Azərbaycan Respublikası Prezidentinin


A Dustaqların burun deşiklərinə taxılan halqaya işarədir. Qey.tərc



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

A Dustaqların burun deşiklərinə taxılan halqaya işarədir. Qey.tərc.
Cürdək səhrada -  kişinin həyatı,
Ayaqqabı -  kişinin göz bəbəyi,
Arvad -  kişinin gələcəyi.
Oğul -  kişinin sığınacağı,
Qız -  kişinin xilaskarı,
Ancaq gəlin -  kişi üçün lənətdir!
Şumerlər  dostluğu  yüksək  qiymətləndirirdilər.  Ancaq  ingiliscə 
deyirlər ki,  “lood  is  ihisker than  water”A.  Şumerdə  də  təxminən belə 
deyirdilər:
Dostluq bir gün çəkər,
Qohumluq əbədidir.
Müxtəlif  mədəniyyətlərin  özəlliklərini  müqayisə  nöqteyi- 
nəzərindən  maraqlıdır  ki,  qədim  Şumerdə  heç  bir  vəchlə  iti  insanın 
dostu  hesab  etmirdilər.  Əksinə,  aşağıdakı  hikmətli  ifadələrə  görə  o, 
məkrli  hesab olunurdu:
Öküz əkir,
İt dərin şırımları  korlayır.
Ancaq köpək öz damını  tanımır.
Dəmirçinin iti zindanı  aşırmağı  bacarmadı,
Lakin su dolu bardağı  aşırdı.
Əgər  şumerlərin  itlərə  münasibəti  bizə  o  qədər  də  aydın 
deyilsə,  başqa  hallarda  onların  qiymətləndirmələri  bizimkilərlə 
oxşardır,  ancaq  onlar  bunu  başqa  sözlərlə  ifadə  edirdilər.  Məsələn, 
ingilislər  deyir:  “A  sailor  will  sight  at  the  drop  of a  hat”  (“Dənizçi 
düşmüş  şlyapasına  görə  dalaşmağa  girir”).  Şumerlər  isə  təsdiq 
edirdilər:  “Qayıqçı həmişə dalaşqandır”.  Başqa bir şumer atalar sözü: 
O hələ tülkünü tutmamış,
Artıq ona çax-çax düzəldir.
Bu, “cücəni payızda sayarlar” zərb-məsəlinə uyğun gəlir.
Yaxud başqası:
Vəhşi  öküzdən qaçdı 
Vəhşi inəklə toqquşdu.
150
4 Hərfi  tərcüməsi,  “qan su deyil";  nıs alalar sözü  ilə  miiq:  “özününkü qeyri-ixtiyan 
özünə qardaşdır. Qcvd.  lərc.
Bu isə birbaşa “oddan alova”  hikmətinin analoqudur.
Bütün  vaxtlarda  və  bütün  xalqlarda  səy  böyük  ləyaqət  hesab 
olunmuşdur,  lakin  bu  fikri  heç  kəs 
şumerlərdən  yaxşı  ifadə 
etməmişdir:
Əl və yenə əl  -  və ev tikildi,
Gödən və yenə gödən və ev yıxıldı.
Şumerdə  elə  insanlar  vardı  ki,  başqalarından  geri  qalmaq 
istəmirdi  və varına görə həyat sürmürdü.  Onlar üçün kəlam var idi. 
Ağa kimi  tikən  qul  kimi  yaşayır,
Qul  kimi  tikən,  ağa kimi  yaşayır.
Müharibə  və  sülh  şumerlər  qarşısında  bu  gün  bizim 
toqquşduğumuz kimi  problemlər qoyurdu.
Bir tərəfdən müharibəyə daim  hazır olmaq yaşamaq  üçün vacib 
idi.  Şumerlər deyirdilər.
Əgər ölkə pis silahlanıbsa,
Düşmən  həmişə darvaza yanında olacaq.
Digər  tərəfdən  düşmən  borclu  qalmayacaq  faktı  müharibənin 
ağılsızlıq  olduğuna dəlalət edirdi:
Sən gedirsən,  düşmən  torpağını  zəbt edirsən,
Düşmən gəlir,  sənin torpağını  zəbt edir.
Amma sülh  günlərində də,  müharibə günlərində də “dörd  gözlə 
baxmalısan”  ki,  səni  aldatmasınlar.  Şumerlər  bu  gfıtı  də  öz qiymətini 
saxlayan  yaxşı  məsləhət verirlər:
Hökmdarın  ola bilər,  çarın  ola bilər,
Ancaq  “ağadan”  daha çox  qorx!
Şumer  mirzələri  özlərinin  çoxsaylı  toplularına  nəinki  müxtəlif 
hikmətlər,  atalar  sözləri,  zərb-məsəllər  və  aforizmlər,  həmçinin 
təmsillər  də  daxil  edirdilər.  Axırıncılar  klassik  “Ezop  təmsillərini” 
xatırladır  və  həmin  prinsiplə  qurulurlar,  əvvəlcə  qısa  giriş,  sonra 
təmsilin  əxlaqını 
təşkil  edən  birbaşa  nitq,  bəzən  isə  personajlar 
arasında  həqiqi  dialoq  gəlir  Biz  növbəti  fəsildə  Edmund  Qordonun 
tərcümə etdiyi  bir sıra ən  qədim  “Ezop təmsilləri” ilə tanış olacağıq.


18.  EZOPUN SƏLƏFLƏRİ.
HEYVANLAR HAQQINDA İLK TƏMSİLLƏR.
Yunanlar  və  romalılar  e.ə.  VI  əsrdə  Kiçik  Asiyada  yaşamış 
qoca Ezopu  heyvanlar haqqında təmsil janrının  atası  hesab  edirdilər. 
Ancaq  bu  gün  biz  bilirik  ki,  Ezopun  adma  çıxarılan  təmsillərin  heç 
olmasa  bir  hissəsi  insanlara  ondan  çox  qabaq  məlum  olmuşdur. 
Hazırda  “Ezop  təmsilləri”  tipində  heyvanlar  haqqında  təmsillər 
Şumerdə min ildən də çox əvvəl  meydana gəlmişdir.
Gözlənildiyi  kimi,  heyvanlar  şumer  ibrətamiz  ədəbiyyatında 
əhəmiyyətli  rol  oynamışlar.  Son  illər  E.Qordon  ümumilikdə  295 
atalar  sözləri  və  təmsillər  toplayıb  tərcümə  etmişdir.  Onlarda 
heyvanlar  aləminin  64  növdə  müxtəlif  nümayəndələri  -   məməlilər, 
quşlar və həşəratlara qədər heyvaniann aşağı  sinifləri  iştirak edir.
Öyrənilmiş  material  hansı  heyvanların  daha  populyar  olduğu 
barədə 
maraqlı 
nəticələr 
çıxarmağa 
imkan 
verir. 
Şumer 
ədəbiyyatında  itlər  daha  tez-tez  yada  salınır  (83  atalar  sözlərində  və 
təmsillərdə).  İkinci  yerdə iri  ev  heyvanı,  sonra -   eşşək,  tülkü,  donuz, 
ancaq bunlardan  sonra -   ev  qoyunları  durur.  Qoyunun  ardınca  şir və 
vəhşi  öküz  (hazırda  nəsli  kəsilmiş  -   Bos  primiğenius),  sonra 
cv 
keçisi,  canavar və s. gəlir.
Mən  aşağıda  nisbətən  yaxşı  saxlanmış  və  başa  düşülən  şumer 
təmsillərinin 
Qordan 
tərəfindən 
edilmiş 
ilkin 
tərcümələrdən 
bəzilərini  verirəm.  Onlarda  itdən  tutmuş  meymuna  qədər  müxtəlif 
heyvanların adı çəkilir.
İtlərin acgözlüyü aşağıdakıiki  qısa təmsildə təsvir edilir:
“ 1.  Eşşək  çayda  üzürdü;  it  ondan  geri  qalmırdı  və  öz-özünə 
deyirdi:  Axı,  o  nə  vaxt  sahilə  çıxacaq  ki,  onu  yemək  mümkün 
olsun?”
2.  İt  ziyafətə  gərir,  lakin  sümüklərin  qaldığını  görüb  çıxaraq 
özü  -  özünə  deyir:  “İndi  mən  getdiyim  yerdə  məndən  ötrü  çox 
qənimət tapılacaq.”
Lakin  başqa  bir  təmsildə  analıq  hisslərinin  gözəl  ifadələrindən 
biri  itin ağzı  ilə verilmişdir:
152
“Qancıq  iftixarla deyir:  “Küçüklərimin  necəliyi  mənə  maraqlı 
devil,  kürən,  yaxud xallı  -  onsuz da mən onlan  sevirəm!”
Canavara  gəlincə,  yaxşı  qalmış  təmsillərə  görə,  şumerlər  onu 
qaniçənliyin  və  hiyləgərliyin  təcəsüümü  hesab  edirdilər.  Mətni  iki 
yerdə  korlanmış  təmsillərdən  birində  danışılır  ki,  on  canavardan 
ibarət sürü  bir neçə,  görünür,  on  qoyun  oğurlayır.  Canavarlardan  biri 
sadə  sofistikaya  əl  ataraq  öz  yoldaşlarını  ələ  salır:  “Doqquz  canavar 
və onlarla birlikdə onuncu bir neçə qoyun kəsmişlər. Onuncu canavar 
acgöz  idi  və  ...(lövhəcikdə  bir,  yaxud  iki  söz  pozulmuşdur.  O 
hiyləgərliklə...(bir  və  ya  iki  söz  korlanmışdır)  dedi:  “Mən  onu 
(qəniməti)  sizin  üçün  böləcəyəm!  Siz  doqquzsunuz,  qoy  bir  qoyun 
sizin  payınız  olsun.  Mən  isə  təkəm,  qoy  mənim  payıma  doqquz 
qoyun  düşsün  - bu  da  mənim  payım  olacaq!”
Şumer  təmsillərində  bütün  vəhşi  heyvanlardan  tülkünün 
xarakteri  daha  aydın  və  konkret  təsvir  edilmişdir.  Onun  haqqında 
lovğa  və  şöhrətpərəst  heyvan  kimi  danışılır.  O,  daim  sözdə  və  bütün 
davranışında  özünün  əhəmiyyətini  şişirtməyə  çalışır.  Eyni  zamanda 
o,  ancaq  öyünməyi  bacaran  qorxaq  heyvandır.  Məsələn,  tülkü 
haqqında  bir  neçə  təmsil:  “Tülkü  vəhşi  öküzün  dırnağını  basaraq 
soıuşur:  “Səni  çox  ağrıtmır ki?”.
Yaxud  başqası:  “Tülkü  özünə  ev  tikməyi  bacarmadığından 
qəsbkar kimi  dostunun evinə gəldi”.
Başqa  biri:  “ fülkii  dəyənək  aparırdı  (və  soruşurdu):  “Görəsən 
mən  kimi  vurum?”
Tülkü  rəsmi  sənəd  aparırdı  (və  soruşurdu);  Görəsən  mən  nə 
tələb edim7”
Yaxud:  Tülkü  dişlərini  qıcırdır,  ancaq onun başı  silkələnir”
Bu  personajın  özündənıazı  və  qorxaq  xarakterlərini  xüsusilə 
parlaq  təsvir  edən  iki  ən  uzun  təmsilə  nəzər  salaq.  Hər  iki  təmsil 
olduqca  dolaşıqdır  və  axıra  çatmamış  qırılırlar,  ancaq  bütünlükdə 
onların  ideyası  və  əxlaqı  tam  aydındır:  “Tülkü  öz  arvadına  dedi: 
“Mənimlə  gedək!  Gəl  Uruk  şəhərini  gəmirək  yeyək,  soğan-kəvər 
kimi  o  bizim  dişlərimizin  altındadır! 
Biz  Kullab  şəhərini 
tapdalayacağıq,  başmaq  kimi  o  bizim  ayaqlarımızın  altındadır!” 
Onlar heç  600  qar (təxminən  üç  kilometr) şəhərə yaxınlaşmamış  itlər
153


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə