Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

burada Enlinin xoşməramlı  əməllərini  ona görə qabardıram  ki,  onun 
haqqında  şumer  mədəniyyəti  və  dini  haqqında  söhbət  gedən  bütün 
dərsliklərdə  və  ensiklopediyalarda  kök  salmış  qəddar,  dağıdıcı 
tufanlar  allahı,  sözləri  və  əməlləri  həmişə  ziyan  gətirən  kimi  yalnış 
təsəvvürləri  düzəldim.  Belə  yalnış  təsəvvürlər  əsasən  arxeoloji 
təsadüflərin  nəticəsində  yaranır.  Çap  olunmuş  ən  qədim  şumer 
əsərləri  arasında  başqa  mətnlərlə  müqayisədə  “ağıların”  sayı 
həddindən  çoxdur.  Onlarda  nəyə  görəsə  başqa  allahlar  tərəfindən 
yazılmış  bədbəxtlik və  dağıntı  gətirmək  kimi  kədərli  vaciblik  Enlilin 
payına düşür.
Belə  də  alındı.  İlk  şumeroloqlar  və  onlann  bir  sıra  müasir 
davamçıları  Enlili  qəddar  dağıdıcı  -   allah  hesab  etməyə  başladılar. 
Ancaq  bu  gün  şumer  himnlərini  və  əfsanələrini,  xüsusilə  1930-cu 
ildən  sonra  dərc  olunanları  analiz  edərkən  görürük  ki,  əslində  Enlil 
xeyirxah,  dost,  insan  nəslinin,  o  cümlədən  Şumer  əhlinin  qorunub 
saxlanması və səadəti üçün atalıq  qayğısı göstərən allah olmuşdur.47
Enlilə  həsr olunmuş  daha əhəmiyyətli  himnlərdən  biri  1953-cü 
ildə  çoxlu  miqdarda  ayn-ayn  lövhəciklərin  və  fraqmentlərin 
köməyilə  bərpa  olunmuşdur.  Mən  1951-1952-ci  illərdə  İstanbul 
Qədim  Şərq  Muzeyində  işləyərkən  yuxan  hissəsi  Filadelfıyada 
Pensilvani  universiteti  Muzeyində  saxlanılan  (onu  hələ  1919-cu  ildə 
mərhum  assiroloq  Stefane  Lenqdon  dərc  etdirmişdir)  dörd  sütunlu 
həmin löhəciyin aşağı  hissəsini  tapmaq  mənə nəsib  olmuşdur.  Həmin 
1952-ci  ildə  Çikaqo  universiteti  Şərq  institutunun  və  Pensilvani 
universiteti  Filadelfıya  Muzeyinin  birgə  espedisiyası  Nippurda 
qazıntı  işləri  zamanı  bu  himnin  daha  bir  parçasını  tapmışdır.  Onun 
mətni  hələ tam deyil  və tərcüməsi  çox çətindir.48
Himn  əsasən yamanlığı  cəzalandıran  allah  kimi  Enlilin tərifi  ilə 
başlayır.  Sonra  Enlilin  Nippurdakı  Ekur  adı  daşıyan  böyük- 
məbədinin  şöhrətlənməsi  gəlir.  Himn  Enlilə  görə  mümkün  olmuş 
mədəniyyətin müxtəlif nemətlərinin poetik  siyahısı  ilə qurtarır.
Aşağıda  170  sətirlik  həmin  himnin  nisbətən  aydın  parçaları 
verilir:
Enlil!  Hər yanda qüdrətli  çağrışı  onun,  müqəddəs nitqi onun!
116
Onun  ağzından  çıxan  hər nə var -  pozulmaz, nə təqdim edibsə 
o-həmişəlik  verilib!
O baxışlarını  qaldırsa -  dağlar tərpənməz!
O işıq  saçır -  dağlar işıqlanır!
Ata  Enlil  əzəmətlə  oturur  müqəddəs  məbədində,  qüdrətli 
məbədində.
O -  Nunamnir, tam  onun idarəsində,  onun knyazlığı!
Yer allahları onun qarşısında əyilirlər,
Anunnaki  -  allahlar onun yanına axışır!
Bahadırdır!  Hökmdardır!  O  böyükdür  kainatda!  O  mürdrikdir, 
qanunlarda biləndərdir!
Ağılda qüdrətlidir!  Öz evini  müqəddəs dairə Durankini  seçdi,
O  Knura,  böyüklər  yerinə  knyazlıqda  parlaqlıq  verdi,  şəfəq
verdi!
Onun  məskəni 
Nippur-şəhər, göyün və yerin keçi  rəhbəri! 
Şəhər!  Onun  siması  qorxu saçır!
Onun divarları!  Onlara allah da yaxınlaşa bilməz!..
O düşmən  ölkələri  üçün tələdir, o, onları tələ ilə, tor ilə tutur!.. 
Şəhərdə,  Enlilin müqəddəs kəndində,
Nippurda,  müqəddəslər müqəddəsi  Atası,  Qüdrətli  Sıldırımın, 
Çiçəklənən  məbəd,  Ekur, məbəd  lacivərd,  küldən ucaltdı  o. 
Yüksək  dağ kimi  təmiz verdə ucaltdı.
O və onun  knyazı  Qüdrətli  Sıldırım,  Enlilin  Atası,
Ekurda,  qüdrətli  müqəddəs yerdə,  məbəddə oturur!
Məbədin  sirlərini  allahlar dəyişməz,
Mərasimlər təmizdir,  sonsuz yer kimi,
Onun gizli  qüvvəsi  baxışlara görünməz,
Onun yataq  otağı  dəniz kimi  sahilsizdir,
Onun  simvolları- işarələri-ulduzlardır,
Onu hakim  yaratmış nöqsansız əbədi  sirdir!
Onun bütün  sözləri  -  obrazlı ifadədir,
Onun ovsunu  ibadətdir.
Onun işi  -  nemətləri  öncə deməkdir.
117


Onun mehrabları möhkəm və qüdrətlidir.
Bayramda yağ və qaymaq bol  axır!
Gün batanda -  bayram, gün doğanda -  bayram 
Enlinin məbədi -  nemətlər dağıdır...
Baş kahin məbədlə yüksəlmişdir,
Məbədin mənbələri  şəfa verməkdə güclüdür.
Onun kahinləri  libasda yetkindir,
Onun qulluqçuları ibadətdə təmizdir.
Qüdrətlidir onun əkinçisi,  sadiqdir çobanı  Şumerin. 
Xoş gündə doğulub ümidlə...
Enlil!  Hakim  sən kimi görürsən,
Seçilmişi, kimi  ölkədə ucaldacaqsan,
Ölkəni - onun əlinə,  ölkəni -  onun ayaqlan  altına, 
Onun qarşısında əyəcəksən uzaq ölkələri!
Enlil!  Kainatın xeyirxah hakimi!
Çoban, bütün həyatlan idarə edən,
Kimin knyazlığı  şəfəqdə yüksəlir!
Müqəddəs tiara ilə özünü əbədiləşdirir o!
O dağlarda taxta oturanda,
O göy  qurşağıtək səmanı  qucaqlayır,
Süzən buludlartək göylərdə gəzir.
Göylərin Knyazı -  ancaq o, yerin əjdahası  -  ancaq o 
Anunnaklar arasında ən böyüyü -  o!
Taleyi  o özü deyir,
Və allahların heç biri  onu görmür!
Onun  səfiri və məsləhətçisi  Nusku 
Sözü və işi Enlil  fikirləşdi,
Onunla danışır, onunla məsləhətləşir,
Enlilin tapşırıqlarım  o yerinə yetirir 
İbadət vaxtı əllər ona uzanır!
Enlilsiz, Qüdrətli  Sıldınmsız,
Şəhərlər tikilməmiş,  qəsəblər salınmamış,
Pəyələr tikilməmiş,  küzlər yaradılmamış,
Rəhbər ucalmamış, kahin doğulmamış,
Seçilməmiş fal  ilə məbəd qulluqçusu,
118
Yox dəstələrdə ordu rəisi,
Su axınım  kanallara yönəltmirlər,
Dalğaqıran quyruqla dənizə baş vurmur,
Dəniz bəndi  yaratmır,
Dərinlik balıqları  qamış kolluqlarında kürü qoymurlar,
Göy quşları geniş yerdə yuva qurmurlar,
Səmada ildırım buludları  ağızlarını  açmır,
Zəmidə və tarlada alabəzək arpa sümbülləmir.
Çöllərdə - onun gözəlliyi  -  bitkilər və otlar çiçəkləmir,
Bağlarda ağaclar ağır meyvələr gətirmir...
Şumer  allahları  arasında  üçüncü  yeri  “dərinlik”  allahı 
(“dərinlik” şumer dilində - “abzu”) Enki  tuturdu.
Enki  müdriklik  allahı  idi.  Ümumi  göstərişlər  verən  Enlilin 
iradəsinə  uyğun  yerdə  həyatı  məhz  o  qaydaya  salmışdır.  Konkret 
detallar və onların  həyata keçirilməsi  isə zirək,  mahir,  igid və  müdrik 
Enkinin  öhdəsinə buraxılmışdı.
Məsələn,  “Enki  və  dünyanın  yaranması,  yaxud  yerdə  həyatın 
və  mədəniyyətin  quruluşu”  adlandırıla  biləcək  əfsanədə  Enkinin 
mədəniyyətin inkişafında birinci  dərəcəli  rol  oynayan  təbii  və mədəni 
proseslərlə  bağlı  yaradıcı  fəaliyyəti  haqqında bir  növ  hesabat verilir 
Bu  əfsanənin  məzmunu  ilk  dəfə  mənim  “Şumer  mifologiyası” 
kitabımda  (s.  59-62)40  qısa  şəkildə  verilmişdir.  O,  şumerlərin  təbiət 
və  onun  sirləri  haqqında  (təbii  ki,  bizim  nöqteyi-nəzərdən)  nə  qədər 
səthi  təsəvvürlərə malik  olduqlarını  sübut  edən parlaq  misal  ola bilər. 
Bu  əfsanə  hansısa  bir  təbəit  hadisəsinin,  yaxud  mədəni  prosesin 
meydana  gəlməsi  prosesini  müəyyən  etməyə  cəhd  deyildir.  Bütün 
bunlar  sadəcə  Enkinin  yaradıcı  dühasına  yazılır:  “Bunu  Enki 
etmişdir”.  Ümumiyyətlə,  yaradıcı  üsullardan  söhbət  gedəndə  allah 
sözünün  və iradəsinin  ayağına yazılır.
“Enki  və  dünyanın  yaranması”  əfsanəsi  təxminən  450  sətirdən 
ibarətdir.  Poema  Enkinin  şərəfmə  himnlə  başlayır  (görünür,  Enkini 
allahların  və  insanların  xoşbəxtliyi  naminə  çalışan  allah  kimi 
tərifləyən  poema  müəllifinin  adından).  Sonra  Enki  özü  aşağıdakı 
sətirlərdə özünü  şöhrətləndirir:
- Mənim atam  kainatın  hakimidir,
119


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə