Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

Kahin Uruka  çatanda -   poemada buna  onun  necə  nail  olduğu 
barədə  danışılmır,  -  o,  ilahə  Nisabamn  inəyi  və  keçisi  saxlanan 
müqəddəs  pəyəyə  gəlir.  Kahin  onlan  dilə  tutur  ki,  daha  öz 
ilahələrinin  “məclislər  salonu”  üçün  süd  və  xama  verməsinlər.  Bu 
parçanın  təxmini  tərcüməsi  poemanın  üslubu  haqqında  təsəvvür 
yaradır.
O inəyə söz deyir, o, onunla danışır, insan kimi.
- İnək, kim yeyir sənin qaymağmı,  kim içir sənin  südünü?
- Mənim qaymağımı yeyir ilahə Nisaba,
mənim südümü içir ilahə Nisaba.
Mənin pendirim, müqəddəs həyat üçün çox gözəl  hazırlanır,
Böyük kef məclisinə,  Nisabamn məclisinə doğrudan yaraşır.
Mənim qaymağımı işıqlı küzlərdən ali kahinə apanrlar,
Mənim südümü işıqlı küzlərdən ali kahinə apanrlar.
Nisaba,  vəhşi  müqəddəs  inək,  ilk  doğulan  qızı  Enlilin,  insana 
qalxmaq imkanı verməz.
- İnək, qaymağın  sənin -  başına!
Sənin südün -  sənin qamma!
İnək,  onun qaymağı başa getdi, onun südü qarnına getdi.
Təmiz pəyəyə,  Nisabamn pəyəsinə yaxınlaşır o.
Keçi pəyədə narahat silkələdi  başım.
O, keçiyə söz deyir,  o,  onunla danışır insan kimi.
(İnəklə olan epizod olduğu kimi təkrarlanır)
Son nəticədə inək və keçi  süd verməyi  dayandırırlar və Urukun 
bütün  pəyələri  və  qoyun  damlan  boşalır.  Çobanlar  kədərlənir  və 
ağlaşırlar,  onlann  şagirdləri  çıxıb  gedirlər.  Onda  Nisabamn  iki 
çobanı  “bir  ananın  oğulları”  -   Maşqula  və  Ur-Edinna  işə  qarışırlar. 
Görünür,  günəş  allahı  Utunun-uyğun  sətirlər  pis  qalmışlar,  - 
həmçinin  Saqburru  ananın  köməyilə  onlar  ali  maq  olar  “maşmaşı” 
aldada bilirlər.
Bir sehirli “nun”  atdılar suya onlar.
Sehrbaz nəhəng karpı çıxardı.
Qoca Saqburru sudan qartal  çıxardı.
Qartal  nəhəng karpı  alıb dağlara apardı.
Onlar “nun” atdılar suya ikinci dəfə.
244
Cadugər quzulu qoyun çıxardı.
Qoca Saqburru canavar çıxardı.
Canavar qoyunla quzunu götürüb geniş çöllərə apardı.
Onlar “nun” atdılar suya üçüncü dəfə.
Sehrbaz buzovlu inəyi  çıxardı.
Qoca Saqburru sudan şiri  çıxardı.
Şir inəklə buzovu götürüb qamış kolluğuna apardı.
Onlar “nun” atdılar suya dördüncü dəfə.
Cadugər sudan dağ keçisi  ilə oğlaq çıxardı.
Qoca Saqburru sudan bəbir çıxardı.
Bəbir keçini və oğlağı  götürüb dağlara apardı.
Onlar “nun” atdılar suya beçinci  dəfə
Sehrbaz vəhşi  ceyranın buzovunu çıxardı.
Qoca Saqburru sudan pələng və şir çıxardı.
Pələng  və  şir  ceyran  balasını  götürüb  meşənin  dərinliyinə 
apardılar.
Zəhmətinin  boşa  çıxdığını  görən  kahin  “üzdən  qaraldı,  çünki 
onun  niyyəti  baş  tutmadı” .  Saqburru  o  onun  axmaqlığına  güldü. 
Kahin  xahiş  edir  ki,  onu  Arattaya  buraxsınlar.  Söz  verir  ki,  öz 
ibadətlərində  Saqburrunu  şöhrətlndirəcək.  Ancaq  Saqburru  onu 
eşitmək  belə  istəmir.  Onlar  kahini  öldürüb  meydini  Fərat  çayına 
atırlar.
Ensuxkeşdanna  eşidəndə  ki,  onun  “maşmaşının”  başına  nələr 
gəlib,  durmadan  Enmerkann  yanma  çapar  göndərir  və  qalibin 
mərhəmətinə tabe olduğunu bildirir:
“ Sən hakimsən, İnannamn sevgilisi.
Ancaq sən yüksəkdəsən.
İnanna düzgün  seçmiş səni öz müqəddəs ağuşuna,
Doğrudan  sən onun sevimlisisən.
Qərbdən  Şərqə  sən  hamının  böyük  əlahəzrətisən,  mən  sənə 
tabeyəm.
Əvvəlcədən  mən  sənə  deyim,  sən  doğrudan  mənim  böyük 
qardaşımsan.
M ən heç vaxt səninlə müqayisə oluna bilmərəm.”
Poema ədəbi mübahisə janrına xas olan sonluqla bitir.
245


(bax, f.20). Budur onun yekun sətirləri:
Beləcə, Enraerkarla Ensuxkeşdanna arasında mübahisədə 
Üstün gəldi Enmerkar Ensuxkeşdannaya.
Eşq olsun sənə, ilahə Nisaba!
İndi  də  Luqalbəndənin  baş  qəhrəman  rolunu  oynadığı 
rəvayətlərə  nəzər  salaq.  Onların  birincisini  “Luqalbəndə  və 
Enmerkar”  adlandırmaq  olar.  Bu  poemanın  həcmi  400  sətirdən 
çoxdur  və  demək  olar  tam  saxlanmışdır.  Bununla  belə,  onda  boş 
yerlərin  az  olduğuna  baxmayaraq,  mətnin  çox  yerləri  aydın  deyil. 
Nisbətən  aydın  olan  parçaların  aşağıdakı  analizi  poemanın  məğzini 
aydınlaşdırmaq  üçün  dəfələrlə  edilən  cəhdlərin  nəticəsidir,  ancaq 
hələlik bunlar cəhddən başqa bir şey deyildir.81
Görününr,  öz  iradəsinin  əksinə,  uzaq  ölkə  Zabuda  olan 
qəhrəman  Luqalbəndə  öz  doğma  şəhəri  Uruka  qayıtmağa  çalışır. 
Bundan  ötəri  o,  İmduqud  quşunun  (İmduqud  insanların  taleyini  həll 
edir,  onların hər birinə son hökm çıxarır) rəğbətini  qazanmağa çalışır. 
Bir  dəfə  İmduqud  olmadığı  zaman  Luqalbəndə  onun  yuvasına 
yaxınlaşır.  O,  quşun  balalarına  piy,  bal  və  çörək  verir,  onların 
üzlərini  rəngləyir  və  başlarına  “şuqurra”  çələngi  qoyur.  Qayıdan 
İmduqud  sevinir  ki,  onun  balalarına  bu  cür  allahlıq  hörməti 
göstərmişlər.  O  elan  edir  ki,  insan  yaxud  allah  olduğundan  asılı 
olmayaraq bunu edənə kömək etməyə və hami  durmağa hazırdır.
Onda  Luqalbəndə  öz  adını  deyir.  İmduqud  onu  təriflərə  qərq 
edir,  dəfələrlə  xeyir-dua  verir  və  deyir  ki,  indi  o,  şərəflə  Uruka 
qayıda  bilər,  luqalbəndənin  xahişi  ilə  İmduqud  ona  uğurlu  yola  söz 
verir  və  bir  sıra  dəyərli  məsləhətlər  verir.  Ancaq  o,  bu  məsləhətlər 
barədə heç kimə, hətta ən yaxınlarına da heç nə deməməlidir. Bundan 
sonra imduqud  quşu  öz  yuvasına  qayıdır,  Luqalbəndə  isə  dostlarının 
yanına gəlib  məlumat verir ki,  yola düşür.  Dostları  onu  çəkindirməyə 
çalışırlar,  çünkü  bu  yol  gedər-gəlməz  yoludur:  onunla  getmək  üçün 
uca  dağları  aşmaq  və  dəhşətli  Kür  çayını  keçmək  lazımdır.  Lakin 
Luqalbəndə  sözündə qətidir və Zabu ölkəsindən  Uruka onun  səyahəti 
uğurlu olur.
Bununla belə,  Urukda Luqalbəndənin hökmdan və günəş allahı 
Utunun  oğlu  Enmerkar  dərin  kədər i çəri sindədir.  Artıq  uzun  illərdir
246
Martudan  olan  semitlər  Şumeri  və  Akkadı  dağıdırlar  və  indi  də 
Uruku  mühasirəyə  almışlar.  Enmerkar  kömək  üçün  Arattaya,  öz 
bacısı  ilahə  İnannaya  müraciət  göndərmək  istəyir,  lakin  heç  kəs  bu 
təhlükəli  tapşınğı  öz  boynuna  götürmək  istəmir.  Elə  bu  vaxt 
Luqalbəndə  Enmerkarın  yanma  gəlir.  O,  müraciətin  çatdırılmasını 
cəsarətlə  öz  üzərinə  götürür.  Enmerkar  bunu  gizli  saxlamaq  üçün 
Luqalbəndəni  məcbur edir and içsin ki, yola tək çıxacaq, Luqalbəndə 
öz gedişi  barədə  dostlarını  xəbərdar  edir və  dostlan  onu  yenə  də  bu 
yoldan  çəkindirməyə  çalışırlar.  Ancaq  qəhrəman  öz  silahını  götürüb, 
yola  düşür.  O,  Anşan  ölkəsini  o  başdan  bu  başa  yarıya  bölən  yeddi 
dağ silsiləsini  aşaraq  şad ürəklə Arattaya daxil olur.
İlahə  İnanna burada  Luqalbəndəyə  ən  isti  qəbul  təşkil  edir.  Və 
bu zaman  niyə tək  gəldiyini  soruşur.  Luqalbəndə Enmerkarın kömək 
xahişi  ilə müraciətini  olduğu  kimi  təkrar edir.  Poemanın başa  çatdığı 
İnannanın  cavabı  qaranlıqdır.  Başa  düşüləni  budur  ki,  Enmerkarın 
tutmalı  olduğu  balıqlar  haqqında,  çay  haqqında,  onun  hazırlamalı 
olduğu  su  üçün  qablar  haqqında,  onun  öz  şəhərinə  dəvət  edəcəyi 
metal  və  daş  üzrə  sənətkarlar  haqqında  danışır.  Ancaq  Şumeri  və 
Akkadı  Martu xalqından  qurtarmaq  və  Uruku  mühasirədən  çıxarmaq 
üçün  bütün bunlar Enmerkara hansı  yolla kömək  edəcəkləri  qaranlıq 
qalır.
Luqalbəndə  haqqında  ikinci  rəvayəti  şərti  olaraq  “Luqalbəndə 
və  Xurrum  dağı”  adlandırmaq  olar.  Bu  poemada  600-dən  çox  sətir 
var.82  Amma  poemanın  sonluğu  yoxdur.  Bu  gün  bizim  əlimizdə 
mətinin  500 sətri  var,  onların üçdə ikisi demək olar ki,  tam  qalmışdır. 
Bu  olduqca  mürəkkəb  mətmin  salamat  sətrlərinin  məzmunu  qısaca 
olaraq belədir.
Qədim  Urukun  hökmdan  Enmerkar,  görünür  onu  işğal  etmək 
üçün  Arattaya  getmək  qəranna  gəlir.  Onu  yeddi  adsız  qəhrəmanın 
rəhbərliyi  altında  çoxsaylı  qoşun  müşaiyət  edir.  Onlar “ilahə  Uraşın 
doğduqlan”,  “həqiqətən  təzə  südlə  bəslənmiş”,  “əsl  Kullab 
oğullarıdır”. Bu qəhrəmanlann arasında səkkizincisi  - Luqalbəndədir.
Enmerkar  və  onun  yol  yoldaşlan  Xurrum  dağlanna  gəlib 
çatırlar.  Ancaq  Luqalbəndə  burada  xəstələnir.  Onun  qardaşlan  və 
dostlan  qəhrəmanı  sağaltmaq  üçün  mümkün  olan  hər  şeyi  edirlər,
247


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə