Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

Qatır  haqqında  cəmi  bir  zərb-məsəl  qalmışdır.  Maraqlıdır  ki, 
burada  söhbət həmin heyvanın  əmələ  gəlməsindəan  gedir:  “Ey  qatır, 
səni  kim tanıyır -  sənin atan, yoxsa sənin anan?"’
Qeyd  etmək  maraqlı  olardı  ki,  şumerlərdə  donuz  heç  də 
“natəmiz”  heyvan sayılmırdı.  Zərb-məsəllərdə  və təmsillərdə  donuzu 
yemək üçün bütün başqa heyvanlardan daha tez-tez kəsirlər!
Bir  misal:  “Kökəldilmiş  donuzu  kəsmək  istəyəndə  o  deyir: 
“Bütün bunlar mənim yediklərimə görədir!”
İkinci  bir  misal:  “Onun  canı  boğazına  yığıldı  (?)  və  onda  öz 
donuzunu öldürdü!”
Yaxud  başqası:  “Donuz  əti  satan  qəssab  donuzu  kəsir  və 
deyinir:  “Axı,  sən  niyə  zingildəyirsən?  Sənin  atan  və  baban  da  bu 
yolla gediblər.  Sən (yenə də) zingildəyirsən!”
İndiyədək  meymun  haqqında  bir  dənə  də  olsun  şumer  təmsili 
tapılmamışdır,  lakin bir zərb-məsəl  və  meymunun  öz  anasma zarafat 
məktubu var.  Bu iki mətn  onu  sübut  edir ki,  meymunlar tamaşaçıları 
şumer  “musiqi  evlərində”  əyləndirirdilər  və  buna  görə  də  onlar 
haqqında o qədər də qayğı  göstərmirdilər.
Zərb-məsəldə  deyilir:  “Bütün  Eridu  çiçəklənir,  ancaq  “böyük 
musiqi  evindən olan” meymun tullantılar içərisində eşələnir?” 
Zarafatyana məktubda isə aşağıdakı  kimi  deyilir:
Ludiludi,60 mənim anama,
Belə deyərsən.
“Ukubi, meymun deyir.
Lfr-Nannanın gözəl  şəhəridir.
Ereduq -  Enkinin bolluq şəhəridir.
Mən isə - baş evin həyətindəyəm,
Orada mahnı  oxumaq öyrədilir.
Bir baxışla mən toxam,
Necə ölməmişəm mən!
Təzə çörəksiz, təzə pivəsiz!
Göndər çaparla bir şey!
Ka-pa-ul!”
Göriinünr,  Şumerin  cənub-şərqindəki  göllük  yanında  yerləşən 
Eridu  şəhərinin  “böyük  musiqi  evindən  olan”  meymun  ac
158
qaldığından  şəhərin  zibilxanalarında  özünə  qida  axtarmağa  məcbur 
idi  Qeyri-müəyyən  səbəbdən  yazıq  vəhşiciyin  sərgüzəşti  zərb-məsəl 
mövzusu  olmuş,  satira  həvəskarı  hansısa  mirzə  bu  zərb-məsəli 
meymunun  (adı  ludiludi,  görünür  “meymun  adamın”)  “anasma” 
zarafat  məktubuna  çevirmişdir.  Bu  “məktub”,  onun  bizə  dörd 
surətinin  gəlib  çıxdığına  görə  özünəməxsus  klassik  ədəbli  miniatür 
sayılmışdır,  halbuki  ilkin  zərb-məsəl  atalar  sözləri  və  zərb-məsəllər 
toplularından ancaq birinə daxil  edilmişdir.
Bizə  gəlib  çatan  mətnlərdən  görünür  ki,  şumer  təmsillərində 
balıqlar  təmsil  olunmamışdır.  Amma  digər  yazılı  və  arxeoloji 
mənbələrdən bizə məlumdur ki,  şumerdə balıq ta qədimdən əsas  qida 
məhsullarından  biri  olmuş  və  yüksək  qiymətləndirilmişdir.  Növbəli 
şəkildə  haqqında söhbət gedəcək  nadir ədəbi  əsərə inansaq,  ola  bilsin 
şumerlərdə  su  heyvanlarını  quşlardan  və  timsahlardan  qorumaq  üçün 
qoruqlar olmuşdur.
159


19.  “BALIQ EVİ”
BİRİNCİ BALIQ QORUĞU.
“Balıqlar  evi”  -   Şumer  mədəniyyətini  ədəbi  mətnlər  üzrə 
öyrənərkən  açmaqda  davam  etdiyimiz  təəccüblü  kəşflərə  xarakterik 
misaldır.  Haqqında aşağıda söhbət açacağımız  mətn  nəinki  bu  qədim 
xalqın dəniz və çay  sakinlərinə qeyri-adi  diqqətinə və onlar haqqında 
qayğısına  sübutdur,  həm  də  balıqlar  üçün  birinci  qoruğun  (yaxud 
“müqəddəs  yer”)  təsvirini  verir.  Doğrudur,  Şumer  şəhərlərinin 
hansmdasa  belə  ideallaşdınlmış  “akvariumun”həqiqətdə  olduğunu 
təsəvvür etmək çətindir.
Bizim  150  sətrlik  sənəd  cəmi  bir  neçə  il  əvvəl  məlum 
olmuşdur.  O,  hazırda  İstanbulda,  Londonda  və  Filadelfıyada 
saxlanılan  doqquz lövhəcikdə və fraqmentlərdə  cızılmışdır.  Onlardan 
altısı  indiyədək  dərc  edilməmiş,  üçü  isə  (ən  böyükləri)  Britaniya 
Muzeyinin  keçmiş  əməkdaşı  Gedd  tərəfindən  çıxarılmış  surətlərdə 
lap  bu  yaxınlarda  mənim  sərəncamıma  verilmişdir.  Mənim  ispan 
həmkarım  və  Pensilvani  universitetinin  Muzeyi  üzrə  əməkdaşım 
M.Sivil 
qalan 
altı 
fraqmentin 
bu 
sənədə 
aid 
olduğunu 
müəyyənləşdirməyə  və  onları  uyğun  gələn  qaydada  düzməyə  nail 
olmuşdur.  Bundan  əlavə,  o,  üç  fraqmentin  (ikisi  Filadelriyadan  və 
biri  istanbuldan)  eyni  lövhəciyin  hissələri  olduğunu  müəyyən 
etmişdir.
Sivil  bu  istiqamətdə  işləyərək  mətni  yenidən  bərpa  və  tərcümə 
etmişdir.  O,  həmin  işə  bir  neçə  ay  gərgin  əmək  sərf etmişdir.  Sivil 
mətni tərcümə və şərhlərlə birlikdə nəşrə hazırlamışdır.61
Bu  əsər  suda  yaşayanların  həyatına  dərin  maraq  göstərən  və 
onların  tam  təhlükəsiz  və  onlara  uyğun  şəraitdə  yaşamaları  üçün 
çalışan  insanın yaxud allahın monoloqur.
Mətn  balıqlar  üçün  xüsusi  tikilmiş  yaşayış  yerinin  təsviri  ilə 
başlayır.  Bu,  müəllifin  balıqlar  üçün  “doğma  ev”  kimi  xarakterizə 
etdiyi  akvariumu xatırladır.
Balığım  mənim,  mən  sənə  ev  tikmişəm,  sənə  daldalanacaq 
hazırlamışam.
160
Evin yanındakı  böyük həyətdə,  sənə böyük hovuz tikmişəm. 
Orada,  içərisində sənə loja tikmişəm.
Bu  yerdə  sənin  üçün  suyu  şən  pıçıltı  ilə  axmağa  məcbur 
etmişəm.
Evə tor yaxınlaşa bilməz, yeraltı  kanaldan uzana bilməz.
Evdə yemək var,  seçmə yemək.
Bəli,  evdə yemək var,  ən  təzə yemək.
Evə,  sənə pivə qoyulan yerə milçək də keçə bilməz.
Şənlik  kəsilməz,  orda ki,  sənin adın eşidiləcək.
Kandar da,  siyirtmə də,  un  da,  tiryəkxana da -  hər şey hazırdır. 
Bu evin rayihəsi -  şam meşəsinin ətridir.
Evdə pivə var,  əla pivə.
Bəli,  şirin  pivə var və bal  fətiri  -  qamişdan uzun  çəpər kimi. 
Poema  -   bu,  şübhəsiz  təkrarlara  və  paralelliyə  görə  poetik 
üsluba  xarakterik  olan  poemadır  -   sonra  balığın  bütün  qohumlarını 
və bütün  dostlarını  bu  evə gəlib istirahət etməyə dəvət edir.
Sənin bütün  tanışların -  qoy bu evə girsin.
Sənin yaxınların -   qoy  bu evə girsin.
Sənin atan,  nəslin başçısı  -  qoy bu evə girsin.
Sənin böyük  qardaşının  oğulları,  sənin  kiçik qardaşının  oğulları 
qoy bu evə girsin!
Sənin balacaların,  sənin böyüklərin -  qoy bu evə girsin! 
Arvadın,  uşaqların  da  qoy bu  evə girsin!
Sənin  dost-tanışların  qoy  bu evə girsin!
Qaynın və qaynatan  -  qoy bu evə girsin!
Qoy  dəstə ilə, yan-yana səninlə birgə girsin!
Onlardan  heç birini  qoyma,  onlardan  heç kəsi  çöldə qoyma!
Gir içəri,  sevimli  qızım,
Şor kanaldakı  kimi,  axını  olmayan,
Çirklənmiş axın  kimi  hərəkəti  olmayan,
Axar su  kimi  sənin  lojan təmizlənəcək,
Ay  işığı  düşəcək 
sənin  lojan genişlənəcək.
Sən girəndə - öz baxışlarını  daldalanacağa yönəlt.
Sən  öküz  kimi,  sənə  hazırlanmış  yerə  gedəndə  -  nəzərlərini 
daldanacağa yetir.
161


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə