Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

Enki ata müdrik və qüdrətlidir,
Həyat otlarını tanıyır o, həyat sularını tanıyır o,
Məni dirildəcək” o.
İnanna yeraltı  dünyaya gedir 
Ninşubura,  öz  səfirinə deyir:
“Get, qayıt, Ninşuburu,
Mənim tapşırıqlarımı  unutma!”
İnanna saraya, lacivərd  dağa yaxınlaşır,
Yeraltı  sələtənətin qapılarına tələsir, qəzəb dolu,
Yeraltı  səltənətin qarşısında qışqırır qəzəb dolu:
“Aç sarayı,  qapıçı,  aç!
Aç  sarayı, Neti,  aç,  mən öz təkimin yanma girəcəyəm!”
Neti,  səltənətin baş gözətçisi,
İşıqlı İnannaya cavab verir:
“ Sən kimsən axı?”
“Mən -  günçıxanın ulduzuyam!”
“Əgər sən -  ulduzusan günçıxanın,
Niyə gəldin “Gedər - gəlməz ölkəsinə?”
Sənin ürəyin necə göndərdi  səni  qayıdış olmayana?”
Cavab verir işıqlı  İnanna ona:
“Böyük hökmdar Ereşkiqalın yanına,
Çünki  ölmüş Quqalanna,  onun əri -  
Məzarlıq otu çəkmək gərəkdir ona
Məzarlıq  pivəsi  gərəkdir  ona.  Doğrusu  belədir,  doğrusu 
belədir” .
Neti,  səltənətin baş gözətçisi,
İşıqlı İnannaya cavab verir.
“Dayan, ey  İnanna,  sənin barəndə mənim ilahəmə ərz edim! 
Mənim ilahəm Ereşkiqala  sənin  barəndə deyim,  sənin  haqqında 
ərz edim!.
Neti,  səltənəntin baş gözətçisi,
Ereşkiqalın,  öz ilahəsinin yanma gəlib belə dedi:
“Ey ilahəm mənim!  Orada qız!
Allahlara oxşar əzəmətlə və qərarla 
“Gedər - gəlməz qapısında” !..
190
Özünün gizli  qüvvələrini -  onlar yeddidir -  toplayıb”
(Burada üçüncü bənd bütünlükdə təkrar edilir)
Ereşkiqal  çırpdı  öz yanlarına...
Netiyə,  səltənətin baş gözətçisinə verir tapşırığı:
“Ey Neti, baş gözətçisi  səlktənətin 
Dediklərimi unutmayacaqsan!
Yeraltı  dünyaya aç yeddi  siyirtmə!
Qanzirin 
həyətində, yeraltı  dünyanın önündə aç birinci  qapını
Elə ki  girəcək, onda onu
Əyilərək yaxınlaşanda qarşılaram  mən!”
Neti, baş gözətçisi  səltənətin,
Öz ilahəsinin sözlərini  şərəfləndirdi.
Yeraltı  dünyanın yeddi  qapısını  açdı.
Qanzirin  həyətində, yeraltı  dünyanın  qarşısında 
birinci  qapını  açdı.
İşıqlı  İnnnaya belə dedi:
“Keç içəri,  İnanna!”
Və o keçəndə içəri.
Eden  tacını  “Şuquru”  başından çıxardı.
“Bu nədir, bu?”
“Barış,  İnanna, güclüdür qanunları  yeraltı  dünyanın!
İnanna,  yeraltı  mərasimlər vaxtı  sus!”69 
İkinci  qapıdan  içəri  keçəndə,
Hökmdarlıq və hakimlik  nişanlarını  ondan aldılar 
“Bu  nədir,  bu  nə‘?”
“Barış,  inanna, güclüdür qanunları  yeraltı  dünyanın!
İnanna, yeraltı  mərasimlər vaxtı  sus!”
O,  üçüncü qapıdan  keçəndə,
Boynundan  çıxardılar lazurit boyunbağını.
“Bu  nədir,  bu  nə?”
“Barış,  İnanna, güclüdür qanunları  yeraltı  dünyanın!
İnanna, yeraltı  mərasimlər vaxtı  sus!”
Dördncii qapıdan  içəri  keçəndə o.
İkiqat asmanı  sinəsindən  çıxardılar.
“Bu  nədir,  bu nə?”
191


“Barış, İnanna, güclüdür qanunları yeraltı  dünyanın! 
İnanna, yeraltı  mərasimlər vaxtı  sus!”
Və beşinci qapıdan girəndə.
Qızıl  qolbağlan biləklərindən çıxardılar.
Bu nədir, bu nə?”
“Barış, İnanna, güclüdür qanunları  yeraltı  dünyanın! 
İnanna, yeraltı  mərasimlər vaxtı  sus!”
Altıncı  qapıdan daxil  olanda,
“Yanıma, kişi, yanıma” torunu sinəsindən açdılar 
“Bu nədir, bu nə?”
“Barış, İnanna, güclüdür qanunları  yeraltı  dünyanın! 
İnanna, yeraltı mərasimlər vaxtı  sus!”
Və yeddinci  qapıdan  daxil  olanda 
Kəməri,  paltarını  hökmdarın belindən  açdılar”
“Bu nədir, bu nə?”
“Barış, İnanna,  güclüdür qanunları yeraltı  dünyanın! 
İnanna, yeraltı  mərasimlər vaxtı  sus!”
O girdi, əyilərək yaxınlaşdı.
Taxtından  sıçradı  bacısı  onun,
Sonradan taxtına oturdu yenə.
Yeddi  hakim -  anunnak,  onun  qarşısında məhkəmə qurdu. 
İnannaya nəzər saldı -  onun ölüm  baxışları!
Söz söylədi -  sözlərində qəzəb  onun!
Qışqırıq saldı -  lənətlənmiş qışqırıq!
Daxil  olmuş nıələyi  meyidə döndərdi.
Meyidi  çarmıxdan asdılar,
Keçdi  üç gün,  üç gecə,
Ninşubur onun  səfiri,
Ürək sözlərinin  carçısı  onun,
İtiqanadlı  sözlərinin  xəbərçisi  onun,
Məzarlıq təpəsində ağladı  onu,
Məclis evində təbil  çaldı,
Allahlann məbədlərini  dolandı  onun  üçün,
Üzünü cırmaqladı,  ağzını  cırdı,
Əndamını  yaraladı  onun  üçün
192
Əsl  kasıb kimi  cır-cındır geydi 
Ekura,  Enlil  məbədinə tək getdi 
O vaxt ki,  Ekura,  Enlil  məbədinə girdi 
Enlil  qarşısında hönkürdü:
“Enlil  ata, qoyma öz qızını yeraltı  dünyada məhv olsun!
İşıqlı  gümüşün  sənin  qoyma yeraltı  dünyada toza qərq olsun! 
Lazurit gözəlini  sənin taraşçı yeraltı  dünyada parçalasın!
Sənin  şümşad  ağacını  dülgər yeraltı  dünyada yarmasın!
Qız -  hökmdarını  qoyma yeraltı  dünyada məhv etsin!..”
Enlil  ata vermədi  cavab  onun yalvanşlarına, və o Ura getdi. 
Urda,  Emudkalamda,
Ekişnuqalda, Nannanın  yanına girəndə,
Nannanın  hüzurunda hönkürdü:
“Nanna ata,  qoyma öz qızını yeraltı  dünyada məhv olsun!” 
(uyğun  dörd  sətir təkrar olunur)
Nanna ata vermədi  cavab onun yalvanşlarına,  Ereduqa getdi  o. 
Ereduqda allah  Enkinin yanına getdi.
Enkinin  qarşısında hönkürdü:
“Enki  ata,  qoyna öz qızını  yeraltı  dünyada məhv olsun!”
(uyğun dörd  sətir təkrar olunur)
Enki  ata Ninşubura cavab verdi:
“Qızını  mənim!  Nə  iş gəlib  onun  başına'!’  Mən narahat oluram! 
İnanna!  Nə iş gəlib  onun  başına'!’  Mən  narahat oluram!
Ölkələr hökmdarı!  Nə iş gəlib  onun başına?  Mən  narahatam! 
Göylərin  kabinəsi!  Nə iş gəlib  onun başına?  Mən  narahatam! 
Çirk  çıxardı  dırnaqları  altından,  kurqaraetdi.
Öz dırnaqları  altından  qırınızı  boyanmış çirk çıxardı, 
qalamura  etdi.
Həyat verdi  kurqarı  otuna 
Həyat verdi  qalaturu  soyuna.
Enki  ata deyir kurqarıya və qalaturaya.
Mətndə  Enkinin  nitqinin  əvvəli  yoxdur.  Sonrası  isə  belə 
səslənir:
Çay  suyu verəcəklər sizə -  sizsə götürməyin!
Tarla taxılı  verəcəklər sizə - sizsə götürməyin!
193


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə