Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

Bütün  bunlar  poetik  əsər  formasında  deyilir,  çünki  Şumer 
müəllifləri  daha  erkən  epoxaların  hələ  savad  nə  olduğunu  bilməyən 
müğənnilərin birbaşa xələfləri idilər və onlara poeziya prozadan daha 
yaxın idi.
Adətən  belə  mübahisələrin  kompozisiyaları  rəvayəti  girişlərlə 
yüklənirdi.  Burada  rəqib  tərəflərin  yaranmasından  söhbət  gedir  və 
Şumer panteonunda hər hansı  hörmətli  allahın yaxud  bir neçə allahın 
tərəflərdən  birinə  üstünlük  qazandırdıqları  ilə  əlaqədar  uyğun 
sonluqla bitir.
Bu gün bizim əlimizdə hissə-hissə, yaxud tam  mətni  olan yeddi 
belə  ədəbi  mübahisə  var.  Lakin  onlardan  hələ  ancaq  üçü 
öyrənilmişdir.  Birincisi  artıq  15-ci  fəsildə  ətraflı  işıqlandırılmış 
heyvan  və  taxıl  allahları  arasında  mübahisədir.  İkincisini  belə 
adlandırmaq  olar:  “Yay  və  Qış.  Yaxud  Enlil  əkinçilərin  himayədarı 
allahı  seçir” .
Bu  ən  uzun  “disputlardan”  biridir.  Sərəncamımızda  olan 
materillann  hamısından  istifadə  edilərək 
mətni 
tam 
bərpa 
olunduqdan sonra o yəqin ki,  əkinçilik və qədimlik haqqında konkret 
məlumatlar  baxımından  daha  maraqlı  mətnlərdən  biri  olacaq.  Onun 
məzmununu təxmini  olaraq aşağıdakı  qaydada ifadə etmək olar.
Hava  allahı  Enlil  cürbəcür  ağaclar  və  dənli  bitkilər  yatarmaq 
qərarına  gəlir  ki,  yerdə  çiçəklənmə  və  bolluq  hökm  sürsün.  Bu 
məqsədlə  o,  iki  qardaş  -   Emeşi  (Yay)  və  Enteni  (Qış)  yaradır  və 
onların  hər  birinin  üzərinə  müəyyən  vəzifələr  qoyur.  Onların  nədən 
ibarət olduğu bu sətirlərdən görünür:
Enten qoyuna əmr edir quzunu doğsun,  keçiyə - oğlaq
İnəyə əmr edir çoxaltsm buzovları, yağ,  süd versin.
Keçilərə, qoyunlara, eşşəklərə vadidə şadyana ürək verir.
Göy quşlarına yuva verdi  geniş yerdə,
Dəniz balıqlarına -  dalda buxtalarda kürü tökmək verdi.
Tənəyə, palmaya o,  şərab,  pivə bolluğu verdi.
Ağaclara, otlara cücərmək,  meyvə gətirmək tapşırdı.
Şırımda taxılı böyüdüb artıracaq
Qışda Aşnan kimi  şəfəqlərdə parlamaq verdi.
166
Emeş meşələrə və tarlalara həyat verdi,  o,  otlaqları  və damları 
genişləndirdi.
O, təsərrüfatda nəticələri  çoxaltdı.
O,  torpağı yerin ban  ilə örtdü.
O, məhsulu ambarlara yığmağı tapşırdı, taxılı tayalara vurmağı,
O,  evlər,  şəhərlər,  bütün  ölkədə yaşayış evləri  tikməyi  tapşırdı.
Yüksək,  dağabənzər məbədləri.
Hər iki  qardaş,  Enten  və  Emeş  öz  işlərinin  öhdəsindən  gələrək 
qərara  alırlar  ki,  Nippura,  “həyat  evinə”  getsinlər  və  orada 
minnətdarlıq  qurbanları  ilə  öz  ataları  Enlili  şərəfləndirsinlər.  Emeş 
müxtəlif vəhşi  və  ev  heyvanları,  həmçinin  quşlar və  hər  cür  bitkilər 
aparır.  Enten  qiymətli  daşlar  və  metallar,  ağaclar  və  balıqlar  aparır. 
Ancaq  “həyat  evinin”  kandarına  çatanda  paxıl  Enten  qardaşı  ilə 
dalaşmağa  başlayır.  Onlar  qaynar  mübahisəyə  girişirlər  və  nəhayət, 
Emeş  deyir  ki,  qardaşını  “allahların  əkinçisi”  kimi  tanımır.  Bundan 
sonra  hər  ikisi  Ekura,  En lilin  mərkəzi  məbədinə  yollanır  və  hər  biri 
öz nöqteyi-nəzərini  izhar edir.  Enten  Enlilə şikayət edir:
Enlil  ata!
Sən mənə tapşırdın ki,  kanallara qayğı göstərim!
Mən  həyatverən  su gətirdim, bolluq  gətirən.
Tarlaları  bir-birinin  ardınca artırdım, taxıl  ambarlarını
Mən  şırımlarda taxıl  böyütdüm, ağzınacan doldurdum.
Mən  ona gözəl  qız Aşnan  kimi  şəfəq  içində parıltı  verdim
İndi  isə qardaşım  Emeş...
O mənim  əlimi  itələdi,  mənimlə dava saldı...
Emeş dava-dalaş barədə öz rəvayətini  deyir.  O,  tərifli  ifadələrlə 
başlayır  ki,  Enlinin  rəğbətini  qazansın.  Ancaq  onun  nitqinin  son 
hissəsi  gözlənilmədən  qısadır  və  onu  başa  düşmək  hələlik  mümkün 
olmamışdır.  Enlil  bundan  sonra  Emeşə və Entenə deyir:
Enten 
o,  kanallara  və  xəndəklərə  baxır,  su  ilə  ölkəyə  həyat
verən,
O,  allahların  əkinçisidir,  o hər şey  istehsal  edir.
Emeş,  oğlum  mənim,  qardaşın  Entenlə  münaqişəyə  necə  qərar 
verdin9
167


Enlil  dediyi  sözlər alidir,  onun dərin mənası  sarsılmazdır!
Onun sözləri  dönməzdir -  onlara toxunmağa kim  cürət edər?
Ona  görə  də  Emeş  Entenin  qarşısında  baş  əydi,  ona yalvarışla 
müraciət etdi.
O, Entenə gümüş və qızıl verdi,
O,  şərab və pivə hazırladı.
Hər  ikisi  qardaşlıq  nişanlarını  dəyişdilər,  dostluq  nişanlarını 
dəyişdilər.
Şənlənmək  üçün,  bayram  etmək  üçün,  budur,  onlar  bir-birinə 
yaxşıdır.
Emeş və Entenin arasındakı mübahisədə
Etmen, allahlann sadiq əkinçisi  Emeşi  üstələdi.
Eşq olsun Həhəng sıldırım Enlilə!
Üçüncü ədəbi mübahisəni “İnaıına ər seçir’7 adlandırmaq  olar.
O  formasına  görə  bu  janrın  başqa  əsərlərindən  seçilir.  Bu, 
lazımi  anda növbə ilə meydana  çıxan  və  öz  nitqini  söyləyən  bir  neçə 
şəxsin  iştirak  etdiyi  pyesdir.  Bundan  əlavə,  əsərdə  rəvayəti  çıxışlar 
yoxdur.62  Beləliklə,  bu  əsərin  böyük  hissəsi  mübahisə,  dialoq 
formasında  deyil,  uzun  monoloqdur.  Burada  əvvəlvcə  rədd  edilmiş 
və pərt olmuş personajlardan biri  öz ləyaqətlərini  saymaqla işi yoluna 
qoymaq  istəyir.  Doğrudur,  bu  personaj  sonra öz  rəqibi  ilə  dava-dalaş 
salmaq  istəyir,  ancaq  o  birisi  öz  sülh  tərəfdarlığı,  həmçinin 
ehtiyatlılığı  ilə mübarizəyə qoşulmur və işi  sülh  ilə qurtarır
Poemada  dörd  iştirakçı  şəxs  var:  İlahə  İnanna,  onun  qardaşı, 
günəş allahı  Utu,  çobanlar allahı  Dumuzi  və  əkiçilər allahı  Enkimdu. 
Tamaşa  aşağıdakı  qaydada  inkişaf  edir:  allah  LTtu  qısa  çıxışdan 
(yalnız  parçalarda  qalmışdır)  sonra  bacısı  İnannaya  müraciət  edir  və 
onu çobanlar allahı  Dumuzinin arvadı  olmağa razı  salmağa çalışır.
Onun qardaşı,  döyüşçü,  qəhrəman  Utu,
Təmiz İnannaya o belə deyir:

Bacım,  ərin  olacaqdır çoban  sənin!
Qız İnanna,  niyə razı  deyilsən?
Yaxşıdır qaymağı  onun,  südü əladır onun,
Çobanın istehsalı, hər nə var - əladır!
İnanna, Dumzi ərin olacaq sənin!
168
Sən,  parlayan  daşlarla bəzənmiş,  nədən istəmirsən?
Xaması  yaxşıdır onun,  sən  onunla birlikdə içəcəksən onu,
Sən,  çarların kölgə salanı,  nədən razı  deyilsən?
İnanna  qəti  surətdə  imtina  edir.  O,  əkinçi  Enkimduya  ərə 
getmək  qərarına gəlir:

Ərim  olmayacaq o çoban mənim!
Təzə yundan  örtüyü ilə örtməyəcək  məni!
Onunla ikilikdə yatmaq  üçün -  deməyəcəm bir söz də!
Mən,  qızam,  alacaq  əkinçi  məni!
Kim yerə kəndir,  kim bolluq  otu becərir,
Kim yerə kəndir,  kim bolluq taxılı  becərir!
Çox  pis  qalmış  və  az  başa  düşülən  bir  neçə  sətirdən  sonra 
çobanın  görünür,  İnannaya  müraciətlə  uzun  niqi  gəlir.  O,  burada  öz 
ləyaqətlərini  sayır  və  sübut  etməyə  çalışır  ki,  əkinçi  onunla 
müqayisəyə gələ bilməz.
Yerəkən  və  mən,  yerəkən  və  mən,  nəyi  yaxşıdır  məndən 
yerəkənin?
Enbkimdu,  şırımların, xəndəklərin ağası,
Nəyi  yaxşıdır məndən  yerəkənin?
Əgər o mənə qara  unumu versə,
Mən  onu, yerəkənə qara qoyunlarımı  verərəm 
Əgər o mənə ağ ununu versə,
Mən  ona, yerəkənə qara qoyunlarımı  verərəm.
Əgər o mənə yaxşı  pivə versə,
Mən  ona, yerəkənə qatı  süd verərəm.
Əgər o  mənə şirin  pivə versə,
Mən  ona,  yerəkənə qatıq  verərəm 
Əgər o mənə süzülmüş pivə versə,
Mən  ona,  yerəkənə süzülmüş xama verərəm.
Əgər o mənə yüngül  pivə versə,
Mən  ona,  yerəkənə otla süd  verərəm.
Əgər o mənə şirin  meyvələrindən versə,
Mən  ona,  yerəkənə hər şeylə qarışdırılmış süd verərəm.
Əgər o mənə şirin  çörək versə,
169


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə