Nippur məclisinin qərarına görə (?) Lu-sinin oğlu Nanna-sıq,
Ka-Nannanın oğlu Ku-Enlil, dəllək, və Adda-kallanın qulu, bağban
edam üçün (cəllada) verildi.
(Bu) işə Nippur məclisində baxılmışdır”.
Mətnin tərcüməsi başa çatdıqdan sonra aydınlaşdırmaq istədik
ki, analoji halda müasir məhkəmənin qərarı necə olardı. Biz bu
məqsədlə tərcüməni o vaxt Pensilvani universiteti hüquq fakültəsinin
dekanı, hazırda mərhum Ouen C.Roertsə göndərdik; 1930-1945-ci
illərdə Roberts ABŞ Ali məhkəməsinin üzvü olmuşdur. Biz onun
fikrini öyrənməyi çox istəyirdik. Onun cavabı həqiqətən çox maraqlı
oldu. Roberts bəyan edirdi ki, müasir hakimlər də eynilə bu cür qərar
çtxarardıiar. O, qazırdı:
“Bizim qanunlara görə həmin qadın qət) baş verdikdən sonra
iştirakçı kimi günahkar sayıla bilməz.
Cinayətdən sonra iştirakçı o adamı saymaq olar ki, o nəinki
cinayətdən xəbərdar olub, həm də onda iştirak edib və cinayətkarı
gizlədib yaxud başqa vasitələrlə ona kömək edib”.
Son vaxtlar başqa çox maraqlı, lakin qanunçuluğa aidiyyatı
olmayan çoxlu Şumer sənədləri tapılmışdır. 1954-cü ildə daha yaxşı
başa düşülən parçaların tərcüməsini özündə əks etdirən öncədəki
məlumatda nüsxələrin ilk toplusu-
farmakopeya üzrə dünyada ilk
kitab sayılan tibbi mətn təsvir olunmuşdu
Şumerdə həkim peşəsi e. ə. Ill minillikdə meydana gəlmişdir.
Məsələn, Lulu adlı həkim e. ə. təxminən 2700-cü ildə Urda-
xaldeylərin bibliya Urunda təcrübə yığırdı. Ancaq 1954-cü ilə qədər
məlum olan Mesopotamiya tibb mətnləri əsasən e. ə. 1 minilliyə aid
edilirdi. Onlar özlərində hazırkı tibbi məsləhətləri deyil, əsasən cadu
formullarını birləşdirirlər Ona görə yenidən tərcümə olunmuş
lövhəcik ikiqat maraqlıdır Birincisi, o, e. ə 111 minilliyin son
dövrünə aiddir, ikincisi, onda magiya və sehrbazlıqla heç bir əlaqəsi
olmayan reseptlər (nüsxələr) verilir. Onuncu fəsil dünyada birinci
tibbi sənəd olan bu lövhəciyə həsr olunur.
74
10. TƏBABƏT.
1889-cu ildə, düz yetmiş beş il bundan qabaq Pensilvani
universiteti İraka arxeoloji ekspedisiya göndərmişdir. Espedisiya
Nippurda (müasir Bağdadan təxminən 160 km cənubda) qazıntı işləri
aparmışdır. Nəticədə məlum olmuşdur ki, Nippur Şumerin dini və
mədəni mərkəzi olmuşdur. Sonrakı onillikdə ekspedisiya e. ə. Ill
minilliyin birinci yarısından bizim eranın başlanğıcına qədər olan bir
dövrü (təqribən 3000 il) əhatə edən minlərlə palçıq lövhəciklər və
fraqmentlər
aşkar
etmişdi.
Lövhəciklərin
məzmunu
Şumer
mədəniyyəti inkişafının bütün mərhələlərini əhatə edir: ölkənin siyasi
və sosial həyatını, onun iqtisadiyyatını və dövlət quruluşunu, dinini
və mifologiyasını, qanunlarını və ədəbiyyatını, təhsil sistemini və
dilini. Onlarda hətta elm də (əgər şumerlərin idrakını belə
adlandırmaq olarsa) təmsil olunur. Tapılmış lövhəciklərin böyük
hissəsi riyaziyyata, metrologiyaya (ölçü və çəki haqqında elm) həsr
edilmişdir;
“əkinçinin
təqvimi”,
bitkilərin,
heyvanların
və
mineralların adlarının leksikoqrafık klassifıkasiyası tapılmışdır.
Ancaq Nippurda tapılmış ən vacib “elmi” sənədlərdən biri, şübhəsiz,
şumer dilində təxminən 9,5 x 16 sm ölçüdə on beş nüsxəni (resepti)
birləşdirən palçıq lövhəcikdir. Lövhəcik ölçülərinə və işarələrin
zərifliyinə görə Sarqon Akkadski sülaləsi çarlığının sonlarında, yəni,
axırıncı xronoloji tədqiqatlara görə e. ə. təqribən 2300-cii ildə
yazılmışdır Bu şumer sənədi, şübhəsiz, bəşər tarixində ən qədim
farmakopeyadır.
Lövhəciyin
altmış
yaxud
yetmiş
il
bundan
əvvəl
(ekspedisiyanın qeydlərində onun tapıldığı il qeyd olunmamışdır)
aşkar edildiyinə baxmayaraq, o, alimlər dünyasına ancaq 1940-cı ildə
molum olmuşdur. Elə həmin il Pensilvani universiteti Muzeyi
Vavilon şöbəsinin keçmiş kuratoru professor Leon Leqren muzeyin
nəşr etdiyi bülletendə mətnin ilk transliterasiyanı və tərcüməsini dərc
etdirmişdir. Bu cəsarətli, ancaq linqivistik çətinliklərlə dolu sənədin
mənasını açmaq üçün vaxtsız cəhd idi. 1955-ci ildə mən o vaxt elm
tarixi üzrə doktorluq dərəcəsini təzəcə almış kimyaçı Martin Levinin
köməyilə mətnin yeni transliterasıyasını və tərcüməsini hazırladım.
75
Lövhəciyin bu tərcümə əsasında qısa məzmunu 1955-ci ildə
İllustratat London News (s. 370-371) jurnalında və 1956-cı ildə
mənim “Şumer lövhəickləri” (From the Tablets of Sumer) əsərimdə
çap olundu. Ancaq bu tərcümə də ilkin cəhd idi, çünki lövhəciyin
mətninin adekvat tərcüməsi və interpretasiyası üçün e. ə. I və П
minilliklərin şumer farmakologiyası və təbabəti terminlərini gözəl
bilmək tələb olunurdu. Yalnız Parisdə Rene Lyabın (mixiyazılı
təbabət üzrə ən yaxşı mütəxəssislərdən biri) yanında sırf xüsusi
hazırlıq keçdikdən sonra gənc alim M. Sivil bizim lövhəciyin
mətninin yeni və axırıncı variantını dərc etməyə müyəssər oldu. Bir
neçə
aylıq
gərgin
əməkdən,
demək
olar,
gündəlik
məsləhətləşmələrdən və müzakirələrdən sonra Sivillə mən mətndəki
bir sıra çətinliklərin qeyri-müəyyənliklərin öhdəsindən gələ bildik.
Sivilin hazırladığı nəşrə mətnin transliterasiyası və tərcüməsi, şərhlər
və haşiyələr daxil edilmişdir. Onun işi assiroloqlar arasında daha çox
tanınan nəşrlərdən biri - Revue d Assyriologie ( LİV, s. 57-72)
jurnalında çap olundu. Hazırkı fəsil başlıca olaraq bu yeni çapın
əsasında yazılmışdır.
Sənəd 145 sətirdən, başqa cür desək, cümlədən ibarətdir.
Onun 21 sətri o dərəcədə zədələnmişdir ki, onların məzmununu
açmaq mümkün olmadı. E. ə I minilliyin oxşar mixiyazılı təbabət
sənədlərinə görə bu sətirlərdə aşağıdakıların yazıldığını güman etmək
olar: “Əgər adam əziyyət çəkirsə...” və sonradan hansısa xəstəliyin
adı gəlir. Lakin salamat qalmış bəzi işarə və sözlər, məsələn, “ağacın
kökü...” (1-2 sətirlər), “yuxarısı” (3-5 sətirlər), “yun” (9-10 sətirlər),
“duz” (15 sətir), belə gümanın xeyrinə səslənmirlər.
Sənəddə on beş nüsxə var. Onlar 22-ci sətirdən başlayır
(birinci sütunun aşağı hissəsi). Məlum vasitənin tətbiqinə uyğun
nüsxələri üç qrupa ayırmaq olar. Birinci qrup təpitmə xarakterli
səkkiz dərmandan ibarətdir. Onların hazırlanması aşağıdakı qaydada
yazılmışdır: əvvəlcə həmin dərmanın hazırlanması üçün lazım olan
komponentlərin siyahısı gəlir. Sonra göstərilir ki, bu komponentləri
əzib toz halına salmaq və mayedə məcun halına gələnə qədər
qarışdırmaq lazımdır. Hazır kütlə təpitmə şəklində bədənin
əvvəlcədən yağlanmış ağrıyan yerinə qoyulur. Görünür, sonuncu
76
təpitmənin dəriyə yapışmaması və özlüyündə müalicəyə kömək
məqsədilə edilir.
Dörd “təpitmə” nüsxəsinin (qalanları çox pis qalmışdır) sətri
tərcüməsini verirəm. Tərcümədə indiyədək açılması mümkün
olmayan müalicə otlannın şumercə adlan kursivlə ayrılmışdır.
Mötərizədə yazılmış sözlər şumer mətnində yoxdur, ancaq onlar
mənanı dəqiqləşdirmək üçün lazımdır. Lövhəcikdə zədələnmiş
işarələrin əvəzinə nöqtələr qoyulmuşdur.
“4 №-!i nüsxə. Anaduşş bitkisini, iynəli kolun budaqlannı
(güman ki, Posopis stephaniana), duaş burun (bəlkə də, Atriplex
halimus L.) toxumlannı (və)... (ən azı iki müalicə otunun adı
saxlanmamışdır) əzib toz halına salmaq; ona (müalicə otlannın
əzilmiş tozuna) su ilə qarışdırılmış pivə əlavə etmək, (ağrıyan yeri)
bitki yağı ilə yağlanmaq (və) (otların əzilib hazırlanmış tozunun pivə
ilə qarışdırılmış məcunu) təpitmə şəklində oraya sarımaq.
5 №-li nüsxə. Quru çay lilini əzmək (və)... onu suda
qarışdırmaq; təmizlənməmiş yağla yağlamaq (və) təpitmə şəklində
sarımaq.
6 №-li nüsxə. Armudu (?) (və) manna bitkisini əzib pivə
çöküntüsündə qanşdırmaq, bitki yağı ilə yağlamaq (və) təpitmə
şəklində sanmaq
8 №-li nüsxə ... ağacının kökünü ... və quru çay asfaltını
əzmək; pivədə qarışdırmaq, yağla yağlamaq (və) təpitmə şəklində
sarımaq”.
İkinci qrupa daxilə qəbul edilən üç dərmanın nüsxəsi daxildir.
Tərkibinə pivə və duru asfalt lazım olan birinci dərmanın
hazırlanması xeyli mürəkkəbdir:
“9 №-li nüsxə. Bərk pivəni ... bitkisinin qatranına qatmaq;
ocaqda qızdırmaq; bu mayeni duru çay asfaltının içinə tökmək (və)
içmək üçün (xəstəyə) vermək”.
Digər iki daxili vasitənin hazırlanması qaydası eynidir: iki
komponenti əzib onları pivədə həll etmək və içmək üçün xəstəyə
vermək təklif olunur.
“ 10 №-li nüsxə. Armudu (?) (və) manna bitkisinin kökünü
əzmək; (tozu) pivə ilə qarışdırmaq (və) içmək üçün (xəstəyə) vermək.
77
Dostları ilə paylaş: |