Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə30/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   26   27   28   29   30   31   32   33   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
50 
nisbətən  sürətlə  yüksəlməsinə  səbəb  oldu.  Kurort-istirahət  mərkəzlərinin  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində 
yerləşməsi  də  aran  rayonların  əhalisinin  yay  dövründə  buraya  yönəlməsinə  səbəb  oldu  və  Dağlıq  Qarabağın 
iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə 
daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb - Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar 
Vilayətinin mərkəzi Stepanakertdə idi.  
Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi 
üstünlük  muxtar  vilayət  statusunun  siyasi  üstünlüyünün  artması  ilə  də  müşayiət  olunurdu.  Azərbaycanlı  - 
müsəlman  əhalinin  yaşadığı  aran  rayonları  əsasən  xristian-ermənilərin  yaşadığı  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı.  
Bütün  bunlar  Moskvadan  və  Ermənistan  SSR-dən  kömək  alan  Dağlıq  Qarabağ  ermənilərinin  etnik 
eqoizmini  artırır,  azərbaycanlılara  qarşı  açıq  həqarət  mühiti  yaradırdı.  Beləliklə,  1905-1906  və  1918-1920-ci 
illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin 
sürətlə  silahlandırılması  da  həyata  keçirilirdi.  Bu  amillər  başqa  şərtlərlə  birlikdə,  sonralar  Dağlıq  Qarabağ 
Muxtar  Vilayəti  ətrafındakı  digər  rayonların  Ermənistanın  hərbi  qüvvələri  və  Dağlıq  Qarabağın  erməni 
separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu.  
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
51 
1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan  
deportasiyası 
 
1943-cü  il  Tehran  konfransı  zamanı  Sovet-İran  münasibətləri  müzakirə  edilərkən,  erməni  diasporu  SSRİ 
Xarici  İşlər  naziri V.Molotovdan  İranda  yaşayan  ermənilərin  SSRİ-yə  köçürülməsini  xahiş  etmişdir.  Molotov 
Tehranda  məsələni  SSRİ  KP  MK-nın  sədri  İ.Stalinə  çatdırır  və  ermənilərin  köçürülməsinə  razılıq  verilir. 
Ermənistan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  katibi  Q.Arutyunov  bundan  istifadə  edərək  xaricdəki 
ermənilərin  Ermənistana  köçü  bəhanəsi  ilə  azərbaycanlıların  Ermənistandan  zorla  çıxarılması  barədə  qərar 
verilməsinə nail olur. 
1947-ci  il  dekabr  ayının  23-də  SSRİ  Nazirlər  Soveti  «Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa 
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar çıxarır. 
Stalin  tərəfindən  1948-1953-cü  illərdə  həyata  keçirilən  azərbaycanlıların  növbəti  deportasiyası  zamanı 
ermənilərin  xüsusilə  diqqət  mərkəzində  saxladıqları  məsələ  iqtisadi,  sosial  və  mənəvi  cəhətdən  güclü,  strateji 
əhəmiyyətli  azərbaycanlı  yaşayış  məntəqələrinin  boşaldılması  idi.  Bu  səbəbdən  ilk  mərhələdə  İrəvan  şəhəri 
(indiki  Yerevan  şəhəri)  yaxınlığınldakı  yaşayış  məntəqələri  azərbaycanlılardan  təmizlənmiş,  sonra  isə  rayon 
mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür. 
Deportasiyaya  məruz  qalan  əhalinin  bir  hissəsi  Ermənistanın  dağ  rayonlarında  yaşadığı  üçün  Kür-Araz 
ovalığındakı  iqlim  şəraitinə  çətin  alışmışdır.  Bu  səbəbdən  də  Kür-Araz  ovalığına  köçürülmüş  on  minlərlə 
azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. 
Digər  tərəfdən,  Ermənistandan  köçürülən  bir  nəfər  də  azərbaycanlı  Dağlıq  Qarabağ  ərazisinə 
buraxılmamışdır.  Əksinə  «Böyük  Ermənistan»  ideyasının  həyata  keçirilməsi  istiqamətində  bu  ərazinin 
azərbaycanlılardan  boşaldılması  işi  planlı  surətdə  davam  etdirilmiş  və  daxili  köçürmə  adı  ilə  1949-cu  ildə 
Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. 
Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının 
bağlanması,  rayonların  birləşdirilməsi  əməliyyatı  həyata  keçirilmişdir.  1947-1953-cü  illərdə  azərbaycanlılar 
yaşayan 60 məntəqənin adı dəyişdirmişdir. Ümumiyyətlə isə, 1921-1988-ci illərdə Ermənistanda yüzlərlə türk 
mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. 
Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin 
əhalisi  az  sayda  azərbaycanlı  qalmaq  şərti  ilə  köçürülmüşdür.  Azlıqda  qalan  əhali  isə  növbəti  mərhələdə-
Ermənistan  ərazisinin  tamamilə  azərbaycanlılardan  «təmizlənməsi»  əməliyyatı  zamanı  ölkədən 
çıxarılmışdır. 
 
 
 
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
52 
1988–1989-cu illərdə Azərbaycanlıların Ermənistandan deportasiyası 
 
1988-ci  ilin  yanvarından  etibarən  «türksüz  Ermənistan»  siyasəti  planlı  şəkildə  həyata  keçirilməyə 
başlanmışdır. Ermənistan hökuməti, «Qarabağ» və «Krunk» komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri 
SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər. 
Etnik  təmizləmə  nəticəsində  Ermənistanın  185  yaşayış  məntəqəsi  boşaldılmış,  250  mindən  artıq 
azərbaycanlı  və  18  min  kürd  öz  ev-eşiyindən  zorla  qovulmuş,  217  azərbaycanlı  ermənilər  tərəfindən  qətlə 
yetirilmişdir.  Bunlardan  49  nəfəri  ermənilərin  əlindən  qaçarkən  dağlarda  donmuş,  41  nəfər  qəddarlıqla 
döyülərək  qətlə  yetirilmiş,  35  nəfər  işgəncələrlə  qətlə  yetirilmiş,  115  nəfər  yandırılmış,  16-sı  güllələnmiş,  10 
nəfər  əzab  və  işgəncələrə dözməyərək  infarktdan  ölmüş,  2  nəfər  xəstəxanada həkimlər  tərəfindən  öldürülmüş, 
digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə