Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

qəzəbi  qeybə çəkilir və iki  qəhrəman  qucaqlaşır.  Amansız vuruşdan 
onların  uzunmüddətli  və  pozulmaz  dostluğu  yaranır  və  bu  əfsanəyə 
çevrilir.  Bundan  sonra  təəccüblü  qəhrəmanlıqları  iki  ayrılmaz  dost 
birlikdə törədəcək.
Tezliklə  aydın  oldu  ki,  Urukda  həyat  En ki dun u  sevindirmir. 
İsrafçılıq  və  əyələncələr  onu  zəif,  iradəsiz  varlığa  çevirir  Giiqameş 
onda öz planlarını  onunla bölüşür:  o istəyir ki, uzaq  sidr ağacı  meşəsi 
ölkəsinə  getsin,  onun  mühafizəçisi  nəhəng  Xuvavanı  öldürsün,  sidr 
ağacı  kəssin  və  “bütün  məkrləri  yer  üzündən  silsin”.  Əvvəllər  sidr 
ağacı  meşəsində  azad  gəzib  dolaşan  Enkidu  Gilqameşi  qarşıda  onu 
gözləyən  ölüm təhlükəsi  barədə xəbərdar edir.  Ancaq  Giiqameş onun 
qorxuları  üzərində gülür.  O,  uzun,  lakin  bəhrəsiz yaşamaq  əvəzinə Öz 
adını  yüksəltməyə,  əbədi  şöhrət  qazanmağa  can  atır.  Giiqameş 
Urukun  ağsaqqalları  ilə  məsləhətləşir,  günəş  allahı,  bütün  yolçuların 
himayədarı  Şamaşın  müdafiəsinə  nail  olur və  Uruk  ustalarına özü  və 
Enkidu  üçün  nəhəng  silah  sifariş  verir.  Onlar  hazırlığı  qurtarıb  yola 
düşürlər.  Qəhrəmanlar  uzun,  üzücü  səyahətdən  sonra  əfsanəvi- 
füsunkar  sidr  ağacı  meşəsinə  daxil  olurlar,  Xuvavanı  öldürüb  sidr 
ağacları  kəsirlər.
Bir  sərgüzəşt  arxasınca  digərini  gətirir.  Qəhrəmanlar  Uruka 
çatar-çatmaz  məhəbbət  və  şəhvət  ilahəsi  İştar  gözəl  Gilqameşə 
vurulur.  Ona  hər  cür  səadət  vəd  edən  İştar  Gilqameşi  dilə  tutur  ki, 
onun  məhəbbətini  bölüşsün.  Lakin  Giiqameş  əvvəlki  ramedilməz, 
hövsələsiz  müştəbid  deyil.  O  gözəl  bilir  ki,  ilahənin  çoxsaylı 
sevgililəri  olub  və  o,  heç  kimə  sadiq  qalmayıb.  Buna  görə  o,  ilahəyə 
gülür və onun məhbbətini  rədd edir.
Ümidi  boşa  çıxan  və  qəddarcasına  təhqir  olunan  İştar  göy 
allahı  Anudan  xahiş  edir  ki,  Uruka  səma  öküzü  göndərsin,  o  da 
Gilqameşi  öldürsün,  onun  şəhərini  məhv  etsin.  Anu  əvvəlcə  imtina 
edir,  İştar qorxuzanda  ki  yeraltı  aləmdəki  ölüləri  çağıracaq,  Anu yola 
gəlməyə məcbur olur.
Səma  öküzü  Uruka  enir,  yüzlərlə  döyüşçünü  qıraraq  hər tərəfə 
ölüm  və  dağıntılar  yaymağa  başlayır.  Giiqameş  və  Enkidu  onunla 
döyüşə  girirlər,  qüdrətli  birgə  hücumla  əjdahanı  öldürməyə  nail 
olurlar.
224
Budur,  bizim  qəhrəmanlar  şöhrətin  zirvəsindədilər,  bütün 
Uruk  onların  qəhrəmanlığını  alqışlayır.  Ancaq  tale  amansızdır,  o, 
qəddarcasına və  qəflətən  onların  sevincinə  son  qoyur.  Xuvavanın  və 
səma  öküzünün  öldürülməsində  iştirakına  görə  Enkidu  allahlar 
tərəfindən  vaxtsız  ölümə  məhkum  edilmişdir.  Onun  xəstəliyi  on  iki 
gün  çəkir,  on  üçüncü  gün  tale  qarşısında  öz  gücsüzlüyündən  və 
kədərdən  sınmış  dostu  Gilqameşin  gözləri  önündə  onun  ruhu 
bədənindən uçur.  Onu bu andan kədərli  bir fikir tərk etmir ki,  gec-tez 
onu da Enkidununku kimi  sonluq -  qaçılmaz ölüm gözləyir.
Nə  onun  qəhrəmanlıqları,  nə  şöhrəti  Gilqameşi  ovundura 
bilmir.  İndi  onun  üzgün  qəlbi  daha  təsirli  şeyə  —
  fiziki  ölümsüzlüyə 
susayır.  Əbədi  həyatın  sirrini  axtarıb tapmaq lazımdır.
Giiqameş  bilir  ki,  keçmişdə  ancaq  bir  adam  -   Nuh  əyyamına 
qədər  salınmış  çar  şəhərlərindən  biri  qədim  Şuruppakın  mömin  və 
müdrik  çarı  Utnapiştim  ölümsüzlüyə  çatmışdır.  (Yeri  gəlmişkən, 
Şumppak  altında  qalan  təpələrdə  alman  və  amerikalı  arxeoloqlar 
qazıntı  işləri  aparmış  və  orada  e.ə.  Ш  minilliyin  birinci  yarısına  aid 
çoxlu  paçıq lövhəciklər tapmışlar).
Beləliklə,  Giiqameş  nəyin  bahasına  olursa  olsun  Utnapiştimin 
çox  uzaqda  olan  yaşayış  yerinə  gedib  çıxmağı  qərara  alır.  Bəlkə 
ölümsüzlüyə  çatmış  o  qəhrəman  öz  sirrini  ona  açacaq?  O,  vəhşi 
heyvanlarla  vuruşa-vuruşa,  aclıqdan  əziyyət  çəkə-çəkə  dağlarda  və 
dərələrdə  çox  gəzib-dolaşır.  O,  əzəli  okeanı  və  ölüm  suyunu  üzüb 
keçir.  Nəhayət,  yorğun  və  gücsüz  halda  Utnapiştimin  qarşısında 
dayanır.  Nə  vaxtsa  məğrur  Uruk  hökmdarı  səfilə  çevrilmişdir,  onun 
çirkli 
bədəni 
yalnız  vəhşi 
dərilərilə  örtülmüşdür... Giiqameş 
Utnapiştim dən xahiş edir ki,  əbədi  həyatın  sirrini  ona açsın.
Ancaq 
Utnapiştimin  cavabı 
heç  də  ümidverici 
deyil. 
Şuaıppakııı  çarı  ondakı  bütün  canlıları  məhv  etmək  üçün  allahların 
yerə  göndərdikləri  amansız  daşqın  haqqında  Gilqameşə  ətraflı  nəql 
edir.  Əgər müdriklik  allahı  böyük Eanın  məsləhəti  ilə xilası  mümkün 
olan  gəmi  tikməsəydi  yəqin  ki,  onun  özü  də  şəksiz  öləcəkdi. 
Ölümsüzlüyə  gəldikdə  onu  allahlar  ona  hədiyyə  vermişlər.  Ancaq 
Gilqameşə əbədi  həyat vermək istəyən  allah  tapılacaqmı?
225


Bu  cür  nitqləri  eşidən  bizim  qəhrəman  ümidsizliyə  qapılır  və 
Uruka  qayıtmaq  qəranan  gəlir.  Lakin  burda  onun  qarşısında  zəif 
ümid  işığı  yanır.  Utnapiştim  öz  arvadının  təkidilə  Gilqameşə gənclik 
otunun  hardan  əldə  ediləcəyini  danışır.  O,  dənizin  dibində  bitir! 
Budur,  Gilqameş dərinliyə düşür,  otu qoparıb  Uruka dönməyə tələsir.
Ancaq  allahlar  başqa  cür  düşünürdülər.  O,  çimərkən  ilan  onun 
qiymətli  otunu  oğurlayır.  Əldən  düşmüş  və  dilxor  olmuş  qəhrəman 
Uruka  qayıdır  və  şəhəri  əhatəyə  almış  nəhənd  divarların  o  biri 
tərəfində özünə sığınacaq axtarır.
İlk  on  bir  lövhəcikdə  saxlanmış  “Gilqameş  haqqında  epos’7 
Babil  dastanının  qısa  məzmunu  belədir.  (“On  ikinci  lövhəciyə” 
gəlincə,  onun  eposla  birbaşa  əlaqəsi  yoxdur,  onun  barəsində  fəslin 
sonunda söhbət gedəcək).
Bu  rəvayətlər haçan  yazılmışdır?  Əgər qədim  Babil  variantı  ilə 
daha  sonrakı  Assiriya  variantını  tutuşdursaq  belə  nəticəyə  gələ 
bilərik  ki,  bütün  epos  bizə  gəlib  çatan  formada  e.ə.  II  minilliyin 
birinci  yarısında  artıq  kifayət  qədər  yayılmışdır.  Onun  mənşəyinə 
gəlincə, 
hətta 
onomastika 
əsasında 
mətnlə 
səthi 
tanışlıq 
təkzibolunmaz  qaydada  sübut  edir  ki,  Babil  poemasının  çox  qədim 
olmasına  baxmayaraq  Gilqameş  haqqında  rəvayət  semit  köklərinə 
deyil,  əsasən  şumer  köklərinə  gedib  çıxır  İki  baş  qəhrəman  -  
Gilqameş  və  Enkidu  -   hər  şeydən  əvvəl,  şumerlərdir  Gilqameşin 
valideynləri  təmiz  şumer  adları  daşıyırlar:  Luqalbəndə  və  Ninsun. 
Enkidunu  yaratmış  Arum  -   Ninmax,  Ninxursaq,  yaxud  Nintu  adları 
ilə  məşhur  olan  qüdrətli  Şumer  ilahəsidir  (bax.  f. 14).  Qisasçı  İlahə 
Iştar üçün  səma  öküzünü yaradan  Şumer  allahı  An  Babil  variantında 
Anu adlandırılır.  Enkidunun ölümünü də şumerlərin  allahı  Enlil  təyin 
edir.  Və  nəhayət,  daşqın  haqqında  əfsanədə  baş  rolu  Şumer  allahları 
oynayır.
Gilqameş  haqqında  rəvayətin  çox  hissəsinin  məhz  Şumerdə 
meydana  gəlməsi  fikrini  təsdiq  etməyə  bizi  vadar  edən  yalnız  bu 
faktlar və  məntiq  deyil.  Bizim  sərəncamımızda bu  rəvayətlərin  mətni 
ilə  Şumer  lövhəcikləri  və  fraqmentləri  var  və  həmin  mətnlər  Babil 
mətnlərinə  nisbətən  çox  qədimdir.  1911-1935-ci  illər  ərzində 
görkəmli  assroloqlar  Radau,  Simmern,  Pyebel,  Lenqdon,  Kyera  dc
226
İenuyak,  Gedd  və  Fiş  Gilqameş  haqqında  poemanın  epizodlarından 
ibarət  26  şumer  lövhəcikləri  və  fraqmentləri  dərc  etdirmişlər. 
Onlardan on dördü Kyerin payına düşür.
1935-ci  ildən  sonra  İstanbul  və  Filadelfıya  muzeylərində 
“Gilqameş haqqında eposa” aid 60-dan çox əlavə parçalan  tapmaq  və 
onlann çoxunu köçürmək mənim özümə nəsib  olmuşdur.
Beləliklə,  bu  gün  bizim  əlimizdə  Gilqameş  haqında  poemanın 
kifayət  qədər böyük  hissəsi  var.  Onu  Babil  eposu  ilə müqayisə  etsək 
biz  dəqiq  müəyyən  edə  bilərik  ki,  Vavilon  müəllifləri  qədim  şumer 
əsasından necə və nə dərəcədə istifadə etmişlər.
Ancaq  ilk  baxışdan  belə  görünsə  də  “Gilqameş  haqqında 
eposun”  Şumer  mənşəli  olması  o  qədər  də  asan  məsələ  deyil.  Onun 
öz  mürəkkəblikləri  var,  və  əgər  onlan  dərhal  dəqiqləşdirməsək, 
asanlıqla  səhv  nəticələrə  gələ  bilərik.  Məhz  buna  görə  mən  həlli 
vacib  olan  üç  ardıcıl  məsələ  formasında  işin  məğzini  bir  daha  izah 
etmək istəyirəm.
1.  Babilin  “Gilqameş  haqqında  Eposunun”  bütünlükdə  Şumer 
orijinalı  varmı?  Başqa  sözlə:  gözləmək  olarmı  ki,  nə  vaxtsa  onun 
bütün  forma  və  məzmun  fərqlərinə  baxmayaraq  elə  bir  şumer  mətni 
tapılacaqım  ki,  o,  bir  sıra  təkzibolunmaz  analoqlarla  daha  sonralar 
Babil  eposunun  yaranmasına  xidmət  etmiş  orijinal  kimi  qəbul 
olunsun?
2.  Əgər  bizim  əlimizdə  olan  materialla  bütünlükdə  Babil 
eposunun  Şumer  orijinalının  mövcudluğunu  sübut  etmək  mümkün 
deyilsə,  əgər onun  ayrı-ayrı  epizodları  şumer əsaslarına gedib  çıxırsa, 
biz kifayət qədər əminliklə həmin  epizodlan  ayıra bilərikmi?
3.  Bu  və  ya  digər  epizodların  şumer yazıları  olmadığı  hallarda 
biz  belə  hesab  edə  bilərikmi  ki,  həmin  epizodlar  daha  sonrakı  semit 
məsəlidir,  yoxsa  fikirləşmək  lazımdır  ki,  onlann  daha  qədim  şumer 
kökləri  vardır?
Bu  sualları  qoyaraq  Babil  eposunun  əlimizdə  olan  şumer 
mətnləri  ilə  müqayisəli  analizinə  başlamaq  olar.  Axırıncılar  özündə 
altı  epizodu  birləşdirir və onlan  belə adlandırmaq olar:
1.  “Gilqameş və sağlar Ölkəsi”
2.  “Gilqameş və səma öküzü”
227


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə