Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə29/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   25   26   27   28   29   30   31   32   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
48 
1920-30-cu  illərdə  istədiklərinə  nail  ola  bilməyən  ermənilər  1941-1945-ci  illər  müharibəsindən  sonra 
yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi 
katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ 
vilayəti  adı  altında  Ermənistan  SSR-in  tərkibinə  daxil  edilməsi  haqqında  məsələ  qaldırdı.  Həmin  müraciətin 
mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i il 28 
noyabrda  Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinın  birinci  katibi  M..Bağırova 
göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz 
rəyini  bildirməsini  ona  təklif  etdi.  Bağırov  bununla  əlaqədar  1945-i  il  dekabrın  10-da  cavabını  Moskvaya 
bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxvidir. Malenkov yoldaşa.  
Ermənistan  Kommunist  (bolşeviklər)  Partiyası  MK-nın  katibi  Arutinov  yoldaşın  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab 
olaraq məlumat verirəm:  
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan 
tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.  
1826-cı  ildə  Qarabağ  çar  Rusiyasına  birləşdirilmişdir.  Sonralar  indiki  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin 
ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.  
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə musavat 
hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.  
Müsavatçılar  və  daşnaklar  tərəfindən  təşkil  olunmuş  millətlərarası  qırğının  nəticəsində  Azərbaycanın  və 
Ermənistanın bir çox şəhərləri kimi Şuşa da dağıdılmış və xarabalığa çevrilmişdir.  
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-
siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.  
1923-cü  ildə  Qarabağın  əsasən  ermənilərin  məskunlaşdığı  dağlıq  hissəsinin  Ermənistan  SSR-ə 
birləşdirilməsi  məsələsi  qaldırıldı.  Lakin  bu  ərazinin  Ermənistan  SSR  ilə  ümumi  sərhədlərinin  olmaması  və 
Ermənistandan  yalnız  azərbaycanlıların  yaşadığı  Qubadlı,  Laçın,  Kəlbəcər  və  Dəstəfur  rayonları ilə ayrılması 
səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il 
tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.  
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və 
hazırda da bitişik deyildir.  
Azərbaycanda Sovet hakimiyyəti illərində  Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı 
sahəsində  böyük  işlər  görülmüşdür.  Bu  inkişafın  ən  parlaq  nümunələrindən  biri  -  DQMV-ın  hazırki  mərkəzi 
Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni 
şəhərlərindən birinə çevrilməsidir.  
Azərbaycan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq 
Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.  
Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri  - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq 
komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.  
Bununla  belə  biz  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistan  SSR-in  tərkibinə  qatılmasına  etiraz 
etmirik,  lakin  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  tərkibində  olmasına  baxmayaraq,  hazırda  da  əsasən 
azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.  
Şuşa  şəhəri  bina  edildiyi  gündən  Qarabağın  inzibati-siyasi  və  mədəni  mərkəzi  olmaqla  yanaşı,  həm  də 
Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.  
Ən  qaniçən  fatehlərdən  biri,  Zaqafqaziya  xalqlarının  cəlladı  Ağa  Məhəmməd  şah  Qacar  məhz  Şuşada 
öldürülmüşdür.  
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və 
digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.  
Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-ın Ermənistan SSR-in 
tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və 
əsasən  azərbaycanlıların  yaşadığı  Əzizbəyov,  Vedi  və  Qarabağlar  rayonlarının  Azərbaycan  SSR-in  tərkibinə 
daxil edilməsi məsələsinə də baxılmalıdır.  
Bu  rayonların  mədəni  və  iqtisadi  cəhətdən  son  dərəcədə  geridə  qalmasını  nəzərə  almaqla,  bunların 
Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan 
yaradardı.  
ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:  
Gürcüstanlı  yoldaşlar  Azərbaycan  SSR-in  Balakən,  Zaqatala  və  Qax  rayonlarının  Gürcüstan  SSR-in 
tərkibinə daxil edilməsi məsələsini qoyurlar.  


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
49 
Göstərilən  rayonlarda  əhalinin  ümumi  sayı  79.000  nəfər  olduğu  halda  cəmi  9.000  gürcü-ingiloyun 
yaşamasına baxmayaraq biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan 
SSR-in  demək  olar  yalnız  azərbaycanlıların  yaşadığı  və  bilavasitə  Azərbaycan  SSR-ə  bitişik  olan  Borçalı 
rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.  
Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil 
olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR 
tərkibinə  qatılması  məsələsini  nəzərdən  keçirmənizi  xahiş  edirik.  Bu  rayonların  əhalisi  əsasən 
azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan 
ərazisində keçirir.  
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan 
nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.  
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov 
10 dekabr 1945-ci il 
№ 330, Bakı şəhəri " 
 
Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir. 
Lakin  buna  yenidən  qayıtmağa  ehtiyac  vardır.  Bu  sənəddə  diqqəti  çəkən  məsələlər  hansılardır?!  Hər  şeydən 
əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə 
cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası 
Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. 
Bunların  üzərində  ləngimədən  bir  vacib  məqama  diqqət  yetirək.  Buradan  aydın  olur  ki,  bəzən  iddia 
olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə ən yüksək 
səviyyədə  onun  müzakirəsinə  və  konkret  təkliflərlə  çıxış  etməyə  hazır  olmuşdur  və  s.  Məhz  belə  bir 
əsaslandırılmış  mövqe  o  zaman  Moskvanı  Azərbaycana  təzyiqdən  çəkindirmişdi.  Bununla  belə,  Ermənistan 
rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən - oz ata-baba 
torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.  
Lakin  ermənilər  bununla  da  Dağlıq  Qarabağ  ilə  bağlı  separatçılıq  fəaliyyətindən  əl  çəkmədilər.  1960-cı 
illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə 
Dağlıq  Qarabağın  Ermənistana  ilhaq  edilməsi  barədə  45  min  nəfərin  "imzaladığı"  petisiya  Moskvaya  təqdim 
edilmiş,  bunun  əsasında  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  katibliyi  Ermənistan  və 
Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet 
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin 
Azərbaycan  rəhbərliyinə  gəlməsi  ilə  onun  cəsarətli  və  qətiyyətli  mövqeyi  sayəsində  ermənilərin  separatçılıq 
təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 
1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin 
bu  dəfə  də  heç  nəyə  nail  ola  bilmədilər.  H.Əliyevin  qətiyyəti  sayəsində  onun  Azərbaycana  rəhbərliyi  (1969-
1982)  və  SSRİ  rəhbərlərindən  biri  olduğu  dövrdə  (1982-1987)  erməni  separatçılarının  niyyətlərinin 
canlanmasına yol verilmədi.  
1984-cü  ildə  İrəvanda  Z.Balayanın  "Oçaq"  kitabının  çap  edilməsi,  onun  Qarabağın  tarixinə  və  müasir 
dövrünə  dair  məqsədyönlü  təhrifləri,  millətçi-separatçı  çağırışları  ehtirasları  yenidən  qızışdırdı.
126
  Bu  əhval-
ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" 
şəraitində  sovet  rəhbərliyində  (M.S.Qorbaçovun  timsalında!)  böyük  dəstək  qazandı  və  yeni  mərhələyə  qədəm 
qoydu.  Moskvadan  hərtərəfli  dəstək  alan  erməni  separatçıları  və  terrorçuları  tərəfindən  idarə  olunan  Dağlıq 
Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı 
xəyanət yolunu tutdu.  
 
Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına  
ümumi bir baxış 
Özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii  - coğrafi regionu kimi iqtisadi 
və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət 
olmuşdur.  Lakin  Qarabağın  Dağlıq  hissəsinə  -  Dağlıq  Qarabağa  muxtariyyət  verilməsi  ilə  vəziyyətdə  köklü 
dəyişiklik əmələ gəldi.  
Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  onun  üçün  yaradılmış  müstəsna  şərait  nəticəsində  inkişaf  etmiş  aqrar-
sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına 
çevrilməyə  başladı.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  ətrafındakı  azərbaycanlılar  yaşayan  rayonlar,  əsasən, 
pambıq  istehsalı  ilə  məşğul  olmağa  istiqamətləndirildi,  emaledici  sənaye  sahələrinin  inkişafı  geri  qalmağa 
başladı.  Bütün  bunlar  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  həyat  səviyyəsinin  Qarabağın  digər  rayonlarına 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə