Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
91
parçalamağa yönəlmiş addımların məntiqi nəticəsidir. Eyni zamanda erməni müəlliflərinin qeyd etdiklərinin
əksinə münaqişənin tarixi kökləri heç də bir neçə on il, yüz il əvvələ yox, daha qədimlərə gedib çatır.
Tarixi yanaşma
Ötən əsrin sonunda tarixi proseslərin gedişi nəticəsində yenidən müstəqillik əldə etmiş Azərbaycan
Respublikası dünya birliyi ölkələri sırasına qoşulmuşdur. Dünya dövlətlərinin mövcud olduğu bu mühitdə
tarixən hər kəsin öz maraqları, qarşılıqlı münasibətlərinin tənzimlənməsinin özünəməxsus qayda-qanunları və
istiqamətləri formalaşır. Beynəlxalq, dövlətlərarası münasibətlərin istiqamətləri də məhs bu mühitdə
müəyyənləşir, bəşəriyyət bu variantlar əsasında idarə olunur.
Bu baxımdan suveren, müstəqil Azərbaycan Respublikasının xarici və daxili siyasətdə tutacağı xətt, öz
müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyinə verəcəyi təminatdan onun beynəlxalq
münasibətlər sistemində tutmağa çalışdığı mövqe birbaşa asılılıq təşkil edir. Lakin təəssüflə qeyd etməliyik ki,
neçə yüzillər boyunca, daimi problem kimi Azərbaycanı izləyən qonşu Ermənistanın əsassız ərazi iddiaları
müstəqillik əldə etdikdən sonra da dövlətimizin irəliyə inkişafı yolunda mühüm maneə olaraq qalır. Nəticədə,
dövlətimizin ərazi bütövlüyü pozulub, 20 faizdən artıq ərazimizdə dövlət suverenliyi itirilib, yüz minlərlə
vətəndaşımız öz doğma yolundan didərgin düşüb.
Bu baxımdan günümüz üçün müstəqil Azərbaycanın bir nömrəli problemi və vəzifəsi bu münaqişəni
beynəlxalq hüquq normalarına, BMT, ATƏT nizamnamələrinə, Helsinki Yekun aktı və Azərbaycan
Konstitusiyasına və ən əsası insanlıq mənafeyinə uyğun həll edilməsidir. Bunun üçün əsas aparacağımız
işlərdən biri bu problemin-Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiyasının tarixi
köklərini araşdırıb düzgün nəticəyə gəlinməsidir.
Tarixi mənbələrə əsasən söyləmək olar ki, eramızın əvvəllərində müasir Qarabağ ərazisi Albaniyanın
tərkibində olmuş, əhalisinin əsas hissəsini isə Alban tayfaları təşkil etmişdir.
Ərəb istilası ilə əlaqədar olaraq Albaniyanın xristian əhalisinin əksəriyyəti islam dinini qəbul etməklə
müsəlmanlaşmış, Albaniyanın vilayətlərindən biri olan Dağlıq Qarabağın alban əhalisinin bir hissəsi, xüsusilə
ucqar dağlıq ərazilərdə məskunlaşmış hissə xristian dinlərini saxlamış və nəticə etibarı ilə tədricən erməni
kilsəsinin təsiri altında qriqoryanlaşmış, erməni dinini qəbul etmiş və erməniləşmişdir.
Bu ümum qəbul edilmiş fikirdir və bir çox mənbələrdə öz təsdiqini tapır. Hətta Dağlıq Qarabağ erməniləri
belə alban mənşəli olduqlarını tarixi yaddaşlarında uzun müddət yaşatmış və bir çox hallarda ifadə etmişlər.
Belə ki, onlar Dağlıq Qarabağdan rus çarı I Pyotra yazmışdılar: “Biz avqanlarıq, milliyətcə utilərik”.
Dağlıq Qarabağın erməni əsilli hissəsinin böyük əksəriyyəti isə, sonradan bu ərazilərə gəlmə, daha doğrusu
köçürülmədir. Erməniləri müsəlman ölkələrinə köçürmək I Pyotrun və ondan sonra gələn digər rus çarlarının da
strateji xətti idi. Bir çox rus çarları ermənilərə xüsusi mövqe nümayiş etdirmiş, hətta onların digər yerlərdən
köçürülərək bir ərazidə kompakt yerləşdirilməsinə çalışmışdılar. I Pyotr Dağlıq Qarabağ ermənilərinə hətta
Dərbənd rayonunda yer ayırmaq haqqında rəsmi fərman da vermişdir. Lakin erməni məlikləri bu imkanlardan
istifadə etmədilər. 1725-ci il iyulun 25-də onlar Peterburqa məktub göndərərək, “Xəzər dənizi sahilinə
yaşamağa köçmək haqqında” fərmanı aldıqlarını təsdiq etdilər. Bununla yanaşı Dağlıq Qarabağdan köçməkdən
imtina olundu. Buna onlar belə bəhanə gətirmişdilər: “indi yaşadıqları yerlər Gəncə, Qarabağ və b. möhkəm və
böyük əyalətlərdir. Əgər onlar öz möhkəm yerlərindən çıxsalar ətrafdakı düşmən türklər və digər xalqlar onları
tamamilə məhv edə bilərlər”.
Maraqlıdır, elədirsə onda erməni məliklərini I Pyotra öz ərazilərindən, xüsusilə Qarabağdan köçmələrinə
kömək etməsi ilə bağlı müraciət etmələrinə səbəb nə idi? Erməni məlikləri köçmək məsələsini qaldırmaqla
əslində köçmək niyyətində olmamışdılar. Onların əsas məqsədi Rusiyanın diqqətini özlərinə cəlb etmək,
Rusiyanı Qafqazın, xüsusilə Azərbaycanın işğalını sürətləndirməyə təhrik etmək və beləliklə regionda siyasi və
iqtisadi imtiyazlar qazanmaq idi.
Bu məqsədlərinin həmin dövrlərdə reallaşa bilməyəcəyini görən ermənilər istənilən vasitədən yararlanaraq
Qarabağ xanlığının zəifləməsinə və bununla da müəyyən imkanlar əldə etməyə çalışırdılar. Belə ki, sonralar
Quba hakimi Fətəli xan Qarabağa hücum edərkən erməni məliklərindən ikisi (Hatəm və Usub) Qarabağ
xanlığına xain çıxmış və Pənahəli xana qarşı Fətəli xanla birlikdə vuruşmuşdular. Fətəli xanın uğursuzluğundan
və edam edilməsindən sonra erməni məlikləri dərhal başqa istiqamət götürdülər. Yəni yenidən Rusiyaya üz
tutdular. Rusiya Şimali Qafqazda möhkəmləndikcə, məliklər Qarabağ xanlığı əleyhinə gizli işlərini
gücləndirdilər. Bu dəfə onlar Rusiya çarı II Yekatrinaya üz tutdular və onu öz tərəflərinə çəkməyə nail oldular.
V.L.Veliçkonun yazdığı kimi, “II Yekatrina ermənilərə lütfkarlıqda ifrat həddə çatmışdı”.
1870-ci il yanvarın 10-da ermənilər A.Suvarova xüsusi məktubla bildirdilər ki, Ermənistan artıq bir neçə
əsrdir öz hökmdarını və idarəçiliyini itirmişdir və öz millətindən hansısa bir başçı olarsa, Ermənistan çox
asanlıqla
yenidən bərpa oluna bilər