Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

7.  SOSİAL İSLAHATLAR.
Vergilərin azaldılmasının birinci  halı
Eramızdan  əvvəl  XXIV  əsrdə  Şumer  şəhər-dövləti  Laqaşda ilk 
sosial  islahatların  keçirildiyi  barədə  əlimizdə  yazılı  dəlillər  var.  Bu 
islahatlar  mənfur  məmurlann  günahkar  olduqları  “keçmiş  vaxtın” 
sui-istifadə  hallarına  qarşı  yönəldilmişdir.  Onlar  vergiləri  özbaşına 
artırır,  saysız-hesabsız  yeni  vergilər  qoyur,  hətta  məbədlərin 
mülkiyyətinə  əl  uzadırdılar.  Son  nəticədə bu  zülmə  dözməyən  Laqaş 
sakinləri  Ur-Nanşenin köhnə sülaləsini  hakimiyyətdən  yıxaraq, başqa 
nəsildən  özlərinə  hökmdar  seçdilər.  Yeni  uşakku29  Urukagina 
qanunçuluğu  və  intizamı  bərpa  etdi  və  vətəndaşların  “azadlığını 
tanıdı”
Urukaginanın  arxiv  mirzələrindən 
birinin  yeni 
kanalın 
istifadəyə  verilməsi  ilə  əlaqədar  tərtib  etdiyi  və  yazdığı  sənəddə  bu 
barədə  danışılır.  Bu  abidənin  məzmununu  başa  düşmək  və  layiqincə 
qiymətləndirmək  üçün  Şumer  şəhər-dövlətinin  həyatını  təmin  edən 
ictimai,  iqtisadi  və siyasi  hadisələrin  heç  olmasa  ən  vacibləri  ilə tanış 
olmaq pis olmazdı.
E.  ə.  Ill 
minilliyin  əvvəlində  Laqaş  şəhər-dövlətində 
“paytaxtdan”  başqa  ayrı-ayrı  məbədlərin  yanında  yaranmış  bir  neçə 
çiçəklənən  kiçik  şəhərlər  də  vardı.  Nominal  olaraq  Şumerin  digər 
şəhər-dövlətləri  kimi  Laqaş  da  bütün  Şumerin  ali  hökmdannın 
hakimiyyəti  altında  idi.  Lakin  faktik  olaraq  Laqaşı,  Şumer  inamına 
görə,  yarandığı  gündən  ona  verilmiş  allahın-şəhərin  hamısının 
hökmləri  ilə  İçakku idarə edirdi.  İşakkuların birinci  dəfə hakimiyyətə 
necə  gəldikləri 
indiyədək  tam  aydın  deyil.  Ola  bilər  ki,  onlar 
arasında  aparıcı  rol  oynayan,  sanqa  adlandırılan  məbəd  rəisləri 
olmaqla  azad  vətəndaşlar  tərəfindən  seçilirdilər.  Işakku  vəzifəsi 
tədricən  nəsillikcə  olmuşdur.  Daha  inamla  irəliləyən  və  şöhrətpərəst 
işakku  öz  hakimiyyətini  möhkəmləndirməyə  və  məbədin  hesabına 
var-dövlətini  artırmağa  çalışırdı,  bu  isə  sarayla  məbəd  arasında 
mübarizəyə  səbəb  olurdu.  Laqaş  sakinləri  əsasən  əkinçilər 
və 
heyvandarlardan,  qayıqçılar  və  balıqçılardan  ,  ticarətçilərdən  və 
sənətkarlardan  ibarət  idi.  Bu  şəhər-dövlətin  iqtisadiyyatı  qarışıq
62
xarakter  daşıyırdı:  onun  bir  hissəsi  “ictimailəşdirilmiş”  və
“planlaşdırılan”,  digəri  isə “azad”  idi.  Bütün  torpaq  prinsip etibarı  ilə 
şəhər allahının,  daha doğrusu bu  allahın  məbədinin  mülkiyyətindəydi 
və onu bütün vətəndaşlar adından  idarə edirdi.  Həqiqətdə isə torpağın 
xeyli  hissəsi  məbəd  qulluqçularının  əlində  idi  və  onu  yardarlara 
icarəyə  verirdilər.  Lakin  torpağın  çox  hissəsinə  şəxsi  adamlar 
yiyələnmişdilər.  Hətta  kasıb  vətəndaşların  da  torpaq  payı,  bağlan, 
evləri  və  heyvanları  vardı.  Ancaq  havanın  isti  və  quraq  olduğuna 
görə  bütünlükdə  şəhər-dövlətin  həyatının  asılı  olduğu  suvarma 
sistemi  və su təminatı  ictimai  əsaslarla idarə olunurdu.
Bununla  belə,  iqtisadiyyat  əsasən  nisbi  azaddı,  heç  kim 
tərəfindən  tənzimlənmirdi.  Varlılıq  yaxud  kasıblıq,  müvəffəqiyyət 
yaxud  iflas  müəyyən  dərəcədə  hər  kəsin  təşəbbüskarlığından  və 
enerjisindən  asılı  olurdu.  Daha  əməksevər  sənətkarlar  öz  mallarını 
şəhərin azad bazarında satırdılar.
Vasitəçi-tacirlər  quru  və  dəniz  yollan  vasitəsilə  qonşu 
dövlətlərlə  fəal 
ticarət  aparırdılar. 
Onların  arasında  məbəd 
nümayəndələrindən  əlavə  şəxsi  adamlar  da  var  idi.  Laqaş 
vətəndaşlan  öz hüquqlarını  qoruyur,  hakimiyyətin  və  onların  iqtisadi 
marağını  və  şəxsi  azadlığını  məhdudlaşdıran  bütün  hərəkətlərini 
inamsızlıqla  qarşılayırdılar.  Çünki  bu  qədim  hüquqlar  onların 
həyatının  əsasını  təşkil  edirdi.  Lakin  baxdığımız  qədim  mətnə  görə 
Uaıkaginanın  hakimiyyəti  dövründə onlar bu “azadlığı”  itirmişdilər.
Bizim  sənəddə  belə  azğınlığa  və  qanunsuzluqlara  gətirib 
çıxaran  səbəblər  haqqında  heç  nə  deyilmir.  Ancaq  güman  etmək  olar 
ki,  təxminən  e.  ə.  2500-cü  ildə  hakimiyyətə  gəlmiş  Ur-Nanşe 
zülmkar  sülaləsinin  idarəsi  dövründə  kök  salmış  siyasi  və  iqtisadi 
faktlar 
buna 
şərait 
yaratmışdır. 
Onun 
bəzi 
nümayəndələri 
şöhrətpərəsti i к  azarına  tutularaq  özlərinin  və  öz  dövlətlərinin  şərəfi 
naminə  qanlı  avantüralara  uyaraq  müharibələr  aparmışlar.  Onlardan 
biri,  hətta  Laqaş  hakimiyyətini  bütün  şumerə  və  qonşu  torpaqlara 
tətbiq  etməyə  nail  olmuşdur.  Amma  əldə  edilən  qələbələr  uzun 
sürməmişdir;  yüz  ildən  də  az  vaxt  ərzində  Laqaşın  ərazisi  ilkin 
sərhədlərinə  qədər  azalmış  və  o,  özünün  sıravi  şəhər-dövlət 
vəziyyətinə  düşmüşdür.  Urukaginanın  hakimiyyətə  gəldiyi  vaxt
63


Laqaş  o  dərəcədə  zəifləmişdi  ki,  özünün  daimi  qonşu-rəqibi 
Ummanın yüngül  qənimətinə çevrilmişdi.
Laqaş  vətəndaşları  elə  bu  cür  məhvedici  ağır  müharibələr 
zamanı  özlərinin  siyasi  və  iqtisadi  azadlıqlarını  itirmişlər.  Şəhər 
hakimləri  ordu  yığmaq  və  onu  silahlandırmaq  üçün  öz  təəbələrimıı 
hüquqlarını  məhdudlaşdırmağı,  vergiləri  son  dərəcə  artırmağı,  hətta 
məbədin  mülkiyyətini  mənimsəməyi  vacib  hesab  edirdilər.  Nə  qədər 
ki,  ölkə  müharibə  vəziyyətindəydi  onlar  demək  olar  ki,  əks 
hərəkətlərlə  qarşılaşmırdılar.  Saray  qüruhu  nümayəndələri  bir  dəfə 
hakimiyyəti  ələ  aldıqdan  sonra  sülh  şəraitində  də  ondan  əl  çəkrnək 
istəmirdilər.  Çünki  bu,  onlara  saysız  üstünlüklər  verirdi.  Əslində 
qədim  məmurlar  özlərinə  elə  qazanc  mənbələri  tapmağa  nail 
olurdular  ki,  hətta  müasir  həmkarları  onlara  həsəd  apara  bilərdi. 
Laqaşda  xəzinəyə  ayırmalar,  vergilər,  yığmalar,  haqlar  görünməmiş 
həddə çatmışdı.
Ancaq  qoy  Laqaşda  dörd  min  il  yarım  bundan  əvvəl  yaşamış 
tarixçi  şahidi  olduğu hadisələr barədə özü danışsın.
Qayıqçıların  nəzarətçisi  qayıqları  zəbt  edirdi.  Heyvanların 
nəzarətçisi  iribuynuzlu  və  xırda  buynuzlu  mal-qaranı  mənimsəyirdi. 
Balıq  nəzarətçisi  balıqları  ələ  keçirirdi  Laqaş  sakini  qoyunu qırxmaq 
üçün  saraya  gətirəndə  o  beş  şekel !0  ödəməliydi  (əgər  qoyunun  rəngi 
ağ  idisə).  Əgər  ər  arvadını  boşayırdısa  işakku  beş  şekel  onun  vəziri 
bir  şekel  alırdı.  Əgər  ətir  satıcısı  yağlamaq  üçün  ətir  hazırlayırdısa 
işakku  beş  şekel,  onun  vəziri  bir  şekel,  saray  rəisi  isə  daha  bir  şekel 
alırdı.  Məbədin  mülkiyyətinə  gəlincə,  işakku  hamısını  ələ  keçirirdi 
Bizim  hekayətçi  deyir:  “Allahın  öküzləri  işakkunun  soğan  yerlərini 
əkirdilər;  İşakkunun  soğan  və  xiyar  sahələri  allahın  ən  yaxşı 
torpaqlarını  tuturdu”.
Məbədin  ən  hörmətli  qulluqçuları  və  hamıdan  əvvəl  “sanqa” 
özlərinin  böyük  miqdarda  eşşəklərini,  öküzlərini  və  taxılını  işakkuya 
verməyə borcluydu.
Şəhərliləri  hətta  ölüm  belə  vergilərdən  və  töycülərdən  azad 
etmirdi.  Mərhum  dəfn  olunmaq  üçün  qəbirsanlığa  gətirilərkən  onun 
qohumlarından  daha  çox  arpa,  çörək,  pivə  və  müxtəlif  ev  əhyaları
64
əldə  etmək  məqsədilə  çoxsaylı  məmurlar  və  onların  qab  dibi 
yalayanları  artıq  orada gözləyirdilər.
Hekayəçi  qeyd  edir:  o  başdan  bu  başa bütün  ölkədə “hər yerdə 
vergiyığanlar  vardı”.  Təəccüblü  deyil  ki,  belə  vəziyyətdə  saray 
ğuruhu  gümrah  yaşayırdı.  Hakimlərin  torpaqları  və  malikanələri 
birləşərək  nəhəng  bir  ağalıq  yerinə  çevrildi.  Sənədin  mətnində 
deyilir:  “İşakkunun evi  işakkunun tarlaları,  saray  hərəminin  evləri  və 
saray  hərəminin  tarlaları,  saray  ailəsinin  evləri  və  saray  ailəsinin 
tarlaları  bundan ona uzanırdı”.
Bizim  tarixçi  danışır  ki,  Urukağına  adlı  allah  obrazlı  hökmdar 
hakimiyyətə  gələnə  qədər  laqaş  belə  acınacaqlı  vəziyyətdə  idi.  O, 
zülm  çəkmiş  vətəndaşların  hüquq  və  azadlıqlarını  özlərinə  qaytardı. 
O,  qayıqçıların  nəzarətçilərini  geri  çağırdı.  O,  iri  və  xırda  buynuzlu 
mal-qara  nəzarətçilərini  geri  çağırdı.  O,  ağ  qoyunlann  qırxılması 
üçün  gümüş  yığıcılarını  geri  çağırdı.  Kişi  arvadından  ayrılarkən  nə 
işakku,  nə  də  onun  vəziri  heç  nə  almırdı.  Ətriyyat  satıcısı  yağlamaq 
üçün  ətir hazırlayanda nə işakku,  nə onun vəziri,  nə də  saray rəisi  heç 
nə  almırdı.  Mərhumu  dəfn  etmək  üçün  qəbiristanlığa  gətirdikdə 
yığıcılar  onların  əmlakının  cüzi  hissəsini,  bəzən  yandan  az  hissəsini 
alırdılar.  İndi  məbədin  mülkiyyəti  toxunulmaz  idi.  Hekayətiçi  əmin 
edir  ki,  başdan  başa  ölkədə  “bir  nəfər  də  olsun  vergi  yığıcısı 
qalmadı”.  Urukağına Laqaş vətəndaşlarının “azadlığını  tanıdı”.
Lakin  Urukağına  yalnız  vergi  toplayanların  və  parazit- 
məmurların  geri  çağınlması  ilə  kifayətlənmədi.  O,  kasıbların  varlılar 
tərəfindən  ədalətsizliyə  və  zülmə  düçar  edilməsinə  son  qoydu. 
Hekayəçi  aydınlaşdırır:  “Sadə  adamın  evi  “böyük  adamın”  evi  ilə 
yanaşı  dayanırdı” .  “Böyük  adam”  ona deyir:  “Mən  sənin evini  almaq 
istəyirəm”  Əgər  o,  (“böyük  adam”)  kasıb  adamın  evini  almaq 
istəyirsə  o  deyəcək:  “Sən  mənim  ədalətli  saydığım  qiyməti  ödə”,  və 
əgər  o  (“böyük  adam”)  bu  evi  almasa  “böyük  adam”  sadə  adama 
“nifrət saxlamamalıdır”.
Urukağına  bundan  başqa,  şəhəri  sələmçilərdən,  oğru  və 
qatillərdən  təmizlədi.  Məsələn,  əgər kasıbın  oğlu  diri  balıq  saxlamaq 
üçün  çay  gəmisi  qayıracaqsa,  daha  heç  kim  onun  balığını 
oğurlamayacaq”.  Artıq  heç  bir  varlı,  əvvəlki  kimi  “kasıb  anasının”
65


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə