Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

Nippur  məclisinin  qərarına  görə  (?)  Lu-sinin  oğlu  Nanna-sıq, 
Ka-Nannanın  oğlu  Ku-Enlil,  dəllək,  və  Adda-kallanın  qulu,  bağban 
edam üçün  (cəllada) verildi.
(Bu) işə Nippur məclisində baxılmışdır”.
Mətnin  tərcüməsi  başa  çatdıqdan  sonra  aydınlaşdırmaq  istədik 
ki,  analoji  halda  müasir  məhkəmənin  qərarı  necə  olardı.  Biz  bu 
məqsədlə  tərcüməni  o vaxt  Pensilvani  universiteti  hüquq  fakültəsinin 
dekanı,  hazırda  mərhum  Ouen  C.Roertsə  göndərdik;  1930-1945-ci 
illərdə  Roberts  ABŞ  Ali  məhkəməsinin  üzvü  olmuşdur.  Biz  onun 
fikrini  öyrənməyi  çox  istəyirdik.  Onun  cavabı  həqiqətən  çox  maraqlı 
oldu.  Roberts  bəyan  edirdi  ki,  müasir hakimlər də eynilə bu cür qərar 
çtxarardıiar.  O, qazırdı:
“Bizim  qanunlara  görə  həmin  qadın  qət)  baş  verdikdən  sonra 
iştirakçı  kimi  günahkar sayıla bilməz.
Cinayətdən  sonra  iştirakçı  o  adamı  saymaq  olar  ki,  o  nəinki 
cinayətdən  xəbərdar  olub,  həm  də  onda  iştirak  edib  və  cinayətkarı 
gizlədib yaxud başqa vasitələrlə ona kömək edib”.
Son  vaxtlar  başqa  çox  maraqlı,  lakin  qanunçuluğa  aidiyyatı 
olmayan  çoxlu  Şumer  sənədləri  tapılmışdır.  1954-cü  ildə  daha  yaxşı 
başa  düşülən  parçaların  tərcüməsini  özündə  əks  etdirən  öncədəki 
məlumatda  nüsxələrin  ilk  toplusu- 
farmakopeya  üzrə  dünyada  ilk 
kitab  sayılan  tibbi  mətn təsvir olunmuşdu
Şumerdə həkim  peşəsi  e.  ə.  Ill  minillikdə  meydana gəlmişdir. 
Məsələn,  Lulu  adlı  həkim  e.  ə.  təxminən  2700-cü  ildə  Urda- 
xaldeylərin  bibliya  Urunda  təcrübə  yığırdı.  Ancaq  1954-cü  ilə  qədər 
məlum  olan  Mesopotamiya  tibb  mətnləri  əsasən  e.  ə.  1  minilliyə  aid 
edilirdi.  Onlar  özlərində  hazırkı  tibbi  məsləhətləri  deyil,  əsasən  cadu 
formullarını  birləşdirirlər  Ona  görə  yenidən  tərcümə  olunmuş 
lövhəcik  ikiqat  maraqlıdır  Birincisi,  o,  e.  ə  111  minilliyin  son 
dövrünə  aiddir,  ikincisi,  onda  magiya  və  sehrbazlıqla  heç  bir  əlaqəsi 
olmayan  reseptlər  (nüsxələr)  verilir.  Onuncu  fəsil  dünyada  birinci 
tibbi  sənəd olan bu lövhəciyə həsr olunur.
74
10.  TƏBABƏT.
1889-cu  ildə,  düz  yetmiş  beş  il  bundan  qabaq  Pensilvani 
universiteti  İraka  arxeoloji  ekspedisiya  göndərmişdir.  Espedisiya 
Nippurda (müasir Bağdadan  təxminən  160  km  cənubda) qazıntı  işləri 
aparmışdır.  Nəticədə  məlum  olmuşdur  ki,  Nippur  Şumerin  dini  və 
mədəni  mərkəzi  olmuşdur.  Sonrakı  onillikdə  ekspedisiya  e.  ə.  Ill 
minilliyin  birinci  yarısından  bizim  eranın  başlanğıcına  qədər olan  bir 
dövrü  (təqribən  3000  il)  əhatə  edən  minlərlə  palçıq  lövhəciklər  və 
fraqmentlər 
aşkar 
etmişdi. 
Lövhəciklərin 
məzmunu 
Şumer 
mədəniyyəti  inkişafının bütün  mərhələlərini  əhatə edir:  ölkənin  siyasi 
və  sosial  həyatını,  onun  iqtisadiyyatını  və  dövlət  quruluşunu,  dinini 
və  mifologiyasını,  qanunlarını  və  ədəbiyyatını,  təhsil  sistemini  və 
dilini.  Onlarda  hətta  elm  də  (əgər  şumerlərin  idrakını  belə 
adlandırmaq  olarsa)  təmsil  olunur.  Tapılmış  lövhəciklərin  böyük 
hissəsi  riyaziyyata,  metrologiyaya  (ölçü  və  çəki  haqqında  elm)  həsr 
edilmişdir; 
“əkinçinin 
təqvimi”, 
bitkilərin, 
heyvanların 
və 
mineralların  adlarının  leksikoqrafık  klassifıkasiyası  tapılmışdır. 
Ancaq  Nippurda tapılmış  ən  vacib  “elmi”  sənədlərdən  biri,  şübhəsiz, 
şumer  dilində təxminən  9,5  x  16  sm  ölçüdə  on  beş  nüsxəni  (resepti) 
birləşdirən  palçıq  lövhəcikdir.  Lövhəcik  ölçülərinə  və  işarələrin 
zərifliyinə  görə  Sarqon  Akkadski  sülaləsi  çarlığının  sonlarında,  yəni, 
axırıncı  xronoloji  tədqiqatlara  görə  e.  ə.  təqribən  2300-cii  ildə 
yazılmışdır  Bu  şumer  sənədi,  şübhəsiz,  bəşər  tarixində  ən  qədim 
farmakopeyadır.
Lövhəciyin 
altmış 
yaxud 
yetmiş 
il 
bundan 
əvvəl 
(ekspedisiyanın  qeydlərində  onun  tapıldığı  il  qeyd  olunmamışdır) 
aşkar edildiyinə baxmayaraq,  o,  alimlər dünyasına  ancaq  1940-cı  ildə 
molum  olmuşdur.  Elə  həmin  il  Pensilvani  universiteti  Muzeyi 
Vavilon  şöbəsinin  keçmiş  kuratoru  professor  Leon  Leqren  muzeyin 
nəşr etdiyi  bülletendə  mətnin  ilk transliterasiyanı  və tərcüməsini  dərc 
etdirmişdir.  Bu  cəsarətli,  ancaq  linqivistik  çətinliklərlə  dolu  sənədin 
mənasını  açmaq  üçün  vaxtsız  cəhd  idi.  1955-ci  ildə  mən  o  vaxt  elm 
tarixi  üzrə  doktorluq  dərəcəsini  təzəcə almış  kimyaçı  Martin  Levinin 
köməyilə  mətnin  yeni  transliterasıyasını  və  tərcüməsini  hazırladım.
75


Lövhəciyin  bu  tərcümə  əsasında  qısa  məzmunu  1955-ci  ildə 
İllustratat  London  News  (s.  370-371)  jurnalında  və  1956-cı  ildə 
mənim  “Şumer lövhəickləri”  (From the  Tablets of  Sumer) əsərimdə 
çap  olundu.  Ancaq  bu  tərcümə  də  ilkin  cəhd  idi,  çünki  lövhəciyin 
mətninin  adekvat  tərcüməsi  və  interpretasiyası  üçün  e.  ə.  I  və  П 
minilliklərin  şumer  farmakologiyası  və  təbabəti  terminlərini  gözəl 
bilmək  tələb  olunurdu.  Yalnız  Parisdə  Rene  Lyabın  (mixiyazılı 
təbabət  üzrə  ən  yaxşı  mütəxəssislərdən  biri)  yanında  sırf  xüsusi 
hazırlıq  keçdikdən  sonra  gənc  alim  M.  Sivil  bizim  lövhəciyin 
mətninin  yeni  və  axırıncı  variantını  dərc  etməyə  müyəssər oldu.  Bir 
neçə 
aylıq 
gərgin 
əməkdən, 
demək 
olar, 
gündəlik 
məsləhətləşmələrdən  və  müzakirələrdən  sonra  Sivillə  mən  mətndəki 
bir  sıra  çətinliklərin  qeyri-müəyyənliklərin  öhdəsindən  gələ  bildik. 
Sivilin hazırladığı  nəşrə mətnin transliterasiyası  və tərcüməsi,  şərhlər 
və haşiyələr daxil  edilmişdir.  Onun işi  assiroloqlar arasında daha çox 
tanınan  nəşrlərdən  biri  -   Revue  d  Assyriologie  (  LİV,  s.  57-72) 
jurnalında  çap  olundu.  Hazırkı  fəsil  başlıca  olaraq  bu  yeni  çapın 
əsasında yazılmışdır.
Sənəd  145  sətirdən,  başqa  cür  desək,  cümlədən  ibarətdir. 
Onun  21  sətri  o  dərəcədə  zədələnmişdir  ki,  onların  məzmununu 
açmaq  mümkün  olmadı.  E.  ə  I  minilliyin  oxşar  mixiyazılı  təbabət 
sənədlərinə görə bu sətirlərdə aşağıdakıların yazıldığını  güman  etmək 
olar:  “Əgər  adam  əziyyət  çəkirsə...”  və  sonradan  hansısa  xəstəliyin 
adı  gəlir.  Lakin  salamat qalmış bəzi  işarə və  sözlər,  məsələn,  “ağacın 
kökü...”  (1-2  sətirlər),  “yuxarısı”  (3-5  sətirlər),  “yun”  (9-10  sətirlər), 
“duz” (15  sətir), belə gümanın xeyrinə səslənmirlər.
Sənəddə  on  beş  nüsxə  var.  Onlar  22-ci  sətirdən  başlayır 
(birinci  sütunun  aşağı  hissəsi).  Məlum  vasitənin  tətbiqinə  uyğun 
nüsxələri  üç  qrupa  ayırmaq  olar.  Birinci  qrup  təpitmə  xarakterli 
səkkiz  dərmandan  ibarətdir.  Onların  hazırlanması  aşağıdakı  qaydada 
yazılmışdır:  əvvəlcə  həmin  dərmanın  hazırlanması  üçün  lazım  olan 
komponentlərin  siyahısı  gəlir.  Sonra  göstərilir  ki,  bu  komponentləri 
əzib  toz  halına  salmaq  və  mayedə  məcun  halına  gələnə  qədər 
qarışdırmaq  lazımdır.  Hazır  kütlə  təpitmə  şəklində  bədənin 
əvvəlcədən  yağlanmış  ağrıyan  yerinə  qoyulur.  Görünür,  sonuncu
76
təpitmənin  dəriyə  yapışmaması  və  özlüyündə  müalicəyə  kömək 
məqsədilə edilir.
Dörd  “təpitmə”  nüsxəsinin  (qalanları  çox  pis  qalmışdır)  sətri 
tərcüməsini  verirəm.  Tərcümədə  indiyədək  açılması  mümkün 
olmayan  müalicə  otlannın  şumercə  adlan  kursivlə  ayrılmışdır. 
Mötərizədə  yazılmış  sözlər  şumer  mətnində  yoxdur,  ancaq  onlar 
mənanı  dəqiqləşdirmək  üçün  lazımdır.  Lövhəcikdə  zədələnmiş 
işarələrin  əvəzinə nöqtələr qoyulmuşdur.
“4  №-!i  nüsxə.  Anaduşş  bitkisini,  iynəli  kolun  budaqlannı 
(güman  ki,  Posopis  stephaniana),  duaş  burun  (bəlkə  də,  Atriplex 
halimus  L.)  toxumlannı  (və)...  (ən  azı  iki  müalicə  otunun  adı 
saxlanmamışdır)  əzib  toz  halına  salmaq;  ona  (müalicə  otlannın 
əzilmiş  tozuna)  su  ilə  qarışdırılmış  pivə  əlavə  etmək,  (ağrıyan  yeri) 
bitki  yağı  ilə yağlanmaq (və)  (otların əzilib  hazırlanmış tozunun  pivə 
ilə qarışdırılmış məcunu) təpitmə şəklində oraya sarımaq.
5  №-li  nüsxə.  Quru  çay  lilini  əzmək  (və)...  onu  suda 
qarışdırmaq;  təmizlənməmiş  yağla  yağlamaq  (və)  təpitmə  şəklində 
sarımaq.
6  №-li  nüsxə.  Armudu  (?)  (və)  manna  bitkisini  əzib  pivə 
çöküntüsündə  qanşdırmaq,  bitki  yağı  ilə  yağlamaq  (və)  təpitmə 
şəklində sanmaq
8  №-li  nüsxə  ...  ağacının  kökünü  ...  və  quru  çay  asfaltını 
əzmək;  pivədə  qarışdırmaq,  yağla  yağlamaq  (və)  təpitmə  şəklində 
sarımaq”.
İkinci  qrupa daxilə qəbul  edilən üç dərmanın  nüsxəsi  daxildir. 
Tərkibinə  pivə  və  duru  asfalt  lazım  olan  birinci  dərmanın 
hazırlanması xeyli  mürəkkəbdir:
“9  №-li  nüsxə.  Bərk  pivəni  ...  bitkisinin  qatranına  qatmaq; 
ocaqda  qızdırmaq;  bu  mayeni  duru  çay  asfaltının  içinə  tökmək  (və) 
içmək  üçün  (xəstəyə)  vermək”.
Digər  iki  daxili  vasitənin  hazırlanması  qaydası  eynidir:  iki 
komponenti  əzib  onları  pivədə  həll  etmək  və  içmək  üçün  xəstəyə 
vermək təklif olunur.
“ 10  №-li  nüsxə.  Armudu  (?)  (və)  manna  bitkisinin  kökünü 
əzmək;  (tozu) pivə ilə qarışdırmaq (və) içmək üçün  (xəstəyə) vermək.
77


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə