Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

onlara  nərildədilər:  “Geme-Tummal!  Geme-Tummal!  (görünür 
tülkünün  arvadının  adıdır).  Evə  get!  Rədd  ol  burdan!”  -   onlar 
şəhərdən qorxulu nərildəyirdilər” .
Başa  düşmək  çətin  deyil  ki,  tülkü  və  onun  arvadı  bu  nəsihətə 
qulaq asaraq oradan uzaqlaşdılar.
Tülkü  haqqında  ikinci  təmsil  çox  sonra  Ezopun  “Siçovullar və 
gəlinciklər” təmsilində istifadə etdiyi  motivi  (hərçənd  orada tülkünün 
adı  çəkilmir) əks  etdirir:  “Tülkü allah Enlildən vəhşi  öküz buynuzlan 
tələb etdi,  (və budur) ona vəhşi  öküz buynuzlan  verildi.  Ancaq  külək 
qalxdı, yağış tökdü, tülkü isə (buynuzların üzündən)  öz yuvasına girə 
bilmədi.  Səhərə  yaxın  soyuq  şimal  küləyi,  ildmrnlı  buludlar  və 
leysan tülkünün üstünə töküləndə (?) o dedi: “İşıqlaşan kimi. . .”
Təəssüf  ki,  təmsilin  sonu  yoxdur,  ancaq  görünür,  tülkü  onu 
vəhşi  öküzün  buynuzlarından  azad  etmək  üçün  Enlilə  yalvarmaq 
qərarına gəlir.
Şumer  təmsillərində  tülkü  Avropa  folklorunda  olduğu  kimi 
ağıllı,  cəld  heyvan  təsiri  bağışlamır.  Onun  Ezop  təmsillərinin 
bəzilərindəki  tülkü  ilə  ümumi  cəhətləri  çoxdur  (heç  olmasa  “Tülkü 
və üzüm” təmsilini götürsək).
Qeyd  etmək  lazımdır  ki,  bizə  çox  pis  vəziyyətdə  iki  təmsilin 
fraqmentləri gəlib  çatmışdır.  Onlarda tülkü quzğunla,  yaxud qarğa ilə 
yanaşı, yəni Ezopun təmsillərində olduğu kimi  duaır.
Biz  ayıya  şumer  təmsillərinin  ikisində  rast  gəlirik;  onların 
birində görünür,  onun qış yuxusu barədə söhbət gedir.
Əgər biz ayı  haqqında heç  nə  deyə  bilmiriksə,  atalar  sözləri  və 
zərb-məsəllərdə  manqusta  haqqında  xeyli  maraqlı  məlumatlar 
tapmaq  olar.  Müasir İraqda  olduğu  kimi,  Qədim  Mesopotamiyada da 
əl  manqustalanm  siçovullarla mübarizə  üçün  saxlayırdılar  Şumerlər, 
görünür,  dırnaqlarını  açmaq  üçün  uzun  müddət  səbrlə  lazımi  anı 
gözləyən  pişikdən  fərqli  olaraq  manqustanm  öz  ovu  üstünə  cəsarətlə 
atılmasını  görür  və  qiymətləndirirdilər.  Bu  özünü  belə  bir  zərb- 
məsəldə göstərmişdir.
Pişik uzun fikirləşir,
Manqusta boş yerə vaxt itirmir.
154
Digər  tərəfdən,  hər  hansı  yeməyi,  yaxud  spirtli  içkini 
manqustadan  qorumaq  çətin  idi,  ancaq  sahiblər  öz  sevimlilərinin  bu 
pis  əməlləri  ilə barışmalı olurdular.  Şumerlər kədərlə deyirdilər:
Əgər evdə yemək varsa,  onu manqusta məhv edəcək,
Əgər o mənə bir şey  saxlasa,
Yadelli  gəlib onu məhv  edəcək!
Başqa  bir  atalar  sözündə  ev  manqustası  özünün  “pozğun 
iştahası”  ilə  sahiblərini  əyləndirir:  “Mənim  manqustam  ancaq 
iylənmiş şeyləri  yeyir,  pivə və əridilmiş yağın xatirinə qurdalanmır”.
Bir  atalar  sözündə  deyəsən  goreşən  haqqında  xatırlanır,  ancaq 
onun  mənası  kifayət qədər aydın  deyil.
Pişiklərə  gəlincə,  çumer  ədəbiyyatında  nadir  halda  onun  adı 
çəkilir.  Bir hal  barədə artıq  söhbət  getdi  (pişik və manqusta haqqında 
atalar sözü).  İkinci  halda  hər yerdə  zəmbil  daşıyanın arxasınca gedən 
inək  pişiklə müqayisə edilir.
Atalar  sözləri  və  təmsillərə  görə  şir  ağacın  və  qamışın 
bürüdüyü  yerdə yaşayırdı  İki  təmsildə - birinin  mətni  çox  korlanmış, 
digərinin  mənası  aydın  deyil  -   şir  nədənsə  açıq  səhrada  peyda  olur 
Əgər  kolluqlar  şir  üçün  əlverişlidirsə,  onda  insan  özü  şirdən 
çəkinməlidir və buna görə də onun  xasiyyətlərini öyrənməlidir.
Bir  atalar  sözündə  deyilir:  “Ey  şir,  qalın  kolluqlar  sənin 
müttəfiqindir!”
Başqa birində:  “Şir tanıdığı  adaırıı  kolluqda da yeməz!”
Axırıncı  hikınət  istər-istəməz  Androkl  və  şir  haqqında  əhvalatı 
xatırladır.
Güclü  zədələnmiş  başqa  lövhəcik  bizə  pusquya  düşmüş  şir  və 
tülkü  haqqında  parçalar  saxlamışdır.  Təmsillərin  çoxunda  “şir 
qəniməti  qoyunlar,  keçilər  və  kolluq  donuzları”  (gürünür,  vəhşi 
donuzlar) olan  nəhəng yırtıcı  kimi  təqdim  olunur
“Şir  qoyun  damına  gələndə  it  yundan  burulmuş  kəndirlə 
bağlanmışdı”,  -  bir  təmsildə  belə  deyilir  Başqa  birində  əhvalat  belə 
nağıl  edilir:  “Şir  “kolluq  donuzunu”  qaparaq  onu  parçalamağa 
başladı  və  öz-özünə  deyirdi:  “ Sənin  ətin  mənim  qarnımı  hələ 
doydurmamışdır,  ancaq  zingiltin  artıq  qulağımı  deşdi!”


Lakin  şir  heç  də  həmişə  qalib  çıxmır,  o,  “köməksiz  keçinin” 
tərifindən  də  aldana  bilər.  Bu  mövzuda  Ezop  təmsillərini  xatırladan 
ən  uzun  Şumer  təmsillərindən  biri  saxlanmışdır:  “ Şir  köməksiz 
keçini  qapdı.  “Məni  burax,  (və)  mən  rəfiqələrimdən  sənə  bir  qoyun 
verərəm!”  (keçi  belə  deyir).  Mən  səni  buraxaram,  lakin  (əvvəlcə) 
adını  mənə  de!”  (şir dedi).  (Onda)  keçi  şirə  cavab  verdi:  “Məgər sən 
mənim  adımı  bilmirsən?  Mənim  adım  “Sən  müdriksən!”  adlanır.  Şir 
qoyun damma çatanda mınldadı:  “Mən qoyun damına gəldim və  səni 
buraxıram!”  Keçi  (artıq  çəpərin  o  üzündən)  ona  cavab  verdi:  “Hə, 
sən məni buraxdın!  Bəs  sən müdriksən9  Mən  sənə  nəinki  qoyun  (söz 
verdiyimi) 
verməyəcəyəm, 
heç 
özüm 
də 
sənin 
yanında 
qalmayacağam!”58
Fil  haqqında  şumer  təmsili  saxlanmışdır.  Oarada  fil  lovğa 
heyvan  kimi  göstərilir,  hətta  ən  balaca  quşcuğaz  onu  “yerində 
oturdur”:  “Fil  öyünərək  özü  haqqında  belə  dedi:  “Dünyada  mənim 
tayım  yoxdur!  Yox...!”  (burada  sətirin  axınnadək  mətn  pozulub, 
ancaq güman etmək olar ki,  ifadə təxminən belə olmuşdur:  “Mənimlə 
bərabərliyə  cəhd  etmə!”)  və  (onda)  quşcuğaz  ona  cavab  verdi:  “Axı 
balaca olduğuma baxma, mən də eynilə sənin kimi yaranmışam!”
Məlum  olduğu  kimi,  eşşək  qədim  Mesopotamiyada  əsas qoşqu 
və yük heyvanı  olmuşdur.  Şumerlər onun  üzərində xoş qəlblə zarafat 
edərək  Avropa  ədəbiyyatındkı  eşşək  obrazına  oxşar  yavaşgedən  və 
ağılsız  məxluq  obrazı  yaratmışlar.  Eşşəyin  əsas  xüsusiyyəti  - 
sahibinin tələbinin tamamilə əksinə hərəkət etməkdir.
Bir  neçə  misal:  “Onu  azara  tutulmuş  şəhərə  yükaparan  eşşək 
kimi  (güclə) dartıb aparmaq lazımdır” .
“Eşşək öz palanını  da yeyər!”
“Sənin  köməksiz  eşşəyin  bütün  sürətini  itirdi!  Ey,  Enlil,  sənin 
köməksiz insanın bütün gücünü itirdi!”
“Mənim  eşşəkciyəzim  bərk  qaçmaq  üçün  yaranmayıb,  o, 
anqırmaq üçün yaranıb!”
“Eşşək  başını  saldı,  sahibi  isə  onun  üzünə  əl  vuraraq  dedi: 
“Durub burdan getmək vaxtıdır.  Tez ol!  Tərpən!”
156
Fşşək  hərdən  yükünü  aşırdırdı,  buna  görə  onu  qəddarcasına 
söyürdülər:  “Öz yükünü  aşırdan  eşşək  deyir:  “Köhnə lənətlər hələ də 
mənim  qulaqlarımı  doldurur!”
Elə  olurdu  ki,  eşşək  öz  yiyəsindən  qaçır  və  qayıtmırdı. 
Azadlığa  çıxmış  eşşək  iki  zərb-məsəldə  maraqlı  mübahisələrin 
mövzusuna  çevrilmişdir.  Birincisi:  “Mənim  dilim  azadlığa  qaçmış 
eşşək  kimi  nə yana,  nə də arxaya dönə bilməz.”
ikincisi  isə  belədir:  “Gəncliyimin  gücü  qaçmış,  eşşək  kimi 
belimi  tərk etmişdir.”
Bir  neçə  hikmətli  sözdə  eşşəyin  xoşagəlməyən  fizioloji 
xüsusiyyətləri  yada  salınır,  məsələn:  Əgər iy verməyən  eşşək  tapılsa, 
belə eşşəyə çarvadar lazım gəlməz”.
Nəhayət,  eşşək  haqqında  davranış  normalarını  xarakterizə edən 
maraqlı  ştrixlər  olan  zərb-məsəl  qalmışdır.  O  belə  səslənir:  “Mən 
eşşəyin  etdiyi  kimi  iiçyaşlıya  evlənə  bilmərəm!”  Burada  vaxtsız 
kəbin qınanılır 54
Ata gəlincə,  bir şumer təmsili  gözlənilmədən  atların  ev heyvanı 
edilməsinin  ilkin  dövrü  haqqında  yeni  məlumat verir. Bu  təmsildə biz 
biləni,  at  minmək  barədə  ilk  məlumat  verilir.  Doğrudur,  təmsilin 
mətni  yazıldığı  lövhəcik  təxminən  e.ə. 1700-cü  ilə  aiddir,  ancaq 
həmin  mətn  Nippurdan  böyük  lövhəcikdə  və  Urdan  olan  məktəb 
lövhəciyində də  tapıldığına görə,  təxminən  həmin  dövrə təsadüf edən 
lövhəciklər  göstərir  ki,  həmin  mətnin  çox  qabaq  yarandığını  güman 
etmək  olar  Bu  nəticə  mətnin  təkcə geniş  yayılması  ilə deyil,  həm  də 
onun  atalar  sözləri  və  zərb-məsəllərdən  ibarət  məktəb  toplularından 
birinə  salınması  ilə  təsdiq  edilir.  Ona  görə  at  sürücülüyü  haqqında 
yazılı  məlumatın  üç  yüz il  sonraya  aid  olmasına baxmayaraq,  güman 
etmək  olar  ki,  şumerlər  eramızdan  iki  min  il  əvvəl  at  sürməyi 
bacarırdılar
At  barədə  təmsil  belə  səslənir:  “Atlını  yıxan  at  deyir:  “Əgər 
belə yükü  üstündə daiın daşısan,  gücdən  düşərsən!”
Başqa  bir  zərb-məsəldə  atların  tərləməsindən  söhbət  açılır: 
“Sən  at  kimi  tərləyirsən 
bu  (yəqin)  nə  içmisənsə  odur”'  Burada 
ingilis danışıq  ifadəsi “to sweat like a horse”  ilə tam  oxşarlıq  var.
157


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə