Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   58   59   60   61   62   63   64   65   66

Bahalı parça tək,  cız əllərinlə
(İnanna üçün “bal-bal” nəğməsi)
Şumerin  bizə  qədər  gəlib  çatmış  məhəbbət  nəğmələrindən 
ikincisi  və  axırıncısı  da  İstanbul  muzeyində  saxlanılan  lövhəcikdə 
yazılmışdır. E.Kyera onu hələ  1924-cü ildə dərc  etdirmişdi,  ancaq bu 
nəğməni  1947-ci ildə A.Falkenşteyn tərcümə etmişdir.7
Birincidə  olduğu  kimi,  iknci  nəğmədə  də  adsız  kahinə 
məhəbbət  sözlərilə  çara müraciət edir.  Lakin  onun  kompozisiyası  elə 
də  aydın  deyil  və  ayrı-ayn  yerləri  başa  düşülmür.  Göründüyü  kimi, 
həmin  nəğmə  altı  bəndə  bölünür:  iki  bənd  hərəsi  dörd  sətirdən,  biri 
altı  sətirdən,  sonra yenə ikisi  dörd  sətirdən,  daha biri  isə  altı  sətirdən 
ibarətdir.  Ayn-ayn bəndlər arasmda məntiqi  əlaqəni tutmaq çətindir.
Birinci  bənddə  çat  Şu-Suenin  doğulması  tərənnüm  olunur. 
İkinci  bənd  nida  cümlələrindən  ibarətdir,  görünür,  Şu-Suen,  onun 
anası  Abisimti  və onun arvadı Kubatum mədh edilir.  Üçüncü bənddə 
kahinə  sevinc  nəğməsi  “alluriyə”  görə  çardan  aldığı  hədiyyələri 
sayır.  Axinncı  üç  bəndə  gəldikdə,  birinci  və  üçüncü  həmin  nida 
cümlələri  ilə  çan  mədh  edirlər,  ikinci  bənddə  isə  şairə  öz 
gözəlliklərini tərifləyir.
- Məşəl verdi doğumun,  məşəl verdi  doğumun,
İlahə verdi  doğum məşəlini
Abisimti verdi  doğum məşəlini!
Ey  onun  ətirli  kolu,  məmin  səadətimin  libası  Abisimtim 
mənim!
Ey  nəhəng  ağaclar,  mənim  qəhrəmanlığımın  libası,  həyatım 
mənim,
İlahəm mənim, Kubatum!
-  Ey  saçlan  gur,  ey  mənim  dayağım,  hökmdanm  mənim,  Şu-
Suen!
Ey sözlərimi  dediyim,  sənə  Şulginin oğlunu!
Çünki  demişəm mən belə, çünki demişəm mən belə,
Mükafatlandırdı  məni hökmdar!
Məni  nəğmə oxuduğuma görə mükafatlandırdı  hökmdar!
Qızıl tiyə, lazurit möhürlə mükafatlandırdı məni hökmdar!
7 Bax: Die  Weti des Orients.  C.I.  s. 43-50
252
Qızıl-gümüş üzüklərlə mükafatlandırdı məni hökmdar!
Hakimim, nə qədər istəklidir mənə hədiyyən sənin.
Çox sevinəcək gözlərin sənin!
Şu-Suen, nə qədər istrəklidir mənə hədiyyən sənin...
Qoy  salam  göndərsin  sənə  şəhərin  sənin,  məhv  olaraq, 
hökmdanm mənim,  Şu-Suen,
Şir  balasıtək  uzansın  qoy  ayaqlanna  sənin  qarşında,  Şulqinin
oğlu!
- Ey sevgilimin göyləri,  qəşəngim mənim,  şirindir pivəsi  onun,
Pivəsi  şirin olduğu tək,  qucağı  da şirindir,
Eh, bu pivə necə şirindir!
Ağzı kimi  sinəsi də şirindir!
Eh, bu pivə necə şirindir!
Onun köpüklü pivəsi  şirindir!
- Şu-Suen, istəyim mənim,
İstəyim mənim, gözəlim mənim,
Şu-Suen, istəyim mənim,
Enlilin sevimlisi,  Şu-Suenim mənim,
Mənim ağam,  ölkəsinin allahı!
(Bu nəğmə Bau üçün “bal-bal)
Bu kitabda nəzərdən keçirilən  Şumer poemaları və nəsr əsərləri 
bizə  çatan  qədim  Şumer  ədəbiyyatının  çox  cüzi  hissəsidir.  Hələ 
qazılıb  tapılacaq  saysız-hesabsız  lövhəciklər  bir yana  qalsın.  E.ə.  II 
minilliyin  birinci  yansında  Şumer  məktəblərində  müxtəlif  ədəbi 
janrlar,  əsərlər  öyrənilirdi.  Onları  uyğun  ölçülərdə  lövhəciklərə, 
prizmalara və silindrlərə yazırdılar.
O  dövrün  bütün  bu  “kitablarım”,  yəqin  ki,  qruplaşdırmaq, 
lazımi  vəziyyətdə  saxlamaq  lazım  gəlirdi.  Görünür,  müəllimlər  və 
mirzələr  bu  “kitabxana”  işində  hansısa  bir  sistemlə  işləyirdilər. 
Qabaqcadan  güman  etmək  olar  ki,  bu  işi  asanlaşdırmaq  üçün 
müəyyən  əlamətlərə  görə  qruplaşdınlmış  ədəbi  əsərlərin  o  vaxt 
siyahıları  tərtib  edilirdi.  Və  doğrudan  da  1942-ci  ildə  bizə  iki  belə 
“biblioqrafik”  siyahı  məlum  oldu.  Onlardan  biri  Luvrda,  digəri  isə 
Filadelfıyada  saxlanılır.  Növbəti  fəsil  məhz  tarixdə  ilk  “kitabxana 
kataloqlarına” həsr edilir.
253


29.  BİBLİOQRAFİYA.
BİRİNCİ KİTABXANA KATALOQU.
Pensilvani  universitetinin  Muzeyində  29-15-166  №-li  lövhəcik 
saxlanılır.  Bu,  qədim  Şumer  kitablarının  siyahısıdır.  O  həcmcə  elə 
böyük  deyil.  Lövhəciyin  6,5  sm  uzunu,  3,5  sm  eni  var.  Bununla belə 
yazar lövhəciyin  hər üzünü  iki  sütuna  bölmüş  və  çox  xırda  xətlə  bu 
dar  sahədə  62  ədəbi  əsərin  adını  yaza  bilmişdir.  Birinci  40  adı  hər 
birində  10  ad  olmaqla  4  qrupa  bölmüş  və  onları  bir-birindən  defıslə 
ayırmışdır;  qalan  22  ad  iki  qrupa  bölünmüşdür,  birində  cəmi  9, 
ikincidə isə  13  ad var.
Həmin  kataloqdan  24  ad  tam,  yaxud  hissə-hissə  gəlib  çatan 
əsərlərin  adlarıdır.  Ola  bilsin  ki,  burada  bizə  tanış  olan  başqa 
mətnlərin  də  adlan  çəkilir.  İş  burasındadır  ki,  şumerlər  əsərin  adı 
kimi  onun  birinci  sətrinin  hissəsini,  çox  halda  isə  birinci  sətrinin 
birinci  hissəsini  götürürdülər.  Ona  görə  mətnin  başlanğıcının  itdiyi, 
yaxud  güclü  zədələndiyi  halda  onun  qədim  adım  müəyyən  etmək 
mümkün deyil.
Elə  fikirləşmək  lazım  deyil  ki,  universitet  muzeyindəki  kiçik 
lövhəcikdə  qədim kataloqu tanımaq  çox  sadə və asan olmuşdur.  Mən 
ilk  dəfə  həmin  lövhəciyi  yeşikdən  çıxarıb  öyrənməyə  başlayanda 
onun  nə  demək  olduğunu  ağlıma  gətirmirdim.  Əvvəlcə  mən  güman 
etdim  ki,  o  hansısa  naməlum  poemadır  və  onu  elə  tərcümə  etməyə 
başladım  ki,  sanki  qarşımda  əlaqə  mətni  durmuşdu.  Vicdanla  desək, 
məni  “şerlərin sətirlərinin qeyri-adi  qısalığı  çaşdırdı,  başa düşmədim, 
xəttat  “poemanı”  hissələrə  nə  üçün  defislə  ayırmışdır.  Etiraf edirəm 
ki,  əgər  mən  bir  çox  Şumer  əsərlərinin  başlanğıcını  yaxşı 
bilməsəydim,  bunun  kitabxana  kataloqu  olduğu  ağlıma  da gəlməzdi: 
axı,  mən  uzun illər  Şumerin  saxlanmış  mətnlərini  toplamışam  və  bu 
mənə  kömək  etdi.  Kiçik  lövhəcikdəki  mətni  oxuduqca  və  yenidən 
oxuduqca  onların  mənə  məlum  olan  bir  çox  məşhur  əsərlərin 
mətnlərinin  birinci  sətirləri  ilə  oxşarlığı  məni  getdikcə  daha  çox 
heyrətə  gətirirdi.  Axırıncı  addım  nisbətən  asan  atıldı.  Mən  zənnimi
254
diqqətlə  yoxladıqdan  sonra  əmin  oldum  ki,  mənim  mətnim 
həqiqətən də ayrı-ayn  ədəbi  əsərlərin adlandır.
Bu “kitabxana kataloqu” yazılandan sonra mən son onilliklərdə 
müxtəlif muzeylər  tərəfindən  dərc  edilmiş  bütün  Şumer  mətnlərini 
nəzərdən  keçirməyə  başladım.  Ümid  edirdim  ki,  hansısa  muzeydə 
analoji  məzmunda  hələ  tanınmamış  başqa  lövhəcik  tapılacaqdır. 
Doğrudan  da  Luvr  muzeyi  tərəfindən  çap  olunmuş 
“Textes 
Reliqieux  Şumerines”  toplusunda  A  O  5393  №  li  belə  lövhəcik 
tapıldı.  Onun  üzünü  köçürən  fransız  alimi  Anri  de  Jenuyak  öz 
tapıntısını  dini  himn  kimi  müəyyənləşdirmiş,  əslində  isə  bu  kataloq 
idi  və  onun  məzmunu  universitet  muzeyindəki  qədim  kataloqun 
məzmunu ilə üst-üstə düşür.  Xətt baxımından hətta hər iki  lövhəciyin 
eyni  xəttat tərəfindən  yazıldığı  məlum  oldu!  Luvr lövhəciyi  də  dörd 
sütuna bölünmüşdür.  Onlara universitet muzeyinkindən  6  ad  çox,  68 
ad  sığışdırılmışdır.  Hər iki  lövhəcikdə 43  ad eynidir,  lakin onlar eyni 
ardıcıllıqla  yazılmamışdır.  Luvr  lövhəciyindəki  25  ad  mənim 
tapdığım  kataloqda,  bu  kataloqda  olan  19  ad  isə  Luvr  kataloqunda 
yoxdur.  Beləliklə,  hər  iki  kataloq  birkikdə  87  ədəbi  əsərin  qədim 
adlarını  saxlamışdır.
Luvr  lövhəciyindəki  25  addan  doqquzu  mətni  bizə  əsasən 
məlum  olan əsərlərin  adlarıdır.  Beləliklə,  hər iki  kataloqda bizə gəlib 
çatan 32 əsərin adı  vardır.
Kataloqu  tərtib  edərkən  mirzənin  nəyi  rəhbər  tutduğunu  başa 
düşmək  çətindir.  Hər  iki  lövhəcikdə  43  ad  müxtəlif  ardıcıllıqla 
verilmişdir;  deməli,  hər  bir  halda  tərtibçi  başqa  sistemi  rəhbər 
tutmuşdur.  Belə  güman  etmək  olardı  ki,  o,  əsərlərin  adlarını  onların 
məzmununa  görə  düzmüşdür,  əslində  isə  bu  təsəvvür  universitet 
muzeyindəki  kataloqun  ancaq  son  13  adına  görə  özünü  doğruldur. 
Yeri  gəlmişkən  qeyd edək ki,  bu  adlardan heç biri Luvr lövhəciyində 
yoxdur.
Bu kataloqların hansı  məqsədlə hazırlandığını  biz hələ bilmirik, 
mirzənin  seçiminin  nəyi ə  müəyyən  olunduğu  barədə  ancaq  fərziyyə 
qura  bilərik.  Bəlkə  o,  mətnlərlə lövhəcikləri  hansısa  saxlama yerində 
gizlətməmişdən  qabaq  onların  siyahısını  tərtib  etmişdir.  Yaxud 
əksinə,  onları  “lövhəciklər  evində”  rəflərə  düzərkən  bu  işi  yerinə
255


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə