Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   58   59   60   61   62   63   64   65   66

Çox  yaxşı  qalmış  birinci  11  sətirdə  insanın  qorxu,  düşmən 
bilmədən  sakit,  bolluq  içində  yaşadığı,  dünyanın  bütün  xalqlarının 
tək allah Enlilə səcdə etdiyi uzaq keçmiş təsvir edilir.
Bundan  əlavə,  əgər  “bir  dildə”  ifadəsini  məcazi  mənada  yox 
(“yekdillik” kimi), həqiqi mənada başa düşsək,  hətta belə bir nəticəyə 
gəlmək  olar  ki,  çox  sonrakı  dövrdə  qədim  yəhudilər  kimi  onalar 
inanırdılar  ki,  guya  nə  vaxtsa  bütün  xalqlar  üçün  “dillərin 
yerdəyişməsi” günü insanların itirdikləri vahid dil  olmuşdur.
Sonrakı  10  sətir  o  qədər  fraqmentlidir  ki,  onların  məzmununu 
ancaq  güman  etmək  olar.  Kontekstə  görə  güman  etmək  olar  ki, 
Enlilin  qeyri-məhdud  hakimiyyətindən,  yaxud  sadəcə  paxıllıqdan 
qəzəblənən Enki  ona qarşı  çıxır,  nəticədə bəşəriyyətin  qızıl  əsri  sona 
çatır, müharibələr və çəkişmələr başlayır.
Əgər onuncu və on birinci  sətirləri  həqiqi  mənada başa düşsək, 
ola bilsin  ki,  dillərin yerdəyişməsini  məhz Enki  törətmişdir.  Əgər bu 
belədirsə,  onda  Varlıq  Kitabında  (11-1-9)  yazılmış  Babil  qiyaməti 
haqqında  Bibliya  əfsanəsinə  Şumer  paraleli  haqqında  ilk  işarə 
qarşımızdadır.  Doğrudur,  şumerlər  insanların  düşkünlüyünü  allahlar 
arasındakı  rəqabətlə  izah  edirdilər.  Qədim  yəhudilər  isə  güman 
edirdilər ki,  guya  insanlar özlərini  allaha bənzətmək  istədikləri  üçün 
cəzaya məhkum edilmişlər.
Qızıl  əsr  haqqında  hekayənin  müəllifi  bu  hekayəni  “Enkinin 
cadusu”  kimi təqdim  edir.  Rəvayətdə deyilir ki,  Urukun hökmdarı  və 
allah Enkinin  sevimlisi  Enmerkar  hər  cür  minerallarla  zəngin  Aratta 
ölkəsini  özünə tabe etmək qərarına gəlir.
Bu  məqsədlə  o,  Aratta  hökmdarının  yanma  qorxuducu 
müraciətlə  çapar  göndərir.  O  qorxudur  ki,  əgər  hökmdar  və  onun 
təəbələri  dağlardan  qiymətli  daşlar  və  minerallar  gətirməsələr  və 
Enki  üçün  zəngin  bəzədilmiş  Abzu  məbədini  tikməsələr  Arattanı 
darmadağın edəcək.
Enmerkar Aratta  hökmdarına  daha  güclü  təsir göstərmək  üçün 
öz  çaparına  əmr  edir  ki,  “Enkinin  cadusunu”,  yəni  bütün  dünya  və 
onun  sakinləri  üzərində  Enlilin tək hakimiyyətinə  necə  son  qoyduğu 
barədə Enkinin hekayətini təkrar etsin.
260
Bundan  başqa,  həmin  parça  şumerlərin  xoşbəxt  qızıl  əsri 
haqqında  hekayəsindən  heç  də  az  əhəmiyyəti  olmayan  başqa 
əhəniyyət  də  kəsb  edir.  O,  şumerlərə  məlum  olan  ölkələrin  ölçüləri 
və coğrafi yerləşməsi haqqında bizə bir sıra təsəvvürlər verir.
Parçanın  6-9-cu  sətirlərinə  görə  şair  dünyanı  dörd  əsas  ölkəyə 
bölür.  Onun  öz  ölkəsi  Şumer  təxminən  Dəclə  və  Fərat  çayları 
arasında,  33-cü paraleldən Fars körfəzinə qədər ərazidə yerləşərək bu 
dünyanın cənub hissəsini tutur.
Həmin  İkiçayda,  33-cü  paraleldən  şimalda Um  ölkəsi  yerləşir. 
Sonralar  onun  ərazisində  Akkad  və  Assiriya  meydana  gəlmişdir. 
Şumerdən  və  Utidən  şərqdə  Şubur-Hamazi  torpaqları  uzanırdı.  O, 
şübhəsiz,  Qərbi  İramn  böyük  hissəsini  tuturdu.  Şumerdən  qərbdə  və 
şimali-qərbdə  Martu  ölkəsi  yerləşirdi.  O,  Fərat  çayından  Aralıq 
dənizinə qədər ərazini  və Ərəbistanı tuturdu.
Qısası,  əgər  şairə  inansaq,  şumerlərə  məlum  olan  dünya 
şimalda  Cənubi  Qafqaz  yaylasından  cənubda  Fars  körfəzinə  və 
şərqdə  İran  yaylasından  qərbdə  Aralıq  dənizinə  qədər  olan  ərazini 
əhatə edirdi.
261


ŞƏRHLƏR
burner  mətnlərində  hərdən  qadın-mirzələrin  də  adma  rast 
gəlmək  olur.  “O,  savadlı,  yazının  sirrini  bilən”  Dumuzinin 
bacısı  Geştinanna  idi.  Akkad  mifologiyasında  da  yeraltı 
dünyanın mirzəsi  kişi  cinsinnən allah  deyil,  ilahə  Belet-Seridir. 
Görünür, ona görə də qız uşaqları  savad öyrənirdilər.
2Bütün 
Şumer 
ədəbi 
mətnləri, 

cümlədən 
“məktəb 
mövzusuna”aid  mətnlər də  nəsrlə  deyil,  şeirlə  yazılmışdır.  Ona 
görə  yeni  nəşrdə  mətnlər  Şumer  poeziyasında  aşkar  edilən 
paralellər  və  təkrarlar  sistemi  nəzərə  alınmaqla  tərcümə 
edilmişdir.  Bu  barədə  bax:  Афанасьева.  О  переводах 
шумерской  поэзии  -   Преднеазиатский  сборник  Т 3  М 
1979,  s.38-56.
Hazırki  mətndə  söhbət,  hər  şeydən  əvvəl,  kişik  oğlan  uşağı, 
ibtidai  sinif şagirdi  haqqında  gedir.  Bütöv  variantda  sonrakı  sətirlər 
belədir:  “Yu mənim ayaqlanım, uzandır yatmağa” və s.
Əgər  bizim  şərhimiz  doğrudursa,  mətn  müəllim,  şagird  və 
onun  valideyni  arasında  professor  Kramer  təklif  etdiyindən  daha 
mürəkkəb  qarşılıqlı  əlaqə  sistemini  aşkar  edir.  Məktəbdə  özünü 
göstərə  bilməyən  şagird  evdə  sakit  şəraitdə  özünü  inamlı  hiss  edir, 
ona verilən tapşınqlan  yüngül  həll  edir.  Müəllim  öz  növbəsində  ona 
göstərilən  hörmətə  və  qəbulun  taktikasına  görə  valideynlərə 
minnətdardır;  sətirləri  müqayisə  et:  “Sən  nəyi  mənə  necə  verməyi 
bacardınsa,  mən  onlan  qəbul  edə  bilərəm,  çörək  -   mənim  qidamdır, 
sən  həddindən  çox  verdin,  mənə  böyük  hörmət  göstərdin”.  Nəzərə 
almaq  lazımdır  ki,  bu  əsərlər  müəllimlər  tərəfindən  yaradılır  və 
şagirdlər tərəfindən öyrənilirdi.  Bu cür təklif davranışın və müəllimlə 
şagird arasındakı münasibətin  əxlaq  kodeksi  idi.
İndiki  tərcümə  şumer  dilini  çox  gözəl  bilən  A.Falkenşteyn  və 
B.Landsberqerin  işləri  nəzərə  alınmaqla  edilmişdir,  lakin  professor 
Kramerin qeydləri hələ də öz qüvvəsində qalır.
Abidənin  yeni  tam  nəşri  professor  Kramerin  şagirdi  Ake 
Syeberq  tərəfindən  1975-ci  ildə  həyata  keçirilmişdir.  (Sjöberq 
A.W.Der  Vater  und  sein  misratener  sohn  -   JCS,  XXV  №3,  s.105-
262
169).  Ancaq  mətndə  əvvəlki  kimi  aydın  olmayan  və  mübahisəli 
yerlər qalır.  Ermitaj  külliyatında ixtisar olunmuş variantda  saxlanılan 
və  qədimdə  çox  populyar  olmuş  bu  əsər  İrina  Trofimova  Kaneva 
tərəfindən  oxunmuş  və  qədim  tarix  xəbərlərində  (VDİ)  dərc 
olunmuşdur.  C.2.M,  1966,  s.68-78  -   “Mirzə  və  onun  azğın  oğlu” 
Şumer poemasından yeni lövhəcik.
Ayn-ayn  yerlərin  yeni  şərhi  ilə  rus  şeir  variantı  bax. 
Афанасьева  В.  Труд  писцов,  собратьев  моих  -   Поезия  и  проза 
Древнего Востока.  М,1973,  s. 140-141;  şərhlər,  s.665-666.
7İndi bu parça bizə,  demək olar,  aydındır.  O, hövsələsini  itirmiş 
atanın  tənbəl  oğluna  söylədiyi  söyüş  ifadələridir.  Həm  də  o  söyənin 
vəziyyətinin  çalarlan  nəzərə  alınmaqla  psixoloji  cəhətdən  çox  dəqiq 
qurulmuşdur:  o  hansı  dərəcədə  coşur  və  öz  üzərində  nəzarəti  itirir, 
ifadələri  getdikcə  kəskin  xarakter  alır  və  ləyaqətsiz  söyüşə  keçir. 
Ancaq  kritik  nöqtəyə  çatan  ata  sanki  birdən  ayılır və yenidən  öyüd- 
nəsihətə  keçir  və  övladma  xeyir-dua  verir.  Qədim  insanlann  sözün 
gücünə  inamı,  onun  sehirli  əhəmiyyətini  dərk  etmələri  bununla  izah 
olunur.  Sanki  lənətlər yerinə  yetmədi,  mətn  onunla  bitməməlidir və 
buna uyğun olaraq  əsər xoş arzularla sona çatır.
8Abidənin  yeni  tam  tərcüməsi  1973-cü  ildə  Solo  Koen 
tərəfindən  yerinə  yetirilmişdir  (Cohen  S.  Enmerkar  end  the  lord  of 
Aqatta.  Dissertation.  University  of  Pennsylvania,  1973).  Bu  işlə  о, 
doktorluq  (bizim  namizədlik)  dissertasiyası  müdafiə  etmişdir.  Rus 
dilində  bax:  Канева  И.Т.  Шумерский  героический  эпос  -  
BDU,1964,  №4, 
s. 192-225.  Hazırki  tərcümə  bütün  əvvəlki
publikasiyalar nəzərə alınmaqla edilmişdir.
9“Müqəddəs  yataq  otağı”  -   “gipar”  -   müqəddəs  kəbin  kəsmə 
mərasiminin  keçirildiyi  yer.  Bu  izdivac  çarla  şəhərin  ilahə-hamisi 
arasında  bağlanırdı.  Gəlin  rolunu  yüksək  dərəcəli  kahinə  oynayırdı. 
İndiki  halda  Enmerkarla  ilahə  İnanna  haqqında  söhbət  gedir.  Belə 
izdivaclardan  doğulan  uşaqlar  yanmallah  hesab  olunurdular. 
Enmerkarın 
özü 
məşhur 
epik 
yanmqəhrəman 
hökmdarlar 
Luqalbəndə,  Gilqameş,  Uaqoş  şəhərinin hökmdarı  Qudeya və bir çox 
başqaları  belələrindən idilər.
10 Nadimmud -  allah Enkinin ad-ləqəblərindən biridir.
263


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə