Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

çalışmaq  lazımdır  ki,  suyun  səviyyəsi  çox  yuxarı  qalxmasın.  Su 
çəkdikdən  sonra  dırnaqları  sarınmış  öküzləri  yaş  tarlaya  buraxmaq 
lazımdır; 
onlar  alaq 
otlarım 
tapdalayacaq, 
tarlanın 
səthini 
hamarlayacaqlar.  Tarlanın  sonuncu  hamarlanmasını  kiçik  toxalarla 
başa  çatdırmaq  lazımdır.  Öküzlərin  yaş  torpaqda  izləri  qalacaq,  ona 
görə  də  adam  əlində  toxa  bütün  tarlanı  gəzərək  öküzlərin  izlərini 
hamarlamalıdır.  Çuxurları  da dırmıqla düzəltmək  lazımdır.
Tarla  quruyana  qədər  əkinçi  və  onun  ailəsi  alətlərin 
hazırlanması  ilə  məşğul  olmalıdırlar.  İnsanların  və  heyvanların  səylə 
işləməsi  üçün  uzun  qamçıların,  bizlərin  və  digər  “intizam  cəzalan” 
vasitələrinin  qaydaya  salınmasının  vacibliyi  xüsusi  qeyd  edilir. 
Bizim  təqvimin  müəllifi  həmçinin  şum  qaldırmaq  üçün  artıq  öküzün 
əldə  olunmasını  məsləhət  görür,  nəticədə  bu,  özünü  doğruldur. 
Əkinçi  belə  şəraitdə  hər  buruA  torpağa  kifayət  qədər  çox  -  uç  qura 
yaxın taxıl  səpə bilər.
Torpağı  tamamilə  becərməzdən  qabaq  tarlanı  iki  uzun 
gavahlı  kotanla (şukin və bardil  kotanlan)  iki  dəfə  şumlamaq,  onu üç 
dəfə  malalamaq,  dırmıqla  hamarlamaq  və  nəhayət,  çəkiclə  torpağın 
kəltənlərini  əzmək təklif olunur.
“Təqvimin”  müəllifi  əkinçiyə  təkidlə  məsləhət  görür  ki, 
bütün  bu  işlərin  həyata  keçirildiyi  vaxt  öz  səylərini  bir  dəqiqə  də 
azaltmamaq  üçün  işçilərin  üstündən  nəzarətini  zəiflətməsin  Ancaq 
onun  özü  də  intizam  nümunəsi  olmalı  və  adi  vaxtlarda  olduğu  kimi, 
qullardan  ona qulluq göstərmələrini  tələb etməməlidir
Bundan  sonra  səpinə  başlamaq  olar.  Səpin  şumla  eyni 
vaxtda  aparılır.  Xüsusi  mexanizmli  kotanın  köməyilə  toxum 
şırımlara düşür.  Torpaqşumlayana hər
qaruşdaAA  səkkiz  şırım  çəkmək  məsləhət  görülür  O  gözləməlidir  ki. 
toxum  torpağa  “iki  barmaq”  dərinliyində  düşsün  Əgər  toxum 
torpağa  lazımi  dərinliyə  düşmürsə,  yerşumlayan  gavahı  -  “kotanın 
dilini” dəyişməlidir.  Bizim  qədim  aqronomun  təsnifatına görə şırımın 
bir  neçə  növü  var.  Onun  düz  və  çəp  şırımları  təsvir  etdiyi  parçadan 
başqa mətndə bu yer başa düşülmür.  Səpinə başlayarkən  torpağın
л Bum- 6,35  Iıa.
82
bütün kəltənlərini əzmək və tarlam elə hamarlamaq  lazımdır ki,  arpa 
cücərtilərinin inkişafına heç nə mane olmasın.
“Cavan  cücərtilər  torpağın  üstünə  çıxdıqdan  sonra”,  -  
qədim  müəllif  davam  edir,-  əkinçi  tarla  siçanlarının  və  başqa 
ziyanvericilərin hamısı  ilahə
Ninkilimə  yalvarmalıdır  ki,  onlar  cücərtiləri  korlamasınlar.  Əkinçi 
həmçinin
quşları  tarladan  qovmalıdır.  Arpa  inkişaf edərək  şırımın  aşağı  nazik 
hissəsi  ilə  bərabərləşibsə,  deməli,  onu  suvarmağın  vaxtı  çatmışdır. 
Arpa  “qayığın  ortasında  həsir  kimi  dik  durursa”,  onun  ikinci 
suvarmasının  vaxtıdır.  Əkinçiyə  “çar”  arpasını  -   yəni  tam 
hündürlüyə  qalxmış  arpanı  üçüncü  dəfə  suvarmaq  məsləhət görülür. 
Əgər  əkinçi  arpanın  yaş  dənində  qızartı  görürsə,  bu,  qorxulu 
xəstəliyin  (samana)  əmələ  gəlməsi  deməkdir,  məhsulu  məhv  edə 
bilər.  Əgər  arpa  yaxşı  vəzivyətdədirsə  əkinçi  onu  dördüncü  dəfə 
suvarmalıdır;  o,  bununla məhsuldarlığı  təxminən  on  faiz artırmış olar.
Məhsulu  yığmaq  vaxtı  çatır  Əkinçini  xəbərdar  edirlər  ki, 
arpanın  öz  ağırlığı  altında  əyilməsini  gözləməsin,  lazımı  anı 
ötürmədən  “onun  gücü  günündə”  biçinə  başlasın.  İşçiləri  üç-üç 
ayırmaq  lazımdır  ki,  biri  biçsin,  ikincisi  dərz  bağlasın,  üçüncüsü  isə 
onları  bir yerə yığsın.  Sonra etik mənada böyük əhəmiyyət kəsb  edən 
və  Bibliya  ilə  uzlaşan  (əgər  düzgün  tərcümə  olunubsa)  yeni  abzas 
gəlir.  Müəllif  əkinçini  tarlada  düşüb  qalmış  arpa  sümbüllərinin  bir 
hissəsini  “balacalar”  və  “sümbülyığanlar”  üçün  saxlamağa  çağırır 
(bax.  Bibliya,  Levit,  19,  9-10  və  Ruf,  2,  3  və  b.).  Allah  bu 
xeyriyyəçilik  işi  müqabilində əkinçini  mükafatlandıracaq.
Biçin  qurtardıqdan  dərhal  sonra sümbül  döyümü başlayır və 
o  iki  mərhələdə  həyata  keçirilir.  Əvvəlcə  (ardıcıl  beş  gün)  araba 
sümbülün  üstü  ilə  dala-qabağa  sürülür,  sonra  ağac  tirlərdən  və 
dişlərdən  ibarət  kirşə  şəkilli  taxıldöyən  kəmərlə  bağlanır və  bitiumla 
bərkidilir.  Onlar  “arpanı  açmaq”  üçün  nəzərdə  tutulur.  Bu  yerdə 
Bibliyadan  başqa  bir  paralel  yada  düşür.  Müəllif əkinçini  xırmandan 
qabaq  öküzləri  doyunca  yedirtməyi  tapşırır  ki,  təzə  taxılın  dadlı  iyi 
onları  umsuq salmasın.
^rijäröş^ü-Tm.  cniııdo olan torpaq zolağı
83


Arpanı  sovurmaq  vaxtı  gəlir.  Onu  iki  “arpa  qaldıran” 
mərhələdə  sovururlar.  Bu  yerdən  başlayaraq  mətn  tam  aydın  deyil. 
Ancaq  güman  etmək  olar  ki,  sovurma  prosesi  saman  və  puf qarışıq 
“çirkli”  arpam  yava  yaxud  bellə  küləyə  qənşər  göyə  atıb  taxılı  bu 
qarışıqlardan təmizləməkdən ibarətdir.
Mətn oxucularda və  şagirdlərdə təəssürat yaratmaq məqsədi 
daşıyan  üç  sətirlə  bitir.  Onlarda  deyilir  ki,  əkinçinin  oğluna  verdiyi 
öyüdlər  onun  özündən  deyil,  Şumer panteonunda vacib  ilahi  sayılan 
allah  Ninurtudan  gəlir.  Şumer  ilahiyyatçılannın  nəzəriyyəsinə  görə 
Ninurta “Enlilin sadiq əkinçisi”  olmuşdur.
Bu  nadir  kənd  təsərrüfatı  sənədinin  müəllifi  özü  əksini 
söylədiyinə  baxmayaraq,  əkinçi  olmamışdır.  Hər  şeydən  əvvəl, 
əkinçilər  savadlı  insanlar  olmamışlar,  həm  də  onlardan  hansınınsa 
vaxt tapıb  kənd təsərrüfatı üzrə “təlimat” yazdığına inanmaq çətindir. 
Aydın  görünür  ki,  onu  şumer  məktəbi  (edubba)  müəllimlərindən, 
umialardan  biri  yazmışdır.  Müəllifin  ədəbi  manerası  da  bunu  sübüt 
edir. “Təqvim” pedaqoji  məqsədlə yaradılmış və məktəb  şagirdlərini- 
ilk  növbədə  yaxşı  hazırlıqlı  şagirdləri  əkinçilik  sənəti  ilə  hərtərəfli 
tanış  etmək üçün  nəzərdə  tutulmuşdur.  Bu  fərziyyə  həmin  sənədin 
qazıntılar  zamanı  tapılmış  çoxsaylı  surətləri  və  parçalan  da  təsdiq 
edir.  Yəqin ki, onlann çox hissəsi  hələ də  Şumer xarabalıqlan  altında 
uyuyur.  Biz  belə  nəticə  çıxara  bilərik  ki,  bu  əsər  həm  müəllimlər, 
həm  də şagirdlər arasında eyni  müvəffəqiyyətlə istifadə olunurdu.  Bu 
təəccüblü  deyil;  bəlkə  də  edubba  məzunlarına  yaxşı  yer  almaqda  və 
onu saxlamaqda bu bilik kömək  edirdi.
Aşağıda  “Əkinçi  təqvimi”nin  hazırda  bərpa  olunmuş 
formada tərcüməsi verilir:
“Ono vaxtı  əkinçi  oğluna  nəsihət verirdi  (sonra necə davam 
edir).  Sən  öz  tarlanla  məşğul  olmağa  (onun  becərilməsinə 
başlayanda)  bəndlərin  şülüzlərinə,  xəndəklərə  və  dəhnələrə  diqqətlə 
nəzarət  et,  sən tarlanı  suya basdırarkən  çalış  suyun  səviyyəsi  həddən 
yuxan  qalxmasın.  Sən tarladan suyu buraxarkən  elə et ki,  su hopmuş 
torpaq  sənə  lazım  olan  məhsuldarlığı  saxlasın.  Qoy  dımaqlan 
sannmış  öküzlər  onu  sənin  üçün  tapdalasınlar,  (və)  alaq  otlan 
tapdalanandan  (onlar  tərəfindən),  və  tarla  hamarlanandan  sonra  onu
fiıntun  üçdə  biri  (çox  olmayan)  çəkisində  olan  kiçik  toxalarla 
axınncı  dəfə hamarla.  (Bunu yerinə yetirdikdən  sonra) işçini  toxa ilə 
dırnaq  izlərini  yumşaltmağa  (və)  sənin  üçün  onu  hamarlamağa 
məcbur et.  Çuxurlan  dırmıqla hamarla,  qoy o,  əlində toxa ilə tarlanın 
dörd tərəfini gəzsin (1-12-ci sətirlər).
Tarla  quruyanadək  qoy  sözünə  qulaq  asanlar  (ailən)  sənin 
üçün  alətləri  hazırlasınlar,  boyunduruğu  möhkəmləndir,  öz  təzə 
şallaqlarını  mıxdan  as,  qoy  ustalar  sənin  köhnə  qamçılarının  xarab 
olmuş  əltutanlannı  təmir  etsinlər.  Qoy  sənin  tunc...  alətlərin  sənin 
əllərinə  tabe  olsunlar.  Qoy  baş  üçün  qayış,  biz,  “ağız  açan”  (və) 
şadlıq  səni  müdafiə  etsin  (tabeçilik  və  nəzarət  tələb  olunan  yerdə). 
Qoy  sənin  bandu  zəmbilin...  dağılsın  (bütün  bunlar)  sənə  çox  gözəl 
gəlir gətirəcəklər (13-21- ci  sətirlər).
Sənin  tarlan  lazım  olan  hər  şeylə  təchiz  olunandan  sonra 
işlərin  gedişini  diqqətlə  izlə.  İkinci  öküzü  kotana  qoşanda  -   əgər 
öküzün  biri  başqasına  qoşulubsa,  onlar  müqayisədə  (adi  halla)  daha 
çox  yer  şumlayacaqlar  -   onlan  məcbur  et...  bir  buru;  onlar  sənin 
üçün...  tufan  kimi  edəcəklər,  deməli,  bir  buruya  üç  quru  arpa 
səpiləcək.  Kotan  yaşamaq  üçün  vasitə  verəcək!  (Beləliklə)  tarlanı 
bardil  kotanı-  (bəli)  bardil  kotanı,  sonra  isə  onu  şukin  kotanı  ilə  ək. 
Onu  (tarlanı)  malaladıqdan  (və)  üç  dəfə  dırmıqla  hamarladıqdan  və 
torpağın  kəltənlərini  çəkiclə  xırdaladıqdan  sonra,  qoy  sənin 
şallağının əltutanı  sənə kömək etsin.  Tənbəlliyə dözümsüz ol.  İş vaxtı 
onlann  (işçilərin)  başı  üstündə  dur  (və)  dayanmağa  imkan  vermə. 
Tarlada  işləyənlərin  (diqqətini  yayındırma).  Əgər  onlar  on  (gün) 
gündüz və  ulduzlann  işığında  işləməyə borcludurlarsa  onlann  bütün 
gücü 
tarlada 
işə 
qoyulmalıdır 
(və) 
onlar 
sənə  qulluq
göstərməməlidirlər (22-40-cı  sətirlər).
Sən  tarlam  əkməyə  başlayanda  qoy  sənin  kotanın 
kövşənliyi  qaldırsın.  Kotanda  sən  öz  “ağız  bağlayanını”...  saxla  və 
öz...  nazik  mıxdan  as.  Kotanın  kavahını  quraşdır,  Şınm  çək-  hər 
qaruşda  səkkiz  şmm  çək.  Şınm  nə  qədər  dərin  olsa  arpa  onda  daha 
yuxan  qalxar (41 -47-ci  sətrlər).
Tarlanın  əkilməsinə başlayarkən arpa toxumunu  şınma atan 
adamdan gözünü çəkmə.  Qoy  o,  toxumlan  eyni  dərinliyə,  iki barmaq
84
85


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə