Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

mövcud  idi.  Əgər  məhkəmənin  qərarı  xoşməramlı  olurdusa, 
görünür,  mərhumun  qəlbi  rahatlıq  və  xoşbəxtlik,  hətta  arzularını 
yerinə yetirmək şəraiti qazanırdı.
Şumerlərin  o  biri  dünya  haqqında  bu  olduqca  təzadlı, 
paradoksal  təsəvvürləri  iki  elegiyada  əks  olunmuşdur.  Həmin 
elegiyalann  yazıldığı  və  çox  yaxşı  qalmış  bu  lövhəciklərlə  mən 
1957-ci  ildə  A.S.Puşkin  adma Moskva  Təsviri  İncəsənət  Muzeyində 
tanış olmuşam.  Mən bu iki  elegiyaya monoqrafiya həsr etmişəm  və o 
1960-cı  ildə  Moskvada  rus  və  ingilis  dillərində  çap  edilmişdir.2 O. 
aşağıdakı fəsilin əsasını təşkil  edir.
2Kramer S.N. İki Şumer clegiyası, M.  1960.
198
24.  ELEGİYALAR.
BİRİNCİ  DƏFN  NƏĞMƏLƏRİ.
1957-ci  ilin  payızında  mən  Akademiyanın  qonağı  kimi  və 
Moskva  və  Leninqradın  arxeoloji  kolleksiyaları  üzərində  işləmək 
üçün  SSRİ Elmlər Akademiyasından  Sovet İttifaqına dəvət aldım.  Öz 
növbəsində  Pensilvani  universitetinin  Muzeyi  SSRİ  EA  Etnoqrafiya 
İnstitutundan  tanınmış  sovet  antropoloqu  Q.F.Debesə  antropologiya 
sahəsində  işləmək  üçün  iki  ay  ABŞ-da  qalmağı  təklif etdi.  SSRİ  və 
ABŞ  tarixndə  ilk  dəfə  belə  alimlər  mübadiləsini  Pensilvani 
universiteti  Muzeyinin  direktoru  doktor  F.Reyni  Sovet  İttifaqında 
qısa müddətli  səfərdə olduğu zaman razılaşdırmışdı.
Mən  tam  üç  həftə  Moskvada,  əsasən  2000-ə  yaxın  mixiyazılı 
lövhəcik  toplanmış  A.S.Puşkin  adına  Muzeydə  keçirdim.  Muzeyin 
direktorluğu  tərəfindən  lütfkarlıqla  mənim  sərəncamıma  təqdim 
edilmiş  bu  kolleksiya  ilə  ilkin  tanışlıq  nəticəsində  dörd  sütunda 
yazılmış  Şumer  ədəbi  mətni  ilə  çox  gözəl  saxlanmış  lövhəcik  aşkar 
etdim.  Yaxından  öyrənən  zaman  məlum  oldu  ki,  bu  dəfn  şeiri  janrına 
aid  iki  müstəqil  poetik  əsərdir.  Salamat qalmış  Şumer ədəbi  mətnləri 
içərisində  dəfn  nəğmələri,  yaxud  elegiyalar  ilk  dəfə  aşkar 
olunduğuna  görə  təbii  ki,  mən  A.S.Puşkin  adıan  Muzeydəki  həmin 
lövhəciyi  ətraflı  öyrənmək  və  gələcəkdə  onun  transkripsiyasım  və 
şərhlərlə  tərcüməsini  dərc  etdirmək  istədim.  Beləliklə,  Moskvada 
keçirdiyim  vaxtın  çoxunu  mən  şumer  mətninin  dəqiq  transkripsiyası 
üzərində  işə  həsr  etdim  Muzeyin  əməkdaşları  bu  işdə  mənə  çox 
kömək  etdilər.
Ancaq  tezliklə  başa  düşdüm  ki,  tam  elmi  nəşr  hazırlamaq  üçün 
bir  neçə  ay  gərgin  işləmək  lazımdır  və  ona  görə  də  bu  işlə 
Filadelfiyada  məşğul  olmaq  qərarına  gəldim.  Moskvada  mənə 
maraqlı  lövhəciklərin  əla  foto  seriyasını  təqdim  etdilər.  Həmin 
fotolardan  Moskvada  edilmiş  transkripsiyadan  istifadə  edərək  bu 
fəsili  hazırladım.
199


Mirzənin  dörd  sütuna  böldüyü  lövhəcik,  şübhəsiz,  e.ə.  təx. 
1700-cü  ildə  tərtib  olunmuşdur,  lakin  elegiyalann  özləri  xeyli  əw əl 
də  yazıla  bilərdi.  Lövhəcikdə  bir-birindən  xətlə  ayrılmış  eyni 
böyüklükdə  olmayan  iki  müstəqil  əsər  var.  Birinci,  daha  uzun  olan 
elegiya  112  sətirdən,  ikincisi  isə  66  sətirdən  ibarətdir.  Hər  iki  əsərin 
mətnlərindən  sonra  iki  xətlə  ayrılmış  üç  sətirdən  ibarət  sonluq  var 
Orada  elegiyalann  adlan,  hər bir  əsərdə  aynca  və  birlikdə  sətirlərin 
sayı  göstərilmişdir.  Mətnin  böyük  hissəsini  Ludingira  1  adlı  adamın 
ifa etdiyi  dəfn nəğmələrindən ibarətdir.
Ludingira  birinci  nəğmədə,  əgər  mən  düz  başa  düşmüşəmsə, 
hansısa  döyüşdə  aldığı  yaradan  vəfat  etmiş  öz  atası  Nannımn 
ölümünü  ağlayır.  İkinci  mahnıda  həmin  Ludingira,  göründüyü  kimi, 
öz əcəli ilə ölmüş səxavətli,  sevimli  arvadı Navirtumu ağlayır.
Hər  iki  nəğmənin  önündə  proloq  gəlir.  O,  hadisələrin  cərəyan 
etdiyi  şəraiti  yenidən  yaradır.  Birinci  mahnının  proloqu  20  sətirdən 
ibarətdir,  yəni  əsərin  özünə  nisbətən  xeyli  kiçikdir.  İkinci  mahnının 
proloqu 47 sətirdən ibarətdir, yəni  mahnının özündən, demək olar,  iki 
yarım  dəfə böyükdür.  Hər iki  əsər müxtəlif təkrar  növləri,  paralellər, 
xor nəqarətləri,  poetik bənzətmələr və metaforalar istifadə olunmaqla 
yüksək  poetik  üslubda  yazılmışdır.  Mərhumların  pis  və  yaxşı 
əməlləri,  eynilə  bu  dünyadan  köçmüş  yaxınların  kədər  və  əzabları 
bütün  dövrlərdə  və  xalqlarda  dəfn  mahnılarına  və  qəbirüstü  nitqlərə 
xas olan dəbdəbəli  və təmtəraqlı  ifadələrlə tərənnüm  edilir.
Birinci  mahnıya  proloq  daha  çox  proza  xarakterli  iki  sətirlə 
başlayır.  Onlarda  deyilir  ki,  uzaq  ölkəyə  getmiş  oğul  atası  ölüm 
yatağında olduğu  üçün geriyə  - Nippura  çağırır.  Sonra  atanı  ən  tərifli 
ifadələrlə  xarakterizə  edən  altı  sətir  gəlir.  Hər  bir  sətir  belə  qurtarır: 
(O)  xəstələnmişdir  Sonrakı  parçada  atanın  ağır  xəstəliyi,  onun 
əzabları  və  yaxınlaşan  ölümü  təsvir  olunur  (9-15  sətirlər) 
Bədbəxtçilik barədə  xəbər oğulu  uzaq  səfərdə  olduğu  vaxt yaxalayır, 
güman  edə bilərik  ki,  oradan  o, Nippura qayıdır  və qəmlənərək  ölənə 
ağı  yazır (16-20 sətirlər).
Dəfn  mahnısının  özü,  yəqin  ki,  Ludingiramn  anası  olan 
mərhumun  arvadının  dərin  kədərinin  təsviri  ilə  başlayır  (21-32 
sətirlər).  Sonra  allah  Ninurtanın  adı  bəlli  olmayan  "lukur
200
kabinəsinin  (33-39  sətirlər),  allah  Nuskunun  adsız  “entum” 
kabinəsinin  (40-46  sətirlər) ağılan,  həmçinin  mərhumun  oğlanlannın 
və  onların  gəlinlərinin  kədərləri  (47-62  sətirlər)  təsvir  edilir.  Sonra 
mərhum Nannanın əmin-amanlığı  haqında qısa ibadət (63-69  sətirlər) 
gəlir, 
sonra  mərhumun 
qızlarının, 
Nippurun 
ağsaqqalı 
və 
'lmatronu”nun  və  onun  quliannın  (70-75  sətirlər)  kədəri  təsvir 
olunur  Sonrakı  sətir  maraqlıdır;  mənə  elə gəlir ki,  mərhumun  böyük 
oğluna aid olan  ibadətdir (76-sətir).  Onun  ardınca Nannanm  qatilinin 
və  ənun  nəslinin  ünvanına  lənətlər  seriyası  gəlir  (77-84  sətirlər). 
Dəfn  mahnısı  bir sıra dualarla bitir.  Burada mərhumun o biri  dünyada 
rahatlığı  haqqında dua  (85-98  sətirlər),  ona xeyirxah  olmaq  xahişi  ilə 
mərhumun  şəxsi  allahına  ibadət  (99-103  sətirlər)  və  onun  arvadının, 
uşaqlarının  və  bütün  nəslinin  səadəti  üçün  (104-112  sətirlər)  dua 
vardır.
Mən  artıq  qeyd  etdiyim  kimi,  ikinci  elegiyaya  proloq  onun 
mətnindən  uzundur.  Proloq  Navirtumun  ölümü  barədə  xəbərlə 
başlayır  (bir  sıra  paralel  bənzətmələr  və  metaforalar  gəlir  (113-121 
sətirlər).  Sonra  Nippur  əhlinin  kədəri  təsvir  edilir (122-131  sətirlər). 
Sonrakı  iki  parçanın  mənası  aydın  deyil  (132-138  və  139-150 
sətirlər).  Birincidə,  deyəsən  Navirtumun  vəfatı  ilə  əlaqədar  olaraq 
hansısa  vacib  dini  mərasimin  dayandırılması  barədə  söhbət  gedir. 
Sonra  qəmli  dəfn  nəğməsini  ifa  etmək  üçün  mərhumənin  əri 
Ludingira  meydana  çıxır (151-159  sətirlər).  Mahnını  iki  yerə bölmək 
olar  hər  biri  eyni  nəqarətlo  qurtaran  bir  sıra  ardıcıl  paralellərdən 
ibarət  Ludingiramn  ağır  itkisi  ilə  əlaqədar  qəmli  ağı  (160-168 
sətirlər)  və  mərhuma,  onun  əri,  uşaqları  və  ailəsi  üçün  bir  neçə  dua 
(169-178  sətirlər).
Llegiyaların  məzmunu  belədir.  Onların  əhəmiyyətinə  gəlincə, 
əlbəttə,  ədəbi  əsər  kimi  onların  məziyyətləri  az  deyildir.  Bu  faciəli 
itkinin 
yaxınlarından  ən  əzizinin  qaçılmaz  ölümünün  yaratdığı 
insan  hislərinin  və  ağır  təəssüratlarının  obrazlı  poetik  formada 
verilməsinə  ilk  cəhdlərdən  biridir.  Ədəbiyyat  tarixi  nöqteyi- 
nəzərindən  onalr elegiya janrının  ən  qədim  və əvəzsiz  nümunələridir. 
Onlar  Davidin  Saul  və  İonafan  haqqında  ağısını,  Homerin  “İliada” 
poemasının  qəmli  sonluğu  olan  Hektor  haqqında  dəfn  nəğməsini  bir
201


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə