Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

Kim atacaq mənimçün onları;  kim atacaq?
Bu budaqları mənə kim atacaq?
-  Bacı, kim atacaq,  onu gətirəcəyəm,
İnanna, kim atacaq,  onu gətirəcəyəm.
-  Qardaş,  atacaq,  onu gətirəcəksən,  onu gətirəcəksən, 
Kim əyirəcək onları  mənə, kim əyirəcək?
O budaqları kim əyirəcək mənə?
-  Bacı, kim əyirəcək,  onu gətirəcəyəm.
İnanna, kim əyirəcək,  onu gətirəcəyəm.
-  Qardaş, kim əyirəcək,  onu gətirəcəksən,
Kim ikiləyəcək onları  mənə,  kim  ikiləyəcək?
Kim o saplan  ikiləyəcək mənə?
-  Bacı, kim  ikiləyəcək,  onu gətirəcəyəm,
İnanna, kim ikiləyəcək,  onu gətirəcəyəm.
-  Qardaş, kim  ikiləyəcək, onu gətirəcəksən.
Kim  çəkəcək onları  mənə,  kim çəkəcək?
O ipləri  kim  çəkəcək  mənə?
-  Bacı,  kim çəkəcək onu gətirəcəyəm,
İnanna, kim çəkəcək onu gətirəcəyəm.
-  Qardaş,  kim  çəkəcək, onu gətirəcəksən,
Kim toxuyacaq  onları  mənə, kim  toxuyacaq9 
O ipləri kim toxuyacaq  mənə?
-  Bacı, kim  toxuyacaq  onu gətirəcəyəm,
İnanna, kim  toxuyacaq,  onu gətirəcəyəm,
-  Qardaş, kim toxuyacaq, onu gətirəcəksən,
Kim  boyayacaq onları  mənə, kim boyayacaq?
O ipləri  kim  boyayacaq  mənə?
-  Bacı,  kim  boyayacaq,  onu gətirəcəyəm,
İnanna,  kim boyayacaq,  onu gətirəcəyəm.
-  Qardaş, kim boyayacaq,  onu gətirəcəksən,
Kim yatacaq  mənimlə,  kim yatacaq?
-  Səninlə yatacaq,  səninlə yatacaq 
Sənin  ərin  səninlə yatacaq,
Amauşumqalanna səninlə yatacaq,
Enlilin dostu  səninlə yatacaq,
96
Müqəddəs ağuş övladı  səninlə yatacaq.
Çar evinin ailəsi  səninlə yatacaq!
Bərk  içkilərin  baş  ilahəsi  Ninkasiyə  həsr  olunmuş  kiçik  himn 
mövcuddur.  Orada müxtəlif növ şirələrin bişirilməsi  də daxil  olmaqla 
pivənin  hazırlanmasına  aid  bir  neçə  proses  ətraflı  təsvir  olunur. 
Şumerlərin  bir  çox  poetik  mətnlərində  qədim  İkiçay  texnikasının 
öyrənilməsi  üçün  böyük  maraq  kəsb  edən  çoxlu  sözlər,  ifadələr  və 
parçalar tapmaq olar.
Lakin  şumerlərdə  istehsalın  və  texnikanın  müxtəlif tərəflərini 
daha  geniş  açan,  həmçinin  şumerlərin  ona  münasibətini  göstərən 
ədəbi janr -  nəsihətlər janrıdır.  “Əkinçi  təqvimi” (bax.  f.  11) buna  ən 
yaxşı  misaldır.  Qədim  Şumerdə  əkinçiliyin  əsaslarına  işıq  saldığına 
görə  onun  məzmunu  çox  qiymətlidir.  Şumer  pedaqoqlan  və 
müəllifləri  arasında  çox  populyar  olan,  belə  demək  mümkünsə, 
disputlar 
da 
az 
maraqlı 
deyil. 
Bu 
ədəbi 
mübahisələrin 
qəhrəmanlarının  irəli  sürdükləri  dəlillər  texnika  haqqında  başqa 
mənbələrdən  əldə  olunması  mümkün  olmayan  müxtəlif məlumatlar 
verir.  Bu  disputlardan  bir  neçəsi  20-ci  fəsildə  analiz  edilmişdir. 
(“Disputlar.  Birinci  ədəbi  mübahisələr”).  Mən burada Toxa ilə  Kotan 
arasında  mübahisənin  məzmununu  verirəm.  Biz  orada  şumerlərin 
iqtisadiyyatda,  ümumiyyətlə  texnikada,  o  cümlədən  suvarma,  drenaj 
işləri,  kənd  təsərrüfatı,  tikinti,  körpü  təmiri  kimi  vacib  sahələrdə 
işçilərin  rolunu  necə  yüksək  qiymətləndirdiklərinin  şahidi  oluruq. 
Biz  bu  sənəddən  həmçinin  bütün  gün  gərgin  işdən  sonra  dincəlmək 
üçün  tarlada  çalışan  işçilərdən  ötəri  xüsusi  “qüllələr”  tikildiyini 
görürük.
“Toxa ilə Kotan  arasında  mübahisə”  adi  mifoloji  girişlə deyil, 
Toxanın təsviri  ilə başlayır:
Ay Toxa,  Toxa,  Toxa,  kimin düyünü bağlanmışdır/
Çinardan56 Toxa, kimin  dişi göyrüşdən.
Tamaruskadan  Toxa,  kimin dişləri  “dəniz ağacından  ,
İki dişi i  Toxa,  dörddişli  Toxa,
Toxa,  kasıbın balası,  onun kətan paltarı,
Toxa meydan  oxuyur Kotana.
Toxa mübahisə qızışdırır Kotanla.
97


Toxa belə deyir Kotana:
- Kotan,  sən şırım uzadırsan,  nədir sənin uzatmağın?37 
Kotan,  sən şırım kəsirsən,  nədir sənin  kəsməyin9 
Axan suyu gölləndirəmməzsən,
Zəmbili torpaqla sən dol duram m azsan,
Sən palçığı presləyə,  kərpici  formalaşdıra bilməzsən.
Sən özül  qoya bilməzsən,  sən ev tikə bilməzsən.
Sən uçuq divan,  onun  özülünü bərkidə bilməzsən.
Sən  mötəbər adama taxtapüş qoya bilməzsən.
Ey, Kotan,  geniş küçəni  sən  hamarlaya bilməzsən.
Ey, Kotan,  sən  şırımı  uzadırsan, nədir sənin uzatmağın9 
Kotan,  şırım  kəsirsən,  nədir sənin kəsməyin?
Kotan belə dedi  Toxaya:
Mən  Kotan,  böyük  əllə  yaranmışam,  mən  böyük  sağ  əllə 
yığılmışam!
Mən nəhəng Enlilin yerölçəniyəm!
Mən  adamların  həqiqi  yerşumlayanıyam.
Şunumun  ayında  tarlada  mənim  bayramımı  bayram  etməyə 
başlayırlar,
Çar öküz kəsir mənə,  mənim  üçün  çoxlu qoyun  kəsir.
Çar mənim  əlimi  tutur.
Mənim öküzlərimi  boyunduruğa qoşur 
Bütün əyanlar ətrafıma toplaşır.
Bütün ölkə şənlənir.
Xalq  mənim  şadlığıma yığışır.
Mənim şırıma girməyim  həqiqətən böyük bayramdır.
Mənim becərdiyim  sümbüllər qarşımda tarlada,
Şumuqanm3; bütün  həşəratları  baş əyir.
Mənim  şəhərim  səhrada,  onun bolluğu -  
Yaşıl  dağ,  böyük hörmətlə dolu.
Mən Enlilin  taxıl  ambarlanm doldururan -  
Emer, buğdanı  topalara yığıram...
Sənsə, Toxa,  palçığa eşələnirsən.
Kimin başı  tarlada palçıqa batmışdır.
Toxa və kərpic forması  -  siz daim  palçıqda yaşayırsınız!
98
Qaz quyulan, qaz kanallan!
Sən çarın əllərinə yaraşmırsan!
Qüllələri  sənin başında-budur sənin ləyaqət nişanın!
Sən hələ məni təhqir edirsən!
Sən özünü mənə tay tutursan!
Axır ki, get tarlaya, kifayətdir!..
Ancaq Enlilin torpağında mən səndən  üstünəm!
Enlilin evində mən səndən qabaqda dayanıram!
Mən xəndək  qazıram,  mən kanal tikirəm,
Və su tarlaları  doldurur.
Qamışlıqlara axır.
Mənim  zənbillərim  orda çalışır.
Mən kanalları  kəsirəm,  axını  dəyişirəm,
Böyük  Çay'w üçün  suyu  artırıram.
Quruduram, yığışdırıram  bataqlığı,
Mən,  Toxa,  hasarlar ucaldıram
Nə cənub,  nə şimal  küləkləri  onları  qırmasın  deyə.
Quştutan quşların yumurtalarını yığır,
Balıqçı  balıq tutur.
İnsanlar quşlar üçün yer düzəldirlər.
Mənim bolluğum bütün ölkəni  doldurur.
Mən tarladan  suyu boşaldanda,
Torpağı  qurudanda,
Ey  Kotan,  səndən  qabaq çıxıram tarlaya.
Mən tarlanı  sənin üçün  hazırlayıram.
Kanalların yanlarını  mən  hamarlayıram.
Tarladan  mən  çıxarıram  kəltənləri,  kökləri,
Sən  ki -  öküzlərin  altı,  insanlar dörd,  sən özün onbirincisən. 
Mənim  iş günlərim-on  iki  aydır 
Tarlada sən dayanırsan-dörd ay.
Səkkiz ay  sən itirsən.
Sənin işin boş dayandığından iki  dəfə azdır...
Mənsə daim  çar qulluqçularının yanındayam.
Mən hökmdarlara ev tikirəm.
Mən bünövrə qoyuram,  mən evlər tikirəm.
99


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə