Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   39   40   41   42   43   44   45   46   ...   66


Böyrüm ağrıyır mənim.

“Enşaq” -  “sağlam böyür hakimi”  doğulacaq  səninçün. 
Şumer  teoloqlarının  təsəvvüründə  cənnət  ölən  insanlar  üçün
deyil,  ölməz allahlar üçün nəzərdə tutulmuşdur.  Şumer nağılçılarının 
sözlərinə  görə  bir  insan,  yalnız  bir  insan  allahların  cənnətinə 
buraxılmışdır.  Söhbət  şumer  “Nuhu”  haqqında  gedir  Biz  burada 
bütün  mixi  yazılı  ədəbiyyatda  bioleys  mətni  ilə  ən  yaxın  və  təsirli 
paraleli  olan Nuh əyyamına gəlib çatırıq.
178
22.  NIJH  ƏYYAMI.
BİRİNCİ “NUH”
Qədim  yəhudi  müəllifləri  tərəfindən  yaradılmış  daşqınlar 
haqqında  Bibliya  hekayətinin  orjinal  olmaması  faktı  Corc  Smit 
tərəfindən  “Gilqameş  haqqında  eposun”  on  birinci  lövhəciyinin 
açılmasından  sonra  məlum  olmuşdur.  Ancaq  daşqınlar  haqqında  bu 
Babil  əfsanəsi  də ilkin  Şumer mənbələrindən yaranmışdır.
1914-cü  ildə  Arno  Pyebel  Pensilvani  universiteti  Filadelfiya 
Muzeyinin  Nippur  kolleksiyasında  olan  altı 
sütunlu 
şumer 
lövhəciyinin  aşağı  hissəsini  dərc  etdirmişdir.  Bu  fraqmentin 
məzmunu  əsasən  Nuh  əyyamına  (daşqınlara)  həsr  olunmuşdur. 
Alimlərin  daha  bir  anoloji  lövhəcik  əldə  etmək  üçün  onlardan  asılı 
olan  hər  şeyi  etdiklərinə  baxmayaraq  bu  fraqment  indiyədək  nadir 
olaraq  qalmaqdadır.  Heç  bir  muzeydə,  heç  bir yeni  arxeoloji  qazıntı 
zamanı,  heç  bir  şəxsi  kolleksiyada  daşqınlara  həsr  olunmuş  yazısı 
olan  kiçik  bir  parça  da  tapılmamışdır.  Pyebel  tərəfindən  dərc 
olunmuş  lövhəcik  bizim  yeganə  mənbəyimizdir  və  onun  etdiyi 
tərcümə indiyədək  hamı  tərəfindən  qəbul  olunmuşdur6'''
Lakin bu lövhəciyin  məzmunu təkcə daşqının təsviri  ilə deyil, 
həm  də  ondan  əvvəlki  mətnin  varlığına  görə  maraqlıdır.  Lövəciyin 
ciddi 
zədələndiyinə 
baxmayaraq, 
bu 
giriş 
parça 
şumer 
kosmoqoniyası  və  kosmologiyasını  anlamaq  üçün  son  dərəcə 
vacibdir.  Orada  insanın  yaranması,  çarlıq  hakimiyyətinin  meydana 
gəlməsi  və  “daşqınadək”  ən  azı  beş  şəhərin  mövcudluğu  barədə 
məlumatlar var.
Beləliklə, 
biz 
onun 
bütün 
qeyri-aydınlıqları 
və 
başsındırmaları  ilə bu  əfsanənin  saxlanılmış büliin  mətnini  veririk.  O, 
assirioloqların  yeri  gəldikcə  aşdıqları  çətinlikləri  yaxşı  nümayiş 
etdirir,  ancaq,  eyni  zamanda  gələcəkdə  onların  edəcəkləri  təəccüblü 
kəşflər barədə təsəvvür verir.
Artıq  dediyim  kimi,  lövhəciyin  yalnız  aşağı  hissəsinin 
qaldığına  baxmayaraq  (təxminən  üçdə  biri),  birinci  sütunun  yuxarı 
hissəsindəki  çatışmayan  37  sətiri  buraxaraq  başlamalı  olacağıq.  Biz
179


bilmirik orada nə yazılıbmış.  Bizim üçün  əhvalat ondan başlayır  ki, 
hansısa  bir  allah  başqa  allahlara  müraciət  edərək,  görünür,  söz  verir 
ki,  insanların  yenidən  allahlar  üçün  şəhərlər  və  məbədlər  tikməsi 
xatirinə insan nəslini məhv olmağa qoymayacaq.
Arxasınca  mətnlə  uyğunlaşdırılınası  çətin  olan  üç  sətir  gəlir 
Güman  ki,  öz  vədini  yerinə  yetirmək  üçün  həmin  allahın  gördüyü 
işlər təsvir olunur.
Sonra  insanın,  heyvanların  və  bitkilərin  yaranması  haqqında 
danışan dörd sətir gəlir.
Bütün bu parça belə görünür:
İnsan nəsli...  onun məhvi...
Mənim  yaratdığım... 
ilahə 
Nintuya... 
həqiqətən 
mən 
qaytaracağam.
Mən insanları  onların torpaqlarına qaytaracağam.
Onların şəhərləri yenə tikiləcək.
Onların dərdləri  dağılacaqdır.
Şəhərlərdə müqəddəs yerlərində kərpiclər qoyulacaqdır 
Müqəddəs yerlərin yerində..? qoyulacaqdır.
Mərasimlər, nəhəng Sutilər kamil  olacaqlar!
Su, torpaqları  suvaracaq,  bərəkət yayacaq.
Nə vaxt ki  An, Enlil, Enki  və Ninxursaq 
Qarabaşl arı  yaratdı 1 ar,
Dördayaqlı  canlı  məxluqlar çoxaldı,
Dördayaqlılar,  çoxları,  hər cürəsi,  oxşarları  orada səpələndi. 
Burada mətn yeni  37  sətirlik boş yerlə dayanır.  Bundan  sonra 
öyrənirik  ki,  hakimiyyəti  idarə  edən çarlar yuxarıdan  göndərilmiş və 
ondan beş şəhər yaranmışdır.
Nə vaxt ki,  çarlıq...  onun  nişanları  (?) göydən göndərildi,
Nə vaxt ki,  əzəmətli  tac,  çarlığın taxt-tacı  göydən göndərildi, 
O,  qaydalar yaratdı,  o, güclü  Sutini  mükəmməl  etdi,
O,  şəhərlər saldı,
O,  onlara ad verdi,  o,  onlara pay bölüşdürdü.
Şəhərlərdən birincisi -  Ereduq,  hakimliyini  Nunamnirə verdi. 
İkincisi  -  Baltibira,  səma kahininə verdi  onu,
Üçüncüsü -  Laraq,  Pabilsaqa verdi  onu,
180
Dördüncüsü -  Sippar,  qəhrəman Utııya verdi  onu,
Beşincisi -  Şuruppak,  Suduya verdi  onu.
O, bütün səhərlərə ad verdi,  onların paytaxtım təyin etdi,
O, gətirdi...
Kiçik çayları  təmizləməyi  tapşırdı,  kanallar qazıb,  su 
gətirməyi...
Burada  mətndə  yenə  37  sətirlik  boş  yer  var.  Görünür  orada 
yerə  daşqın  göndərərək  insan  nəslini  məhv  etmək  barədə  allahların 
qərarından  danışılır.  Mətn  kifayət  qədər  dəqiqləşəndə  görürük  ki, 
bəzi  allahlar belə  qəddar qərarla  razı  deyillər və  qəmgindirlər.  Sonra 
səhnəyə  Bibliya  Noyunun  prototipi  Ziusudra  çıxır.  O,  dindar,  allah 
səviyyəsində  olan  çar  kimi  özünün  bütün  işlərində  yuxuda  və 
qabaqcadan  demələrdə  allahlardan  aldığı  göstərişləri  rəhbər  tutur. 
Başa düşülən  qədər,  Ziusudra  hansısa  bir divarın yanında  duran  anda 
ilahi  səs  ona  allahların  qərarını  xəbər  verir:  yerə  daşqın  gələcək, 
“insan  nəslini  məhv  edəcək’’.  Kifayət  qədər uzun  olan  bu  parça  belə 
oxunur:
Daşqın..
Onda Niştu...  onun  yaratdıqları...
İşıqlı  İnanna öz insanlan  üçün  ağı  başladı.
Enki  özü-özü  ilə məsləhətləşdi.
An,  Enlil,  Enki,  Ninxursaq...
Göy və Yer allahları  Anın  adına and  içdilər,  Enlilin  adına and
içdilər.
O vaxt çar Ziusudra,  allahların buyruqçusu,
...o tikdi.  .
O, itaətkarlıqla,  barışıq sözləri lə, açıq qəlblə...
Hər gün  o,  baş əyərək  durdu...
O yuxu  deyildi...  onun  sözləri  çıxan...
Andla göyü və yeri  çağıran...
Knurda...  allahlar.  ,  divar...
Ziusudra onun  arxasında dayanıb  eşitdi...
O,  solda,  lap kənarda dayanmışdı...
-  Divarın  küncü,  sənə  söz  deyəcəyəm,  mənim  sözlərimi 
diqqətlə qəbul  et!
181


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə