Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

dərinliyə  atsın  (və)  hər  qaruş  torpağa  bir  şekel  arpa  səpsin.  Əgər 
toxum  lazım  olan  dərinliyə  düşmürsə  gavahı,  “kotanm  dilini" 
dəyişdir.  Əgər...  (onda) düz şırım  çəkdiyin yerdə çəp  şırım,  çəp  şırım 
çəkdiyin  yerdə  (isə)  düz  şırım  çək.  Qoy  düz  şırımlar  sərhədi  tulu 
sərhəddinə  çevirsin;  qoy  lu  şırımları  sənin  sərhədlərini  düzəltsinlər 
(və)  orada  ab...  şırımları  aç.  (Sonra)  qoy  bütün  kəltənləri  əzsinlər, 
bütün  domba  yerlərdə  şırım  açsınlar  (və)  bütün  çökəklərdə  xırda 
şırımlar çəksinlər.  (Bütün bunlar çıxışa yaxşı  təsir göstərəcək (48-63- 
cü  sətirlər).
Cücərtilər  torpaqdan  (üstündən)  baş  qaldıranda  ilahə 
Ninklimə  dua  et  (və) quşları  tarladan  qov.  Arpa cücərtiləri  şırımların 
aşağı  nazik  hissəsini  örtəndə,  yuxandakı  toxumlara  su  ver.  Arpa 
qayığın  içində  saman  kimi  dik  yuxarı  qalxanda  onu  (ikinci  dəfə) 
suvar.  “Çar”  arpasını  (üçüncü  dəfə)  suvar.  Əgər  suvarılmış  arpa 
qızartı  versə,  sən  deyəcəksən:  “Onu  samana  xəstəliyi  tutdu".  Əgər 
arpa yaxşı  vəziyyətdədirsə  və  onun  dənləri  tökülürsə  onu  (dördüncü 
dəfə)  suvar,  (və)  o  sənə  hər  on  çəkidə  bir  çəki  artıq  taxıl  gətirəcək 
(64-72-ci  sətirlər).
Məhsul  yığımı  dövrü  çatanda  arpanı  öz  ağırlığı  altında 
əyilməyə  qoyma,  öz  (tam)  qüvvəsi  üstündə  ikən  biçməyə  başla. 
Biçinçi,  dərz  bağlayan  və  o  (dərzləri  bir  yerə  yığan)-  bu  üç  nəfər 
(birlikdə  çalışan)  məhsulu  səndən  ötrü  yığacaqlar.  Sümbül  yığanlar 
sənə  ziyan  vurmamalıdırlar;  onlar  dərzdən  sümbül  çəkməməlidirlər. 
Qoy  sənin  torpağın  hər  məhsul  yığımı  günü,  “ehtiyac  günündə" 
olduğu  kimi,  uşaqlar  və  sümbül  yığanlara  onların  sayına  uyğun  bir 
parça  çörək  versin  (görünür,  nəzərdə  tutulur  ki,  əkinçi  sümbüliərin 
bir hissəsini  ehtiyacı  olan  uşaqlara  və  sümbül  yığanlara  saxlamalıdır) 
Onlara  (sənin  tarlanda)  (açıq  havada)  bataqlıq  yerlərdə  olduğu  kimi, 
yatmağa  icazə  ver.  (Əgər  sən  buna  əməl  etsən)  sənin  allahın  həmişə 
sənə  mərhəmətli  olacaq.  Sən  alandan  sonra...  (bir  az)  biçilmiş 
arpadan  qovur  (ki)  hər  gün  insanlar  sənə  “biçilmiş  arpa”  üçün  dua 
etsinlər” (73-86-cı  sətirlər).
Arpanı  döyməyə  hazırlaşarkən  sənə  arpa ölçənlərə tapşır ki, 
sənin  üçün  otuz  qur  tutumlu  (zəmbil)  hazırlasınlar.  Qoy  sənin 
xırmanını  hamarlasınlar  və  hazır  zəmbillərini  gönədrmək  üçün
86
cərgəyə 
düzsünlər. 
Səndən 
ötəri 
alətlər 
(və) 
arabalar 
(hazırlandıqdan)  sonra  həmin  arabalar  xırmanda  tayaya  vurulmuş 
arpaya  tərəf  sürməyi  tapşır.  Bu  döyüm  beş  gün  (çəkəcək).  Arpam 
“açmağa"  başlamamışdan  əvvəl  arra  çörəyi  bişir.  Arpam  açmağa 
başalayanda  döyücü  vələ  dişlər  bağla  və  asfaltla  möhkəmləndir... 
Öküzləri  boyunduruğa  qoşmamışdan  əvvəl  arpam  “açan”  adamlara 
tapşır  ki,  yemlə  onların  (öküzlərin)  yanına  gəlsinlər  (87-99-cu 
sətirlər).
Sən  arpanı  məpəyə  yığanda  “təmizlənməmiş  arpanın 
duasını  (bir  daha)  oxu  .  Arpanın  sovrulmasına  başlayanda  arpanı 
qaldıran  adamlara  diqqət yetir.  Onu  iki  “arpa qaldıran”  qaldırmalıdır. 
Arpanı  təmizləməyə  başladığın  gün  arpanı  döşəməyə  sər (və)  axşam 
və gecə dua oxu.  (Sonra) arpanı  (püfədən) güclü küləyin (köməyi  ilə) 
“ayır”,  (və)  “azad  edilmiş”  arpa  sənin  üçün  yığılacaq  (100-108-cı 
sətirlər).
(Bu)  Enlilin  oğlu  Ninurtanın  məsləhətləri  ıdı.  Ey  Enlılın 
sadiq  əkinçisi  Ninurta,  sənə eşq olsun!  (109-111-ci  sətirlər).
Şumerin  iqtisadi  varlılığının  mənbəyi  yalnız  onun  tarlaları 
deyil,  həm  də  bağları  və  bostanları  idi.  Şumerdə  bağçılıq  sahəsində 
əhəmiyyətli  nailiyyət  qədim  dövrdən  qoruyucu  ağaclar olub.  Bu,  bağ 
bitkilərini  günəşdən  və  küləkdən  qorumaq  üçün  qatı  kölgə  verən 
ağacların  əkini  idi.  Bu  barədə  məlumatı  biz  növbəti  fəsildə 
araşdırılacaq qədim  Şumer poemasından  alacağıq.
87


12. BAĞÇILIQ.
İLK QORUYUCU ƏKİNLƏR.
1946-cı  ildə  mən  ABŞ  -  da  Şərqin  tədqiqatları  məktəbinin 
professoru  və  Filadelfıyada  Pensilvani  universiteti  Muzeyinin 
nümayəndəsi kimi  dəvət olunduğum İstanbulda və Bağdadda oldum.
Mən  İstanbulda  keçirdiyim  dörd  aya  yaxın  müddətdə  Şumer 
əfsanələri  və  epik  rəvayətləri  yazılmış  yüzlərlə  lövhəciyin  və 
fraqmentlərin  üzünü  köçürmüşəm.  Bu  parçaların  əksəriyyəti  çox 
kiçik  və  orta  ölçülü  fraqmentlər idi.  Ancaq  onların  arasında  bir neçə 
daha tam  lövhəciklər  də vardı  (məsələn,  artıq  haqqında  4-cü  fəsildə 
söhbət  açdığımız  “əsəblər  müharibəsi”  barədə  danışan  12  sütunlu 
lövhəcik).  Bundan  başqa  Qış  və  Yay  arasında  mübahisə  haqqında 
(bax.  f.  20)  və  son  vaxtlara  qədər  məlum  olmayan  əfsanə  yazılmış 
səkkiz  sütunlu  lövhəciyə  də  rast  gəldim.  Mən  əfsanəni  “ İnanna  və 
Şukaliituda, yaxud bağbanın ölümcül günahı” adlandırdım.
İlkin  variantda  o  təxminən  15x18  sm.  ölçüdə  lövhəcik 
olmuşdur.  Hazırda  ondan  ancaq  bir hissə  (10,6x17,5  sm.)  qalmışdır. 
Birinci  və  ikinci  sütunlar -   onların  sayı  cəmi  altı  olmuşdur  -  demək 
olar,  tamamilə  dağılmışdır.  Ancaq  salamat  qalmış  dörd  sütundan 
200-ə  yaxın  sətri  bərpa  etmək  olar.  Onların  yandan  çoxu  tam 
saxlanılmışdır33.
Əfsanənin  məzmunu  aydınlaşdıqca  mən  anlamağa  başladım 
ki,  o  tamamilə  orijinaldır.  Hətta  onun  iki  detalı  mənə  çox  vacib 
göründü.
Hər  şeydən  əvvəl,  mətndə  onu  təhqir  etmiş  adamdan  qisas 
almaq  məqsədilə  onun  ölkəsinin  bütün  suyunu  qana  çevirən  ilahə 
haqqında  söhbət  gedir.  Bu  “qanlı  xəstəlik”  mövzusuna  qədim 
ədəbiyyatda  Bibliyada,  İsxodun  kitabından  başqa  heç  bir  yerdə  rast 
gəlinmir.  Həmin  epizodu  yada  salaq.  İyeqova  deyir:  “Bundan 
biləcəksən  ki,  mən-allaham,  bax  mən  əlimdəki  əsa  ilə  çaydakı  suya 
vuracağam və o qana çevriləcək”  (İsxod,  7,  17).
İkinci  özünəməxsus  detala  gəlincə  o,  “qoruyucu  əkinlərin” 
texnikasına  aiddir;  görünür,  əfsanədə  belə  əkinlərin  meydana
88
gəlməsini  izah  etməyə cəhd göstərilir.  Hər halda,  bu  əfsanədən  belə 
nəticə  çıxarmaq  olar  ki,  bitkiləri  günəşdən  və  küləkdən  qorumaq 
üçün  qalınyarpaqlı  ağacların  əkilməsi  Şumerdə  artıq  min  illər  əvvəl 
məlum idi.
Əfsanənin qısa məzmunu budur.
Bir  vaxt  Şukaliituda  adlı  bir  bağban  yaşayırdı.  O,  yaxşı, 
əməksevər və təcrübəli  bağban olsa da, bütün səyləri hədər gedirdi.  O, 
bitkiləri  qayğı  ilə  suvarırdı,  amma  onun  bağı  quruyurdu.  Amansız 
külələr  daim  onun  üzünü  “dağ  tozu”  ilə  örtürdü.  Onun  bütün 
səylərinə  baxmayaraq  bitkilər  məhv  olurdu.  Bu  vaxt  o,  baxışlarını 
ulduzlara  bürünmüş  göyə  dikərək  əlamətləri  öyrəndi  və  allahların 
qanunlarını  başa  düşdü.  Beləliklə, müdriklik  əldə  edən bizim  bağban 
öz  bağında  “sarbatu”  ağacı  (onun  nə  ağac  olduğunu  hələlik 
aydınlaşdırmaq  mümkün  olmamışdır)  əkdi.  Onun  qalın  kölgəsi  gün 
çıxandan  batana  qədər  bağı  gizlədirdi.  Nəticədə  müxtəlif  bostan 
bitkiləri  Şukalitudaya bol  məhsul verməyə başladılar.
Bir  dəfə  ilahə  İnanna  (Şumer  Afroditası)  göydə  və  yerdə 
gəzərkən  yorulur  və  Şukallitudanın  bağının  yaxınlığında  dincəlmək 
üçün  uzanır.  O,  öz bağından  ilahəni  görür,  sonra isə yorğunluğundan 
istifadə  edərək  gecə  onun  bəkarətinə  toxunur.  Səhər  açılanda  təhqir 
edilmiş  İnanna hər necə olursa-olsun  onun  təhqir olunmasına cəsarət 
edən  adamın  kimliyini  öyrənmək  qərarına  gəlir.  Bunun  üçün  İnanna 
şumerlərə  iiç  bəla  göndərdi:  o,  ölkənin  bütün  mənbələrində  suyu 
qana  döndərdi,  palmalardan  və  tənəklərdən  qan  damırdı;  məhvedici 
burulğanlar  və  tufanlar  gətirdi.  Üçüncü  bəlaya  gəldikdə,  burada 
ancaq  fərziyyə  qurmaq  olar,  çünki  mətnin  uyğun  gələn  sətirləri 
həddindən çox  zədələnmişlər.
Bu cür qəti  tədbirlərə baxmayaraq  İnannaya öz təhqiredicisini 
tapmaq  müyəssər  olmadı.  Hər  dəfə  ölkəni  bəla  bürüyəndə 
Şukaliituda  kömək  üçün  öz  atasına  müraciət  edirdi.  Atası  isə  ona 
məsləhət  görürdü  ki,  öz  “qarabaşlı”  qardaşlannınA kütləsinə  qanşsın 
və  şəhərlərin  yaxınlığında  olsun.  Şukaliituda  atasının  məsləhətinə 
əməl  edir və hər dəfə ilahənin  cəzasından qaçırdı.
A Şumerlər özlərini ' qarabaşlı xalq” adlandırırdılar -  qeyd tərcümə.
89


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə