Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
90
bunun əvəzində azərbaycanlıların qədimdən məskunlaşdığı və kompakt yaşadıqları bir neçə Ermənistan
rayonunun Azərbaycana birləşdirilməsini tələb edir. Bağırovun məktubunu müzakirə edən SSRİ rəhbərliyi
Ermənistanın iddiasını qəbul etmir. Nəticədə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Ermənistan tərkibinə
daxil etmək haqqında təklifi qəti rədd edilmiş olur.
1985-ci ilin dekabrında ABŞ-dakı daşnak partiyası və erməni milli komitəsi Böyük Ermənistan yaratmaq və
Qarabağla Naxçıvanı, habelə Gürcüstanın Axalkalaki bölgəsini Ermənistana birləşdirməyi strateji məqsəd elan
etdilər. O vaxtdan Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın iddiaları daha aşkar xarakter almışdır.
Ermənistan beynəlxalq hüquq normalarını və BMT nizamnaməsini kobudcasına pozaraq yuxarı Qarabağ
üstündə respublikamıza qarşı elan olunmamış müharibəyə başladı, sərhədlərimizdə, hətta vətənimizin daxili
ərazilərində günahsız qocaların, qadınların və məsum körpələrin qanı töküldü. “Böyük Ermənistan” yaratmaq
məqsədini qarşıya qoyan təcavüzkar Yerevan Azərbaycanın xeyli hissəsini işğal etdi. 330 min nəfərdən çox
əhalisi olan Naxçıvanı blokadaya aldı. Ermənistan parlamenti isə daha da irəli gedərək 1989-cu il dekabr ayının
1-də Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi.
1990-cı ildə isə Dağlıq Qarabağdan Ermənistan parlamentinə 12 nəfər deputat seçildi.
Yuxarıda sadalananları qeyd etməkdə məqsədimiz Ermənistanın təcavüzkarlığının gedişini açmaqla yanaşı,
onun beynəlxalq tərəflərini şərh etməkdi. Azərbaycana qarşı təcavüzkarlığını pərdələmək üçün Ermənistan
münaqişənin kökləri barədə yanlış təsəvvür yaratmağa çalışırdı. Münaqişənin kökləri isə əslində əsasən
aşağıdakılardan ibarətdir və onların deyilməsi vacibdir:
Birincisi, Dağlıq Qarabağ münaqişəsinin kökləri dini, milli və etnik amillərdən deyildi, onu Azərbaycan
cəmiyyətinin inkişafı törətməmişdi. Bu münaqişənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi
iddiaları idi. Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları isə 80-ci ilin ortalarından başlanmırdı. Çar
Rusiyasının Azərbaycanın işğal etdiyi dövrdə, bütün sovet hakimiyyəti illərində, əvvəlcə 20-ci illərdə, sonra
1950-80-cı illərdə Azərbaycanın ərazisi keçmiş mərkəzi orqanlar tərəfindən düşünülmüş şəkildə hissə-hissə
parçalandı və zəngin təbii sərvətləri ilə birlikdə Ermənistana verildi. Nəticədə, 1918-20-ci illərdə 114 min km2
ərazisi olan Azərbaycanın torpaqları ədalətsizcəsinə parçalanıb, paylanaraq 86,6 min km2-ə endirildi;
İkincisi, antitürk, eləcə də, antiazərbaycan siyasəti Ermənistanın xarici siyasətinin rəsmi baş xəttinə və
dövlət ideologiyasına çevrildi. Sovet hakimiyyəti illərində Ermənistanda yaşayan azərbaycanlıların
məskunlaşdığı şəhər, qəsəbə və kəndlərin tarixi adları dəyişdirildi, məscidlər, qəbiristanlıqlar yerlə-yeksan
edildi və xəritədən silindi. Əsrin əvvəllərində əhalisinin yarıdan çoxu azərbaycanlılar olan Ermənistanda bir
nəfər də olsun azərbaycanlı qalmadı. Bir hissəsi 1918-1920-ci illərdə, ikinci hissəsi 1948-1952-ci illərdə
qovulan azərbaycanlıların sonuncu 205 min nəfəri 1988-ci ildə bir neçə gün ərzində Ermənistandan vəhşicəsinə
qovuldu. Nəticədə Ermənistan vətəndaşlarının 99 faizi ermənilərdən ibarət olan vahid millətli respublikaya
çevrildi. Buna görədə Ermənistanın hərəkətlərinə regional hadisə kimi baxıla bilməz. Belə hərəkətlər bütün
dünya
birliyini düşündürməlidir;
Üçüncüsü, Ermənistanın öz təcavüzkarlığını “erməni xalqının öz müqəddəratını təyin etməsi hüququ” kimi
qələmə verməklə ört-basdır etməsinin heç bir əsası yoxdur. Çünki erməni xalqı artıq müqəddəratını təyin edərək
və hətta qonşu xalqların torpaqlarını zorla tutaraq Ermənistan adlı dövlət yaradıb.
Beynəlxalq birliyin qəbul etdiyi sənədlər də Ermənistanın əsassız iddialarının əleyhinədir. ATƏT
sənədlərində göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitə olmalıdır, xalqların kollektiv, dinc
və demokratik yolla inkişafına xidmət etməlidir. Bu qarşıya qoyulmuş məqsədlə, xüsusən ayrılma ilə
eyniləşdirilə bilməz. Öz müqəddəratını təyin etmək ayrılmaq demək deyildir. Öz müqəddəratını təyin etmək
mütləq hüququ olmayıb, başqa xalqların da hüquqlarının tarazlaşdırılmasını nəzərdə tutmalıdır. Nəticədə öz
müqəddəratını təyin etmək başqa xalqların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Zorakılıq
millətlərin öz müqəddəratını təyin etməsində yolverilməzdir. Xarici dövlətlər bu məsələdə bitərəf olmalıdırlar.
Öz müqəddəratını təyin etmək istənilən dövlətin ərazi bütövlüyünün pozulmasına və separatçılığa
gətirməməlidir;
Dördüncü, Ermənistanın Qarabağın dağlıq hissəsindəki ermənilərin hüquqlarının pozulması barədə
böhtanlarının da əsası yoxdur. Çünki Azərbaycan xalqı daimi erməni xalqına böyük xeyirxahlıq göstərərək ona
ən yaxşı şərait yaratdı, sonuncu tikə çörəyini onlarla böldü, onlara sığınacaq verdi. Onlar üçün erməni dilində
radio, televiziya verilişləri, ali və orta məktəblər, mədəni-maarif müəssisələri açdı, qəzet və jurnallar, teatrlar
yaratdı. Ən nəhayət, respublikada ən müxtəlif vəzifələrdə erməni xalqının nümayəndələri işləyirdilər və onlar
Azərbaycanın tam bərabərhüquqlu vətəndaşları idilər.
Beşinci, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının geriliyi barədə mülahizələr də əsassızdır. Çünki, bu
regionun inkişafı nəinki Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının , hətta Ermənistanın özünün
inkişafından da yüksək idi. Münaqişə yeni başlayarkən hətta erməni mütəxəssisləri də bunu etiraf edirdilər.
Göründüyü kimi, münaqişə heç də ermənilərin iddia etdiyi kimi ,milli, dini , etnik zəminli deyil, Dağlıq
Qarabağ ermənilərinin Ermənistanın və millətçi, şovinist ermənilərin təhriki ilə Azərbaycan dövlətini