Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

Sən  köpək  kimi,  hiss  etdiyin  yerə  geədəndə  -  nəzərlərini 
daldalanacağa yetir.
Sən  qoyun  kimi  daimi  yaşayış  yerinə  gedəndə  -  nəzərlərini 
daldalanacağa yetir.
Növbəti abzas güclü zədələnmişdir,  ancaq başa düşmək olar ki, 
müəllif “onun “Balığı” ilə birgə “müqəddəs yerə”  girməli  olan 
müxtəlif balıq növlərini təsvir edir:
Ey  balığım  mənim,  qoy  bütün  balıqlar,  nə  qədər varsa  səninlə 
getsin!
Yumşaq saqqalı  olanlar,  şirin otları  yeyənlər,
Qoy  mənim  böyük  saqqallı  balığım  səninlə  girsin,  ey  mənim 
balığım!
Qamışı içəridən gəmirən,  sənin ağzına tərəf çəksin,
Qoy  mənim  balaca  bığlı  balığım  səninlə  girsin,  ey  mənim 
balığım!
Və o qalındodaq,  bitili  qamışı  soran,
Sürüyə yığışanlar.
Qoy mənim  karp balığım  səninlə girsin,  ey mənim  balığım!
Və o qara,  şüvül kimi yumru,
Çoşqalayan donuz,  çay kənarında özünə yem  tapan,
Qoy mənim ilan-balığım  səninlə girsin,  ey mənim  balığım! 
Müəllif  balıqların  çoxunu  ümumi  qaydada,  adətən  iki-üç 
sətirdən  çox  olmayaraq təsvir edir.  Lakin  bir balığa o,  tam  on  bir sətir 
həsr  edir!  Müəmmalı  təsnifata  görə  söhbət,  yəqin  ki,  çılpaq  dərili, 
yastı bədənli,  sivri  quyruqlu elektroskatdan gedir:
Başı  -  toxa,  dişləri  - dərə,
Onun sümükləri  - şam  budaqları,
Onun qarnı -  çoban  Dumuzinin  su üçün  dərisi,
Kisə yeməklə dolu, kisə hərəkətsiz.
Onun nazik quyruğu -  balıqçı qamçısı,
Tullanan -  balıq kisə,  özünə oxşarları  yeyir.
Başında içalatı  yoxdur.
Rəqiblərini  əl-ayağı  ilə qapır.
Onun neştəri  kəlbətin -  dırnaq
Qadağan olunmuş balıq -  şəhərlərdə,  müqəddəs yerlərdə
162
Allahlara onu qurban vermirlər.
Ancaq  qoy  mənim  qığırdaqlı  skat -  balığım,  qoy  səninlə girsin, 
ey mənim balığım!
Müəllif bir  sıra  başqa balıqları  (hansılardır -  indiyədək  məlum 
deyil) -  kin,  peşkid,  qur,  aqarqar,  saqqa,  turxar (?),  azaqqa,  muş,  giru 
və salsal  -  qısa təsvirdən  sonra müxtəlif quşların,  həmçinin  timsahın, 
yəni balıqları  məhv  edən  yırtıcıların təsvirinə keçir.  Onların üzündən 
balıqlar üçün  sığınacaq  daha da vacibdir.
Abzasın əvvəli  qalmamışdır.  Qalan sətirlər belə səslənir.
Çayların  və göllərin  ortasında qəzəblə qışqıran,
Mənim  “akan  quşum”,  onun  caynaqlarından,  ey  mənim 
balığım,  asılırsan!
Su üstündə sərilmiş torun  üzərində fırlanır,
Mənim  “ubur-quşum”,  onun  caynaqlarından,  balığım  mənim 
asılarsan!
Və o,  uzunayaq,  o qaqqıldayan
Su üstündə qaçır,  palçıq üstə qazan  kimi.
Mənim 
“anşe-bar-quşum”, 
balığım 
mənim, 
onun 
caynaqlarından  asılarsan!
Və o.  Tamamilə çılpaq
Bu quşun  ayaqları  balıqdır,
Mənim  “ki-ib-quşum”,  balığım  mənim,  onun  caynaqlarından 
asılarsan!
Və o,  bataqlıqda,  yanından qaçan dördayaqlıları  qapır.
Günahsız,  heç  nədən  şübhələnməyən  balığı  hər  addımda 
gözləyən  çoxsaylı  təhlükələrdən  qorumaq  üçün  sığınacaq  çox  vacib 
xarakter  alır.  Bizim  balıq  həvəskarı  öz  monoloqunu  aşağıdakı 
sözlərlə bitirir:
Ancaq yox,  sən  onların caynaqlarından  asılmayacaqsan,  onların 
ayaqlan  səni  məhv  etməyəcək.
Ey  mənim  balığım,  gün gəlir -  yanıma,  cəsarətlə,  tez ol.
Vaxt çatdı  -  yanıma,  cəsarətlə!
Və bütün  balıqların  hakimi
İlahə  Nanşe gəlişinə  şad olacaq!
163


Atalar  sözləri,  zərb-məsəllər  və  təmsillərin  külliyyatı  ibrətli 
qədim  Şumer  ədəbiyyatının  ancaq  bir  hissəsidir.  Şumer  mirzələri 
həmçinin  nəsihət janrı  da  yaratmışlar.  Onlar  “əkinçi  təqvimi”  kimi 
(bax.  f.  11)  ya  məsləhət  və  göstəriş  toplularıdır,  yaxud  məktəb 
həyatının  təsviridir  (bax.f.2).  Lakin  şumerlərdə  daha  populyar  olan 
xüsusi ədəbi janr da olmuşdur, bu şifahi yarışma,  disput janrıdır. Belə 
əsərlərdə  əsasən  iki  rəqib  tərəfin  mübahisəsi  təsvir  olunurdu. 
Tərəflərdən hər biri  nə  istəsələr təcəssüm  etdirə  bilərdilər,  ilin vaxtı, 
heyvan,  bitki,  metal,  daş,  yaxud  Kain  və  Avel  haqqında  Bibliya 
əfsanəsinin  çox  ixtisar  edilmiş  variantı  kimi  müəyyən  məşğuliyyət 
növü.
Aşağıdakı  fəsil  bəşəriyyət  tarixində  ilk  belə  ədəbi  mübahisəyə 
həsr olunmuşdur.
164
20.  DISPlİTLAR.
İLK ƏDƏBİ  MÜBAHİSƏLƏR.
Şumer 
müəllimləri 
və 
ədibləri 
həqiqi 
filosoflar 
və 
mütəfəkkirlər deyildilər və  ola  da  bilməzdilər.  Ancaq  təbiətə və ətraf 
mühitə  aid  hər  şeydə  onlar  özlərini  diqqətli  müşahidəçi  kimi 
göstərirdilər.  Məktəblərdə  təlim  vəsaiti  kimi  bitkilərin,  heyvanların, 
metalların  və  daşların  tərtib  edilmiş  uzun  siyahıları  (bax.f. 1)  təbiət 
hadisələrinin  və  canlı  aləmin  hərtərəfli  öyrənildiyi,  heç  olmazsa 
onlann  xarakter  xüsusiyyətlərinin  öyrənilməsi  barədə  təsəvvür 
yaradır. 
Bundan 
başqa, 
mədəniyyət 
tarixi 
üzrə 
müasir 
mütəxəssislərin  şumer sələfləri  o dövrün mədəniyyətinin nədən ibarət 
olduğunu  ilk  dəfə  şüurlu  surətdə  analiz  etməyə  çalışmışlar,  bu 
məqsədlə  yüzdən  çox  daxil  olan  elementlərin  adlarının  siyahısını 
hazırlamışlar:  müxtəlif ictimai  institutlar,  peşələr,  sənətlər,  qiymətlər 
və davranış normaları.
Bizim  ətraf  mühitə,  yaxud  əşyalara  -   ilin  fəsillərinə,  heyvan 
yaxud  bitki  növlərinə,  metallara,  istehsal  alətlərinə  münasibətimizin 
xüsusiyyətlərindən  biri  hər  hansı  iki  anlayışın  təbii  müqayisəsidir. 
Bizim  şüurumuzda  onlar  bir-biri  ilə  o  qədər  möhkəm  bağlıdır  ki,  bir 
şeyin adını  çəkərkən  digərini  yada salmaya bilmərik.  Kənd təsərrüfatı 
ölkəsi  olan  Şumerdə,  məsələn,  belə  cütlüklər:  qış  və  yay,  heyvan  və 
taxıl,  quş  və  balıq,  ağac  və  qamış,  gümüş  və  bürünc,  toxa  və  kotan, 
heyvandar  və  əkinçi  və  s.  var  idi.  Bütün  bu  cütlüklər  müəyyən 
şəraitdə,  müəyyən  dərəcədə  bir-birinə  əks  mövqedə  dururdular. 
Onlatnn  ümumi  cəhəti  isə  bir  idi:  onların  insan  üçün  əhəmiyyəti  və 
xeyri.  Ona  görə  də  təbii  sual  meydana  çıxırdı:  insan  üçün  ikisindən 
hansı  və  yaxud  kim  insan  üçün  daha  xeyirlidir9  Bu  suala  cavab 
verməyə  nə  isə  özünəməxsus  qaydada  qiymətləndirməyə  cəhdlər 
Şumer  pedaqoqlarını  ədəbi  mübahisə,  yaxud  disput  janrına  cəlb 
etmişdir.  Onlann  daha  istedadlılan  xüsusən  bu  məqsədlə  həmin 
əsərləri  yaratmışlar.
Bu  cür  disputlarda  rəqiblərin  gətirdikləri  dəlillər  əsas  rol 
oynayırlar.  Onlardan  biri  özünü  “yüksəkdə  tutaraq”  rəqibini  alçaldır.
165


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə