Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

və küləkləri,  yerdə  çayları,  dağlan,  səhraları  idarə  edən  allahlar var 
idi.  Hər  şəhərin,  ölkənin,  bəndin,  kanalın,  tarlanın,  təsərrüfatın,  hətta 
toxa,  kotan,  kərpic üçün forma kimi  əmək  alətlərinin xüsusi  allahları 
olurdu.
Şumer  teoloqları  ancaq  məntiqi  nəticələr  yolu  ilə  onlar  üçün 
belə  bir  dəyişilməz  yəqinliyə  gələ  bilərdilər,  təbii  ki,  onlardan  heç 
biri  heç  vaxt  insanabəıızər  çoxsaylı  allahlardan  heç  birini 
görməmişdi.  Onlar insan cəmiyyətinin  struktrunu necə bilirdilərsə elə 
də  çıxış  edirdilər,  yəni  məlum  olmayan  haqqında  yaxşı  məlum  olan 
kimi  qələmə  verirdilər.  Onlar  görürdülər  ki,  ölkələr  və  şəhərlər, 
saraylar və  məbədlər,  tarlalar və  otlaqlar -   qısası,  ictimai  həyatda  və 
istehsal  sahəsində  hər  şey  idarə  olunur,  saxlanılır,  nəzarət  edilir  və 
canlı  insan  məxluqu  tərəfindən  başçılıq  edilir.  Əgər  belə  olmasa 
ölkələr və  şəhərlər  boşalar,  saraylar və  məbədlər xarabalığa çevrilər, 
əkinlər  isə  quruyar.  Buna  görə  də  onlar  fikirləşirdilər  ki,  özünün 
bütün  tərkib  elementləri  ilə  kainatda  insan  simasında  olan  məxluq 
tərəfindən  idarə  olunmalı,  saxlanılmalı,  nəzarət  edilməli  və  başçılıq 
edilməlidir.  Ancaq  nə  qədər  ki,  kainat  insan  məskənlərinin 
hamısından  ölçüyəgəlməz  dərəcədə  böyükdür,  nə  qədər  ki,  onun 
quruluşu  ölçüyəgəlməz  dərəcədə  mürəkkəbdir,  deməli,  bu  canlı 
məxluqlar  sadə  insanlardan  qat-qat  güclü  olmalıdırlar.  Hər  şeydən 
əvvəl,  onlar  ölməz  olmalıdırlar.  Yoxsa  əgər  onlar  ölərsə  kainatda 
xaos  yaranar  və  dünya  məhv  olar.  Başa  düşülən  səbəblərdən  bu 
prespektiv  şumer  mütəfəkkirlərini  qane  etmirdi.  Şumerlər  bu 
antropomorf,  lakin  həm  də qeyri-təbii  və ölməz məxluqları  “dinqir” 
biz onu “allah”, “allahlıq”  kimi tərcümə edirik -  adlandırırdılar.
Bu  allahlıq  panteonunun  quaıluşu  necə  idi?  Hər  şeydən  əvvəl, 
şumerlər  üçün  belə  təsəvvür  tamamilə  təbiidir  -   allahlar  oz 
panteonunda  hər  birinin  əhəmiyyətinə  görə  uyğun  yer  tuturdu 
Əlbəttə,  toxa, yaxud  kərpic tökmək üçün  forma allahı  günəş allahı  ilə 
müqayisə  edilə  bilməzdi.  Bənd  və  kanal  allahı  bütü  torpağı  idarə 
edən  allahla eyni  dərəcədə ola bilməzdi.  Tamamilə təbiidir ki,  analoji 
qaydada  şumerlər  öz  dövlətlərinin  siyasi  təşkilatı  ilə  panteonun 
başında  başqa  allahların  onu  özlərinin  hökmdarı,  yaxud  çarı  kimi 
qəbul etdikləri baş allahı  qoyurdular.
Beləliklə,  Şumer panteonu bir növ ali  hakimin  sədrliyi  altında 
məclisi  xatırladırdı.  Onun  arxasınca  dərəcəsinə  görə  “taleyə  hökm 
verən”  yeddi  allah  və  əlli  “böyük  allahlar”  gəlirdi.  Ancaq  şumer 
teoloqlarının  təyinatına  görə  maraqlı  fakt  budur  ki,  onlar  yaradıcı 
allahlarla qeyri-yaradıcı  alllahlan  fərqləndirirdilər.  Bu,  onların kainat 
haqqında baxışlarından  irəli  gəlirdi.  Onun  baş elementləri  səma,  yer, 
dəniz  və  atmosfer  olduğundan  bütün  digər  hadisələr  ancaq  bu  dörd 
elementin  çərçivəsi  daxilində  ola  bilərdi.  Buradan  belə  bir  nəticə 
çıxarmaq  çətin  deyil  ki,  səma,  yer,  dəniz  və  havam  idarə  edənlər 
yaradıcı  allahlar  idilər,  çünki  qabaqcadan  hazırlanmış  plan  üzrə  hər 
kəs öz sahəsində yaxşı  nə varsa onlar yaratmışdılar.
Bu  allahların  yaradıcılıq  üsullarına  gəlincə,  şumer  filosofları 
doktrina -   allah  sözünün  yaradıcı  qüvvəsi  doktrinasını  irəli  sürdülər. 
Sonralar  bu  doktrina  bütün  Yaxın  Şərqdə  qəbul  edildi.  Onların 
təliminə görə,  yaradıcı  allaha  nə  isə fikirləşmək,  sonra  söz demək  və 
adını  çəkmək  kifayət  idi.  Bəlkə  də  allah  sözünün  yaradıcı  qüvvəsi 
haqqında  təsəvvür  insan  cəmiyyəti  üzərində  müşahidələr  nəticəsində 
meydana  çıxmışdır.  Əgər  insan  hökmdar  əmrinin  -   onun  ağzından 
çıxan  sözün  gücü  ilə  bütün  istədiklərini  əldə  edirsə  -  nə  üçün  çox 
güclü  ölməz  allahlar  öz  allah  sözlərinin  gücü  ilə  bundan  daha  çox 
əldə  edə  bilməzlər?  Həmçinin  mümkündür  ki,  sözün  və  fikrin  eyni 
əhəmiyyət  daşıdığı  kosmologiya  probleminin  “yüngül”  həlli  sadəcə 
həyatlarının  ağır  zamanında,  demək  olar,  bütün  insanlara  xas  olan 
həqiqətdən  qaçmaq,  arzu  olunanı  var  olanla  dəuişmək  cəhdini  əks 
etdirir.42
Şumer  ilahiyyatçıları  eyni  zamanda  təbiət  və  ictimai  hadisələr 
baş  verdikdən 
sonra  onların  qarşılıqlı  əlaqəsini  aydınlaşdıran  və 
onların  özlərini  təmin  edən  konsepsiya  yaratmışdılar.  Onların 
fikrincə,  bu  hadisələr öz aralarında heç  bir qarşıdurmaya girməyərək 
harmonik  və  fasiləsiz  qarşılıqlı  əlaqədə  olurlar.  Bu  təsəvvürlərə 
indiyədək  mənası  açılmayan  şumer  sözü  “me”  uyğun  gəlir.  '  Belə 
təsəvvür  etmək  olar  ki,  həmin  söz  təbiət,  yaxud  cəmiyyət 
hadisələrinin  hər  biri  üçün  onları  yaratmış  allahlar  tərəfindən 
yazılmış  qayda  və  qanunlar  kompleksini  ifadə  edirdi,  çünki  bu 
hadisələr  qabaqcadan  hazırlanmış  plana  tabe  olurdu.  Bu  o  qədər  də
104
105


dərin  olmasa da,  dünyanın yaranması  barədə həlli  mümkün olmayan 
suala  elə  də  cəfəng  olmayan  daha  bir  cavab  idi.  Belə  cavab 
kosmologiyanın  çox  çətin  problemini  azmənalı  sözlərin  qabığı  ilə 
örtürdü.
Şumerlərdə  fəlsəfi,  kosmoloji,  yaxud  ilahiyyat  məzmunlu 
traktatların  analoqu  ola  biləcək  ədəbi  janr  olmamışdır.  Ona  görə 
müasir  tədqiqatçı  onların  dünyabaxışına  aid  faktları  bizə  tam,  yaxud 
hissə-hissə  gəlib  çatmış  çoxsaylı  əfsanələrdən  “qazıb  çıxarmağa" 
məcburdur.  Çox  çətin  vəzifədir,  çünki  əfsanələri  yaradanları  və  onu 
köçürənləri  filosoflarla  və  i 1 ahiyy atçı 1 ari a  eyniləşdirmək  olmaz 
Psixologiya və  ehtiras  nöqteyi-nəzərindən  şair və  mütəfəkkir birbaşa 
əks fərdlərdir. Həm də bu iki  keyfiyyət bir adamda birləşə bilər.
Əfsanələri  mirzələr  və  şairlər  yazırdılar.  Onların  əsas  vəzifəsi 
allahları  və  onların  əməllərini  mədh  etmək  idi.  Filosoflardan  fərqli 
olaraq  onlar hər hansı  kosmoloji,  yaxud teoloji  həqiqətin  açılmasında 
maraqlı  deyildilər.  Onlar  necə  yaranmasının  və  möhkəmlənməsinin 
fərqinə  varmadan  o  dövrdə  mövcud  olan  inamı  qəbul  edirdilər 
Əfsanə  yaradıcısının  məqsədi  ümumi  qəbul  olunmuş  teoloji 
təsəvvürlərdən  birini  canlı,  parlaq  və  inandırıcı  formada  izah  edəri 
poema  yaratmaq  idi.  Məntiqi  dəlil  və  sübutlar  onun  işi  deyildi  O, 
ağıla  yox,  hisslərə  müraciət  edirdi.  Ona  görə  də  yazarın  əsas  silahı 
məntiq,  əsaslandırma  deyil,  təsəvvür  və  uydurma  idi.  Şairlər 
əfsanələri  yaradarkən  tərəddüd  etmədən  öz  qəhrəmanları  üçün 
iııasanların  məntiqi  və  nəzəri  düşüncələrlə  heç  bir  əlaqəsi  olmayan 
davranışlarını  əsas  götürürdülər.  Onlar  öz  hekayətlərinə  rasional 
kosmoloji  tədqiqatlardan  və  təsəvvürlərdən  çox  uzaq  folklor  nağıl 
mövzularım  da tərəddüdsüz daxil  edirdilər
Şumer  filosofunun  nağılçıdan  seçilməsinin  qeyri-mümkünlüyü 
bir çox  Qədim  Şər tədqiqatçılarını,  xüsusən  də geniş  publika xatirinə 
həqiqətin  müəyyən  edilməsindən  çox  dini  doqmaların  qayğısına 
qalanları  çaş-baş  salmışdır.  Belə  tədqiqatçılar  bir  ifratçılıqdan 
digərinə  sıçrayaraq  qədim  mütəfəkkirləri  ya  heç  qiymətləndirmir,  ya 
da  həddindən  çox  qiymətləndirirlər.  Onlar  belə  fikirləşirlər  bir 
tərəfdən  qədim  mütəfəkkirlər  özlərinin  əqli  inkişaf  səviyyəsi  ilə 
dünyanın  yaranması  haqqında  məntiqi  fikirləşə  və  bu  suala  cavab
tapa  bilməzdilər.  Lakin  digər  tərəfdən  qədim  mütəfəkkirlər  əfsanə 
yaradıcılığı 
intellekti 
və  dərin 
təbiət  intuisiyasımn 
hələ 
“korlamadığı”  məntiqə  malik  olduqlarından  kainat  sirlərinə  analitik 
ağlı  və  hər  şeyə  ancaq  mühakiməli  yanaşma qabiliyyəti  olan  müasir 
adamdan  daha  dərindən  nüfuz  edə  bilərdilər.  Belə  mühakimənin  hər 
ikisi  öz əsaslarına görə yanlışdır.
Daha  yetkin  və  düşüncəli  şumer  mütəfəkkirləri  bütün 
problemlər,  o  cümlədən  kainatın  yaranması  və  quruluşu  haqqında 
məntiqi  və  ardıcıl  mühakimə  etmək  üçün  kifayət  qədər  intellektə 
malik  idilər.  Onlar üçün  ən  çətini  elmi  dəlillərin  yoxluğu  idi.  Bundan 
başqa 
onalrda 
təyinetmə 
və  ümumiləşdirmə 
metodu 
kimi 
əvəzolunmaz  intellektual  silah  çatışmırdı.  Nəhayət,  şumerlər  bizə 
aydın  olan  evolyusiya  məfhumu  onlara  yad  olduğundan  artım  və 
inkişaf faktorunu  praktik olarq  nəzərə almırdılar.
Şübhə  etmək  lazım  gəlmir  ki,  yeni  material  toplandıqca, 
dərketmənin  indiyədək  məlum  olmayan  yeni  üsulları  meydana 
çıxdıqca,  yeni  perspektivlər  və  üfüqlər  açıldıqca  biz  də  nə  vaxtsa 
bizim  günlərin  filosoflarının  və  alimlərinin  məhdud  və  uzaqgörən 
olmadıqları  qərarına  gələcəyik.  Lakin  burada  mühüm  bir  fərq  var: 
müasir  mütəfəkkir  adətən  öz  nəticələrinin  nisbi  xarakterdə  olduğunu 
özü  qəbul  edir  və  bütün  qəti  təsdiqedilmələrə  skeptik  mövqedən 
yanaşır.  Qədim  şumer  mütəfəkkirləri  barədə  bunu  demək  olmaz. 
Onlar  əmin  idilər  ki,  əşyaya  baxışları  tamamilə  düzdür  və  kainatın 
yaranmasını  və quruluşunu dəqiq  bilirlər.
Biz şumerlərin təsəvvüründə dünyanın  əmələ gəlməsi  haqqında 
nə  bilirik?  Bu  məsələdə  bizm  əsas  mənbəmiz  mənim  “Gilqameş, 
Enkidu  və  yeraltı  səltənət”  adlandırdığım  poemanın  giriş  hissəsidir. 
Poemanın  məzmunu  haqqında  26-cı  fəsildə  söhbət  gedəcək  İndiki 
halda  bizi  bütün  poema  deyil,  ancaq  onun  girişi  maraqlandırır,  çünki 
şumer 
şairləri 
əfsanələrinin 
əvvəllində 
kosmoloji 
xarakterli 
məlumatlar  verirlər.  Onların  çox  vaxt  sonrakı  məzmunla  heç  bir 
əlaqəsi  olmur.
“Gilqameş,  Enkidu  və  yeraltı  səltənət”  poemasının  girişində 
aşağıdakı  beş sətir var.
Haçan göylər yedən ayrıldı, bax nə vaxt,
106
107


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə