Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

11  №-li  nüsxə,  nuqnaqar,  mirra  (?)  (və)  timyana  bitkilərinin 
toxumlarım  əzmək;  pivəyə  tökmək  (və)  içmək  üçün  (xəstəyə) 
vermək”.
Üçüncü  qrup  nüsxələr  çətinliklə,  deyərdim  ki,  sirli  cümlə  ilə 
açılır.  O  belə  oxunur:  “(Xəstənin)  əlinə  və  ayağına  qamış  döşəmək 
(?)”.  Bu  proseduranın  nəyə  aid  olduğu  və  onun  nəyə  görə  məhz 
burada  yazılması  hələlik  bizə  tamamilə  aydın  deyil.  Onun  bütün 
qeyri-aydınlığına  baxmayaraq  bu  sətir  son  dərəcə  vacibdir,  çünki 
bədənin məhz hansı hissəsini  müalicə etməyi göstərir.
Bu  başlanğıcdan  sonra xüsusi  nüsxələr gəlir.  Dərmanlar cəmi 
dörddür,  onların  tərkibi  daha  mürəkkəb  və  əvvəlki  on  bir  dərmanla 
müqayisədə  tərkibləri  az  oxşardır.  Birinci  üç  halda  bədənin  xəstə 
yerini  xüsusi  hazırlanmış  məhlulla yumaq,  bundan  sonra  həmin yerə 
təcili  olaraq  nəyi  isə  qoymaq  (?)  təklif  edilir.  İki  halda  bu,  sanki 
küldür.  Dördüncü  və  axırıncı  nüsxə,  -   ilk  sətirləri  qalmamışdır,  -  
görünür,  ancaq bir sıra dərman bitkilərinin  adlarından  ibarətdir,  sonra 
dərhal  alman  dərmanın  qoymaq  (9)  göstərişi  gəlir.  Bəlkə  də  müəllif 
diqqətsizlik üzündən  arada bir əməliyyatı  buraxmışdır.  Axırıncı  dörd 
nüsxənin tərcüməsi belədir:
“ 12  №-li  nüsxə.  Tısbağa  çanağının  xırdalanmış  kütləsini 
ələyib,  naqa  bitkisinin  zoğları  (9)  (ondan  soda  və  qələvi  alırlar)  ilə 
diqqətlə qarışdırmaq,  duz (və) xardal  əlavə etmək;  (ağrıyan yeri) bərk 
pivə (və) qaynar su  ilə yumalı;  onunla (hazırlanmış tərkiblə) (ağrıyan 
yeri)  silmək,  bundan  sonra  bitki  yağı  ilə  sürtmək  (və)  şam  ağacının 
iymələrindən  əzilib hazırlanmış tozla örtmək (?).
13  №-li  nüsxə.  Qurudulmuş  su  ilanından,  amamaşumkaskal 
bitkisindən,  iynəli  kolun  kökündən,  xırdalanmış  naqıdən,  şam 
ağacının  skipidarından  hazırlanmış  tozu  suda  həll  etmək  (və) 
(ağrıyan  yeri)  bu  maye  ilə  yumaq,  bundan  sonra  bitki  yağı  ilə 
sürtmək (və) şaki  qoymaq.
14  №-li  nüsxə.  Qurudulmuş  (və)  əzilmiş  inək  tükündən  (?) 
hazırlanmış  tozun,  iynəli  kolun  budaqlarının,  “ulduz”  bitkisinin, 
“dəniz”  ağacının,  qurudulmuş  əncirin  (və)  ubun  qarışığını  suda  həll 
etmək;  qızdırmaq  (və)  bu  maye  ilə  (ağrıyan  yeri)  yumaq,  bundan 
sonra qamış külü (?) qoymaq.
15 
№-li  nüsxə.  Söyüddən,  nirbi  çöküntüsündən  (?),  çaxır 
çöküntüsündən,  niqbi  bitkisindən,  arinanın  kökündən  və budağından 
alınmış 
və kül  (°) qoymaq (?)”.
Mətndən  aydın  görünür  ki,  Şumer  həkimi  və  onun  müasiri 
olan  həmkarları  dərmanın  hazırlanmasında  bitki,  heyvan  və  mineral 
mənşəli  məhsullardan  istifadə  etmişlər.  Onlann  dərman  hazırlamaq 
üçün 
mineral 
komponentləri 
aşpaz 
duzu, 
çay 
asfaltı 
və 
təmizlənməmiş  yağ  olub.  Heyvan  mənşəli  məhsullardan  onlar  yun, 
süd,  tısbağa çanağı,  su  ilanından  istifadə  etmişlər.  Lakin  dərmanların 
çoxu  timyan,  xardal,  gavalı  ağacı,  armud,  əncir,  söyüd,  Atriplex 
halimus  L.,  Prosopis  stephan.  iana,  manna  bitkisi,  pixta,  şam  kimi 
bitkilərdən  hazırlanmışdır.  Dərmanlan  həll  etmək  üçün  pivədən, 
çaxırdan, bitki  yağından istifadə olunmuşdur.
Qeyd  etmək  lazımdır  ki,  bizim  qədim  sənəddə  hər  hansı 
sehrbazlıq  ovsunu  və  tilsim  tamamilə  yoxdur.  Ancaq  çox  sonralar 
mixiyazılı  tibbi  mətnlərdə  onlara  çox  rast  gəlmək  olur.  Bu  mətndə 
heç bir ilahi  qüvvə,  heç bir iblis yada salınmır.  Tamamilə aydındır ki, 
onu  tərtib  edən  həkim  öz  fəaliyyətini  emprik  və  rasional  əsaslar 
üzərində  qurmuşdur.  Əlbəttə,  onun  tətbiq  etdiyi  vasitələrin  düşüncəli 
surətdə  eksperimentlər  seriyasında  yoxlandığına  inanmaq  çətindir, 
amma,  güman  edilir  ki,  onun  təyin  etdiyi  müalicə  yaxşı  təsir 
göstərirdi:  axı  o,  özünün  professional  şərəfini  ortaya  qoyurdu!  Ona 
görə  də  bu  nüsxəbər  müasir  təbabət  tədqiqatçılarının  da  təcrübi 
marağına səbəb ola bilər.
Heyf ki,  qədim  farmakopeya  müalicəsi  üçün  bu  dərmanların 
təyin  edildiyi  xəstəliklərin  xarakteri  haqqında  hər  hansı  bir  aydın 
təsəvvür  vermir.  Nüsxələrdən  əvvəl  gələn  və  lövhəcikdə  birinci 
sütunu  tamamilə  tutan  giriş  hissə  həddindən  çox  zədələnmişdir 
Zədələnməmiş  bəzi  işarələrdən  belə  güman  etmək  olar  ki,  orada 
xəstəliklərin  adları  çəkilmir.  Demək  olar  bütünlüklə  məhv  olmuş 
birinci  nüsxədə  biz  “bel”,  “sarğı”  mənaları  verən  sözlər  tapmışıq, 
təəssüf  ki,  rabitəsiz,  az  başa  düşülən  konteksdə.  Üçüncü  qrupa  ön 
sözdə  “əllər”,  “ayaqlar”  kimi  sözlər vardır,  ancaq  burada da kontekst 
anlaşılmaz  və  müəmmalıdır.  Müəyyən  bir  xəstəliyin  müalicəsi  üçün 
bir və ya  eyni  zamanda bir neçə  nüsxənin  yazıldığını  bilmirik.  Lakin
78
79


tamamilə mümkündür ki, bir çox başqa şeylər kimi,  bu  mətləblər də 
şifahi  qaydada  izah  edilirdi.  Bu  isə  bizi  qədim  həkimi  nüsxələrin 
siyahısını  tutmağa,  müəyyən  məqsədlər  və  motivlər  haqqında 
fikirləşməyə vadar edir.
Qeyd  etmək  lazımdır  ki,  qədim  həkimlər,  o  cümlədən  də 
bizim  farmakopeyanın  müəllifi  yalnız  öz  peşələrinin  çərçivəsinə 
qapanmış  təbiblər  deyildi.  Onlar  mədəni,  təhsil  görmüş  “humanist” 
adamlar  idi.  Mixi  yazısı  ilə  düzgün  və  qəşəng  yazmağı  öyrənmək, 
minlərlə  məna  kəsb  edən  yüzlərlə  işarəyə  yiyələnmək  iqtidarında 
olan  adam  öz  gəncliyinin  çox  hissəsini  Şumer  məktəbində  yaxud 
edubba  (yəni  “lövhəciklər  evi”)  adı  ilə  tanınan  “akademiyada” 
keçirməli  idi.  O,  burada  qədimdə  məlum  olan  “elmi”  fənlər  üzrə  də 
bilik almalı  idi.  O vaxt  “dərslik”  əsasən  uyğun  sözlərin,  ifadələrin və 
parçaların  siyahılarından  ibarət  idi.  Bütün  materialları  ummia  yaxud 
akademiyanın 
“professoru” 
hazırlayırdı, 
şagirdlər 
isə 
tam 
əzbərləyənə  qədər  onu  köçürməyə  borclu  idilər.  Bu  lakonik,  quru 
mətnlər, 
şübhəsiz, 
şifahi 
izahatlarla, 
yaxud 
“mühazirələrlə” 
tamamlanırdı.  Mümkündür  ki,  bizim  icmal  məzmunlu  qədim 
farmakopeyamız  akademiyada  təbabət  üzrə  “mühazirə”  oxuyan 
həkim  tərəfindən  hazırlanmışdır.  Əgər  bu  fərziyyə  düzdürsə,  onda 
bizim  şumer  sənədi  təbabət  tarixində  ən  qədim  “dərsliyin”  səhifəsi 
hesab edilə bilər.
E.  ə  III  minilliyə  aid  təbabət  mətnli  lövhəciyin  tapılması 
hətta  mixi  yazısı  üzrə  mütəxəssislər  üçün  də  sürpriz  oldu.  Təbabət 
üzrə yox,  kənd  təsərrüfatı  üzrə  hər  hansı  bir “məlumat  kitabçasının” 
tapıntısını  gözləmək  məntiqi  olardı,  çünki  şumerlərin  iqtisadiyyatının 
əsası,  onların  həyat  şəraitinin  başlıca  mənbəyi  kənd  təsərrüfatı  idi.  O 
hələ  e.  ə.  III  minilliyə  qədər  yüksək  inkişaf  etmiş  sahə  olmuşdur 
Ancaq  bizə  məlum  olan  yeganə  “əkinçi  təqvimi”  e  ə.  II  minilliyin 
əvvəlinə  aiddir.  On  birinci  fəsildə  bu  təqvim  haqqında  söhbət 
gedəcəkdir.
80
11.  KƏND TƏSƏRRÜFATI.
BİRİNCİ “ƏKİNÇİ TƏQVİMİ”.
Şumerlərin  texnika  sahəsində  əhəmiyyətli  nailiyyəti  süni 
suvarma və kənd təsərrüfatında olmuşdur.  Mürəkkəb kanallar sistemi, 
bəndlər,  göllər və  su  tutarları  yaratmaq  yüksək mühəndis  ustalığı  və 
bilik  tələb  edirdi.  Torpaq  ölçülərini  həyata  keçirmək  və  işlərin 
planım  hazırlamaq  üçün  nivelir və  ölçü  alətləri,  cizgilər və  xəritələr 
tələb  olunurdu.  Əkinçilik  təsərrüfaün  ehtiyatlılıq,  səy  və  bacarıq 
tələb edən mürəkkəb  sahəsinə  çevrilmişdi.  Ona görə,  təəccüblü  deyil 
ki,  Şumer  müəllimləri  “Əkinçi  təqvimi”  tərtib  etmişdilər.  Buraya 
may-iyun  aylarında  tarlaların  su  basmasından  başlayaraq  o  biri  ilin 
aprel-may  aylarında  yetişmiş  taxılın  yığılmasına  qədər  bütün  tarla 
işlərində əkinçiyə kömək edən müxtəlif məsləhətlər daxil  edilmişdi.
Bu  sənədin  mətni  107  sətirdən  və  müxtəlif məsləhətlərdən 
ibarətdir.  Bundan  başqa  giriş  (bir  sətir)  və  sonluq  (üç  sətir)  var.  Bu 
mətn  onlarla  lövhəcik  və  fraqmentlərdən  yığılıb  tərtib  edilmişdir. 
Onlardan  ən  vacibi  mərhum  Leonard  Vulli  tərəfindən  iyirmi  beş  il 
bundan  əvvəl  Urda tapılmış  və  hələ  də  dərc  olunmamış  fraqmentdir. 
Bu 
yaxınlarda 
həmin 
parça 
Britaniya 
muzeyinin 
keçmiş 
nəzarətçilərindən  biri,  mətnin  bütünlükdə  bərpasında  böyük  iş 
görmüş  Q.  D.  Gedd  tərəfindən  köçürülmüşdür.  Mətnin  tərcüməsi 
əsasən  texniki  terminlər  üzündən  çətinliklərlə  müşayiət  olunmuşdur 
və  onu  sonuncu  kimi  qiymətləndirmək  olmaz.  Tərcümə  Çikaqo 
universiteti  yanında  Şərq institutunun əməkdaşları  T.  Yakobsen və B. 
Landsberger,  Pensilvani  universiteti  Muzeyinin  əməkdaşı,  qədim 
İkiçay  texnikasının  öyrənilməsi  ilə  məşğul  olan  M.  Sivillə  birgə 
həyata keçirilmişlər.
“Təqvim”  belə  başlayır:  “Ona  vaxtı  əkinçi  öz  oğluna 
nəsihət verirdi” .
Məsləhətlər  yaxşı  məhsul  götürmək  üçün  əkinçinin  yerinə 
yetirəcəyi  bütün  vacib  tarla  və  digər  işlərə  aiddir.  Nə  qədər  ki, 
suvarma  günəşin  yandırdığı  Şumer  torpaqlarına  hədsiz  lazımdır, 
bizim  qədim  öyüdçü,  hər  şeydən  əvvəl,  su  basmasından  danışır:
81


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə