3. “Daşqın”
4. “Gilqameşin ölümü”
5. “Gilqameş və Kişdən olan Aqqa”
6. “Gilqameş, Enkidu və yeraltı səltənət”
Yadda saxlamaq lazımdır ki, bu rəvayətlərin mətnləri kəsik-
kəsikdir, onların tərcüməsi hətta orijinalda boşluqlar olmadığı
hallarda da çox çətin və təxminidir. Bununla belə, bu şumer mətnləri
bizə birinci iki suala cavab verməyə imkan yaradır. Həmin əminliklə
üçüncü suala cavab vermək iqtidarında olmasaq da, artıq bu gün
müəyyən nəticəyə gələ bilərik.
Lakin qabağa qaçmayaq. Əvvəlcə yuxarıda adları çəkilən altı
şumer poemasının hər birinin ayrılıqda məzmununu təhlil etmək
lazımdır.
1. “Gilqameş və sağlar Ölkəsi” poeması haqqında artıq 25-ci
fəsildə söhbət getmişdir. Bu rəvayət, şübhəsiz, Babil
əfsanəsi “Gilqameş haqqında eposda” olan sidr ağacı
meşəsi epizodunun analoqudur. Əgər hər iki əsəri yanaşı
qoysaq görərik ki, onların yalnız əsası, hekayətin kobuq
kanvası ümumidir. Hər iki variantda Gilqameş sidr ağacı
meşəsinə getmək istəyir, onu Enkidu müşaiyət edir, o günəş
allahından kömək istəyir və alır, qəhrəmanlar səfərlərində
öz məqsədlərinə çatırlar, sidr ağacları kəsirlər və Xuvavanı
öldürürlər.
Ancaq hər iki variant bir-birindən müfəssəlliyi, quruluşu və
əhval-ruhiyyəsi ilə fərqlənir. Məsələn, şumer variantında Gilqameşi
Enkidudan başqa Urukdan əlli nəfər döyüşçü də müşayiət edir, Babil
variantında isə onunla ancaq Enkidu gedir. Şumer variantında Uruk
şəhəri ağsaqqallarının məclisi barədə heç nə deyilmir., Babil
variantında isə bu əhəmiyyətli rol oynayır.
2.
“Gilqameş və səma öküzü” Şumer poeması indiyə qədər
dərc edilməmişdir. Ondan ancaq fraqmentlər qaldığına baxmayaraq,
hər halda məzmununu tutmaq olur. İyirmi sətirlik buraxılışdan sonra
Babildə ilahə İştarın Şumerdə rolunu oynayan ilahə İnanna ondan
ötəri hazırlanmış hədiyyələri və mərhəmətləri sayaraq Gilqameşə
müraciət edir Görünür, çatışmayan sətirlərdə İnanna Gilqameşə öz
228
məhəbbətini təklif edir. İlahənin sözündən sonra ikinci boşluq gəlir.
Görünür, Gilqameş İnannanın məhəbbətini rədd edir. Mətn
yeniləşəndən sonra İnanna göy allahı Andan xahiş edir ki, ona səma
öküzü versin. Əvvəlcə An imtina edir. Lakin İnanna onu kainatın
bütün böyük allahlarını özünə köməyə çağıracağı ilə qorxudanda o
geri çəkilir. Qorxuya düşən An güzəştə gedir. İnanna səma öküzünü
Uruka buraxır və o, şəhəri viranəyə çevirir. Sonra mətn yenə
oxunmaz olur. O, Enkidunun Gilqameşə müraciəti ilə bitir.
Poemanın, şübhəsiz, Gilqameşin səma öküzü üzərindəki qələbəsinə
həsr
olunmuş sonluğu təəəssüf ki, yoxdur.
Əgər Şumer mətnini Babil əsəri “Gilqameş haqqında eposla”
müqayisə etsək görərik ki, əsas vəziyyətlər orda da, burda da
identikdir. Hər iki poemada İnanna (yaxud İştar) onu hədiyyələrə
şirnikləndirərək öz məhəbbətini Gilqameşə təklif edir. Gilqameş orda
da, burda da ilahələrin məhəbbətini rədd edir. An (yaxud Anu) öz
iradəsindən asılı olmayaraq səma öküzünü Uruka göndərir. Əjdaha
şəhəri viran qoyur, sonra qəhrəman onu öldürür.
İki variant arasındakı fərq, özü də kəskin fərq detallardadır
İnannanın hədiyyələri İştarın hədiyyələrinə tamamilə oxşamır. Babil
variantında Gilqameşin rədd cavabı 56 sətri tutur. O, Babil
mifalogiyasına
müraciətlərlə
və
Babil
atalar
sözləri
ilə
doldurulmuşdur, Şumer variantında isə onun cavabı olduqca qısadır.
Nəhayət, İnannanın Anla söhbəti İştarın Anu ilə söhbətinə qətiyyən
oxşamır. Buradan belə qərara gəlmək olar ki, Şumer variantının
indiyədək məlum olmayan sonluğu da Babil variantının sonluğu ilə
oxşar deyildir.
3.
Daşqın haqqında Şumer poeması 22-ci fəsildə artıq
araşdırılmışdır. Dəhşətli subasma haqqında parça orada bütünlüklə
verilmişdir. Babil kitabxanasından Gilqameş haqqında on birinci
rəvayətin mərkəzində də elə bu hadisə durur. Daşqın haqqında Şumer
əfsanəsinin Gilqameş haqqında poemalarla heç bir əlaqəsi yoxdur.
Babil müəlliflərinin hansı yolla ədəbi iqtibas etmələrini başa
düşməyə bizə bu fakt açar verir.
Daşqın haqqında Şumer hekayəti Ziusudranın ölməzliyi necə
əldə etdiyi barədə əfasnəvi poemanın ancaq bir hissəsidir. Ancaq
229