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
98
coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən
Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı.
Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın
rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri
müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.
Keçmiş Dağlıq Qarabağla Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur:
1) İstehsalın kooperasiya əlaqələri - yəni, xalis istehsal əlaqələri, o cümlədən, xammal - yanacaq
mənbələrinə görə; 2) Əmtəə-mal dövriyyəsi; 3) Maddi-texniki təchizat; 4) Nəqliyyat-yük əlaqələri ; 5) Elmi-
texniki əlaqələr; 6) Dövlət idarəetmə
əlaqələri; 7) Mədəni-maarif əlaqələri və s.
Beləliklə, göstərilən bu əlaqələrin hər birinin dərindən təhlili aparılarsa, o zaman Dağlıq Qarabağın
Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu
qeyd etmək kifayətdir ki, 1985-ci
ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi səkkiz faizi Dağlıq
Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq
Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %, idxalının isə
1,4 %-i Ermənistan Respublikasının payına düşdüyü halda, Azərbaycana onun ixracatını 33,3 % düşürdü,
idxalat payı isə daha yüksək idi
Zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat kommunikasiya sistemi
Ermənistanın təcavüzü nəticəsində hal-hazırda dağıdılmışdır. Bu dağıntılardan həm də Qarabağ zonasından
kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikası daha çox əziyyət
çəkir.
Nəqliyyat-kommunikasiya baxımından Dağlıq Qarabağın ərazisi Ermənistanın paytaxtı Yerevandan və
digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə
yük daşınmaları baxımından o qədər də əlverişli deyildilər.
Beləliklə, hazırda Ermənistanın işğalı altında olan rayonların hamısı Azərbaycanla sıx bağlı olmuşdur.
Nəqliyyat-kommunikasiya sistemləri, iqtisadi meyl etməsi bu bağlılığın əsasını təşkil etmişdir. Ona görə də
ermənilərin təkcə milli özünütəyinetmə prinsipindən çıxış edəcək sosial-iqtisadi baxımdan həmişə Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur.
İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş
Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdarlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar.
Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır.
Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçirməsi və istədiyi kimi orada dəyişikliklər
aparması müasir beynəlxalq hüquq baxımından yolverilməz hesab olunur. Beynəlxalq hüquq baxımından bu
ərazilərdə olan bütün resurslar Azərbaycanın mülkiyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız
müvəqqəti olaraq işğal altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır.
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinə xalis milli azlıqların öz
müqəddəratını sərbəst təyin etməsi kimi ibarəli sözlərlə ört-basdır etməyin heç bir hüquqi, sosial-iqtisadi
əsasları yoxdur.
Su mənbələrinin blokadaya alınması. Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb
edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan
üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və
hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Bu dağlardan öz mənbəyini götürən
bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. özləri ilə düzən
ərazilərə
bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada
və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Bu
kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Azərbaycan
üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən
blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.
Göstərilən Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası hazırda Ermənistan
hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz
başlanğıcını götürən magistral kanallar düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy rayonları
ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun
qabağı işğalçı ermənilər tərəfindən kəsildiyinə görə Azərbaycanın göstərilən rayonlarında əkinlər məhsul
vermir.
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası