Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
99
İşğal olunmuş ərazilərdə yaranmış ekoloji problemlər
İşğal olunmuş ərazilərin hazırkı ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük
çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə
həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii
elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvarı şəkildə
digərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan,
Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır , əkilib-becərilmir və ona görə
də böyük ekoloji fəlakətə səbəb olur.
Ermənistan ərazisindən başlayan çayların
demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və
oradan
da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə
Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar,
Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də
istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv
tullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar
mövcuddur.
İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, batırılmış
minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Baxımsız qalan həmin ərazilərdə
təbiətin qorunması haqqında heç kim fikirləşmir: dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır,
nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısının
kəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki,
işğaldan insanlarla yanaşı Azərbaycan təbiəti də böyük zərər çəkir.
Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı
yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar,
ehtiyatlar, daha çox mənimsənilir.
Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında
beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha
da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun
illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.
Aşağıda göstərilən qoruq və yasaqlıqlar erməni işğalı altındadır və orada qoruq rejimi tamamilə
dağıdılmışdır: (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin I hesabatına əsasən)
Bəşitçay Dövlət qoruğu
Bəşitçay Dövlət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda
yaradılmışdır. Qoruq Azərbaycanın cənub-gərbində, Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaft
kompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. onun sahəsi hazırda
107 ha təşkil edir. qoruq ərazisinin uzunluğu 15km-ə, eni isə bəzi yerlərdə 150-200m çatır. Qoruq ermənistanın
meşə fondu ərazisi ilə əhatələnir. Ərazinin 79,4% -nı meşə ilə örtülü sahə 14%-nı seyrək meşəlik təşkil edir.
Meşəsiz sahələr isə 6.5%- dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800
m. çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada günəşli
saatların illik cəmi 2200-2500-ə gədərdir. Havanın illik orta temperaturu 13%-dir yanvarda10 ,iyulda 250-
gədərdir.
İllik yağıntının miqdarı 600mm-dir. Qar örtüyü 10-30 sm, bəzi illərdə 70-80sm - ə çatır. Havanın nisbi
rütübəti 60-70%-dir.
Bəşitçayın uzunluğu 44km, hövzəsinin sahəsi 354 km2.-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb Araza
tökülür.
Bəsitçay dövlət qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlarda vardır. Burada
yunan qozu, dağ-dağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf
edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35m, orta diametri 1m-dir, onların yaşı 1200-
1500 ilə ,hündürlüyü 50 m-ə ,diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda
190 m3 ümumi ərazi üzrə isə 16200 m3-dir. meşənin illik artımım 1 ha -da 1,22 m3-ə çatır. Burada çinar
meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim mədəni meşələrin
qalıqı kimi baxırlar. (A. A. Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində
geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər.(L. Y. Prilinko, Y. S. Səfərova görə).
Bəşitçay meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır. Buradakı çinarların 80%-ı pöhrələrlə
20%-isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdaki ən nəhəng ağacdan birinin yaşı 1200 il hündürlüyü 53
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
100
m, diametri 4m-dtr. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdir. Bu pöhrələrdə də öz növbəsində
nəhəng ağaca bənzəyirlər, böyüklərinin 100-150 il yaşı və 40m-ə qədər hündürlüyü vardır.
Xalqımız-çinar ağaclarını daim yüksək qiymətləndirmiş, onu bitki aləminin fəxri "şah" ağacı hesab etmişdir.
Toz ağacı rus xalqının, ağcaqayın livanlıların bitki aləmi üçün rəmzi məna daşıyan ağac olduğu kimi
azərbaycanlılarda tarixən çinarı bitki aləmimiz üçün rəmzi məna seçmiş ona xüsusi rəğbət bəsləmişlər. Buna
tam əsasımız vardır. Axı çinar xalqımızın və təbiətimizin vüqarı qədər əzəmətlidir, tarixi qədər qədimdir.
Çinarlar təbiətimizin yaraşığıdır,
bəzəyidir, fəxridir istəyidir.
Təəssüf ki belə bir sərvətimiz 1993-cü ildən erməni işğalçıları tərəfindən məhv edilir, o meşələrə amansız
divan tutulur, kəsilib mebel istehsalında istifadə olunur.
Qaragöl dövlət qoruğu
Azərbaycan Respublikasının Nazirlər sovetinin 17 noyabr 1987 il tarixli qərarı ilə Qaragöl (Sevinc)
respublikalararası dövlət qoruğu yaradılmışdır. Qaragöl dövlət qoruğu Laçın rayonu ilə Gorus rayonu
sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha
işıqlı. Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.
İşıqlı Qaragölü (sevinc) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsilənin cənub
hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda böyük İşıqlı dağının
(3548m) şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və kiçik İşıqlı (3452) dağı ilə, şimaldan Canqurtaran (2790m)
dağ şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su
mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir.
Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum
7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dur. Gölün suyunun
şəffaflığı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə
daşların (süxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.
Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə
qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur.
Qoruqda 102 bitki növ və yarım növü vardır ki bunlar 68 növ və 27 ailədən ibarətdir.
Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə
müqəddəs ibadət yeri kimi baxırdı.
1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos
stansiyaları tikərək onun suyundan Goruz rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm
gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər
tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı. Hazırda
nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşısıalınmaz neqativ təsirlərə gətirib çıxara
bilər.
Laçın dövlət yasaqlığı
Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın
yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın
dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8%
təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya
34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və uçqunlar, 34,0 ha xüsusi
təyinatlı torpaqlardır.
Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.
Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə
kəskin parçalanmışdır. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə
yasaqlığın ərazisi Liberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan
yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800) m çəmənlikləri qurşaqlıqlarına
ayrılır. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir, vələsin üstünlük təşkil
etdiyi meşələri xeyli azdır (8,1%), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, buda
intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli
yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif
inkişafı ilə səciyyələnmişdir.
Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-
meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış
qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır.
Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat
fəaliyyətinin təsirinə çox məruz qalır.