Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə18/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   14   15   16   17   18   19   20   21   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
31 
Maddə 4 
 
Türkiyənin şimal-şərq sərhədləri (Rusiya Baş Qərargahının 1/21000 miqyasında - düymdə 5 verst xəritəsinə 
əsasən) Qara dənizdə yerləşən Sarp kəndindən başlanan Xedis-Mta dağından, Şavşet dağındakı  
Kannı-Dağ ayırıcından keçən, daha sonra Ərdəhan və Qars sancaqlarının köhnə şimal inzibati sərhədləri ilə 
Aşağı  Qars-suyun  mənsəbinədək  Arpa-çay  və  Araz  çaylarının  talveqi  ilə  keçib  gedən  xətlə  müəyyən 
edilir.(Sərhədlərin  müfəssəl  təsviri  və  ona  aid  məsələlər  razılığa  gələn  hər  iki  tərəfin  imzaladığı  1-ci  və  2-ci 
əlavədə və ona qoşulan xəritədə müəyyən edilmişdir).  
Müqavilənin mətni və xəritə arasında fərq ortaya çıxdığı təqdirdə mətnə həlledici əhəmiyyət verilir. Dövlət 
sərhədlərinin  naturada  müfəssəl  müəyyən  edilməsi  və  çəkilişi,  eləcə  də  sərhəd  işarələrinin  qoyulması  razılığa 
gələn  tərəflərin  bərabər  sayda  üzvlərdən  ibarət  qarışıq  sərhəd  komissiyası  tərəfindən  və  RSFSR 
nümayəndələrinin iştirakı ilə icra olunur.  
Əlavə 4: xəritə.  
Maddə 5 
 
Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti 
bu  müqavilənin  3-cü  əlavəsində  müəyyən  edilən  sərhədlərdə  Azərbaycanın  himayəsi  altında  muxtar  ərazi 
yaradır.  
 
Maddə 6 
 
Türkiyə  Batum  şəhəri  və  limanı  və  bu  müqavilənin  4-cü  maddəsində  göstərilən  sərhədlərdən  şimalda 
yerləşən  və  Batum  dairəsinin  bir  hissəsini  təşkil  edən  ərazilər  üzərindəki  suverenliyini  bu  şərtlə  Gürcüstana 
güzəştə getməyə razılıq verir ki,  
1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati 
baxımdan  geniş  yerli  muxtariyyətdən faydalanacaq  və  əhaliyə  göstərilən  yerlərdə  onun istəyinə  uyğun  torpaq 
qanununu müəyyənləşdirmək imkanı veriləcək;  
2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər 
hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna 
görə ondan xüsusi rüsumlar tutmadan istifadə hüququ veriləcək.  
Bu  maddənin  həyata  keçirilməsi  üçün  bu  müqavilə  imzalandıqdan  dərhal  sonra  razılığa  gələn  tərəflərin 
nümayəndələrindən ibarət komissiya yaradılacaq.  
 
Maddə 7 
 
Gürcüstan Sosialist Sovet Respublikası hökuməti və Türkiyə Millət Məclisinin hökuməti buna dair qarışıq 
komissiyanın  müəyyənləşdirəcəyi  gömrük,  polis  və  sanitar  qaydalara  əməl  etmək  şərti  ilə  sərhəd  zonası 
sakinlərinin sərhədi keçmələrini asanlaşdırmağa razılaşırlar.  
 
Maddə 8 
 
Gürcüstan Sosialist Sovet Respublikası və Türkiyə Böyük Millət  
Məclisi hökuməti hər iki tərəfin sərhəd yerlərinin sakinləri üçün sərhədin o biri tərəfində yerləşən yaylaq və 
qışlaq  otlaqlarından  istifadə  etmələri  üçün  zərurəti  nəzərə  alaraq,  bu  sakinlərə  onların  sürüləri  ilə  birlikdə 
sərhədi keçmək və ənənəvi otlaqlarından istifadə etmək hüququ barədə razılığa gəlirlər.  
Gömrük  qaydaları,  eləcə  də  sərhədin  keçilməsi  üçün  polis,  sanitar  və  digər  tədbirlər  qarışıq  komissiya 
tərəfindən müəyyənləşdiriləcək.  
 
Maddə 9 
 
Boğazların  açılması  və  bütün  xalqların  ticarət  münasibətləri  üçün  onlardan  sərbəst  keçidin  təmin 
edilməsindən  ötrü  Türkiyə  və  Gürcüstan  Qara  dənizin  və  boğazların  beynəlxalq  statusunun  qəti  olaraq 
müəyyənləşdirilməsini  sahil  ölkələrinin  nümayəndələrindən  ibarət  xüsusi  konfransa  bu  şərtlə  verməyə 
razılaşırlar ki, onun çıxardığı qərarlar Türkiyənin tam suverenliyinə eyni dərəcədə Türkiyənin və onun paytaxtı 
Konstantinopolun təhlükəsizliyinə xələl gətirməyəcək.  
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
32 
Maddə 10 
 
Razılığa  gələn tərəflər  öz  ərazilərində  digər  ölkənin hökuməti  roluna  iddia edən  təşkilatların  və  qrupların 
yaradılmasına və ya yerləşdirilməsinə, eləcə də digər dövlətlə mübarizə məqsədi olan qrupların yerləşməsinə yol 
verməmək barədə razılığa gəlirlər. Müəyyən edilmiş saylır ki, bu müqavilədə xatırlanan Türkiyə ərazisi dedikdə, 
Türkiyə  Böyük  Millət  Məclisi  hökumətinin  bilavasitə  hərbi  və  mülki  idarəsi  altında  olan  ərazilər  nəzərdə 
tutulur.  
Maddə 11 
 
Hər iki razılığa gələn tərəfin digər tərəfin ərazisində olan vətəndaşlarına milli müdafiə üzrə mükəlləfiyyətlər 
istisna olunmaqla, onların olduğu ölkənin qanunlarından irəli gələn bütün hüquqlar və vəzifələr şamil olunacaq, 
onlar bundan azad ediləcəklər.  
Hər  iki  tərəfin  ailə  hüququna,  hər  iki  tərəfin  vətəndaşlarının  miras  hüququna  və  iş  qabiliyyətlərinə  dair 
məsələlər də bu müqavilənin qərarlarından istisna təşkil edirlər. Onlar xüsusi sazişlə həll ediləcəklər.  
 
Maddə 12 
 
Hər iki razılığa gələn tərəf digər tərəfin ərazisində olan, razılığa gələn tərəflərin hər birinin vətəndaşlarına 
ən əlverişli şərait prinsipini tətbiq etməyə razıdırlar.  
Bu  maddə  sovet  respublikalarının  öz  ərazilərində  müttəfiq  sovet  respublikalarının  vətəndaşlarına  verilən 
hüquqlara, eyni dərəcədə Türkiyənin ona müttəfiq olan müsəlman ölkələrinin vətəndaşlarına verdiyi hüquqlara 
tətbiq olunmur.  
Maddə 13 
 
1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan 
ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını 
və ya onun dəyərini götürmək hüququna malikdir.  
Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri 
əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü 
ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir.  
Yuxarıda  göstərilən  maddədə  xatırlanan  sakinlər  xatırlanan  əraziləri  tərk  etmək  arzılarını  bildirdikdən 
sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar.  
 
Maddə 14 
 
Razılığa  gələn  tərəflər  bu  müqavilənin  imzalandığı  gündən  sonrakı  altı  ay  ərzində  1918-1920-ci  illər 
müharibələrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdələrinə götürürlər.  
 
Maddə 15 
 
Razılığa gələn hər bir tərəf bu müqavilə imzalandıqdan dərhal sonra Qafqaz cəbhəsində hərbi hərəkətlərdən 
irəli gələn cinayətlərə və əməllərə görə digər tərəfin vətəndaşlarına tam amnistiya elan etməyi öhdəsinə götürür.  
 
Maddə 16 
 
Razılığa gələn tərəflər bu müqavilə imzalandıqdan sonrakı iki ay ərzində razılığa gələn tərəflərdən birinin 
ərazisində olan köhnə hərbi əsirləri və mülki əsirləri qaytarmağa razıdırlar.  
 
Maddə 17 
 
Öz ölkələri arasındakı münasibətlərin fasiləsizliyini təmin etmək məqsədi ilə razılığa gələn tərəflər müştərək 
razılaşma  yolu  ilə  dəmiryol,  teleqraf  və  s.  rabitə  vasitələrinin  saxlanması  və  mümkün  sürətlə  inkişafı,  eyni 
dərəcədə hər iki ölkə arasında insanların və malların hər hansı ləngidilmə olmadan sərbəst yerdəyişməsini təmin 
etmək məqsədi ilə bütün zəruri tədbirləri görməyi öhdələrinə götürürlər.  
Lakin  etiraf  edilir  ki,  həm  səyahət  edənlərin,  həm  də  malların  yerdəyişməsinə,  girişinə  və  çıxışına 
münasibətdə hər ölkədə buna dair müəyyən edilmiş qaydalar tam tətbiq ediləcəkdir.  
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə