Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə22/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   18   19   20   21   22   23   24   25   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
39 
Qarabağ 1920-1980-ci illərdə 
 
Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi  
Rusiyada  Sovet  hakimiyyəti  möhkəmləndikcə  çar  Rusiyası  sərhədlərinin  bərpa  edilməsinə  başlandı. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  şimal  sərhədlərində  möhkəmlənən  XI  Qırmızı  Ordu  hissələrinə 
respublikanın  işğalı  planını  reallaşdırmaq  üçün  müvafiq  əmr  və  sərəncamlar  verildi.  Azərbaycan  Parlamenti 
daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart 
qiyamı  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutunu  sürətləndirdi.  23  ay  yaşamış  olan  Azərbaycan  Xalq 
Cümhuriyyəti  XI  Qırmızı  Ordunun  süngüləri  ilə  devrildi,  Şimali  Azərbaycanda  sovet  hakimiyyəti  quruldu. 
Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.  
 
Dağlıq Qarabağa muxtariyyət verilməsi: 1920-1923-cü illər 
Dağlıq  Qarabağ:  coğrafiyası  və  "Dağlıq  Qarabağ"  anlayışı.  Bu  problemin  şərhi  üçün  əvvəlcə  Dağlıq 
Qarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq.  
Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. 
Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: 
"Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi,  Qərbdə isə 
Zəngəzur  dağları  arasındakı  torpaqlar,  habelə  Yuxarı  Qarabağla,  aran  yeri  olan  Aşağı  Qarabağı  bir-birindən 
ayıran Qarabağ yaylası həmin yerə aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın 
ərazisi,  daha  doğrusu  keçmiş  Qarabağ  xanlığının  torpaqları  müxtəlif  inzibati  bölgülərə  məruz  qaldığından, 
"Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə 
(1918-1920)  "Qarabağ"  anlayışı  öz  əvvəlki  mənasını  yenidən  özünə  qaytardı.  S.Şadunsun  yuxarıda  göstərilən 
fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.  
Bu  zamandan  "Dağlıq  Qarabağ"  anlayışı  yalnız  coğrafi  deyil,  siyasi  maraq  da  kəsb  etməyə  başladı. 
Bolşeviklər  Şimali  Azərbaycanda  hakimiyyəti  ələ  keçirdikdən  sonra  bu  anlayış  inzibati-siyasi  məna  kəsb 
etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda 
əsas  anlayışlardan  birinə  çevrilir.  Elə  bu  zaman  Dağlıq  Qarabağın  coğrafi  baxımdan  əhatə  dairəsində  də 
dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və 
Muxtar  Dağlıq  Qarabağ  Vilayəti  və  ya  Azərbaycanın  yeni  sərhədləri  daxilində  qısaca  olaraq  Dağlıq  Qarabağ 
adlanmışdır".  
Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  (DQMV):  yaradılması  tarixi,  əsas  hadisələrinin  sinxronlaşdırılması  və 
buradan  irəli  gələn  nəticələr.  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  yaradılmasının  prinsipial  məsələlərini 
müəyyən etmək, daha doğrusu bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyəti 
üzrə sinxron şəkildə diqqət yetirək.  
 
5 iyul 1921-ci il 
"RK (b) P MK Qafqaz Bürosu 
plenumunun iclas 
protokolundan  
İştirak edirlər: 
RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, 
Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər 
Komissarı Hüseynov. 
Dinlənildi: 
Qərar verildi: 
1. yol. Orconikidze və Nazaretyan 
əvvəlki Plenumun Qarabağ 
haqqında qərarına yenidən 
baxılması məsələsini qaldırdılar 
1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı 
və  aşağı  Qarabağın  Azərbaycanla  kifayət  qədər  iqtisadi  əlaqələrini  nəzərə 
alaraq  Dağlıq  Qarabağ  ASSR  tərkibində  saxlanılsın,  ona  muxtar  vilayətin 
tərkibində  saxlanılan,  inzibati  mərkəzi  Şuşa  ş.  olmaqla  geniş  vilayət 
muxtariyyəti verilsin. Səs verirlər - 4 lehinə, 3 bitərəf. 2) Azərbaycan MK-
ya  tapşırılsın  ki,  sonradan  RKP  MK  Qafbürosunun  təsdiqinə  verməklə 
muxtar  vilayətin  sərhədlərini  müəyyən  etsin.  3)  RKP  MK  Qafbürosunun 
Rəyasət  Heyətinə  Dağlıq  Qarabağın  Fövqəladə  Komitəsinə  namizəd 
haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın. 4) 
Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən 
edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin. 
  
RKP MK Qafbürosunun Katibi: Fiqatner."  
Qaynaq: Sov. İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122ob; К 
истории образования Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 92  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
40 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Xalq  Komissarlar  Soveti  yaradıldıqda  yerlərə 
fövqəladə komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə 
komissar təyin olundu. Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan Respublikasına nota verdi 
və  tələb  etdi  ki,  Zəngəzurdan  və  Qarabağdan  öz  qoşunlarını  çıxarsın.  May  ayında  Qarabağda  Sovet 
hakimiyyətinin qurulması elan olundu.  
Bu  dövrdə  Sovet  Rusiyası  Qafqazın  sovetləşdirilməsi  planını  həyata  keçirməkdə  davam  edir,  yeni  sovet 
dövlətlərinin  sərhədlərinin  müəyyənləşdirilməsi  prinsiplərini  irəli  sürməklə  mövcud  və  gələcək  dövlətlərin 
fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi 
Qafqaz  Bürosu  Qafqaz  Cəbhəsi  Hərbi-inqilabi  şurasına  7  iyul  tarixli  təlimatında  bu  məsələyə  toxunmuşdu. 
Ermənistanda  Sovet  hakimiyyətinin  qurulması  ilə  (1920,  29  noyabr)  xarici  sərhədlərlə  yanaşı,  sərhədlər 
daxilində  də  bölgülərin  aparılması  kəskinləşdi.  Azərbaycan  İnqilab  Komitəsinin  Ermənistan  Sovet 
Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs 
olunurdu.  Bu  sənədlərin  erməni  tarixşünaslığında  təhrif  edilməsi  əsas  şəkildə  sübut  edilmişdir.  Bəyannamədə 
Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi.  
Ermənistan  İnqilab  Komitəsi  isə  28  dekabr  Bəyannaməsində  Naxçıvana  iddiadan  əl  çəkdiyini  bildirirdi. 
Lakin  Ermənistan  Qarabağı  "əldən  vermək"  istəmirdi.  Azərbaycan  və  Ermənistan  arasında  sərhədlərin 
müəyyənləşdirilməsi məsələsində Dağlıq Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə 
Dağlıq  Qarabağın  Ermənistana  məxsus  olmasının  Ermənistan  hökumət  Bəyannaməsində  göstərilməsi  barədə 
qərar  qəbul  etdi.  Ermənistan  Xalq  Komissarları  Soveti  isə  12  iyunda  bunu  dekretləşdirdi.  İşlərin  belə  gedişi 
Azərbaycanı  təmin  edə  bilməzdi.  Tiflisdə  Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsi 
Siyasi  Bürosu  və  Təşkilat  Bürosunun,  Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinin 
katibi  Q.Kaminskinin  (1895-1938)  sədrliyilə  keçirilən  27  iyun  iclasında  komissiyanın  işi  ilə  əlaqədar 
Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul 
olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə 
olundu:  "  3.  Məsələnin  (Dağlıq  Qarabağ  haqqında)  yeganə  həlli  erməni  və  müsəlman  kütləsinin  Sovet 
quruculuğu  işinə  geniş  cəlb  edilməsi  (yol.  Nərimanovun  Bəyannaməsindən  aydın  olduğu  kimi)  ola  bilər". 
Problemin  həlli  haqqında  Siyasi  Büro  və  Təşkilat  Bürosunun  fikrinin  Tiflisə  çatdırılması  Nərimanova  həvalə 
edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.H.Hacıyev və xarici işlər 
naziri M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə danışığı oldu. Nərimanov: "Deyin ki, bu Siyasi və Təşkilat 
Bürosunun  fikridir.  Əgər  onlar  mənim  bəyannaməmə  istinad  edirlərsə,  bəyannamədə  hərfən  belə  deyilmişdir: 
Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyin etmə hüququ verilir".  
Hüseynov:  "Yaxşı.  Hər  şeyi  çatdıraram.  Hər  halda  deyim  ki,  bizim  qərarımız,  şübhəsiz,  çox  soyuq 
qarşılanacaqdır".  Yenə  həmin  gün  Hüseynov  bu  barədə  Qafqaz  Bürosuna  məlumat  verdi.  Bu  məsələ  üzrə 
Qafqaz  Bürosunun  fövqəladə  plenumunu  çağırmaq,  Nərimanov  və  Myasnikyanı  Tiflisə  dəvət  etmək  qərara 
alındı.  
Azərbaycanın ayrılmaz hissəsinə necə "muxtariyyət" verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 
iyul tarixli qərarları. Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini 
nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi veririk: 
Ermənilər  Qafqaz  Bürosunun  5  iyul tarixli  qərarının qəbul  edilməsində  Stalinin  əsas rol  oynadığını sübut 
etməyə çalışır. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 
iyul  iclaslarında  Stalinin  təzyiqinin  nədən  ibarət  olması  faktlarla  təsdiq  olunmur.  Bir  sözlə,  SSRİ-nin 
yaradılması  (1922,  30  dekabr)  ərəfəsindəki  mübarizədə  özünün  "muxtariyyətləşdirmə"  planı  ilə  çıxış  edən 
Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünmür. 
Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir:  
1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan SSR-
nin ittifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli 
tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli müzakirə məsələsinə çevrildi;  
2) Qafqaz Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz 
müqəddəratını  təyinetmə  müddəasının  təbii-tarixi  şəkildə  yerinə  yetirilməsinə  imkan  vermədi,  onu  "geniş 
vilayət muxtariyyəti" kimi ifadə etdi;  
3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni, Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri gün 
isə  bu  məsələyə  qayıtmaqla  Ermənistana  təsir  göstərmək  (yəni,  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində 
qalması  təsdiq  edilə  bilər!)  və  Mərkəz  üçün  əlverişli  mövqeni  təmin  etmək  istəyirdi,  buna  da  (yəni  Dağlıq 
Qarabağa  muxtariyyət  verilməsinə)  nail  oldu.  Beləliklə,  Qafqaz  Bürosu  plenumunun  5  iyul  qərarından  sonra 
Dağlıq Qarabağ ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, 
onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan 
Dağlıq  Qarabağa  məcburi  şəkildə  muxtariyyət  verilməsi  nəticəsində  yeni  şəraitlə  qarşılaşdı.  Ermənistan  isə 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə