Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

Gilqameş  öz  xidmətçisindən  bu  təklifi  eşidib  onu  xəbərdar 
edir  ki,  o  biri  dünyada  bəzi  tabular  (haram  şeylər)  var,  ondan 
çəkinməlidir.
Gilqameş Enkiduya belə deyir:
- Əgər yeraltı  dünyaya düşəcəksən.
Məsləhət verərəm  sənə,  qəbul et məsləhətimi,
O sözləri ki mən deyəcəyəm,  diqqət yetir!
İşıqlı paltarı geyinməyəsən -  
O səni səyyah -  ruh hesab  edər.
Təzə qurbanlıq yağı  sürtməyəsən -  
Onun iyinə ətrafına toplaşar onlar.
Kura nizə götürməyəsən -  
Nizə ilə ölənlər ətrafına toplaşarlar.
Zoğal  əsası götürməyəsən  əlinə - 
Ölülərin ruhu mütləq tutarlar səni.
Geyinmə ayaqqabı ayaqlarına -  
Yeraltı dünyada səs salma.
Öpmə öz sevimli arvadını,
Döymə sevmədiyin arvadını,
Öpmə sevimli uşaqlarını,
Vurma sevmədiyin uşaqlarını -  
Yeraltı dünyanın  ağlaşmaları tutar səni.
Onun yanında yatana,  onun yanında yatana,
Allah Ninazunun  anası,  onun yanında yatana,
Onun yanları  çox gözəldir,  paltarla örtülməmiş.
Onun işıqlı  sinəsi  heç nəylə örtülməmiş,
Onun səsi təmiz bal  kimi  cingildəyir 
Onun saçları  kövşən kimi  dalğalanır.79
Bu  parçada  “anası  Ninzu”  adı  altında  yəqin  ki,  ay  allahı  Sinin 
doğulması  haqqında  əfsanəyə  görə  Enlilin  ardınca  cəhənnəmə  düşən 
Ninlil nəzərdə tutulur (bax.  f.  14).
Enkidu yeraltı  səltənətə düşür,  lakin  Gilqameşin  məsləhətlərinə 
əməl  etmir.  Əksinə,  onu  nədən  ehtiyatlı  olmağı  məsləhət  görürdüsə 
hər  şeyi  edir.  Ona  görə  Kur  onu  tutur  və  o,  yerə  qayıda  bilmir. 
Gilqameş  şikayətini  Enlilə çatdırmaq üçün Nippura tək gedir.
236
-  Enlil  ata,  mənim  barabanım  yeraltı  dünyaya  düşdü,  mənim 
çubuqlanm Qanzirə düşdü.
Enkidu onları qaytarmağa düşdü, tutdular onu yeraltı dünyada.
Namtar4 onu  tutmadı,  Azaq5 onu  tutmadı,  yeraltı  dünya  tutdu
onu.
Nerqal6 amansız gözətçi  onu tutmadı, yeraltı  dünya tutdu onu.
Kişilərin döyüş meydanında ölmədi  o, yeraltı  dünya tutdu onu.
Ancaq  Enlil  Gilqameşə  köməkdən  imtina  edir  və  o,  eyni 
şikayətlə  Enkiyə  müraciət  etmək  üçün  Eriduya  yola  düşür.  Müdrik 
Enki  günəş allahı  Utuya əmr edir ki, Enkidunun kölgəsi  yerə qayıtsın 
deyə yeraltı  səltənətin  damından  deşik  açsın.  Utu tabe  olur və  budur 
Enkidunun  kölgəsi 
Gilqameşin  yanına  gəlir. 
Ağa 
və 
qul 
qucaqlaşırlar,  sonra  Gilqameş  Enkidudan  xahiş  edir  ki,  yeraltı 
dünyada gördüklərini danışsın.
Gilqameş  bimci  yeddi  sualı  verdikdən  sonra  maraqlanır  ki, 
“birdən  yeddiyə  qədər  oğlu  olanı”  cəhənnəmdə  necə  qəbul  edirlər. 
Poemanın  sonrakı  mətni  pis  qalmışdır:  ancaq  saray  qulluqçularını, 
anaları,  döyüşdə  şəhid  olmuş  əsgərləri,  yerdə  onların  kölgələrinin 
qayğısına  qalınmayan  adamları  dəfnsiz  düzənlikdə  qalanları  ölülər 
dünyasında  nələr  gözlədiyi  barədə  Gilqameşin  və  Enkidunun 
danışıqlannın parçaları  qalmışdır.
Babil  mirzələri  bu  poemanın  ikinci  hissəsini  praktik  olaraq 
hərfi  tərcümə  etmiş  və  bu  cür  yaranmış  on  ikinci  lövhəciyi 
“Gilqameş  haqqında  Eposa”  birləşdirmişlər.  Bu,  alimlər  üçün 
qiymətləndirilməsi  mümkün  olmayan  kəşf  idi.  Çünki  Şumer 
mətninin  köməyilə  akkad  variantında  çatışmayan  çoxlu  sözləri, 
ifadələri  və bütöv sətirləri  bərpa etmək  mümkün olmuşdur.  Beləliklə, 
nəhayət,  görkəmli  assiroloqlar  nəslinin  səylərinə  baxmayaraq  ikinci 
lövhəciyin  uzun  müddət  anlaşılmaz  qalan  ideyasını  aydınlaşdırmaq 
mümkün olmuşdur.
Gilqameş  Şumerin  yeganə  qəhrəmanı  olmamışdır.  Onun 
sələfləri  Enmerkar  və  Luqalbəndə  Şumer  şairləri  arasında  ondan  az
1 Namtar -  ölüm şeytanı, tale, ölüm hökmdan -  qeyd tər.
^ Azaq -   xostolibr şeytanı -  qeyd tər.
Nerqal  - yeraltı dünyanın allahı;  Nerqahn balıqçısı -  öliim.  Qeyd  lor.
237


populyar  olmamışlar.  Onların  epik  ədəbiyyatı  ilə  götürsək  demək 
olar  ki,  şumerlərdə  bütöv  qəhrəmanlar  epoxası  olmuşdur.  Aşağıdakı 
fəsildə söhbət elə bu barədə gedəcək.
238
27.  EPİK ƏDƏBİYYAT.
BƏŞƏRİYYƏTİN BİRİNCİ 
“QƏHRƏMANLIQ ƏSRİ”
Ауп-аул  xalqların  müxtəlif dövrlərdəki  qəhrəmanlıq  epoxaları 
heç  də ədəbi  uydurma  deyil,  ictimai  inkişafın  mədəniyyət tarixi  üçün 
çox  mühüm  mərhələsidir.  Bu  gün  əsasən  ingilis  alimi  M.  Çadvikin 
əsərləri  sayəsində  bütün  tarixçilər  bununla  hesablaşmağa  məcbur 
olurlar.  Daha  məşhur üç  misal  gətirmək  kifayətdir:  Yunanıstanın  e.ə. 
II  minilliyin  lap  axırlarına  aid  epik  dövrü,  Hindistanın  cəmi  yüz  il 
sonra  başlayan  epik  dövrü  və  Avropanın  şimalında  qədim 
germanların  (b.e.IV-VI  əsrləri)  epik  dövrü  Bu  üç  dövr  oxşar  ictimai 
quruluşla,  siyasi  təşkilatlarla,  dini  inamlarla  və  anoloji  estetik 
normalarla  seçilirlər.  Aydındır  ki,  bütün  bu  üç  dövrün  kökündə 
analoji  sosial  və siyasi  faktorlar və psixikalar dururdu.
Burada  və  bundan  əvvəlki  fəsillərdə  haqqında  söhbət  gedən 
Şumer  qəhrəmanları  haqqında  Epos  dünya  tarixi  və  ədəbiyyatında 
daha  bir  qəhrəmanlıq  əsri  -   “Şumer  qəhrəmanları  əsri”  açır.  Vaxta 
görə  o,  e.ə.  Iff  minilliyin  birinci  rübünə  təsadüf edir,  deməli,  hind- 
avropa  “qəhrəmanlıq  əsrlərinin”  ən  qədimi  --  Yunanıstan  epik 
dövrünü  1500  il  qabaqlayır  Bununla  belə,  onun  mədəniyyətində 
başqa  xalqlarda  daha  sonrakı  və  yaxşı  tanınan  “qəhrəmanlıq 
dövrlərinə” xas  olan  çoxsaylı  cizgilər vardır.
Uyğun  ədəbi  epoxaların  abidələrinin  öyrənilməsi  M.Çudviki 
belə  bir  nəticəyə  gətirib  çıxarmışdır  ki,  həm  yunanlarda,  həm 
hindlilərdə,  həm  germanlarda  epik  zaman  varvarlıq  dövrünə  təsadüf 
edir və eyni  xarakterik xüsusiyyətlərlə seçilir.
Hər  üç  halda  öz  şücaətləri  sayəsində  hakimiyyətə  gələn 
knyazların  və  çarların  idarə  etdikləri  kiçik  knyazlıqlar  və  çarlıqlar 
əsas  siyasi  vahid  idi.  Onlar  öz  hakimiyyətlərini  saxlamaq  üçün  hansı 
ağılsız  və  təhlükəli  tədbirə  atıldıqlarından  asılı  olmayaraq  öz 
rəhbərlərinə  kor-koranə  tabe  olan  sədaqətli  döyüşçülərdən  ibarət 
drujinalara  arxalanırdılar.  Bir  sıra  hallarda  şura  fəaliyyət  göstərirdi.
239


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə