Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

Hər  şeydən  əvvəl,  belə  düşünməyə  əsas  var  ki,  cənnət, 
allahların  bağı  ideyasının  özü  Şumerdə  doğulmuşdur.  Poemaya  görə 
Şumer cənnəti müasir İraqm cənub-qərb hissəsində Dilmun ölkəsində 
olmuşdur.  Şumerləri  məğlub  etmiş semit xalqı  vavilonlar sonralar elə 
bu  Dilmun  ölkəsində  özlərinin  “canlılar  ölkəsini”  ölməzlər  ölkəsini 
yerləşdirmişlər.  Bibliya  cənnətinin  də  Fələstindən  şərqdə  olmasına 
bəzi  işarələr  var.  Bu  yer  dörd  böyük  çayın,  o  cümlədən  Dəclə  və 
Fərat  çaylarının  başlanğıcı  olan  Edemdir.  Oxşayır  ki,  bu  elə 
şumerlərin cənnəti  Dilmun ölkəsidir.
Günəş  allahı  Utumun yerdən gətirdiyi  su  ilə Dilmunu  suvardığı 
parça  Bibliyadakı  bu  sözləri  xatırladır:  “Ancaq  yerdən  buxar  qalxdı 
və torpağın bütün səthini  suvardı”  (Varlıq kitabı, 2, 6).
İlahələrin  əzab-əziyyətsiz  doğulmalan  öz  uşaqlarını  əzablar 
içində  dünyaya  gətirməyə  məhkum  edilmiş  Həvvanın  lənətlərinin 
meydana  gəlməsinə  işıq  salır.  Enkinin  səkkiz  bitkini  yeyərək  ilahə- 
ana  Ninxursaqın  qəzəbinə  düçar  olması  xeyri  və  şəri  dərketmə 
ağacının  qadağan  olunmuş  meyvəsindən  dadaraq  məhv  olduqları  və 
buna görə də lənətləndikləri  səhnəni  xatırladır.  Lakin  şumer poeması 
ilə Bibliyanın müqayisəli analizi,  zənnimizcə,  daha maraqlı nəticədir. 
Bu 
nəticə 
“bütün 
yaşayanların 
anası” 
Həvvanın 
Adəmin 
qabırğasından yaranması  ilə əlaqədar müəmmalı  hadisənin  izahından 
meydana  çıxır.  Niyə  qabırğadan?  Niyə  qədim  yəhudi  müəllifləri 
Bibliya  ənənəsinə  görə  adı  “həyat  verən”  mənası  daşıyan  Həvvanın 
yaranmasından  söhbət  gedəndə  qabırğanı  bədənin  bütün  başqa 
orqanlarından üstün  tuturdular?
Bunu  cənnət  haqqında  Bibliya  əfsanələrinin  kökündə  Dilmun 
haqqında  şumer  poeması  ədəbi  ənənələrinin  durması  ilə  izah  etmək 
olar.  Şumer  dilində  qabırğa  “ti”  sözü  ilə  ifadə  olunur.  Enkinin 
qabırğasındakı  ağrıları  müalicə  etmək  üçün  yaradılmış  ilahənin  adı 
Nin-ti,  yəni  “qabırğa  ilahəsi”  idi.  ancaq  şumer  sözü  “ti”  həm  də 
“həyat  vermək”  mənasını  verir.  Beləliklə,  şumer  ədəbiyyatındakı 
“qabırğa  ilahəsi”  ifadəsi  söz  oynaqlığından  “həyat  verən  ilahə” 
ifadəsinə  çevrilmişdir.  Bu  ilk  ədəbi  səhvlərdən  biri  idi  və  o,  cənnət 
haqqında  Bibliya  əfasanəsinə  görə  əsrlərin  ənənəsinə  çevrilmişdir 
Artıq  burada  sözün  oynaqlığına  ehtiyac  qalmır,  çünki  qədim  yəhudi
dilində  “qabırğa”  və  “həyat  verən  ifadələri”  müxtəlif  mənalarda 
səslənir.
Mən  tamamilə  mümkün  olan  Bibliya  əfsanəsinin  izahının 
Şumer  poemasından  keçməsi  izahına  müstəqil  olaraq  1945-ci  ildə 
gəldim.  Ancaq  həmin  fikir  otuz  il  əw əl  görkəmli  fransız  assiroloqu 
Şeylem  tərəfindən  söylənmişdi.  Bu  barədə  mənə  Amerika  şərqşünası 
U.Ölbrayt  demişdi.  Əgər  bu  cür  izaha  iki  nəfər  gəlmişsə,  deməli,  o 
tamamilə qanunauyğundur.” 6X
Mən  şumer  poemasının  əhvalı  və  üslubu  haqqında  təsəvvür 
yaratmaq  üçün  həmin  poemadan  nisbətən  parlaq  və  xarakterik 
parçalan  verirəm.  Görün  xəstəliklər  və  ölüm  olmayan  bəxtəvər 
Dilmun  ölkəsi  necə təsvir olunur:
Orda,  Dilmunda qarğalar qarıldamır.
“Ölüm”  quşları  ölüm qışqırtıları  ilə civildəmir.
Orada sir vurmur.
Canavar quzunu parçalamır.
Orda çoban  itləri,  oğlaqları  necə qırxırlar, bilmir.
Orada donuz taxılı  yemir
Dul  qadın dama səməni  sərmir.
Səma quşu o səməniləri  dənləmir.
Orada göyərçin başını  bulamır.
Orda göz ağrısı, “gözüm  ağrıyır”  demirlər.
Orda baş ağrısı,  “başım  ağrıyır” demirlər.
Orda  qarı, “məıı qarıyam”  demir.
Orda qoca, “mən qocayam”  demir.
Orda qız yuyunmur,  pəncərədən  su şırıldamır.
Orda arabaçı  “cum” deyə qışqırmır
Orda gözətçi  dişciyəzin  başına dolanmır
Orda  müğənni  malım  oxumur.
Şəhər kənarında ağlaşma yoxdur.
İlahələrin  doqquz  ay  əvəzinə  doqquz  gündə  ana  bətnində 
yetişməsi  və ağrısız, yüngül  doğulması  haqqında parça budur:
Nintu,  ölkənin  anası,
Doğdu  Ninsarı.
Çay  kənarında böyüdü Ninsar.
174
175


Enki  isə - o, bataqlıqda gizləndi,  o,  bataqlıqda gizləndi.
Öz məsləhətçisi  İsimuda belə dedi  o:
“O gözəl  gənc qızı  mənmi  öpmərəm,
Ninsar sevimlini mənmi  öpmərəm?”
Onun  məsləhətçisi  İsimud belə cavab verdi ona:
“O gözəl gənc qızı,  sən öp onu!
Ninsar sevimlini,  sən öp onu!
Cənab  üzəcək,  mən  idarə  edəcəyəm,  o  üzəcək,  mən  idarə 
edəcəyəm!”
O ayağını qayığa qoydu,
Başqası isə artıq torpağa dəydi.
Sinəsinə sıxdı  onu, öpdü onu.
Enki toxumu onun bətninə axıtdı.
O toxumu qəbul  etdi, Enkinin toxumunu 
Və onun bir günü -  sanki  bir aydı,
Onun iki  günü -  sanki  iki aydı.
Onun  doqquz  günü  -   doqquz  ay  oldu,  doqquz  aylıq  analıq
dövrü
Sanki yağ üstündə,  sanki yağ üstündə, gözəl,  incə yağ.
Ninsar yağ üstündə,  sanki  yağ üstündə,  gözəl,  incə yağ.
Ninkuru doğdu.
Enkinin  səkkiz  bitkini  yeməsi  epizodu  şumer  poeziyasına  xas 
olan təkrarlarla təsvir edilmişdir:
Enki  isə bataqlıqda gizləndi,  o,  bataqlıqda gizləndi 
Öz məsləhətçisi  İsimuda belə söylədi:
“Budur otlar,  onların  taleyini  mən  həll  etmirəm?
Bu nədir, bu nadir?”
Onun  köməkçisi  İsimud ona belə cavab  verdi:
“Ağam  mənim,  bu meşə otudur”  -  ona belə cavab  verir.
O otu kəsib verir,  o da yeyir.
“Ağam  mənim,  bu bal  otudur” -  deyir o.
O otu kəsib verir, o da yeyir.
“  Ağam  mənim, bu “toxum  otudur”  -  belə deyir o.
“  Ağam  mənim,  bu “tikanlı  otdur”  belə deyir o.
O otu kəsib verir,  o da yeyir.
176
“ Ağam mənim, bu “qalın otdur” -  belə deyir o.
O otu kəsib verir, o da yeyir,
“  Ağam mənim, bu “hündür otdur” -  belə deyir o.
O otu kəsib  verir, o da yeyir.
Enki  otların taleyini  həll  etdi, onların qəlbini  başa düşdü. 
Ninxuısaq lənətlədi  Enki  adını.
“Mən ona baxmaram “həyat baxışı”  ilə, ölməyincə o!” 
Anunnakiar matəmə oturdular.
Beləliklə,  Ninxursaq  qeyb  olur,  lakin  hansı  yollasa  onu 
qaytarmaq  tülküyə  müyəssər  olur.  Budur,  Ninxursaq  Enkinin 
bədəninin  səkkiz  xəstə  orqanını,  o  cümlədən  qabırğasını  müalicəyə 
girişir və bundan ötəri  həyata səkkiz allah -  loğman gətirir:
Ninxursaq Enkini  öz uşaqlığına salır.
Mənim qardaşım,  haran ağrıyır sənin?
Təpəm ağrıyır mənim.

“Aba -  u”  “bitkilərin  atası” doğulacaq səninçün!
Mənim  qardaşım,  haran  ağrıyır sənin?
Tüklərim  ağrıyır mənim.
“Nin-siki-la”  “tüklərin  hakimi” doğulacaq səninçün.
Mənim  qardaşım,  lıaran  ağrıyır sənin?
Burnum  ağrıyır mənim

“Ninkirutu”  “burun doğan ilahə” doğulacaq  səninçün. 
Mənim  qardaşım,  haran ağrıyır sənin?
Ağzım  ağrıyır mənim.

“Ninkasi” 
“ağız dolduran  ilahə”  doğulacaq  səninçün. 
Mənim qardaşım,  haran  ağrıyır sənin?
Boğazım  ağrıyır mənim.
“Nazi” -   “boğazı  qaydada saxlayan” doğulacaq  səninçün. 
Mənim  qardaşım,  haran  ağrıyır sənin?
Əlim  ağrıyır mənim.
“Azimua”  - “xeyirxah  əl  bəsləyən” doğulacaq  səninçün. 
Mənim  qardaşım,  haran ağrıyır sənin9 
Qabırğam  ağrıyır mənim.
“Ninti”  “həyat-qabırğa”  ilahəsi  doğulacaq səninçün. 
Mənim  qardaşım,  haran ağrıyır sənin?
177


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə