Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

Ancaq  o,  yalnız  hökmdarın  istəyilə və  əsasən  onun  iradəsini  təsdiq 
etmək  üçün  çağnlırdı.  Knyazlıqlar və  çarcıqlar  bir-birilə  daim  sülh, 
hətta  dostluq  münasibətləri  saxlayırdılar.  Onlar  üzvlərinin  öz 
təəbələrindən fikri və əməli cəhətdən çox uzaq  olan aristokratların bir 
növ beynəlxalq silkini yaratmağa çalışırdılar.
Dinin  nöqteyi-nəzərincə  bütün  üç  hind-avropa  “qəhrəmanlıq” 
epoxası 
bütün 
knyazlıqlarda 
və 
çarlıqlarda 
qəbul 
edilmiş 
antropomorf  allahların  şəxsiyyətinə  pərəstişlə  xarakterizə  olunur. 
Hesab  edilirdi  ki,  bu  allahlar  onlar  özləri  seçdikləri  yerlərdə  birgə 
yaşayırlar,  bundan  başqa  onların  hər  birinin  ayrıca  məskəni  var.  Bu 
dövrlərdə  xtonik  kult  və  sələflərin  kultu  nəzərə  çarpan  heç  bir  rol 
oynamır.
Ölənlərin ruhu hardasa uzaq bir yerdə - bütün dövlətlər,  xalqlar 
və  təbəqələr  üçün  vahid  kölgələr  çarlığında  olmalı  idilər.  Bəzi 
qəhrəmanlar 
allahlıq 
mənşəyi 
uydururdular, 
lakin 
onları 
allahlaşdırmır  və  onlara  səcdə  etmirdilər.  Bütün  bunlar  təkcə 
Yunanıstanın,  Hindistanın,  Şimali  Avropanın  deyil,  Şumerin  də 
“qəhrəmanlıq dövrünə” xarakterikdir.
Onların  arasındakı  oxşarlıqlar  yalnız  bunlarla  bitmir:  estetika 
sahəsində  ədəbiyyatda  bu  daha  nəzərə  çarpandır.  Bütün  bu  dörd 
qəhrəmanlıq 
dövrləri”  üçün 
poetik 
formada 
qəhrəmanlıq
rəvayətlərinin  meydana  gəlməsi  çox  xarakterikdir,  onlarda  ya 
oxunur,  ya  da  danışılır.  Həmin  dövrlərin  ruhu  və  xarakteri  məhz 
onlarda  əks  olunmuşdur.  Hakim  dairələrin  nümayəndələri,  hər 
şeydən  əw əl,  özlərinin  şöhrətinə  susayırdılar,  saray  müğənniləri  və 
şairləri 
isə  öz  çarlarının  və  knyazlarının 
sərgüzəştləri  və 
qəhrəmanlıqları  haqqında  epik  poemalar  və  rəvayətlər  yaradırdılar. 
Bu  rəvayətlər  bayramlarda  və  məclislərdə  qonaqları  əyləndirmək 
üçün  nəzərdə  tutulurdu,  buna  görə  də  onlar  aıfianm,  yaxud  liranın 
müşaiyəti ilə ifa olunurdular.
Qədim  epik  rəvayətlərdən  heç  biri  özünün  ilkin  formasında 
bizə  gəlib  çatmamışdır.  Onlar hələ yazının  olmadığı  vaxtlarda  əmələ 
gəlmişdilər,  əgər  yazı  olsaydı  da,  bir  qayda  olaraq  müğənni- 
hekayəçilər  üçün  əlçatmaz  idi.  Yunanıstanın,  Hindistanın  və 
Almaniyanın  “qəhrəmanlıq  dövrlərinin”  epik  əsərlərinin  yazısı  çox
240
sonralar  edilmişdir.  Onlar  mürəkkəb  ədəbi  əsərlərdir,  ilkin 
nəğmələrdən  onlara  çox  az  miqdarda  daxil  edilmişdir,  özü  də  güclü 
dəyişikliklərə  və  genişlənmələrə  uğramış  şəkildə.  Şumerdə  də  belə 
olmuşdur.  Bunu  deməyə  bütün  əsaslar var ki,  qədim  epik  rəvayətlər 
“qəhrəmanlıq  dövrləri”  qurtardıqdan  beş-altı  yüzillik  sonra  ilk  dəfə 
təbii ki, kahinlər və mirzələr tərəfindən əhəmiyyətli  dərəcədə yenidən 
işləndikdən sonra palçıq lövhəciklərə yazılmışlar. Bununla belə, qeyd 
etmək  lazımdır ki,  bizə gəlib  çatan  Şumer epik poemalarının,  demək 
olar,  hamısının yazısı  e.ə.  II minilliyin birinci yansına aiddir.
Üç  hind-avropa  “qəhrəmanlıq  əsrlərinin”  saxlanılmış  epik 
rəvayətləri  arasında  həm  forma,  həm  də məzmun  nöqteyi-nəzərindən 
heyrət  doğuran  oxşarlıq var.  Hər şeydən  əvvəl,  bütün bu poemalarda 
ayn-ayn  şəxsiyyətlər  tərənnüm  olunur,  qəbilənin,  yaxud  dövlətin 
taleyi  və  şöhrəti  şairi  maraqlandırmır.  Sonra  əgər  belə  rəvayətlərdə 
yazılan  bəzi  hadisələr  tarixi  faktlara  əsaslanırsa,  onlarla  yanaşı 
burada  büsbütün  əfsanəvi,  fantastik  elementləri  həmişə  tapmaq  olar 
(məsələn,  qəhrəmanın  hədsiz  dərəcədə  şişirdilmiş  gücü,  gələcəyi 
xəbər  verən  yuxular,  allahların  əmələ  gəlməsi).  Üslub  nöqteyi- 
nəzərindən  bu  cür  əsərlərin  hamısı  daimi  epitetlərin  və  ənənəvi 
sxemlərin,  sonsuz  təkrarların  və  detalların  hədsiz  dərəcədə  müfəssəl 
təsviri  bolluğu  ilə  günaha  batırlar.  Epik  rəvayətlərdə  birbaşa  nitq 
xüsusilə  xarakterikdir.  Şumer  eposuna  xas  olan  bütün  bu  əlamətlər 
eynilə  qədim  yunanların,  hindlilərin  və  germanlann  da  eposlannda 
var.
Üslubuna  və  formasına  görə  özünəməxsus  bir  janrın  -   epik 
poeziyanın  müxtəlif ölkələrdə  və  ən  müxtəlif zamanlarda  tamamilə 
müstəqil 
olaraq  yaranmasına  inanmaq 
çətindir. 
Ən 
qədim 
qəhrəmanlıq  rəvayətlərinin  Şumerdə  yarandığına  görə  belə  güman 
etmək  olar ki, epik poeziyanın vətəni İkiçay arası  olmuşdur.
Əlbəttə,  şumerlərin,  yunanların,  hindlilərin  və  germanlann 
eposlan  arasında  bir  sıra  əhəmiyyətli  fərqlər  mövcuddur.  Məsələn, 
Şumer  qəhrəmanlıq  rəvayətləri,  onların  həcmindən  asılı  olmayaraq, 
bir-biri  ilə  əlaqəsi  olmayan  hansısa  bir  qəhrəmanlıqdan,  bir 
epizoddan  bəhs  edir.  Şumerlər  belə  ayn-ayn  rəvayətləri  birləşdirib 
vahid  hala  gətirməyə  çalışmamışlar.  Əvvəlki  fəsildən  göründüyü
241


kimi,  bunu  ilk  dəfə  Babil  şairləri  etmişlər.  Onlar  qısa,  kəsik-kəsik 
poemaları,  o  cümlədən  Gilqameş  haqqında  poemanı  şumerlərdən 
götürərək  onları  yenidən  fikirləşmiş,  yenidən  işləmiş  və  yetərincə 
mürəkkəb, uzun ancaq vahid bir eposda əritmişlər.
Şumer 
rəvayətlərinin 
müəlliflərində 
qəhrəmanların
psixologiyasına yanaşma hələ çox  sadədir.  Bu  qəhrəmanların,  demək 
olar  ki,  fərdi  xüsusiyyətləri  yoxdur,  onlar  ən  ümumi  cizgilərlə 
çəkilmişdir.  Süjet  və  onun  gözlənilməz  hadisələri  şərtilikləri  çox, 
hərəkəti  az  olan  ənənəvi  üsulda  təsvir  edilir.  Bu  poemalarda, 
məsələn,  Homerin  “İliada”  və  “Odisseya”  poemalarına  xas  olan 
plastikliyi  və  dinamizmi  tapmaq  mümkün  deyil.  Daha  bir  maraqlı 
detal:  hind -  avropa qəhrəmanlıq eposundan  fərqli  olaraq  Şumer epik 
poemalarında qadınlar,  hər halda ölümə məhkumlar,  demək  olar,  heç 
bir  rol  oynamırlar.  Və  nəhayət,  təmiz  formal  fərq.  Şumer  şairləri 
ritmik  şəkilləri,  hər  şeydən  əvvəl,  kiçik  variasiyalarla  təkrarlar  yolu 
ilə  əldə  edirdilər,  onlar  hind-avropa  eposuna  məxsus  ölçüsü  ciddi 
müəyyən olunmuş sətirlərdən istifadə etmirdilər.
İndi  isə  qalmış  Şumer  poemalarının  məzmununa  müraciət 
edək.  Hazırda  bizim  sərəncamımızda  bu  janrm  həcmi  100-dən  600 
sətirə  qədər  olan  doqquz  əsəri  var.  Onlardan  ikisi  Enmerkara,  ikisi 
Luqalbəndəyə  (həm  də  Luqalbəndə  haqqında  poemada  Enmerkar  da 
əhəmiyyətli  rol  oynayır),  beşi  isə  qəhrəmanlardan  ən  məşhuru 
Gilqameşə  həsr  edilimişdir.  Hər  üç  qəhrəmanın  adı  çar  sülaləsinin 
siyahısında,  bizim  epik  poema  kimi  e.ə.  II  minilliyin birinci yarısına 
aid  palçıq  lövhəciklərdə  yazılmış  tarixi  sənəddə  var.  Görünür, 
siyahının özü e.ə.  III minilliyin axırıncı  rübündə tərtib edilimişdir.
Urukun I sülaləsinin hökmdarları  hesabı  ilə çarların siyahısında 
Enmerkar,  Luqalbəndə  və  Gilqameşin  adları  ikinci,  üçüncü  və 
beşinci  gəlir.  Şumer  müdriklərinin  fikrincə  Urukun  I  sülaləsi  Huh 
əyyamından dərhal  sonra yaranan  Kiş sülaləsinin ardınca gəlir.
Enmerkar  haqqında  rəvayət  və  Gilqameş  haqqında  bütün  beş 
rəvayət  barədə  artıq  4,  5,  25  və  26-cı  fəsillərdə  söhbət  getmişdir. 
Beləliklə,  Şumer  qəhrəmanlıq  rəvayətlərinin  təhlilini  başa çatdırmaq 
üçün  qalan  üç  poemanı  -   Enmerkar  haqqında  bir,  Luqalbəndə 
haqqında iki  poemanı  nəzərdən  keçirmək qalır.
242
Artıq  dördüncü  fəsildə  haqqında  söhbət  gedən  Enmerkar 
haqqında  birinci  rəvayətdə  olduğu  kimi  ikinci  rəvayətdə  də  onun 
Aratta  hökmdarlarından  biri  üzərində  qələbəsindən  danışılır.  Ancaq 
ikinci  rəvayətdə öz rəqibi  qarşısında Enmerkar tələb  qoymur,  əksinə, 
Aratta hökmdan  ilə  davaya başlayır və nəticədə  özü məğlub  olur.  Bu 
poemada  Aratta  hökmdarının  adı  Ensuxkeşdannadır.  Ancaq  bu 
hökmdar  birinci  rəvayətdəki  adı  məlum  olmayan  hökmdardırmı  -  
bunu əminliklə demək mümkün deyil.
1952-ci  ilə qədər bizə bu poemanın başlanğıcından  100-ə qədər 
və  sonluğundan  25-ə  qədər yaxşı  vəziyyətdə  qalmış  sətir məlum  idi. 
1951-1952-ci  illərdə  Pensilvani  universiteti  Muzeyi  və  Çikaqo 
universiteti  Şərq  insitutu  ekspedisiyasının  Nippurda  apardığı 
qazıntılar  zamanı  gözəl  qalmış  iki  lövhəcik  tapılmışdır.  Onlar 
buraxılışın  böyük  hissəsini  bərpa  etməyə  imkan  yaratmışlar.  Ona 
görə biz bu gün bütün poemanın təxmini məzmununu verə bilərik.
O  günlərdə,  bütün  Şumerin  çan,  başa  düşülən  kimi, 
Ennamibaraqqa -  Utu olanda, vəziri Ansiqqaria olan Arattı hökmdan 
Ensuxkeşdanna 
vəziri 
Namennaduma 
olan 
Uruk 
hökmdan 
Enmerkara nümayəndə ilə  çağnş göndərir.  Ensuxkeşdanna tələb  edir 
ki,  Enmerkar  onu  ali  hökmdar  kimi  tanısın  və  ilahə  İnannanı  Aratta 
şəhərinə “köçürməyə”  icazə versin.
Enmerkar  rəqibinin  tələblərini  nifrətlə  qarşılayır.  O,  geniş 
nitqində  sübut  edir  ki,  allahlar  onun  tərəfindədir,  İnanna  Urukda 
qalacaq  və  öz  növbəsində  tələb  edir  ki,  Ensuxkeşdanna  özünün 
Urukun  vassalı  olduğunu  tanısın.  Onda  Ensuxkeşdanna  şuranı  yığıb 
soruşur  ki,  necə  hərəkət  etsin.  Görününr,  ona  tabe  olmağı  məsləhət 
görürlər,  lakin o,  hiddətlə rədd edir.  Adını  Ur-Qimunna kimi  oxumaq 
mümkün  olan  Aratta  kahini  “maşmaş”  hökmdara  öz  köməyini  təklif 
edir.  O,  “Uruk  çayını”  keçməyə,  “yuxandan  aşağı,  dənizdən  sidr 
ağacı  dağlarına  qədər”  bütün  ölkələri  tabe  etməyə  və  ağzına  qədər 
dolu  gəmilərlə  Arattaya  qayıtmağa  söz  verir.  Təəəssüf ki,  mətn  söz 
verənin  kahinin  özü  olduğunu  müəyyən  etməyə  imkan  vermir.  Hər 
necə  olsa da  sevinmiş  Ensuxkeşdanna kahinə beş  min  qızıl,  beş  nim 
gümüş və lazım olan bütün ehtiyatlan verir.
243


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə