Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

“Çarmıxdan meyidi ver!  -  deyərsiniz.
Və  bir -  həyat  ot  ilə,  və  iki  -  həyat  suyu  ilə  əndamını  çiləyin
onun.
Diriləcək İnanna.
Kurqaru  və  qalaturu  Enkinin  əmrini  yerinə  yetirirlər,  ancaq bu 
epizodun yalmz sonluğu qalıb:
Çay suyu verirlər -  götürmədilər onlar!
Tarla taxılı verdilər -  götürmədilər onlar!
“Çarmıxdan meyidi ver!” -  dedilər.
“Bu meyit -  ilahənizindir sizin” .
“Bu meyit -  ilahəmizindir bizim doğrudan, ver!” -  dedilər. 
Meyiti çarmıxdan götürdü onlar.
Və  bir  -   həyat  otu  ilə,  və  iki  -   həyat  suyu  ilə  çilədilər  onun 
əndamını.
İnanna qalxır.
İnanna yeraltı dünyadan çıxır.
Anunnaklar tuturlar onu
“Kim  salamat  çıxmışdır  yeraltı  dünyadan,  bu  dünyaya 
düşənlərdən?
Tərk edərsə İnanna “Gedər gəlməz ölkəsini”,
Başının əvəzinə baş saxlasın qoy!”
Yeraltı dünyadan çıxır İnanna.
Və balaca “qala”-şeytanlar,  qalın meşə tək 
Dövrəyə aldılar onu hər tərəfdən.
Kim  qabaqda gedir -  çapar deyildir,  əlində əsa,
Kim arxada gedir -  döyüşçü deyil -  silah yanında.
Onlar onun arxasınca gedirlər,
Onlar İnannamn arxasınca gedirlər,
Aclıq nədir, bilmirlər, bilmirlər susuzluğu,
Ələnmiş un yemirlər,
Axar suyu içmirlər.
Adamın qucağından arvadını alırlar.
Südverənin əlindən  südəməri  alırlar 
Yeraltı  dünyadan İnanna çıxır.
194
İnanna  bu  cəhənnəm  vücudlarının  müşayiəti  ilə  Şumer 
şəhərləri  Ummu  və  Bad-Tibiruda  olur.  Bu  şəhərlərin  hami-allahlan 
onun  qarşısında  yerə  sərilirlər  və  bu  da  onları  iblislərin 
caynaqlarından  xilas  edir.  Sonra  İnanna  Kullaba,  ərinin,  çobanlar 
allahının şəhərinə gəlir.
Hakim libasında Dumuzi  çar evində oturub taxtda.
“Qala” -  şeytanlar tutdular onu.
Onlar yeddi  nəfər  cırdılar sinəsini,  axıtdılar qanmı 
Onlar yeddi  nəfər  üstünə düşdülər qızdırma kimi.
Çoban fleytasını, tütəyini  onun gözü qabağında sındırdlar! 
Qadın ona baxdı,  ölüm baxışla.
Qışqırdı  o,  - sözlərdə qəzəb.
Qışqırtı  qopardı -  lənət qışqırığı:
“Onu tutun,  onu!”
İşıqlı  İnanna çoban Dumuzini verdi  onlara.
Boynu ardınca gedirdi  onlar.
Dumuzi arxasınca gedirdi onlar.
Aclıq tanımırlar,  susuzluq bilmirlər 
Ələnmiş unu yemirlər,
Axar suyu  içmirlər,
Arvadlarının  bətninə sevinc vermirlər,
Kiçik balaları  öpməyir onlar.
Özlərinə oğlan da doğmayır onlar.
Dumuzi  ağlayır,  göyərmişdir.
“Mən  səmada  Utuya üz tutub yalvarıram!
Ey  Utu,  sən mənim  qaynım,  mən  sənin yeznən!
Mən  sənin anana məbədə yağ aparmışam,
Ninqal  məbədinə süd  aparmışam!
Kərtənkələ pəncəsinə çevir mənim  əllərimi,
Kərtənkələ pəncəsinə çevir mənim  ayaqlarımı!
İblislərdən  qaçacağam  mən,  apara biləməyəcəklər məni!”
Bu  poemanın  bərpası  və  tərcüməsi  çox  vaxt  və  əmək  tələb 
edirdi.  Bir  sıra  alimlər  bu  işdə  fəal  iştirak  etdilər.  1914-cü  ildə  Arno 
Pyebel  bu  əfsanənin  Pensilvani  universiteti  Filadelfiya  Muzeyində 
saxlanılan  üç  kiçik  farqmentini  dərc  etdirdi.  S.Lenqdon  elə  həmin
195


ildə  İstanbulda,  Qədim  Şərq  Muzeyində  tapılan  iki  vacib  parçanı 
dərc  etdirdi.  Onlardan  biri  dörd  sütunlu  böyük  lövhəciyin  bütün 
yuxan  hissəsini tuturdu.  Nəhayət,  E.Kyera,  öz növbəsində Pensilvani 
universitetinin  Muzeyində  daha  üç  fraqment  tapdı.  Onlar  alimin 
ölümündən  sonra  Şumer  ədəbi  mətnlərinin  surətlərini  əhatə  edən  iki 
cildliyində  dərc  olunmuşdur.  1934-cü  ildə  Çikaqo  universitetinin 
Şərq  institutu  üçün  həmin  iki  cildin  çapa  hazırlanması  mənə  nəsib 
oldu.
O vaxta qədər bizim  əlimizdə  həmin  əfsanənin  səkkiz  az  və ya 
çox  dərəcədə  fraqment  xarakterli  hissəsi  vardı.  Buna  baxmayaraq 
çoxsaylı  buraxılışlar  üzündən  onun  məzmunu  daha  vacib  yerlərində 
aydın  olmayaraq  qalırdı.  Elə  gəlirdi  ki,  bu  parçalar  arasında  məntiqi 
əlaqəni bərpa etmək mümkün olmayacaq.
Xoşbəxtlikdən,  Kyeramn  çox  gözəl  kəşfi  vəziyyəti  xilas  etdi. 
O,  universitet  Muzeyində  S.Lenqdonun  İstanbulda  yuxarı  hissəsini 
tapdığı  dörd  sütüunlu  həmin  lövhəciyin  aşağı  hissəsini  tapdı. 
Görünür,  lövhəcik  qazıntılardan  əvvəl,  yaxud  elə  həmin  vaxt 
parçalanmış və  onun  iki  hissəsi  ayn  düşmüşdür:  bir hissə  İstanbulda 
qalmış,  ikincisi  isə  Filadelfıyaya  göndərilmişdir. 
Kyera  öz 
tapıntısından  istifadə  etməyə  macal  tapmamış  vəfat  etdi.  Lakin 
“İnannanın  yeraltı  səltənətə  enməsi”  əfsanəsinin  birinci  nəşrini 
Revue  d'  Assyriolologie  jurnalının  1937-ci  il  buraxılışında  dərc 
etdirməyə məhz o şərait yaratdı.  İş burasındadır ki,  lövhəciyin  yuxan 
hissəsi  ilə  aşağı  hissəsini  tutuşduranda  mətnin  qunıluşu  o  qədər 
aydınlaşdı  ki,  qalan  fraqmentləri  öz  yerinə  qoymaq  artıq  çətin 
deyildi.
Buna  baxmayaraq  çoxsaylı  buraxılışlar  və  zədələnmələr 
əvvəlki  kimi  mətnin  tərcüməsini  və  anlamını  çətinləşdirirdilər.  Bəzi 
vacib  parçaların  mənası  aydın  deyildi.  Amma  elə  həmin  1937-ci  ildə 
İstanbulda  elmi  ezamiyyətdə  olarkən  mən  xoşbəxt  bir  təsadüf 
nəticəsində  Qədim  Şərq  Muzeyində  həmin  əfsanənin  daha  üç 
fraqmentini  tapdım.  ABŞ-a  qayıtdıqdan  sonra  1939-cu  ildə 
Pensilvani  Universiteti  Muzeyində  mən  dördüncü  parçanı,  1940-cı 
ildə  isə  beşincisini  aşkar  etdim.  Bu  yeni  beş  fraqment  mətnin 
bərpasının  və  tərcüməsinin  birinci  variantında  bir  sıra  çox  vacib
196
boşluqları  doldurmağa  imkan  yaratdı.  İndi  1942-ci  ildə  çıxan 
(bax.Proceedings  of  the  Amerikan  Philosophical  Sosietu)  daha 
təkmil nəşri  hazırlamaq mümkün  idi.
Ancaq iş bununla bitmədi.  Bir müddətdən sonra mənə dünyada 
qədim  lövhəciklərin  iri  kolleksiyasından  biri,  Yel  universitetinin 
Vavilon  kolleksiyası  ilə tanış  olmaq  nəsib  oldu.  Burada  şumer  ədəbi 
mətnləri  ilə  yüzdən  çox  lövhəcik  var.  Mən  onları  öyrənərkən  çox 
yaxşı  qalmış  bir  lövhəciyə  rast  gəldim.  Bu  barədə  Kyera  hələ  1924- 
cü  ildə  öz  qeydlərində  yazmışdı,  lakin  bu  qeyd  əvvəllər,  necə 
olmuşdusa,  mənim diqətimi  cəlb  etməmişdi.
Bu lövhəckdə 92  sətir var idi.  Amma axırıncı  30  sətir artıq  bizə 
məlum  olan  mətnə  yeni  epizod  əlavə  edirdi.  O,  gözlənilmədən  allah 
Dumuzi  ilə  əlaqədar ikiçay  mifologiyası  və  dini  üzrə mütəxəssislərin 
çoxdankı  çaş-başlığına  son  qoymaq üçün vacib  element oldu.
İş  ondadır  ki,  alimlərin  çoxu  güman  edirdilər ki,  guya  Dumuzi 
İnanna  oraya  düşməmişdən  qabaq  nəyə  görəsə  cəhənnəmə  məhkum 
edilmişdir.  Ola  bilər belə təsəvvür əfsanənin  semit variantının  (“İlahə 
İştarın  cəhənnəmə  düşməsi”)  Şumer  prototipindən  əvvəl  dərc 
olunması  ilə  əlaqədardır.  Alimlər  hesab  edirdilər  ki,  İştar  kimi, 
İnanna  öz  əri  Dumuzini  azad  etmək  və  yerə  qaytarmaq  üçün  yeraltı 
aləmə düşmüşdür.  Ancaq  Yel  universitetinin  kolleksiyasında  yenidən 
aşkar  edilmiş  mətn  sübut  etdi  ki,  bu  cür  yozum  düzgün  deyildir. 
İnanna  öz  ərini  heç  də  xilas  etməmişdir.  Əksinə,  Dumuziııin 
təkəbbürlülüyündən  qəzəblənən  İnanna  özü  onu  iblislərə  vermişdir 
ki, “gedər-gəlməzə”  aparsınlar70
Yel 
universitetinin 
Vavilon 
kolleksiyasından 
həmin 
kolleksiyanın  mühafizəçisi  F  Stivensin  surətini  çox  layiqli  şəkildə 
çıxardığı  yeni  lövhəcik  bu  əfsanənin  tamamlanmış  üçüncü  nəşrini 
tələb  edirdi.  Mənim  həmkarlarım  A  Falkenşteynin,  В  Landsberqerin 
və  T Yakobsenin  fəal  iştirakı  ilə  üçüncü  nəşr  1951 -ci  ildə  işıq  üzü 
gördü (Journal  of Cunecform  Studies,  vol.v).
Şumerlərin  yeraltı  səltənəti  qaranlıq  və  qorxunc  dünya,  orada 
“həyatın”  yerdəki  həyatın  uzaqbaşı  yazıq  kölgəsi  sayıldıqlarına 
baxmayaraq,  onun  “müsbət  tərəfləri”  də  vardı  -   xüsusən  Yer  üzünə 
gecə  düşdüyü  saatlarda.  Əslində  orada  ölülər  üzərində  məhkəmə
197


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə