Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

ancaq  nəticə  əldə  olunmur.  “Onlar  onun  başını  qaldıranda  onun 
nəfəsi  yox  idi” .  Qorxuya  düşmüş  dostlar  və  qohumlar  məsləhətə 
yığışırlar və qərara alırlar ki,  “öldüyünə”  görə Luqalbəndəni  Xurrum 
dağında  qoyub,  özləri  yola  davam  etsinlər.  “Biz  nə  vaxt  Arattadan 
qayıtsaq  onda qardaşımızın meydini  Kullaba apararıq” -  deyir onlar.
Və  budur,  yaddan  çıxmış  və  atılmış,  ağır  xəstə,  ancaq  həyat 
uğrunda  hələ  çarpışan  qəhrəman  tənha  qalmışdır.  İki  gün  yanmdan, 
yaxud  qədim  şairin  dediyi  kimi,  “iki  günün  üstünə  yarım  gün  də 
gələndən'1  sonra Luqalbəndə başını  doğan  günəşə  (yəni  allah  Utuya) 
qarşı  qaldırdı  və  onu  yaratmış  ata  kimi  ona  müraciət  edərək  xahiş 
etdi ki, onu Xurrum dağında ölməyə qoymasın:
O yerdə ki  ana yoxdur, ata yoxdur,
Tanış yoxdur, yaxın dostlar yoxdur.
Mənim anam -  Ey mənim balam!  -  deməyəcək mənə.
Mənim qardaşım -  Qardaşım mənim!  - deməyəcək mənə.
Təbii  ki,  Utu  qəhrəmanı  rədd  edə  bilməzdi.  Şair  hekayəti 
davam etdirir:
Utu göz yaşlarım  anladı  onun.
Odur ki, həyat gücünü dağlar zülmətində ona qaytarmaq
Odur  ki,  onun  sağalmasını  yaxınlaşdırmaq  üçün,  hərəkət 
sevinci verdi  ona.
Luqalbəndə  sonra  üzünü  Venera  planetinə  çevirərək  ilahə 
İnannaya  ibadət  edir -   “azmış  qadına,  keyf evinə  daxil  olmuş,  sanki 
yatağı  şirin  olmuşa”.  “Onu  yaradan  atası  kimi  (sic!),  ibadətlə  ona 
müraciət  edir”  ki,  İnanna  onu  Xurrum  dağında,  “xaşur”  ağacı 
dağında  ölməyə  qoymasın.  İnanna  da  Luqalbəndəyə  köməkdən 
imtina  etmir.  O  da  öz  növbəsində  ona  “həyat  nəfəsi”  verir  və  “onu 
paltar kimi ürəyinin sevincinə bürüyür”.
Onda Luqalbəndə  aya baxır və allah  Sinə,  “zülməti  parlaq  işığı 
ilə qovan günəş batandan  sonra  səmanı  işıqlandıran”,  “parlayan  sifəti 
Xurrum dağını şəfəqə qərq edən ulduza” müraciət edir:
Ağa, kim gəlmir uzaq göylərdə sənin yanına?
Zusi, kim gəlmir uzaq göylərdə sənin yanma?
Hökmdar, kim  həqiqəti  sevir, kim yamanı  sevmir,
Zisi, kim həqiqəti  sevir, kim yamanı  sevmir.
248
Həqiqət ürək sevinci içində möminliklə sənə can atır...
Əlbəttə,  Sin  də  Luqalbəndənin  xahişinə biganə  qalmır və  “ona 
həyat verir”.  Qəhrəman yenidən günəşə üz tutur və ibadətlərində onu 
şərəfləndirir. Budur ondan bir parça:
Ey Utü,  sən ölkənin keşişi,  sən qarabaşların atası!
Sən yatmağa gedəndə, insanlar da səninlə yatmağa gedir,
Utu, qəhrəman!  Sən duranda insanlar da səninlə durur!
Utu, nə qədər ki  sən yoxsan,
Quşlann üstünə tor atmırlar,  qul işə getmir.
Kim ki yalqız gedir,  sən ona dost-qardaşsan.
Utu, harda iki nəfər gedir, orda sən üçüncüsən.
Kim ki yüyəni  tutur,  sinə bəndini  qoruyan sənsən.
Zəif kasıba, paltarı  olmayana
Sənin günəş işığın, işıqdan paltar geyindirir ona!
Luqalbəndə “həyat yeməyi”  və “həyat suyu”  sayəsində  sağalır, 
ancaq,  göründüyü  kimi,  dağlarda  dolaşmağa,  vəhşi  heyvanları 
ovlamağa,  vəhşi  bitkiləri  yığmağa  davam  edir.  Bir  dəfə  o  yatır  və 
yuxuda hökm  eşidir (olsun ki,  allah Utunun hökmü).  Ona əmr olunur 
ki,  vəhşi  öküzü  izləyib  öldürsün,  onun  piyini  isə düzənliyə  səpələsin. 
Luqalbəndə  yuxuda  ona  verilən  tapşırıqların  hamısını  yerinə  yetirir. 
Bundan  başqa,  o,  Şumer  panteonunun  dörd  baş  allahı  -   An,  Enlil, 
Enki  və Ninxursaq üçün yemək və spirtli içkilər hazırlayır.
Poemanın  saxlanmış  hissəsi,  başa  düşülən  qədər,  ay  allahı 
Nannaya,  günəş  allahı  Utuya  və  Venera  planetinin  ilahəsi  İnannaya 
kainatı  işıqlandırmağa  kömək  edən  yeddi  səma  məşəlinin  tərifi  ilə 
qurtarır.
Şumerlərin  bizə  qədər  gəlib  çatmış  epik  poeziyası  və  onların 
qəhrəmanlıq  dövrü haqqında bunlan  demək olar.
Şumer ədəbiyyatında rəvayətlərdən və himnlərdən fərqli  olaraq 
lirik  poeziya,  xüsusilə  məhəbbət  lirikası  çox  zəif yer  tutur,  indiyə 
qədər  yüz  minlərlə  lövhəciklər  arasında yalnız  iki  məhəbbət  şeirinə 
rast  gəlinmişdir.  Sonradan  görünəcəyi  kimi,  onlan  da  sözün  əsl 
mənasında  tam  məhəbbət  lirikası janrına  aid  etmək  olmaz.  Görünür, 
onlar  təzə  gəlinin  öz  vüqarlı  ərini  şöhrətləndirən  mərasim 
mahnılandır. Bibliya “mahnılar mahnısı”  onlara daha yaxındır.
249


28.  VÜQARLI BƏYİN ŞƏRƏFİNƏ.
İLK MƏHƏBBƏT NƏĞMƏSİ.
1951 -ci  ilin  sonunda  mən  İstanbulda  Qədini  Şərq  muzeyində 
işləyərkən  2461  nömrə  altında  kiçik  bir  lövhəciyə  rast  gəldim. 
Bundan  əvvəl  bir  neçə  həftə  ərzində  hələ  öyrənilməmiş  və  dərc 
edilməmiş  lövhəciklərlə  dolu  yeşikləri  nəzərdən  keçirirdim  ki, 
gördüm  onlar hansı  ədəbi  əsrə  aiddir.  Bütün bunlar ən vacib mətnləri 
seçib  üzlərini  köçürməyə  hazırlıq  işləri  idi.  Çünki  mən  yaxşı  başa 
düşürdüm  ki, 
onlann  hamısının 
üzünü  köçürməyə  vaxtım 
çatmayacaq.  Və  budur,  içərisində  çoxlu  başqa  fraqmentlər  olan 
yeşiklərin birində qarşıma 2461  nömrəli  lövhəcik çıxdı.
Mənim  diqqətimi,  hər  şeydən  əvvəl,  bu  lövhəciyin  əla 
vəziyyətdə  olması  çəkdi.  Tezliklə  mən  başa  düşdüm  ki,  qarşımdakı 
bəndlərə  bölünmüş  poemadır  və  orada  gözəllik  və  məhəbbət 
tərənnüm  edilir:  sevincinin  həddi-hüdudu  olmayan  gəlin  4000  il 
əvvəl  Şumeri  idarə  etmiş  Şu-Şuen adlı  çan  şöhrətiəndirir.  Gözlərimə 
inanmaq  üçün  mən lövhəciyi  daha  iki  dəfə  oxudum.  Qarşımda  insan 
əli ilə yazılmış ən qədim məhəbbət nəğmələrindən biri  dururdu.
Ancaq  tezliklə  mənə  aydın  oldu  ki,  söhbət  bir-birini  sevən 
hansısa  cütlükdən  deyil,  çar  və  onun  nişanlısından  gedir  və  bu, 
şübhəsiz,  qədim  mərasimlərin  ən  yüksəyi  olan  müqəddəs  nigah 
mərasimində  ifa  olunmaq  üçün  yazılmışdır.  Şumer  dini  təlimatına 
görə  çar  hər  il  torpağın  məhsuldarlığım  və  qadının  bətnini  təmin 
etmək  üçün  ilahi  məhəbbət təcəssümü  olan  İnannanın  kahinlərindən 
biri  ilə  nigaha  girməli  idi.  Bu  mərasim  yeni  il  günündə  baş  verirdi. 
Ondan  əvvəl  musiqi,  nəğmə  və  rəqslə  müşayət  olunan  bayramlar, 
əyləncəli  məclislər  təşkil  edilirdi.  İstanbuldakı  lövhəcikdə  yazılan 
şeirlər,  görünür,  bu  cür  yeni  il  şənliklərinin  birində  Şu-Şuenin 
nişanlısı  tərəfindən oxunmuşdur.
istanbul 
muzeyinin 
lövhəciklər 
kolleksiyasının 
mühafizəçilərindən  biri  olan  Müəzez  Ciq  məni  maraqlandıran 
lövhəciyin  surətini  çıxardı  və  biz  onu  birlikdə  Türk  tarixi 
komissiyasının  “Bülletenində”  dərc  etdirdik.  (c.XVI,  s.  345  və  sl).
250
Eyni  zamanda  biz  mətnin  transliterasiyasmdan  şərhlərlə  ilkn
J
 
♦  • 
83
tərcümə etdirik.
Həmin tərcümə budur.
Sən ürəyimi sərxoş edən, sevgilim mənim,
Bu nə yaraşıq səndə,  şirin - ətirli bal,
Sən ürəyimi parçlayan,  sevgilim mənim,
Bu nə yaraşıq səndə,  şirin - ətirli bal.
Sən qəsbkarım mənim,  içimdə hər şey əsir,
Arzu olunanım, tez ol,  apar taxta məni,
Sən qəsbkarım, içimdə hər şey əsir,
Qalibim, tez ol,  apar taxta məni.
İstəklim,  sən nə edirsən məhəbbətlə - 
Nəvazişimin bütün gücü ilə əzizləyirəm səni!
Burda taxtın üstündə nəşənin dərinliyində 
Sənin istəyinlə qoyaq  sevinc içində.
Qalibim,  sən neyləyirsən taxtın üstündə - 
Nəvazişimin bütün gücü ilə əzizləyirəm səni!
İstəklim,  məlahətimi  aldın sən mənim,
Bu haqda anama de -  qoy hədiyyə etsin sənə,
Və atama -  qoy mükafat versin sənə.
Hər nəşəni -  bilirəm, nəylə nəşələndirim səni,
Ey istəklim,  taxt üstündə sübhətək
Sənin ürəyini  - bilirəm nəylə şənləndirim onu,
Qalibim,  taxt üstündə sübhətək.
Sən məni,  sevirsən əgər,
Qalibim,  istəyini bağışla əbədi,
Ağam mənim,  allahım mənim,  hami-allahım mənim,
Şu-Suen,  Eni il ürəyinin  sevinci, hökmdarım  mənim!
Şirin nə varsa sənə, toxun ona,
O bal  şirinliyini axtar əllərinlə,
Əzişdir parçatək öz əllərinlə
251


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə