Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

Uçmuş divarları, onun himim bərkidirəm
Mən layiqli adama taxtanüş qoyuram
Mən geniş küçələri  hamarlayıram, mən Toxayam!
Mən şəhərlərə hasar çəkirəm, mən onların divarlarını tikirəm. 
Mən böyük alllahlara gözəl məbədlər tikirəm.
Mən  qırmızı  palçığı  yaşıla  qatıram,  mən  onları  sadə  palçıqla 
qarışdırıram.
Mən saraylarla şəhərlər ucaldıram...
Mən çarlar üçün bağ salıram
Mən bağlar hasara alınanda, torpağı yumşaldıram.
İnsanlar yenidən götürür məni,  Toxanı,
Mən onlara su quyusu qazıram, tirləri bərkidirəm.
Su  çarxları tikirəm,  mən çuxurları,  kanalları  düzəldirəm.
Mən xəndəkləri,  kanalları  su ilə doldururam.
Budur, alma ağacları  çiçəklədi-meyvə gətirdi 
Və meyvələri yaraşan kimi  allah məbədlərinə apardılar.
Sonra mən meyvəni bağbana və onun uşaqlarına verirəm.
Ey  Kotan,  mən  çay  kənarlarını  hamarlayıram,  mən  cığırları 
təzələyirəm.
Mən çay kənan nda çardaq tikirəm 
Kim ki bütün güm tarlada işləyir,
İşçi  gecə tarladan getmir.
Həmin çardağa çıxa bilərlər,
Abad şəhərdəki  kimi  istirahət edə bilərlər.
Mətnin  qırx  sətir  qalmış  davamı  başa  düşülmür.  Ancaq  mətnin 
sonunda  Enlilin  Toxaya  xeyir-dua verdiyini  görürük.  Ən  son  sətirlər 
belə oxunur:
Toxa ilə Kotan arasında mübahisədə 
Toxa Kotanı  üstələdi.
Eşq  olsun sənə,  ilahə Nisaba?
İndi  isə  təmiz  maddi  sahədən  mənəvi  sahəyə-texnikadan 
fəlsəfəyə keçək.
E.  ə.  III  minillikdə  şumerlərdə  bir  sıra  metafizik  və  teoloji 
fikirlərin  olması  barədə  düşünməyə  bütün  əsaslar  var.  Doğrudur, 
onlar  tam  formalaşmamışdı,  ancaq  tədricən  az  və  ya  çox  dərəcədə
100
bütün  Yaxın  Şərqə  yayılmış,  hətta  qədim  yəhudilərin,  sonralar  isə 
xaçpərəstlərin dinlərində nəzərə çarpacaq iz buraxmışdır.
Bu  anlayışlardan  bəzi  əhəmiyyətliləri  on  dördüncü  fəsildə 
işıqlandırılır  Burada  həmçinin  bu  anlayışlardan  irəli  gələn  bir  sıra 
son  dərəcə  dağınıq  formalaşmış  və  qeyri-aydın  ifadə  olunmuş 
praktiki  və  məntiqi  nəticələrə  də  baxılır.  Elə  bu  fəsildə  şumerlərin 
fəlsəfi  düşüncələrinin  və  nəticələrinin  həqiqətdən  nə  dərəcədə  ayrı 
düşdüyü  bildirilir,  əfsanə  və  rəvayətlərlə  bağlılığı  haqqında  məsələ 
qaldırılır.  Sonuncularda  fantaziya  və  uydurmalar  məntiq  və  ağıl 
üzərində üstünlük təşkil  edir.
101


14.  TƏBİƏT FƏLSƏFƏSİ.
İLK KOSMOQONİYA VƏ KOSMOLOGİYA.
Şumerlər  sözün  ümumi  qəbul  olunmuş  mənasında  fəlsəfə 
yarada bilməmişlər.  Onlann  ağlma belə gəlməzdi  ki,  əşyaların həqiqi 
təbiəti,  yaxud əşyalar haqqında onlarm düşüncələri  şübhə altma alma 
bilər.  Buna  görə  də  onlarda  qioselogiya  (dərketmə  nəzəriyyəsi) 
fəlsəfə sahəsi yox idi.
Buna  baxmayaraq  şumerlər  kainatın  təbiəti,  hər  şeydən  əvvəl, 
onun əmələ gəlməsi  və  quruluşu,  dünya  qanunları  haqqında fikirləşir 
və  təsəvvürlər  qururdular.  Deməyə  əsas  var  ki,  e.ə.  III  minillikdə 
Şumerdə  belə  suallara  cavab  tapmağa  cəhd  edən  mütəfəkkirlər  və 
pedaqoqlar  var  idi  və  bundan  ötəri  özlərinin  kosmologiyalarını, 
teologiyalarını  işləyib  hazırlamışdılar.  Onlann  yaratdıqları  baxışlar 
sistemi  o  qədər  inandıncı  idi  ki,  Yaxın  Şərqin  əksər  ölkələri  onu 
sözsüz qəbul etmişdilər.
Ancaq 
Şumer 
ədəbiyyatında 
onlann 
kosmologiya 
və 
teologiyalarının  sistemli  fəlsəfi  ifadəsini  axtarmaq  ağılsızlıq  olardı. 
Şumer  mütəfəkkirləri  hələ  dərketmənin  bizim  təbii  saydığımız 
dəyişmə  silahına  yiyələnməmişdilər.  Elmin  onsuz  müasir  səviyyəyə 
qalxa  bilməyəcəyi  təyinetmə  və  ümumiləşdirmə  elmi  üsulunu 
bilmirdilər.  Heç  olmasa  səbəb  və  nəticənin  qarşılıqlı  asılılığı  kimi 
həqiqəti  götürək  Şumer  mütəfəkkirləri  gündəlik  həyatın  onlara  belə 
qarşılıqlı  asılılığa  aid  minlərlə  misallar  verdiyinə  baxmayaraq, 
onlardan  ümumi  və  hər  şeyi  qavramaq  qanununu  ayıra  bilmirdilər: 
“Hər  nəticənin  öz  səbəbi  var”.  Təəccüblü  deyil  ki,  bu  gün  şumer 
fəlsəfəsi  teologiyası  və  kosmologiyası  haqqında  bütün  məlumatları 
zərrə-zərrə  ayrı-ayrı  ədəbi  əsərlərdən,  o  cümlədən  əsatirlərdən, 
əfsanələrdən, epik  rəvayətlərdən  və himnlərdən yığmaq lazım gəlir.
Şumerlərin  əlində  hansı  “elmi”  dəlillər vardı9  Özlərinin  fəlsəfi 
görüşlərinin  və  teoloji  doktrinalarının  əsasını  təşkil  edən  dünya 
haqqında təsəvvürlərində nədən çıxış edirdilər9
Şumer  filosofu  yaxud  pedaqoqu  üçün  dünyabaxışının  baş 
elementləri  yer  və  göy  idi.  Buna  görə  də  onlar  kainatı  “an-ki”,  yəni
102
“göy-yer”  adlandırırdılar.  Şumerlərin  nəzərində  Yer  -   hamar  kürə, 
göy  -   yuxarıdan  və  aşağıdan  möhkəm  səthə  bərkidilmiş  boşluq  idi. 
Onlann  fikrincə  bu  möhkəm  səthin  hansı  materialdan  olduğu 
indiyədək 
məlum 
deyil. 
Şumerlər 
qalayı 
“göy 
materialı” 
adlandırdıqlarına  görə,  bəlkə  də  fikirləşmək  olar  ki,  o,  qalay  hesab 
olunurdu.  Göylə yer arasında  üçüncü bir element -  “lil” yerləşirdi; bu 
söz  (təxminən)  “külək”  (hava,  əsmə,  ruh)  mənasını  verir.  Onu 
fərqləndirən başlıca cəhət görünür,  bizim  anlamda “atmosfer”  sözünə 
uyğun  gələn  hərəkət və boş fəzanı  tutmaq qabiliyyəti  hesab olunurdu. 
Günəş,  Ay,  planetlər və ulduzlar da atmosferin yarandığı  cisimlərdən 
yaranmışdır,  bundan  başqa  onlar  işıq  vermək  qabiliyyətinə 
malikdirlər.  “Göy-yer”  yuxarıdan,  aşağıdan  və  hər  iki  tərəfdən 
sahilsiz  okeanlarla  əhatə  olunmuşdur  və  hansı  yollasa  onlar  bunun 
içərisində öz dayanıqlıqlarını  saxlayırlar.
Şumer  mütəfəkkirləri  onlara  aşkar  və  dəyişməz  qalan  bu  əsas 
təsəvvürl ərdən  çıxış  edərək  öz  kosmoqoniyalarını  qururdular. 
Onlarm  rəyiııcə,  əzəli  okean  yaranmış.  Bəzi  məlumatlara  görə, 
güman  etmək  olar  ki,  şumerlər  bu  okeanı  “birinci  səbəb”,  “birinci 
mühərrik”  hesab  edirdilər,  lakin  onlar  fikirləşmirdilər  ki,  zaman  və 
məkan  daxilində  okenadan  əvvəl  nə  olmuşdur.  Bu  əzəli  okeanda  nə 
olubsa  hərəkətdə  bir-birindən  və  cazibəli  “atmosferdən”  aral  göy 
qübbəsi  və  yastı  yer  əmələ  gəlmişdir.  Sonra  atmosferdən  işıq  saçan 
cisimlər,  günəş,  ay,  planetlər  və  ulduzlar  yaranmışdır.  Göy  yerdən 
ayrıldıqdan  və  işıqlı  astral  cisimlər  yarandıqdan  sonra  isə  bitkilər, 
heyvanlar və nəhayət insan  meydana gəlmişdir.
Bəs  kainatı  kim  yaratmış  və  günbəgün,  ilbəil,  saysız-hesabsız 
əsrlər  boyu  fırlanmağa  onu  kim  məcbur  edir?  Daha  qədim  yazılı 
mənbələrdən  bizə  məlumdur  ki,  şumer  teoloqları  insana  oxşayan, 
lakin  ölməz  və  insandan  daha  böyük  qüvvəyə  malik  dünyanı 
dəyişməz  qanunları  gizli  idarə  edən  canlı  cisimlərin  bütöv  bir 
panteonu  var.  Bu  antropomorf,  amma  qeyri-təbii  vücudların  hər  biri 
dünyanın  ayrı-ayrı  hissələrini  idarə  edir  və  müəyyən  olunmuş  ciddi 
qaydalarla  hərəkət  edirlər.  Kiməsə yerə,  başqasına  göyə,  kimlərə  isə 
göy cisimlərinə (günəşə,  aya,  ayrı-ayrı  planetlərə və s.) nəzarət etmək 
tapşırılmışdır.  Şumer panteonunda,  atmosferdə burulğanları, tufanları
103


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə